Məhkəmə qərarları › İş №3(3-9)-544/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-544/2026

11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-544/2026 11.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” PHŞ-nin nümayəndəsi Tural Dilqəm oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 354.0.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” PHŞ-nin nümayəndəsi Tural Dilqəm oğlu tərəfindən verilmiş şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Şahəddin Kələntərov) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İŞİN HALLARI Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” PHŞ-dən məhkəməyə daxil olmuş MN ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə, Y-52-18 R-45 Xurşud avtomobil yolunun 1-ci km-də avtomobil yolu ilə eyni səviyyəli dəmir yolu keçidində müvafiq icazə alınmadan təmir işləri apararaq yol hərəkət təhlükəsizlik qaydalarını pozmaq faktı aşkar edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” PHŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan Salyan Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” PHŞ-nin nümayəndəsi Tural Dilqəm oğlu apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı iş üzrə ## #### 2026-ci il tarixli qərarının ləğv edilməsini, "xxxx" pubik hüquqi şəxsin iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “xxxx” publik hüquqi şəxsi müvafiq qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2026-cı il tarixdə, Y-52-18 R-45 Xurşud avtomobil yolunun 1-ci kilometrində avtomobil yolu ilə eyni səviyyəli dəmir yolu keçidində müvafiq icazə alınmadan təmir işləri apararaq yol hərəkətinin təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar “xxxx” publik hüquqi şəxsi tərəfindən tərtib olunan MN******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokoluna baxılaraq, qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Salyan Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli Qərarı ilə “xxxx” publik hüquqi şəxsin iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, müvafiq inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 354-cü maddəsinin tələblərinə əməl etmiş, bunun üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin elektron qaydada müraciət etmiş, lakin müraciəti cavablandırılmamış, vətəndaşların mənafelərinin təmin olunması, onların narazılıqlarının qarşısının alınması məqsədi ilə işlərin görülməsinə başlanılmışdır. Bu səbəbdən də Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı iş üzrə ## #### 2026-ci il tarixli qərarının ləğv edilməsini, “xxxx” pubik hüquqi şəxsin iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” PHŞ-nin nümayəndəsi Tural Dilqəm oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək həmin dəlillərə uyğun çıxış etdi və apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSCnin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb və proses iştirakçılarını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC Azərbaycan Respublikası İXM-in 354.0.6-cı maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair yeni qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İş materiallarında olan MN ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə, Y-52-18 R-45 Xurşud avtomobil yolunun 1-ci km-də avtomobil yolu ilə eyni səviyyəli dəmir yolu keçidində müvafiq icazə alınmadan təmir işləri apararaq yol hərəkət təhlükəsizlik qaydalarını pozma faktı aşkar edilmişdir. ** nömrəli Salyan yol sahəsinin, sahə rəisi Rəşad Hacıyev tərəfindən verilmiş ## #### 2026-cı il tarixli izahatdan görünür ki, Osmanlı-Astara sahəsində aparılan orta və əsaslı təmir işləri ilə əlaqədar olaraq sənədin qeydiyyat nömrəsi 14-5-2/2-6661/2026 məktubuna əsasən Salmanlı-Salyan mənzilinin 39 km pr 7-də yerləşən qorunmayan keçidin, keçid döşəməsi yararsız halda olduğu üçün əhali tərəfindən ciddi narazıcılığa səbəb olmuşdur. Aparılan təmir işləri ilə əlaqədar olaraq keçid döşəməsi beton döşəmələrlə əvəz olunması işləri aparılmışdır. Barəsində şikayət verilən məhkəmə qərarından görünür ki, məhkəmə “xxxx” MMC-nin barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verərkən ona əsaslanmışdır ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta haqqında protokolun tərib olunmasına əsas olan işləri görməkdən ötrü müvafiq icazənin alınması üçün elektron sənəd dövriyyəsi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə işlərin görülməsindən 12 gün əvvəl müraciət etmiş, həmin müraciətdə əlaqələndirici şəxs kimi ADYnin İnfrastruktur departamenti Yol xidmətinin ** nömrəli Salyan yol sahəsinin rəisi Rəşad Hacıyevin də əlaqə məlumatı kimi mobil telfon nömrəsini qeyd etmişdir. Elektron qaydada göndərildiyi üçün həmin sənəd göndərildiyi gün göndərildiyi ünvana çatmış hesab olunur. Qeyd olunan məktubun dövlət agentliyi tərəfindən cavablandırılmaması barəsində inziabti xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri nəticəsində baş verməmişdir. Barəsində inziabti xəta haqqında iş üzrə icraat aparılan şəxsin-işçisi, yol sahə rəisi Rəşad Hacıyevin izahatından da göründüyü kimi əhali tərəfindən ciddi narazılıq olduğundan həmin işlərin görülməsi üçün cavabı gözləmək mümkün olmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi həm mövcud iş materiallarını, həm də apellyasiya məhkəməsinə təqdim olunmuş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-in 354.0.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə işlərin görülməsindən 12 gün əvvəl müraciət etməsi, onun müvafiq təmir işlərinə başlaması üçün hüquqi əsas ola bilməz. Məhkəmə araşdırması zamanı qeyd olunan müraciətin tərtib olunması müəyyən edilsə də, onun nəinki çatdırılması, heç ümumiyyətlə həqiqətən də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göndərilməsini təsdiq edən heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, qanunvericiliyin tələbinə görə razılığın alınması üçün müraciətə 15 gün müddətində baxıldığından, hətta müvafiq icazə üçün müraciət göndərilmiş olsaydı belə, 12 gün müddətində cavab verilməməsi icazəsiz olaraq işlərə başlamaq üçün əsas ola bilməzdi. Halbuki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən Avtomobil yolunun sahibi, onun razılığı olmadan avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən bütün işləri dərhal dayandırmaq, qanunsuz tikili və qurğuları həmin şəxslərin vəsaiti hesabına sökmək, avtomobil yollarını əvvəlki vəziyyətinə gətirməyi tələb etməlidir. Bu işləri görən şəxslər avtomobil yolunun sahibinin tələbinin icrasından imtina etdikdə və ya razılaşdırılmış müddətdə yerinə yetirmədikdə, tikinti və qurğuların sökülməsi, avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsi üzrə işlər avtomobil yolunun sahibinin qüvvəsi və (və ya) vəsaiti hesabına yerinə yetirilir. Belə hallarda avtomobil yolunun sahibinin həmin işlərin yerinə yetirilməsi ilə əlaqədar çəkdiyi xərclər qanunsuz tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan şəxslər tərəfindən ödənilməlidir. Göstərilən xərclər ödənilmədikdə, avtomobil yolunun sahibi müvafiq iddia irəli sürmək hüququna malikdir. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində yol hərəkətinin təhlükəsizliyini təmin edən nişanlar və göstəricilər istisna olmaqla, yolkənarı xidmət obyektləri, habelə məlumat qurğuları (reklam qurğuları istisna olmaqla) avtomobil yolunun sahibinin yazılı razılığı ilə və bağlanılan müqavilələr əsasında yerləşdirilir. Avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işlərin aparılmasına, yolkənarı xidmət obyektlərinin, habelə reklam qurğularının yerləşdirilməsinə razılığın alınması üçün ərizəyə avtomobil yolunun adı və istiqaməti göstərilməklə sahənin sxemi, tikilməsi və ya quraşdırılması nəzərdə tutulan obyektin yaxud qurğunun texniki planı əlavə olunur. Razılığın verilməsi haqqında ərizəyə 15 gündən gec olmayaraq baxılır. Yazılı razılığın şərtlərinə riayət edilməsi bütün hüquqi və fiziki şəxslər üçün məcburidir və onların yerinə yetirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir. Müvafiq razılığın olmadığı və ya verilmiş razılığın şərtləri yerinə yetirilmədiyi hallarda avtomobil yollarının torpaq sahələrində pozuntuya yol vermiş hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin ona istinad edilən inzibati xətanı törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, yuxarıda qeyd olunan sübutlara düzgün istinad edilməmiş, nəticə etibarilə qanuni və əsaslı qərarın qəbul edilməsinə nail olunmamışdır. Halbuki, İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-in 354.0-cı maddəsinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni- maddə 354.0.6- dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin törətmiş olduğu inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xətanın məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-ni qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından sonuncunun barəsində Azərbaycan Respublikası İXM-in 354.0.6-cı maddəsinin sanksiyası ilə müəyyən edilmiş aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalı, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC Azərbaycan Respublikası İXM-in 354.0.6-cı maddəsi ilə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” PHŞ-nin nümayəndəsi Tural Dilqəm oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC Azərbaycan Respublikası İXMin 354.0.6-cı maddəsi ilə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar