Məhkəmə qərarları › İş №3(5-101)-969/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-969/2026

30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-969/2026 30.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Fuad Əhmədovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbə ərazi dairəsi, Ərkivan qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 30 yanvar 2026-cı il tarixli 26-1-0-0/000-0020-2 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. 30 yanvar 2026-cı il tarixli 26-1-0-0/000-0020-2 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, fiziki şəxs Şəxs – xx.xx.1984-cü il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Masallı rayonu, Ərkivan qəsəbəsinə qeydiyyatda olan - barəsində Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Qərarın qəbul edilməsinə əsas olaraq göstərilmişdir ki, fiziki şəxs Şəxs - “Milli Təhlükəsizlik Haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş Azərbaycan Respublikasının informasiya sahəsində dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş milli təhlükəsizliyinin təmin olunması tədbirləri kompleksinin həyata keçirilməsinə və Azərbaycan Respublikasının milli təhlükəsizliyi - dövlətin müstəqilliyinin, suverenliyinin, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsinə zidd olaraq “Facebook” sosial şəbəkəsində “Anar Ərkivan” adı ilə qeydiyyat keçdiyi və istifadəsində olan səhifədə, həmçinin istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə “whatsapp” proqramının sosial paylaşımlar edildiyi “status” bölməsində milli təhlükəsizliyə təhdid hesab edilən dövlətin müdafiə qurumları tərəfindən ölkə ərazisində radikal ekstremist qruplaşmanın zərərsizləşdirilməsi əməliyyatına sosial paylaşımla emosional formada fikir bildirib zərərsizləşdirilmiş və saxlanılmış şəxslərin günahsız olmasını, bu əməllərdə dövləti günahlandırıb tədbir keçirmiş qurumun özünün terrorçuluq əməlləri törətməsi fikrini təbliğ edərək, ölkədə ictimai-siyasi sabitliyin pozulmasına yönələn böhtan xarakterli məlumatlar paylaşaraq dövlət qurumlarını casusluqda ittiham etməklə və dövlətin beynəlxalq təşkilat və başqa dövlətlə münasibətlərini təhrif edən, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər və Azərbaycan Respublikası milli maraqlarının həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amillərdən ibarət olan milli təhlükəsizliyə təhdidi əks etdirən məlumatı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.3.9-cu və 13-2.3.10-1-ci bəndlərinə əsasən internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, xx.xx.2026-cı il tarixədək, son üç ildə müxtəlif vaxtlarda informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi kimi “Facebook” sosial şəbəkəsindəki səhifəsində və “whatsapp” mobil tətbbiqinin sosial “status” bölməsində yerləşdirərək yayılmasına yol verməklə təbliğ etmiş, bununla da Azərbaycan Respublikası İXM-in 388- 1.1.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi Fuad Əhmədov inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq 30 yanvar 2026-cı il tarixli 26-1-0-0/000-0020-2 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib olunduğunu və Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü təqsirli bilərək, whatsapp və facebook sosial şəbəkələrində “Anar Ərkivan” adı ilə qeydiyyatdan keçib, ölkədə və dünyada baş verən hadisələrlə bağlı fikirlərini, doğru hesab etdiyi məlumatları paylaşdığını bildirmiş, Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirdiyini etiraf etmiş, lakin sosial şəbəkədə heç bir dövlət qurumuna qarşı nalayiq ifadə işlətmədiyini bildirimişdir. Əməlindən peşman olduğunu, iki övladını olduğunu qeyd edərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən tərtib olunmuş 30 yanvar 2026-cı il tarixli 26-1-0-0/000-0020-2 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, fiziki şəxs Şəxs – xx.xx.1984-cü il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Masallı rayonu, Ərkivan qəsəbəsinə qeydiyyatda olan - barəsində Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs whatsapp və facebook sosial şəbəkələrində “Anar Ərkivan” adı ilə qeydiyyatdan keçib Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyaları yerləşdirmiş və Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar, inzibati xəta törətmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş fotoşəkillər və digər sənədlərlə sübuta yetirilmişdir ki, vətəndaş Şəxs whatsapp və facebook sosial şəbəkələrində “Anar Ərkivan” adı ilə qeydiyyatdan keçib Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyaları yerləşdirmiş və Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, həbsetmənin əvvəli 30 yanvar 2026-cı il tarixdən saat hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 30 yanvar 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar