Azərbaycan Respublikası adından Qərar İş № 3(3-9)-492/2026 28.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Vəzifəli şəxs, Azərbaycan Dövlət X4 Yanında Suların İstifadəsinə və X9 Xidməti * saylı Mil-X2 nümayəndəsi X1 iştirakları ilə Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə tərtib olunmuş MN saylı ******* nömrəli, ##.##.2026-cı il tarixli protokol üzrə qəbul edilmiş Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Vəzifəli şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli (hakim Tamerlan İslamov) qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İŞİN HALLARI Birinci instansiya məhkəməsinin qərarından və iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Dövlət X4 Yanında Suların İstifadəsinə və X9 Xidməti * saylı Mil-X2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 262.2.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Beyləqan Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Vəzifəli şəxs apellyasiya şikayəti verərək, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, 3(5- 113)- ***/**** saylı inzibati xəta barədə qərarı ləğv edilməli və inzibati xətanı törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCninin əməkdaşı barəsində cərimə cəzası verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5 ***)-***/**** saylı qərarının surətini ## #### 2026-cı il tarixdə poçt vasitəsilə almışdır. Hüquq normaları düzgün tətbiq edilmədiyi az cəza verildiyi və vurulmuş ziyan qismən təmin edildiyi üçür Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-113) ***/**** saylı qərarı ləğv edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ninin nəznində fəaliyyət göstərən “X-OİL” yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ninin nəznində fəaliyyət göstərən “X-OİL” yanacaq doldurma məntəqəsinin əməkdaşları barəsində inzibat protokol tərtib edilməli olduğu halda, qanunsuz olaraq xxxx MMC Azərbaycan Dövlət X4 Yanında Suların İstifadəsinə və X9 Xidməti * saylı Mil-X2 Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol tərtib etmişdir. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC hüquqi şəxs kimi 2000 manat cərime edilmişdir. Əslində isə burda hüquqi şəxs çirkab suları axıtmamışdır. Bu hadisədə MMC-nin həmin işə cavabdeh olan əməkdaşının İbrahimov Nazir Qurban oğlunun səhlənkarlığı nəticəsində baş vermişdir. Azərbaycan Respublikası İXMin 128.2.1-ci maddəsinin tələbinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyət yüngülləşdirən digər halları nəzərə alaraq tənbeh tədbirini dəyişə bilər. Sahibkar kimi qazancları yoxdur və müflis olmaq durumundadılar. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən digər halları nəzərə alaraq tənbeh tədbirini dəyişə bilər. Firmanın əməkdaşının ilk dəfə inzibati xəta törətdiyini yüngülləşdirici hal kimi nəzərə alaraq tənbeh tədbirinin dəyişdirilməsini xahiş edir. Hazırda həmin suyun axıdılmasının qarşısı alınmış və heç bir yerə su axıdılmır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nəznində fəaliyyət göstərən “X-OİL” yanacaq doldurma məntəqəsinin əməkdaşı Nazir İbrahimov barəsində inzibati protokol tərtib edilməli idi. Lakin Azərbaycan Dövlət X4 yanında Suların İstifadəsinə və X9 Xidməti * saylı Mil-X2 əməkdaşları qanunsuz olaraq hüquqi şəxs haqqında protokol tərtib ediblər. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-***/**** saylı inzibati xəta barədə qərarı ləğv edilməli və inzibati xətanı törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməkdaşı barəsində cərimə cəzası verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin direktoru Vəzifəli şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı “Azərbaycan Dövlət X4 yanında Suların İstifadəsinə və X9 Xidməti * saylı Mil-X2 nümayəndəsi X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 262.2.3-cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-in 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Şikayətin dəlillərindən görünür ki, apellyasiya şikayətində hüquqi şəxsin çirkab suları axıtmadığı, bu hadisədə MMC-nin həmin işə cavabdeh olan əməkdaşının İbrahimov Nazir Qurban oğlunun səhlənkarlığı nəticəsində baş verməsini bildirərək hazırkı inzibati xəta üzrə birinci instansiya məhkəməsinin yanlış nəticəyə gəldiyini qeyd etmişdir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, işdə olan Azərbaycan Dövlət X4 Yanında Suların İstifadəsinə və X9 Xidməti * saylı Mil-X2 ## ### 2026-cı il tarixli ****** nömrəli aktdan və ona əlavə edilmiş fotoşəkillərdən və CD diskdən görünür ki, keçirilmiş nəzarət tədbirləri zamanı Beyləqan səhəri S.İmrəliyev küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus “X- OİL” yanacaqdoldurma məntəqəsində formalaşan çirkab suları təyinatsız olaraq binanın arxasında olan çöl torpaq sahəsinə axıdılması aşkar edilmişdir. Araşdırmalar zamanı məlum olmuşdur ki, qeyd olunan “X-OİL” yanacaqdoldurma məntəqəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus olduğu müəyyən edilmişdir. Həmçinin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Vəzifəli şəxs özü də izahatında inzibati xətanı etiraf etmiş, lakin sonradan onun aradan qaldırıldığını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Su Məcəlləsinin 38-ci maddəsində göstərilmişdir ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlarla xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinin “Qeyd” hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq İXMin 262.2.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilinib vəzifəli şəxs qismində məsuliyyətə cəlb edilmişdir. Bundan başqa, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzbati xəta haqqında protokol tərtib edilərkən pozuntuya yol verilməsi ilə bağlı dəlilini də formal mülahizəyə əsaslanmış dəlil kimi qəbul edərək onunla razılaşmağı mümkün hesab etmir. Belə olan halda, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Vəzifəli şəxs şikayətində göstərdiyi dəlillər inzibati məsuliyyətdən yayınmaya cəhd kimi qiymətləndirilməlidir və onun əməlində inzibati xəta tərkibinin olmaması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas verən hal kimi qəbul oluna bilməz. Beləliklə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 262.2.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə aşağıda qeyd olunanlara görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə tətbiq edilmiş inzibati tənbeh ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsinin sanksiyasında fiziki şəxslər üçün yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üçün səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər üçün isə iki min manatdan üç min manatadək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirini tətbiq etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin tətbiq edilmiş inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xxxx” MMC-nin direktoru Vəzifəli şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Vəzifəli şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-492/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-492/2026
28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver