Məhkəmə qərarları › İş №3(3-8)-226/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-226/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-226/2026 27.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin nümayәndәsi Nümayәndә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakları ilә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 275.1.1-ci maddәsi ilә tәqsirli bilinәrәk inzibati tәnbeh edilmәsinә dair Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi X1 tәrәfindәn qәbul edilmiş ##.##.2026-ci il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından barәsindә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmişdir (hakim Abusәt Qasımov). Işin halları: Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә Abşeron Rayon Mәhkәmәsinә müraciәt edәrәk, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi X1 tәrәfindәn qәbul edilmiş ##.##.2026-ci il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilmәsini xahiş etmişdir. Işә baxan mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya mәhkәmәsinin qәrarından Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, inzibati orqan tәrәfindәn toplanmış inzibati xәta haqqında materiala baxılaraq gәlinmiş nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki hallar araşdırılmamış, iş üçün әhәmiyyәtli olan hallar sübuta yetirilmәmişdir. Yanacaqdoldurma mәntәqәsinin fәaliyyәti üçün DEEA-nın müsbәt rәyinin alınmasına Azәrbaycan Respublikasının qanunvericiliyindә heç bir rәsmi tәlәb yoxdur. “Dövlәt vә ictimai ekoloji ekspertizanın hәyata keçirilmәsi Qaydası”nın tәsdiq edilmәsi haqqında AR Nazirlәr Kabinetinin Qәrarının 2.3-cü maddәsinә әsasәn dövlәt ekoloji ekspertizasının rәyi olmadan qadağan olunmuş fәaliyyәt istiqamәtlәri göstәrilmişdir. Lakin yanacaqdoldurma mәntәqәsi bu siyahıda olmadığı üçün yanacaqdoldurma mәntәqәsinin fәaliyyәti üçün ekoloji ekspertizanın müsbәt rәyinin tәlәb olunması vә buna görә inzibati tәnbeh tәtbiq olunması qanunsuz vә әsassızdır. “Ətraf mühitә tәsirin qiymәtlәndirilmәsi haqqında" AR qanununun 7-ci maddәsindә sadalanan obyektlәr siyahısına nәzәr yetirdikdә, yenә dә yanacaqdoldurma mәntәqәsi ekoloji qiymәtlәndirmәnin obyekti deyildir. "Ətraf mühitә tәsirin qiymәtlәndirilmәsi" haqqında AR qanununa әlavә siyahıda yenә dә yanacaqdoldurma mәntәqәlәri göstәrilmәmişdir. Bütün bunlar bir daha sübut edir ki, yanacaqdoldurma mәntәqәsinin fәaliyyәti üçün DEEA-nın müsbәt rәyini tәlәb etmәk vә bu әsasla yanacaqdoldurma mәntәqәsinin vәzifәli şәxsinin barәsindә inzibati tәnbeh vermә haqqında qәrar qәbul etmәk tamamilә qanunsuz vә әsassızdır. Abşeron Rayon Mәhkәmәsi öz qәrarında göstәrmişdir ki, inzibati xәta hadisәsinin mövcudluğunu göstәrәn kifayәt qәdәr hallar sәlahiyyәtli vәzifәli şәxs tәrәfindәn aşkar edilmiş vә mәhkәmә iclasında öz tәsdiqini tapmışdır, yanacaq doldurma mәntәqәsinin fәaliyyәti üçün DEEA-nın müsbәt rәyi zәruridir. Lakin mәhkәmә qәrarında qeyd olunanlar әsaslandırılmamışdır vә inzibati xәtanın mövcudluğunu tәsdiq edәn sübutlar tәqdim edilmәmişdir. Prosessual məsələlər: Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı vә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-ci il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini xahiş etdi. Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin nümayәndәsi Nümayәndә apellyasiya şikayәtinә etiraz edәrәk bildirdi ki, yanacaqdoldurma mәntәqәlәrindәn dövlәt ekoloji ekspertizasının müsbәt rәyinin alınması üçün konkret norma olmasa da, “Ətraf mühitin mühafizәsi haqqında Azәrbaycan Respublikası Qanunu”nun ümumi prinsiplәri bunu tәlәb edir. Odur ki, şikayәtin tәmin edilmәmәsini vә Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrarının dәyişdirilmәdәn saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәta haqqında iş üzrә icraat materialını araşdırıb, apellyasiya şikayәtinin dәlillәrini tәdqiq edәrәk, proses iştirakçılarının fikrini dinlәyib hesab edir ki, aşağıda qeyd olunanlara görә apellyasiya şikayәti tәmin edilmәli, inzibati tәnbeh vermә haqqında qәrar vә birinci instansiya mәhkәmәsinin qәrarı lәğv edilmәli, inzibati xәta haqqında iş üzrә icraata inzibati xәta tәrkibi olmadığından xitam verilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 275.1.1-ci maddәsinә әsasәn dövlәt ekoloji ekspertizasının müsbәt rәyi olmadan әtraf mühitә bilavasitә vә ya dolayı yolla mәnfi tәsir göstәrәn, habelә dövlәt ekoloji ekspertizasının rәyi ilә ekoloji tәhlükәsi müәyyәn edilәn tәsәrrüfat vә ya sair fәaliyyәtin hәyata keçirilmәsinә görә fiziki şәxslәr üç yüz manatdan dörd yüz әlli manatadәk mәblәğdә, vәzifәli şәxslәr iki min beş yüz manatdan üç min beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Birinci instansiya mәhkәmәsi mübahisәlәndirilәn qәrarını onunla әsaslandırmışdır ki, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi X1 tәrәfindәn qәbul edilmiş ##.##.2026-ci il tarixli, MN ******* saylı inzibati xәta haqqında qәrarla, Qәrardan şikayәt verәn orqan (şәxs) Abşeron rayonu Novxanı kәndindә yerlәşәn «OSKAR PETROL” YDM-nin fәaliyyәtinә dair DEEA-nın müsbәt rәyi olmadan qanunsuz olaraq fәaliyyәtlә mәşğul olduğu müәyyәn edilmiş vә o, Azәrbaycan Respublikası IXM-nin 275.1.1-ci maddәsi ilә tәqsirli bilәnәrәk, 2500 manat mәblәğindә inzibati cәrimә edilmişdir. Inzibati xәta hadisәsinin mövcudluğunu göstәrәn kifayәt qәdәr hallar sәlahiyyәtli vәzifәli şәxs tәrәfindәn aşkar edilmiş vә mәhkәmә iclasında öz tәsdiqini tapmışdır. Yanacaq doldurma mәntәqәsinin fәaliyyәti üçün DEEA-nın müsbәt rәyi zәruridir. Hәmin şәxsin özü dә rәyin olmadığını tәsdiq etmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә әsaslı hesab edilә bilmәz. Belә ki, “Ətraf mühitin mühafizәsi haqqında Azәrbaycan Respublikası Qanunu”nun: 50-ci maddәsinә görә ekoloji ekspertiza tәsәrrüfat fәaliyyәtinin әtraf mühitә ola bilәn mәnfi tәsirinin vә onlarla bağlı nәticәlәrin aşkar edilmәsi, qarşısının alınması vә proqnozlaşdırılması mәqsәdilә әtraf mühitin keyfiyyәt normativlәrinә vә ekoloji tәlәblәrә uyğunluğunun müәyyәn edilmәsidir. Ekoloji ekspertiza dövlәt vә ictimai ekoloji ekspertiza formalarında hәyata keçirilir. “Ətraf mühitә tәsirin qiymәtlәndirilmәsi haqqında” Azәrbaycan Respublikasının 2018-ci il ## #### tarixli ****-VQ nömrәli qanununa әlavәdә әtraf mühitә tәsirin qiymәtlәndirilmәsi tәlәb olunan fәaliyyәt növlәrinin siyahısı göstәrilmişdir. (bax: birinci instansiya mәhkәmәsinin qәrarı) “Dövlәt vә ictimai ekoloji ekspertizanın hәyata keçirilmәsi Qaydası”nın tәsdiq edilmәsi haqqında AR Nazirlәr Kabinetinin Qәrarının 2.3-cü bәndinә әsasәn dövlәt ekoloji ekspertizasının rәyi olmadan qadağan olunmuş fәaliyyәt istiqamәtlәri göstәrilmişdir. Birinci instansiya mәhkәmәsi qәrarında yuxarıda sadalanan qanunların müvafiq maddәlәrini tam şәkildә sadalamışdır. Apellyasiya mәhkәmәsi hәmin maddәlәri hazırki qәrarda yenidәn tәsvir etmәyә zәrurәt görmür. Göründüyü kimi sadalanan qanunverilik aktlarında vә “Dövlәt vә ictimai ekoloji ekspertizanın hәyata keçirilmәsi Qaydası”ında yanacaqdoldurma mәntәqәlәrinin fәaliyyәti üçün ekoloji ekspertizanın müsbәt rәyinin tәlәb olunması göstәrilmәmişdir. Bundan başqa mәhkәmә iclasında * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin nümayәndәsindәn әrazidә fәaliyyәt göstәrәn hәr hansı yanacaqdoldurma mәntәqәsinin müsbәt rәyinin olubolmadığı soruşulduqda, belә rәyin olmadığını, hәmçinin yanacaqdoldurma mәntәqәsi ilә bağlı birinci dәfә belә qәrar qәbul edilyini bildirmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 8.1-ci maddәsinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetmәdikdә vә bu, inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә o, tәqsirsiz hesab edilir. Yuxarıda göstәrilәnlәrә әsasәn apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsinin qәrarı vә inzibati tәnbeh vermә haqqında orqan tәrәfindәn qәbul edilmiş qәrar qanunsuz vә әsassız hesab edilmәklә, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәlidir. Qeyd olunanlara әsasәn, apellyasiya instansiyası mәhkәmәsi belә qәnaәtә gәlir ki, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı vә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi X1 tәrәfindәn qәbul edilmiş ##.##.2026-ci il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrar lәğv edilmәli, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә olan inzibati xәta haqqında iş üzrә icraata әmәlindә inzibati xәta tәrkibi olmadığına görә xitam verilmәlidir. Azәrbaycan Respublikası IXM-nin 53.1.2-ci maddәsinә әsasәn inzibati xәta tәrkibinin olmadığı halda inzibati xәta haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilmәlidir. Azәrbaycan Respublikası IXM-nin 105-ci maddәsinә әsasәn bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulmuş hallardan hәr hansı biri olduqda, icraatında inzibati xәta haqqında iş olan hakim vә ya sәlahiyyәtli orqan (vәzifәli şәxs) inzibati xәta haqqında işin icraatına xitam verilmәsi haqqında qәrar qәbul edir. Inzibati xәta haqqında işin icraatına xitam verilmәsi haqqında qәrarın surәti barәsindә belә qәrar qәbul edilmiş şәxslәrә vә zәrәr çәkmiş şәxsә göndәrilir. Azәrbaycan Respublikası IXM-nin 134.1.3-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.5-1ci maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarı lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilir. Azәrbaycan Respublikası IXM-nin 135.1.5-1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulmuş halların müәyyәn olunması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası IXM-nin 53, 105, 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı vә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi X1 tәrәfindәn qәbul edilmiş ##.##.2026-ci il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrar lәğv edilsin. Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası IXM-nin 275.1.1-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata Azәrbaycan Respublikası IXM-nin 53.1.2-ci maddәsinә әsasәn әmәlindә inzibati xәta tәrkibi olmaması әsası ilә xitam verilsin. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilsin. Qәrar qәbul edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar