Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-190/2026 10.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2025-ci tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə Qərardan şikayət verən orqan (şəxs) vəsatətinə dair inzibati material haqqında *(*-***)-***/**** saylı iş üzrə məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadından vəsatət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: * saylı RETSI-nin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 228-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 2500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan şikayət vermiş, lakin Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə həmin şikayət inzibati tənbehvermə haqqında qərarın nə vaxt əldə etməsinə dair sübut əlavə olunmadığına görə geri qaytarılmışdır. Bundan sonra, Qərardan şikayət verən orqan (şəxs) yenidən məhkəməyə şikayət ünvanlamış, eyni zamanda məhkəmə qarşısında şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı (hakim Muradağa Qasımovun sədrliyi) ilə Qərardan şikayət verən orqan (şəxs)Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, qeyd olunaan qərardadın ləğv edilməsini və prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadına əsasənQərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardad qanuna zidd və əsassızdır. Belə ki,Qərarından şikayət verilən orqan ## #### 2025-ci il tarixli MN ******* saylı protokolu əsasında qəbul edilmiş ## ###### 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi ilə bağlı ##.##.2026-cı il tarixdə Lənkəran Rayon Məhkəməsinə şikayət vermişdir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadına əsasənQərarından şikayət verilən orqan vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılmışdır. Geri qaytarılma səbəbi kimiQərarından şikayət verilən orqan vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında qərarın alınmasını təsdiq edən sənədin şikayətə əlavə edilməməsi göstərilmişdir. Həmin sənəd ona təqdim edilmədiyindən bununla bağlı,Qərarından şikayət verilən orqan müraciət etmişdir.Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, *-**-**/*-A-**-*/**** saylı cavab məktubuna əsasən * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ###### 2025ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında qərarın ##.##.2026-cı il tarixdə təqdim edilməsi ilə bağlı qeyd olunmuşdur. Həmin məktubu vəsatətə və şikayətə də əlavə edib yenidən ## ###### 2026-cı il tarixdə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadında göstərilmişdir ki, “o, qərarı aldıqdan sonra 10 gün müddətində şikayətlə məhkəməyə müraciət etməli idi. Lakin özünün də şikayətində göstərdiyi kimi, mübahisələndirdiyi şikayət ona ##.##.2027-ci il tarixdə təqdim edilmişdir. (* saylı RETSI-nin isə ona ünvanladığı məktubda həmin qərarın X1 təqdim edildiyi göstərilmişdir). Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək qeyd olunan qərardan şikayət vermək hüququ olmuş, lakin o, həmin müddəti heç bir üzrlü səbəb olmadan ötürməklə, bundan 6 gün sonra, ##.##.2026-cı il tarixdə prosessual müddətin bərpası ilə bərabər şikayətini də məhkəməyə təqdim etmişdir. Onun pis oxuya bilməsi və ya qərardan müəyyən müddətdə şikayət verməli olduğunu bilməməsi üzrlü hal sayıla bilməz”. ##.##.2026-cı il tarixdə Lənkəran Rayon Məhkəməsinə verdiyi şikayət nəzərə alınmamış, bundan başqa, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından aşkar görünür ki, ## ###### 2026-cı il tarixdə şikayəti prosessual müddəti ötürməməklə vaxtında verilmişdir. Həmin qərardadda göstərilmişdir ki, geri qaytarılma səbəbi kimiQərarından şikayət verilən orqan vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında qərarın alınmasını təsdiq edən sənədin şikayətə əlavə edilməməsidir. Buna görə də inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş orqana müraciət etmiş vəQərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, *-**-**/*-A-**-*/**** saylı cavab məktubunda göstərmişdir ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında qərar ona ##.##.2026-cı il tarixdə təqdim edilmişdir.Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixdə ona təqdim etdiyi şikayətə əlavə etməklə ## ###### 2026-cı il tarixdə ondan asılı olmayan səbəblərə görə buraxılmış prosessual müddətin bərpası üçün vəsatətlə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Lənkəran Rayon Məhkəməsi isə inzibati orqanın vaxtında ona təqdim edə bilmədiyi və vətəndaş olaraq özünün əldə etdiyi sübutu qəbul etməmişdir. Çünki, həmin qərar nümayəndəyə (X1) * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsində təqdim edilmişdir və bundan sonra şikayət verilmişdir. Həmin qərar nümayəndəyə təqdim edilərkən təqdim edilmə tarixini təsdiq edən sənədi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi qərara əlavə etməmişdir. Bu səbəbdən ilk dəfə yəni ## ###### 2026- cı il tarixdə məhkəməyə müraciət edərkən həmin sənədi əlavə etməmişdir. Lənkəran Rayon Məhkəməsi şikayəti alınma tarixi təqdim etmədiyinə görə geri qaytarandan sonra * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə müraciət etmiş və ## ###### 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın nə vaxt təqdim edildiyi barədə məktubun verilməsini tələb etmişdir. Işin faktiki hallarından da görünür ki, ## ###### 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddəti ondan asılı olmayan yuxarıda göstərilən səbəbə görə ötürülmüşdür. Məhkəmə bu faktı düzgün qiymətləndirmədən təqdim edilən sübutlara baxmayaraq prosessual müddətin bərpasından əsassız olaraq imtina etmişdir. ## ###### 2025-ci ii tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın vaxtında ona təqdim edilməməsi və təqdim edilməni təsdiq edən sənədin ona verilməməsi (sonradan verilməsi) nəticəsində şikayət müddətinin buraxılması onun təqsirinin olmadığı halda, müddətin bərpa edilməməsi müdafiə hüququnun kobud şəkildə pozulması deməkdir. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı ii tarixli *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsi,Qərarından şikayət verilən orqan ## #### 2025-ci il tarixli MN ******* saylı protokolu əsasında qəbul edilmiş ## ###### 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi və vəsatətlə birgə təqdim etdiyi şikayəti icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən apelllyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə müdafiəçini dinləyib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib belə nəticəyə gəlir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Belə ki, işin materialları ilə müəyyən edilir ki, * saylı RETSI-nin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 228-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 2500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. O, həmin qərardan şikayət vermiş, lakin Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə həmin şikayət inzibati tənbehvermə haqqında qərarın nə vaxt əldə etməsinə dair sübut əlavə olunmadığına görə geri qaytarılmışdır. Bundan sonra, Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərarı həqiqətən də ##.##.2026-cı il tarixdə əldə etməsinə dair sübut əldə etmək üçün * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə sorğu vermiş və ##.##.2026-cı il tarixdə sorğunun cavabını əldə etdikdən sonra yenidən məhkəməyə şikayət ünvanlamış, eyni zamanda məhkəmə qarşısında şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) öz hüquqlarının həyata keçirilməsi üçün hərəkətsiz qalmamışdır. Buraxılmış prosessual müddət isə üzrlüdür. Hətta o, ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərkən işin materiallarında sənəd olmamasına baxmayaraq, sonradan hazırkı işin materialları ilə müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) müvafiq inzibati tənbeh vermə haqqında qərarı ##.##.2026-cı il tarixdə əldə etmişdi. Azərbaycan Respublikası IXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası IXM-in 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilir. Azərbaycan Respublikası IXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs)Qərarından şikayət verilən orqan ##.##.2025-ci tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv olunması üçün məhkəməyə şikayət və prosessual müddətin bərpa olunması barədə vəsatətlə müraciət etmişdir. Qərardan şikayət verən orqan (şəxs) buraxılmış prosessual müddətin bərpasına dair vəsatət təqdim edərək vəsatəti onunla əsaslandırmışdır ki, * saylı RETSI-nin ## #### 2025-ci il tarixli MN ******* saylı protokolu əsasında qəbul edilmiş ## ###### 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi ilə bağlı ##.##.2026-cı il tarixdə Lənkəran Rayon Məhkəməsinə şikayət vermişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim Anar Pənahov) ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadına əsasən * saylı RETSI-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi barədə şikayət geri qaytarılmışdır. Geri qaytarılma səbəbi kimi * saylı RETSI-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında qərarın alınmasını təsdiq edən sənədin şikayətə əlavə edilməməsi göstərilmişdir. Həmin sənəd ona təqdim edilmədiyindən bununla bağlı * saylı RETSI-nin ##.##.2026-cı il tarixli, 3-14- **/*-A-**- */**** saylı cavab məktubuna əsasən Idarənin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında qərarın ona ##.##.2026-cı il tarixdə təqdim edilməsi qeyd olunmuşdur. * saylı RETSI-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında qərar ##.##.2026-cı il tarixdə ona təqdim edilmişdir. O da qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməməklə qərardan şikayəti Lənkəran Rayon Məhkəməsinə vermişdir. Məhkəmə isə qərarın alınması tarixi təsdiq edən sənəd əlavə edilmədiyindən şikayəti geri qaytarmışdır. Bu halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən əvvəlcə inzibati qaydada müraciət hüququndan istifadə edilməsi onun qanunvericiliklə nəzərdə tutulmuş hüququ olmaqla, bu hal şikayət vermək niyyətinin olmaması kimi qiymətləndirilə bilməz. Əksinə, səlahiyyətli orqan tərəfindən müraciətin cavablandırılmaması şəxsin məhkəməyə şikayət vermə imkanını faktiki olaraq obyektiv səbəblərdən gecikdirmişdir. Buna görə də inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət vermə müddətinin ötürülməsi üzrlü səbəblərlə bağlı olmuş hesab edilməli və müddətin bərpası barədə vəsatət əsaslı sayılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrlü səbəblərdən buraxıldığından apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ləğv olunmalı,Qərarından şikayət verilən orqan ##.##.2025-ci tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməli və inzibati xəta haqqında iş üzrə qərardan şikayət mahiyyəti üzrə üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə göndərilməsi haqqında qərar çıxarılır. Həmin məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddəsinə əsasən hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması materialların hakimə qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2025-ci tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından şikayətə mahiyyəti üzrə baxılması üçün işin materialları Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-190/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-190/2026
10.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver