Məhkəmə qərarları › İş №3(3-9)-530/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-530/2026

07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-530/2026 07.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının rəis müavini nümayəndə2, Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X2 Agentliyi hüquqi təminat sektorunun hüquqşünası nümayəndə1, Qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının ## ###### 2026-cı il tarixli, MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*- ***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının rəisi Xəyyam Aydınov tərəfindən verilmiş şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı (hakim Ellara Abbasova) ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının MN seriyalı ******* nömrəli ##.##.2026-cı il tarixli, “inzibati tənbeh vermə haqqında” qərarı və onun əsasında tətbiq edilmiş 100 (bir yüz) manat məbləğində inzibati cərimə ləğv edilmişdir. İŞİN HALLARI Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 100 manat inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan şikayət edərək, qeyd olunan qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxan Masallı Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarından Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının rəisi Xəyyam Aydınov apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli 3(5-145)- ***/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Lənkəran filialının inzibati xəta haqqında iş üzrə inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli MN ******* nömrəli qərarından verilmiş Masallı rayonu, Dadva – 2 küçəsində yaşayan Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cü il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Lənkəran filialının (bundan sonra – Agentliyin Lənkəran filialının) inzibati xəta haqqında iş üzrə inzibati cərimə növündə, inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli MN ******* nömrəli qərarından Fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə) nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinərək barəsində çıxarılmış Agentliyinin Lənkəran filialının inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli MN ******* nömrəli qərarı ləğv edilmişdir. Məhkəmə qərarı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və onun gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması,səbəbindən ləğv edilməlidir. Masallı rayonu, Dadva – 2 küçəsində yaşayan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qaz sayğacına müdaxilə edilməsi və az miqdarda təbii qazın talanması barədə Azəriqaz İB-dən Energetika Nazirliyinə daxil olmuş ## ###### 2026-cı il tarixli **-*-*-**/*-**/**** nömrəli müraciətlərinin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan sayğaca müdaxilə faktı ##.##.2025-ci il tarixdə aşkar edilmişdir. Bununla bağlı Azəriqaz İB tərəfindən ******* nömrəli ##.##.2025 tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, akt tərtib edilən zaman abonentin iştirakı təmin edilmiş və abonent aktı imzalamışdır. Abonentin əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə) nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri olduğuna görə onun iştirakı ilə barəsində ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) təqsiri iş materiallarında olan mötəbər sübutlarla müəyyən edildiyindən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə) nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinərək barəsində inzibati cərimə növündə, inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli MN ******* nömrəli qərar çıxarılmış və fiziki şəxs qismində 100 (yüz) manat miqdarında cərimə edilmişdir. Həmçinin, “Azərbaycan Metrologiya İnstitutu” Publik hüquqi şəxsin tabeliyindəki “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş DY M ****/****/** nömrəli protokoldada sayğaca fiziki təsir nəticəsində müdaxilə edildiyi təsdiq edilmişdir. İnzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli MN ******* nömrəli qərarın surəti ##.##.2026-cı il tarixli *-**-*-*/*-Q-*-***/**** nömrəli məktubla abonentin ünvanına göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və hakim tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, habelə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbindən Masallı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Agentliyin Lənkəran filialının inzibati xəta haqqında iş üzrə inzibati cərimə növündə, inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli MN ******* nömrəli qərarından Masallı rayonu, Dadva – 2 küçəsində yaşayan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Masallı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli 3(5-145)- ***/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Lənkəran filialının inzibati xəta haqqında iş üzrə inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli MN ******* nömrəli qərarından verilmiş Masallı rayonu, Dadva – 2 küçəsində yaşayan Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının rəis müavini nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X2 Agentliyi hüquqi təminat sektorunun hüquqşünası nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 282.1-ci maddəsinə görə təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə inzibati məsuliyyət yaranır. Həmin maddənin Qeydinə görə “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-in 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşdə olan sübutları həm ayrı-ayrılıqda, həm də məcmu halında əlaqəli şəkildə təhlil edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi ilə bağlı mövqeyi ilə razılaşır və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli “xxxx” Publik hüquqi şəxsin Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış məktubundan görünür ki, ##.##.2026-cı il tarixdə Lənkaran şəhəri X3 Agentliyindən Qərardan şikayət verən orqan (şəxs) adına göndərilmiş ss*********az saylı sifarişli məktub ##.##.2026-cı il tarixdə Cəlilabad RPF-yə daxil olmuş və həmin gün çatdırılmasından ötrü Masallı MXŞ-yə göndərilmişdir. Qeyd edilən məktub ##.##.2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) bacısı Aygün İbrahimovaya təhvil verilmişdir. ##.##.2026-cı il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 2 ünvanında fərvi evdə qaz sayğacına müdaxilə edərək təbii qazın talanması nəticəsində 919,40 manat məbləğində ziyan vurulmuşdur. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindəm İXM-in 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və Qərardan şikayət verən orqan (şəxs) 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. ##.##.2025-ci il tarixli Qaz sayğaclarının çıxarılması və quraşdırılması və istismarı haqqında aktdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Qurban oğlunun fərdi evindən ZENNER G4 markalı sayğac çıxarılaraq, GC2 markalı sayğac quraşdırılmışdır. ##.##.2025-ci il tarixli Qazdan İstifadə qaydalarını pozmasına görə aktdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Masallı şəhəri, Dadva 2-də yerləşən evinə ##.##.2025-ci il tarixli baxış zamanı, Sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşildiyi müəyyən olunmuşdur. Abonentin saldosundan görünür ki, Masallı rayonu, Dadva 2 küçəsində fərdi evində Qərardan şikayət verən orqan (şəxs) adlı abonentə ##.##.2025-ci il tarixdə GCZ-G-4 markalı, GCZ******* nömrəli sayğac quraşdırılmışdır, abonent kodu 284402100102670-dır. Dəymiş ziyanın bərpasına dair ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, ##.##.2025-ci il tarixli, ******* nömrəli akta əsasən Masallı şəhəri, ünvan 1 ünvanında fərdi evdə quraşdırılmış G-4 markalı *********** nömrəli sayğaca vizual olaraq baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu fikizi təsir nəticəsində deşilib. PQ4 maskimal saatlıq qaz sərfi ½ m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün. Qənaətli Su qızdırıcı 24 litr maksimal saatlıq qaz sərfi 2,4 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün, itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmənin yuxarıda qeyd olunan mövqeyi iş materialları ilə kifayət qədər təsdiq olunur. Belə ki, iş materiallarından görünür ki, sübutlar sayğacın iddiaçının iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini təsdiq edir. İlkin akt tərtib olunarkən abonentə başqa heç bir irad, o cümlədən sayğaca kənar müdaxilə edilməsi barədə irad tutulmamışdır. Eyni zamanda ekspertizanın nəticəsinə dair aktda sayğacda aşkar olunmuş qüsur və iddiaçının təqsirinin olması müəyyən olunmur. Mübahisəli aktın tərtib olunması ona əsas verir ki, ümumiyyətlə aktın tərtibi formal xarakter daşımış, müdaxilənin kim tərəfindən edilməsi araşdırılmamışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətin tətbiqi zamanı sübut etmə yükü inzibati orqanın üzərinə düşdüyündən və şəxsin təqsiri qanunla müəyyən olunmuş qaydada, mötəbər və yol verilən sübutlarla təsdiq edilmədiyi halda məsuliyyət yarana bilmədiyindən, prosessual pozuntu ilə tərtib edilmiş aktın sübut kimi qəbul edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb fiziki təsir nəticəsində kəsik izlərinin aşkar olunması qeyd olunmuş qüsurun bilavasitə abonent tərəfindən törədilməsi anlamına gələ bilməz. Fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. Mövcud qanunvericilik qaz sayğacının zədələnməsinin istehlakçının təqsiri üzündən baş verməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilməsi bilavasitə qaz paylayıcısının vəzifəsidir və bu cür sübutlar olmadan qaz sayğacının dəyərinin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin kim tərəfindən edilməsi, əgər müdaxilə olmuşsa onun təqsirliliyi, itirilmiş qaz sərfiyyatını müəyyən etmək üçün nə vaxtdan qaz sərfiyyatının itirilməsi, habelə müdaxilənin aşkar olunduğu tarixə qədər olan dövrün araşdırılması təmin edilməli və sübuta yetirilməli idi. Bundan başqa ##.##.2026-cı il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın tələbnaməsindən göründüyü kimi, itirilmiş qaz sərfiyyatı ehtimallarla hesablanmışdır. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmış, yuxarıda qeyd olunan sübutlara düzgün istinad edilmiş, nəticə etibarilə qanuni və əsaslı qərarın qəbul edilməsinə nail olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın obyekti dedikdə onun zərər yetirdiyi ictimai münasibətlər başa düşülür. İnzibati xəta obyektiv cəhətdən hərəkət və ya hərəkətsizlikdə ifadə olunur. Şəxsin öz hərəkəti və ya hərəkətsizliyi ilə yol verdiyi əməllər inzibati xətalar qanunvericiliyində nəzərdə tutulduğu hallarda inzibati xəta hesab olunur. İnzibati xəta subyektiv cəhətdən təqsirin qəsd və ya ehtiyatsızlıq formasında ifadə olunur. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Beləliklə, inzibati xəta tərkibinin bütün əlamətləri, o cümlədən inzibati xətanın obyektinə və obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə aid bütün əlamətlər olduqda şəxs inzibati xətanı törətmiş hesab edilə və buna görə inzibati məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qanuni və ədalətli olan qərarının ləğv edilməsi üçün əsas vermir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının rəisi Xəyyam Aydınov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar