Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-519/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti * saylı Şirvan-Salyan Regional Bölməsinin nümayəndəsi nümayəndə1, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin nümayəndəsi nümayəndə2 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti * saylı Şirvan-Salyan regional bölməsinin rəisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli (hakim Aytəkin Əliyeva) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İŞİN HALLARI Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti * saylı Şirvan-Salyan Regional Bölməsi tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı protokolla müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Biləsuvar rayonu, Dərvişli kənd orta məktəbin ərazisində ## ### 2026-cı il tarixində formalaşan maye tullantılarını təyinatsız ətraf mühitə axıdaraq su obyektlərindən istifadə qaydalarını pozmuşdur. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti * saylı Şirvan-Salyan Regional Bölməsi tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Beyləqan Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qərarından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti * saylı Şirvan-Salyan regional bölməsinin rəisi X2 apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq vəzifəli şəxs Biləsuvar rayon Dərvişli kənd tam orta məktəbinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 262.2.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli *-**-**/*-***/**** nömrəli məktubu ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin * saylı Şirvan-Salyan regional bölməsinə Biləsuvar rayonunun Günəşli kənd sakini X1 müraciəti daxil olmuşdur. Müraciətdə Şirvan-Salyan Regional Təhsil İdarəsinə tabe təhsil müəssisələrində tullantıların idarə olunması vəziyyətinin araşdırılması xahiş edilmişdir. Müraciət üzrə * saylı RETSİ-nin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun nümayəndəsinin və Biləsuvar rayonu Dərvişli kənd orta məktəbinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə * saylı regional bölmənin müfəttişi tərəfindən ##.##.2026-cı ildə keçirilmiş baxış zamanı həmin məktəbin ərazisində formalaşan maye tullantı sularının təyinatı üzrə idarə edilmədiyi, tullantı suların çirkab sularının saxlanılması üçün nəzərdə tutulmuş şamboya deyil, məktəbin ərazindəki yaşıllıq sahəsinə axıdıldığı müəyyən edilmişdir. Aşkar edilmiş hüquq pozuntusu ilə bağlı məktəbin direktoru Füzuli Məmmədovun barəsində İXM-in 262.2.3-cü maddəsi ilə MN № ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibinin olmasının sübuta yetirilməməsi əsası ilə İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş iş materialları, səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun nümayəndəsinin izahatları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məktəbin ərazisində formalaşmış mayenin yaşıllıq sahəsinə axıdılması müəyyən edilsə də, həmin mayenin məişət, texniki və ya tullantı suyu olmasını təsdiq edən laborator müayinə və ya ekspertiza rəyi, yaxud digər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə həmin mayenin ətraf mühitə, su obyektlərinə və ya kommunikasiya sistemlərinə zərər vurması və ya belə zərər vurma təhlükəsi yaratmasının sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Biləsuvar Rayon Məhkəməsi işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamış, işə birtərəfli və səthi yanaşaraq vəzifəli şəxsin özünü müdafiə xarakterli izahatını əsas götürmüş, məhkəməyə təqdim olunmuş sübutları düzgün qiymətləndirməmiş, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün şərh və tətbiq etməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan hüquqi nəticəyə gəlmişdir. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə əmələ gələn maye tullantıların idarə olunması isə Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair Tələblər”in 1 və 4-cü bəndlərinə uyğun olaraq həyata keçirilməlidir. İnzibati məsuliyyətin yaranması üçün hüquqi əhəmiyyət kəsb edən əsas hal içməli, məişət, texniki və ya tullantı sularının təyinatsız yerə axıdılması faktının mövcudluğudur.Məhkəmənin qərarından da göründüyü kimi, mübahisəli suların ətraf əraziyə axıdılması işin mübahisəsiz halıdır. O ki qaldı, həmin suyun tərkibinə, ətraf mühitə zərər vurmasına və ya zərər vurma təhlükəsi yaratmasına, qanunvericilikdə inzibati məsuliyyətin yaranması üçün əsas kimi yalnız məişət, texniki və tullantı sularının təyinatsız axıdılması faktının mövcudluğu nəzərdə tutulmuşdur. Qanunla suyun tərkibin müəyyən edilməsi tələb edilmir, çirklənmənin müəyyən olunması üçün mütləq kimyəvi analiz aparılması da şərt deyil, maddənin dizposiziyasından da görünür ki, axıdılan suların ətraf mühitə, su obyektlərinə və ya kommunikasiya sistemlərinə zərər vurması və ya zərər vurma təhlükəsi yaratması inzibati xətanın tərkib əlaməti kimi nəzərdə tutulmamışdır. Göstərilən inzibati xəta formal tərkiblidir, inzibati xətanın başa çatması üçün tullantı suyunun ətraf mühitə axıdılması kifayət edir, tullantı suları ətraf əraziyə axıdılan andan inzibati xəta hadisəsi başa çatmış olur. Hazırkı iş üzrə həmin fakt baxış aktı, inzibati xəta haqqında protokol, foto şəkillər, eləcə də digər yazılı sübutlarla tam təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi isə bu sübutların hüquqi əhəmiyyətini lazımi qaydada qiymətləndirməmiş və onların məcmusundan irəli gələn nəticələri nəzərə almamış, qanunu düzgün şərh etməmişdir. Məhkəmə qərar qəbul edərkən həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin su anbarından götürülən su ilə məktəbin ərazisindəki yaşıllıq sahəsinin suvarılması barədə izahatını əsas kimi qəbul etmişdir. Halbuki, məhkəmə qeyd edilən izahatda göstərilən halları digər sübutlarla müqayisəli şəkildə araşdırmalı və onların həqiqiliyinə hüquqi qiymət verməli idi. Belə ki, sözügedən izahatda göstərilən məlumatlar iş üzrə əhəmiyyət kəsb edən faktiki hallara aid olmaqla, digər sübutlarla birlikdə qiymətləndirilməli idi. Məhkəmə yalnız tərəflərin izahatları, verdikləri məlumatlar ilə kifayətlənməməli, həmin məlumatlarda göstərilən, iş üzrə əhəmiyyət kəsb edən faktiki halların mövcud olmasını və ya olmamasını obyektiv sübutlar əsasında müəyyən etməli və əsaslandırılmış qərar qəbul etməlidir. İnzibati xəta haqqında iş üzrə icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün hallar tam, hərtərəfli və obyektiv araşdırılmalı, hər bir sübutun mötəbərliyi və digər sübutlarla qarşılıqlı əlaqəsi qiymətləndirilməlidir. Lakin hazırkı iş üzrə məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərilən halların digər sübutlarla təsdiq olunub-olunmadığını araşdırmamış, həmin izahatın iş materiallarında olan baxış aktı, inzibati xəta haqqında protokol, fotoşəkillər və digər sübutlarla uyğunluğuna lazımi hüquqi qiymət verməmişdir. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, ##.##.2026-cı il tarixdə keçirilmiş baxış zamanı məktəbin ərazisində formalaşan maye suların yaşıllıq sahəsinə axıdılması faktı bilavasitə müəyyən edilmiş və sənədləşdirilmişdir. Həmin hal sonradan məhkəmə tərəfindən də mübahisələndirilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə mövcud olan sübutları ayrı-ayrılıqda deyil, onların məcmusu və qarşılıqlı əlaqəsi baxımından qiymətləndirməmiş, mühüm əhəmiyyət kəsb edən faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin etməmişdir. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarını ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq vəzifəli şəxs Biləsuvar rayon Dərvişli kənd tam orta məktəbinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXMin 262.2.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti * saylı Şirvan-Salyan Regional Bölməsinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 262.2.3-cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-in 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla təsdiq edilmir. Belə ki, məktəbin ərazisində formalaşmış mayenin yaşıllıq sahəsinə axıdılması müəyyən edilsə də, həmin mayenin məişət, texniki və ya tullantı suyu olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İşin materiallarında olan bütün sənədlərdə suyun mənbəyi olaraq “toplanmış sular” ifadəsindən istifadə edilmişdir. Həmçinin məhkəmə həmin mayenin ətraf mühitə, su obyektlərinə və ya kommunikasiya sistemlərinə zərər vurması və ya belə zərər vurma təhlükəsi yaratmasının sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, işdə olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin * saylı Şirvan-Salyan Regional Bölməsi tərəfindən tərtib edilmiş ## ### 2026cı il tarixli, MN seriyalı, ******* saylı nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Biləsuvar rayonu, Dərvişli kənd orta məktəbin ərazisində ## ### 2026-cı il tarixində formalaşan maye tullantıları təyinatsız ətraf mühitə axıdaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin * saylı Şirvan-Salyan Regional Bölməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və iş materialları baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin * saylı Şirvan-Salyan Regional Bölməsi tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, Biləsuvar rayonu, Dərvişli kənd orta məktəbin ərazisində aparılmış yoxlama zamanı məktəbin ayrı-ayrı yerlərində formalaşan maye tullantıların çirkab quyusuna deyil, məktəbin ərazisində mövcud olan yaşıllıq əraziyə axıdılması müəyyən olunmuşdu. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Su Məcəlləsinin 38-ci maddəsində göstərilmişdir ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi təsdiq olunmamışdır. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinin “Qeyd” hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Odur ki, birinci instansiyası məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi ilə bağlı düzgün qərara gəlmişdir. Bundan başqa, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzbati xəta haqqında protokol tərtib edilərkən pozuntuya yol verilməsi ilə bağlı dəlilini də formal mülahizəyə əsaslanmış dəlil kimi qəbul edərək onunla razılaşmağı mümkün hesab etmir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti * saylı Şirvan-Salyan regional bölməsinin rəisi X2 şikayətində göstərdiyi dəlillər əsassızdır. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar mövcuddur. Məhkəmə aşağıda qeyd olunanlara görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi ilə də razılaşır. İş materiallarından görünür ki, məktəb ərazisində formalaşmış mayenin yaşıllıq sahəsinə axıdılması müəyyən edilmiş, lakin həmin mayenin tərkibinin məişət, texniki və ya tullantı suyu olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin müəyyən edilmiş mayenin ətraf mühitə, su obyektlərinə və ya kommunikasiya sistemlərinə zərər vurması, yaxud vurma təhlükəsi yaratması da sübuta yetirilməmişdir. Məhkəmə nəzərə alır ki, İXM-in 262.2.3-cü maddəsinin tətbiqi üçün yalnız hər hansı mayenin əraziyə axıdılması faktının müəyyən edilməsi kifayət deyildir. Həmin mayenin maddənin dispozisiyasında göstərilən tullantı sularına aid olması, eləcə də onların təyinatdan kənar yerlərə axıdılması nəticəsində qanunla qorunan münasibətlərə təhlükə yaratması və ya zərər vurması mötəbər sübutlarla təsdiq edilməlidir. Hazırkı iş üzrə isə bu halları təsdiq edən sübutlar mövcud deyildir. Bundan əlavə, barəsində protokol tərtib edilmiş şəxsin və nümayəndəsinin izahatlarından görünür ki, məktəbin ərazisində mövcud su anbarından götürülən sular məktəbin həyətindəki ağacların və yaşıllıq sahələrinin suvarılması üçün istifadə edilmişdir. İş materiallarında həmin izahatları təkzib edən, suyun tullantı suyu olmasını və ya onun küçəyə, su obyektlərinə və ya digər təyinatdan kənar ərazilərə axıdılmasını təsdiq edən kifayət qədər sübutlar müəyyən edilməmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini birmənalı şəkildə təsdiq etmədiyindən, onun əməlində inzibati xəta tərkibi sübuta yetirilmiş hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsinin sanksiyasında fiziki şəxslər üçün yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üçün səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər üçün isə iki min manatdan üç min manatadək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla yanaşı, qeyd olunmalıdır ki, səlahiyyətli orqanın dəlillərinin formal xarakter daşıması da nəzərə alınmalı olan amillərdəndir. Belə ki, səlahiyyətli orqan apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi ilə bağlı halları göstərsə də, bu halları sübuta yetirən hər hansı mötəbər dəlil irəli sürə bilməmiş, həmin hallar formal olaraq qeyd edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən apellyasiya instansiyası məhkəməsi belə hesab edir ki, işin halları onu deməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xəta hadisəsini törətməsi sübuta yetmir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qanuni və ədalətli olan qərarının ləğv edilməsi üçün kifayət qədər əsas vermir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti * saylı Şirvan-Salyan regional bölməsinin rəisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-519/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-519/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver