Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-568/2026 18.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair səlahiyyətli orqanın qərarının dəyişdirilmədən saxlanılması barədə Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı (hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi) ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Sabirabad rayonu Qalağayın kəndində yerləşən Sabirabad sənaye rezidenti Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Dövlət Ekoloji Ekspertizasının müsbət rəyi olmadan fəaliyyət göstərməsi faktı aşkar edilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxan Sabirabad Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarını əsassız və qanunsuz, ədalətsiz qərar hesab edir. Məhkəmə işə baxarkən işin faktik hallarını düzgün araşdırmamış, işin faktik hallarını və təqdim olunan maddi sübutları qiymətləndirə bilməmiş, daha doğrusu qiymətləndirmək istəməmişdir. Nəticə etibarı ilə ədalətsiz qərar qəbul etmişdir. Sabirabad Rayon Məhkəməsi qərar çıxararkən işin faktik hallarına istinad etmədən qarşı tərəfin formal müiahizəiəri əsasında tərtib etdiyi qanunsuz inzibati tənbeh etmə haqqında qərarını qanuni hesab etmiş, qərar çıxararkən qüvvədə olan mövcud qanunvericiliyin tələblərini (İXM-nin 61-ci, 122-ci, 123-cü, 124cü) kobudcasına pozmaqla, ədalət prinsiplərinə zidd olan qanunsuz qərar çıxarmışdır. Məhkəmə qərarı eyni zamanda Ali Qanunumuz olan Konstitusiyanın 60-cı, 63-cü, 71-ci, 80-ci maddələrinin tələblərinə zidd olaraq çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 71.1-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşma çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni və əsaslı nəticəyə gəldiyini göstərib, şikayətin təmin olunmamasını və məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Sabirabad rayonu Qalağayın kəndində yerləşən Sabirabad sənaye rezidenti Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Dövlət Ekoloji Ekspertizasının müsbət rəyi olmadan fəaliyyət göstərməsi faktı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələbdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) 30 gün müddətində Dövlət Ekoloji Ekspertiza Agentliyindən müvafiq rəyin alınmasının təmin edilməsi tapşırılmış, əks təqdirdə İXM-nin 541-ci maddəsinə əsasən cərimə ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, birinci instansiya məhkməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 275.1.1-ci maddəsi ilə təqsirli olması ilə bağlı nəticəyə gələrkən ona əsaslanmışdır ki, “hazırki şikayətçi Qərardan şikayət verən orqan (şəxs) müvafiq inzibati xəta hqqqında protokolun tərtib edilməsində iştirak etməsə də, protokolun surəti qoşma sənədlərlə birgə, həmçinin müvafiq protokol əsasında işə baxılmasına dəvət məktubu, nöqsanın aradan qaldırılması barədə tələb məktubu və yekun olaraq inzibati tənbehvermə haqqında qərar ona ünvanlanmış və bu hallar ümumiləşdirildikdə o, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə araşdırma barədə məlumatlı olmuşdur. Lakin o, hazırda şikayətində göstərmiş olduğu hər hansı əsas üzrə inzibati araşdırma ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən çağırışa cavab verməmiş, inzibati araşdırmada iştirak etməmiş və arqumnetlərini (əgər var idisə) irəli sürməmişdir. Həmçinin hazırki araşdırma üzrə müəyyən olunan haldan biri də ondan ibarətdir ki, müvafiq inzibati xəta haqqında protokol tərtib edilib barəsində protokol tərtib etmiş şəxsə həmin protokolun surətinin ünvanlanması göstərilən zaman qoşma olaraq Dövlət Ekoloji Ekspertiza Agentliyindən daxil olmuş məktub da göndərilmişdir ki, bu fakt da onu göstərir ki, inzibati araşdırma həyata keçirib müvafiq qərarı qəbul etmiş orqan həmin məktuba istinadən inzibati araşdırmanı başlamışdır. Hıazrki halda isə şikayətçi fəaliyyəti üzrə müsbət rəyin olması barədə sənədi nə şikayətinə əlavə etmiş, nə də məhkəməyə təqdim etmişdir”. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmağı mümkün hesab etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yalnız onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi və ya inzibati orqanın müəyyən hallara istinad etməsi kifayət hesab edilə bilməz. İnzibati xəta haqqında işə baxan məhkəmə, ilk növbədə, şəxsin törətməsi iddia olunan əməlin faktiki hallarını, həmin əməlin konkret nədən ibarət olduğunu, onun inzibati xəta tərkibinin əlamətlərinə uyğunluğunu və şəxsin həmin əmələ görə məsuliyyət daşımasını əsaslandıran sübutların mövcudluğunu tam, hərtərəfli və obyektiv şəkildə müəyyən etməlidir. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi tərəfindən bu məsələlər araşdırılmamış, Qərardan şikayət verən orqan (şəxs) konkret olaraq hansı fəaliyyətlə məşğul olduğu, Sabirabad rayonu, Qalağayın kəndində yerləşən Sabirabad sənaye rezidenti ərazisində hansı fəaliyyətin həyata keçirildiyi, həmin fəaliyyətin mahiyyətinin nədən ibarət olduğu, hansı məhsulun istehsal edildiyi və ya hansı xidmətin göstərildiyi, fəaliyyətin hansı obyekt və qurğular vasitəsilə həyata keçirildiyi, habelə həmin fəaliyyətin ətraf mühitə mümkün təsirinin xarakteri və dərəcəsi müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən həmin fəaliyyətin həyata keçirilməsi üçün Dövlət Ekoloji Ekspertizasının müsbət rəyinin alınmasının qanunvericilik baxımından məcburi olubolmaması məsələsinə də hüquqi qiymət verilməmişdir. Başqa sözlə, iş üzrə əvvəlcədən müəyyən edilməli olan əsas məsələ Qərardan şikayət verən orqan (şəxs) müvafiq müsbət rəyə malik olub-olmaması deyil, onun həyata keçirdiyi konkret fəaliyyətin nədən ibarət olması, habelə həmin fəaliyyətin müvafiq rəyin alınmasını tələb edən fəaliyyətlər sırasına aid olub-olmamasıdır. Belə ki, inzibati məsuliyyətin yaranması üçün şəxsin üzərinə qoyulmuş konkret hüquqi öhdəliyin mövcudluğu müəyyən edilməli, həmin öhdəliyin hansı normadan irəli gəldiyi və şəxsin məhz hansı hərəkəti və ya hərəkətsizliyi ilə həmin tələbi pozduğu aydın şəkildə göstərilməlidir. Bunun üçün isə Qərardan şikayət verən orqan (şəxs) fəaliyyətinin hüquqi və faktiki mahiyyəti müəyyən edilmədən onun Dövlət Ekoloji Ekspertizasının müsbət rəyi olmadan fəaliyyət göstərdiyi barədə nəticəyə gəlmək mümkün deyildir. Birinci instansiya məhkəməsi isə göstərilən ziddiyyətli və mühüm məsələləri araşdırmaq əvəzinə, əsas diqqəti Qərardan şikayət verən orqan (şəxs) inzibati araşdırmada iştirak edibetməməsinə, ona sənədlərin göndərilməsinə və barəsində qəbul edilmiş qərardan məlumatlı olub-olmamasına yönəltmişdir. Halbuki, şəxsin inzibati araşdırmada iştirak etməsi və ya ona inzibati sənədlərin göndərilməsi inzibati xətanın özünün mövcudluğunu təsdiq edən yeganə sübut kimi qiymətləndirilə bilməz. Bu hallar icraat iştirakçısının prosessual hüquqlarının təmin olunması ilə bağlı məsələlərə aid olmaqla, şəxsin ona istinad edilən inzibati xətanı törətməsi faktını avtomatik olaraq təsdiq etmir. Eyni qaydada, Qərardan şikayət verən orqan (şəxs) Dövlət Ekoloji Ekspertizasının müsbət rəyinin mövcudluğunu təsdiq edən sənədi məhkəməyə təqdim etməməsi də özlüyündə onun İXM-in 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə nəticəyə gəlmək üçün kifayət deyildir. Əvvəlcə inzibati orqan və məhkəmə tərəfindən şəxsin konkret fəaliyyətinin belə rəyin alınmasını tələb edib-etmədiyi müəyyən edilməli, yalnız bundan sonra həmin fəaliyyətin müvafiq rəy olmadan həyata keçirilib-keçirilmədiyi araşdırılmalı idi. Bununla yanaşı, iş materiallarından Qərardan şikayət verən orqan (şəxs) “Sabirabad sənaye rezidenti” kimi hansı hüquqi statusda fəaliyyət göstərdiyi, həmin ərazidə ona məxsus və ya onun istifadəsində olan obyektin təyinatı, orada həyata keçirilən istehsal və ya digər fəaliyyətin konkret olaraq nədən ibarət olduğu barədə tam və aydın məlumat müəyyən olunmur. Bu hallar aydınlaşdırılmadan yalnız obyektin sənaye rezidenti ərazisində yerləşməsinə istinad etməklə həmin fəaliyyətin ekoloji ekspertizanın müsbət rəyinin alınmasını tələb edən fəaliyyət olduğu qənaətinə gəlmək mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Dövlət Ekoloji Ekspertizasının keçirilməsinin zəruri olubolmaması şəxsin fəaliyyətinin yalnız yerləşdiyi ərazi və ya obyektin ümumi statusu ilə deyil, həmin fəaliyyətin konkret xarakteri, həyata keçirilən proseslər, istifadə olunan xammal və avadanlıqlar, istehsal olunan məhsul, ətraf mühitə mümkün təsir və qanunvericilikdə müəyyən edilmiş digər meyarlar nəzərə alınmaqla müəyyən edilməlidir. Bu baxımdan, məhkəmə tərəfindən Qərardan şikayət verən orqan (şəxs) fəaliyyətinin faktiki məzmunu müəyyən edilmədən həmin fəaliyyətə görə ekoloji ekspertizanın müsbət rəyinin zəruri olması barədə nəticəyə gəlinməsi əsaslı hesab edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə inzibati xətanın tərkibinin əsas elementlərindən biri olan əməl, yəni Qərardan şikayət verən orqan (şəxs) hansı konkret fəaliyyətinin qanunvericiliyin tələblərinə zidd olaraq ekoloji ekspertizanın müsbət rəyi olmadan həyata keçirildiyi müəyyən edilməmiş, həmin fəaliyyətin ekoloji ekspertizanın predmetinə aid olub-olmaması araşdırılmamış və bu məsələyə dair hər hansı əsaslandırılmış hüquqi nəticə ifadə edilməmişdir. Məhkəmə yalnız inzibati orqanın tərtib etdiyi sənədlərin mövcudluğunu və həmin sənədlərin Qərardan şikayət verən orqan (şəxs) göndərilməsini əsas götürməklə onun inzibati xətanı törətməsi barədə nəticəyə gəlmişdir. Halbuki inzibati orqanın gəldiyi nəticənin məhkəmə tərəfindən formal şəkildə təkrarlanması iş üzrə həqiqi halların müəyyən edilməsi və sübutların məcmu qaydasında qiymətləndirilməsi vəzifəsini əvəz edə bilməz. Odur ki, iş üzrə mövcud olan sübutların məzmunu birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əlavə araşdırma aparılmadan kifayət qədər əsaslandırılmış hesab edilməsinə imkan vermir. Apellyasiya məhkəməsi hesab edir ki, göstərilən hallar inzibati xəta hadisəsinin hüquqi qiymətləndirilməsi, şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkib əlamətlərinin mövcud olub-olmamasının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan yalnız inzibati orqanın tərtib etdiyi protokol əsasında şəxsin təqsirli hesab edilməsi məhkəmə araşdırmasının tamlıq, obyektivlik və hərtərəflilik meyarlarına uyğun sayıla bilməz. Beləliklə, apellyasiya məhkməsi hesab edir ki, birinci instansiya məhkməsi tərəfindən iş üzrə əhəmiyyətli halların tam müəyyən edilməsi üçün Qərardan şikayət verən orqan (şəxs) faktiki fəaliyyətinin nədən ibarət olması, həmin fəaliyyətin həyata keçirildiyi obyektin və istehsalat sahəsinin xüsusiyyətləri, fəaliyyətin ətraf mühitə mümkün təsiri, həmin fəaliyyətin Dövlət Ekoloji Ekspertizasının predmetinə aid edilməsi üçün hüquqi əsasların mövcudluğu, belə rəyin alınmasının qanunvericiliklə məcburi olub-olmaması kimi məsələlər araşdırılmamış, işdə olan sübutlara kifayət qədər ciddi yanaşmadan nəticəyə gəlinmiş və beləliklə də, iş üzrə səthi qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərdən keçirən apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmalı və qarşılıqlı təhlil edilməli, bundan sonra işin mahiyyəti üzrə yekun nəticəyə gəlinməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, işə təkrar baxılarkən hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunan hallar tam, hərtərəfli araşdırılmalı, sübutlara obyektiv qiymət verilməli və nəticədə qanuni və əsaslı qərarın qəbul edilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məhkəməsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda məhkəmə, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1 və 135.1.1-ci maddələrinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-568/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-568/2026
18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver