Məhkəmə qərarları › İş №3(3-8)-223/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-223/2026

30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-223/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şabran Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı, ******** saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) yuxarıda qeyd edilmiş şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı, ******** nömrəli Qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 (min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Sözü gedən qərar onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) Altıağac Milli Parkının X2 Sarvan dayaq məntəqəsinin ərazisində Təsərrüfatda qeydiyyatdan keçmədən elektron cihazla qanunsuz ov etmiş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta haqqında qərar qəbul edən orqanın qənaətini və bunun əsasında qəbul edilmiş qərarını qanunsuz və əsassız hesab edir. Qeyd edilən maddənin dispozisiyasında göstərilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə şəxs inzibati məsuliyyətə cəlb edilir. Göründüyü kimi inzibati xəta tərkibinin yaranması üçün onun qanunsuz ov etməsi, bu ov qaydalarının kobud pozulması və müntəzəmlik lazımdır. Lakin inzibati orqan qərarında dispozisiyada göstərilən bu hallardan heç birini, nə onun kobud ov etməsini, nə də onun müntəzəmliyi müəyyən etməmişdir. Eyni zamanda, barəsində şikayət verilən orqan qərar qəbul edərkən, hər hansı sübuta istinad etməmiş, faktın mövcudluğu halını araşdırmamış, inzibati xətanın predmeti hesab ediləcək əşyanı müəyyən etməmiş, onu izahat vermək üçün dəvət etməmiş, izahatını almamış və mülahizəsinə görə qərar qəbul edərək cərimə tətbiq etmişdir. Qərardan şikayət verən orqan (şəxs) hesab edir ki, onun tərəfindən inzibati xəta pozuntusuna yol verilməmiş, sadəcə orqanın mülahizəsi ilə barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şabran Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi apellyasiya şikayəti verərək Şabran Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərarını Qərardan şikayət verən orqan (şəxs) Altıağac Milli Parkının X2 Sarvan dayaq məntəqəsinin ərazisində qanunsuz ov edilməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola sübutların əlavə edilməməsi, Qərardan şikayət verən orqan (şəxs) ov etməsinin hərtərəfli araşdırılmaması, qərarın əsaslandırılmaması, inzibati xəta hadisəsinin müəyyən və sübut edilməməsi ilə əsaslandırmışdır. Şabran rayon Məhkəməsi nəzərə almamışdır ki, ##.##.2026-cı il tarixdə X2 əməkdaşlarının reyd zamanı 1 nəfər vətəndaşın su gölündə ov silahı ilə ov etməsi faktı aşkar edilib. Həmin şəxs özünü Şabran rayon Çölquşçu kənd sakini Qərardan şikayət verən orqan (şəxs) Təvəkkül oğlu kimi təqdim etmişdir. “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında" AR Qanunlarının tələblərinə əməl olunması vəziyyəti yoxlanılan zaman qeyd olunan ərazidə qanunsuz ov etməsi aşkar edilmişdir Araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) sonradan təqdim etdiyi ov etməsi haqqında icazə talonuna baxış keçirilərkən ovçuluq təsərrüfatında qeydiyyatdan keçməyərək ov etməsi müəyyənləşdirilmişdir Həmin şəxs istifadə etdiyi ov silahını və digər lazımi sənədləri təqdim etməmişdir. Şəxs ov edərkən qanunla qadağan edilmiş, quşların kütləvi surətdə əldə olunması üçün istifadə edilən quşların səsini çıxaran elektron cihazdan istifadə etdiyi aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı ##.##.2026cı il tarixli inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şabran rayon Məhkəməsi çəkişmə prinsipini pozaraq məhkəmədə iştirakımızı təmin etməmiş, işin hərtərəfli, obyektiv araşdırılması istiqamətində heç bir tədbir görməmiş, şikayətçinin mülahizələri əsasında əsassız qərar qəbul etmişdir. Qeyd olunan hal foto çəkilişlərlə təsdiq olunur. Lakin məhkəmə tərəfimizdən təqdim olunmuş foto çəkilişləri nəzərə almamışdır. Halbuki məhkəmədə iştirakımız təmin edilsəydi Qərardan şikayət verən orqan (şəxs) Təvəkkül oğlunun qanunsuz ov etməsini sübut edən dəlillər məhkəməyə təqdim olurrar və nəticədə obyektiv, ədalətli qərar qəbul edilə bilərdi. Qeyd olunanlar Şabran rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının əsassız və qanunsuz olmasının birbaşa sübutur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Şabran Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, verilmiş şikayət təmin edilməməli, səlahiyyətli dövlət orqanın qərarının dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN seriyalı, ******** saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Altıağac Milli Parkının X2 Sarvan dayaq məntəqəsinin ərazisində Təsərrüfatda qeydiyyatdan keçmədən elektron cihazla qanunsuz ov etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş ##.##.2026cı il tarixli, ****** saylı ov icazəsi və ov icazəsi talonundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ov etməsi ilə bağlı müvafiq icazə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən təqdim edilmiş **** saylı ovçuluq biletindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) adında ##.##.2023-cü il tarixdə ovçuluq bileti verilmişdir. Apellyasiya şikayəti üzrə icraat zamanı əldə edilmiş Şabran Rayon Məhkəməsinin 16.01.20216-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı ilə müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə, yəni 11 (on bir) ədəd qaşqaldaq adlı çöl quşları müsadirə edilməklə 06 (altı) ay müddətinə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Apellyasiya şikayəti üzrə icraat zamanı təqdim edilmiş fotoşəkillər və videodan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ov edir və bu zaman onun tərəfindən quş səsi çıxardan avadanlıqdan istifadə edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə – inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə təqdim edilmiş sübutlardan aydın olur ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ov hüququ məhdudlaşdırılmasına baxmayaraq ov etmişdir. Yəni o, İXM-nin 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sadalananlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsi qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar