Məhkəmə qərarları › İş №3(5-102)-128/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-128/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-128/2026 17.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Səfərova Nübar Seyfəddin qızının katibliyi, X1 nümayəndəsi Nümayəndə, X3 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli MN ******* nömrəli qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qərarda ümumiyyətlə inzibati xətanın nə vaxt törədildiyi qeyd olunmayıb, bu isə bir daha onu sübut edir ki tərəfimizdən heç bir inzibati xəta törədiiməyib. Halbuki, mövcud qanunvericiliyin tələbinə əsasən inztibati xəatnın törədildiyi vaxt qərarda dəqiq qeyd olunmalıdır. Ekologiya İdarəsinin əməkdaşlarının öz aralarında (aktı yalnız ekologiya əməkdaşları, imza ediblər) tərtib etdikləri aktda isə qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində fəaliyyət göstərən “Qoç ət” iaşə obyektinin ətraf ərazisində monitorinq aparıldı, ölçmənin nəticələrinə görə həmin ərazidə CQ 6.1 mq təşkil edir. Nəzərinizə çatdırıram ki, həmin vaxt “Qoç ət” restoranında ümumiyyətlə manqaldan istifadə olunmamışdır ki, ətraf mühitə zərərli maddələr atmış olsun. ETSN-nin əməkdaşların yalnız özləri tərtib etdikləri aktda “Qoç ət” restoranında manqalın olub-olmaması, həmin vaxt fəaliyyət göstəribgöstərməməsi, işlək vəziyyətdə olması və ya zərərli maddələrin məhz bizə məxsus olan hansı qurğudan atıldığını qeyd etməyiblər, çünki həmin vaxt restoranda manqal işləməyib, fəaliyyətdə olmadığından da zərərli maddə atılması mümkün deyil. Göründüyü kimi, ETSN-nin əməkdaşlarının özləri də təsdiq edir ki, həmin vaxt rest manqalı yox, restoranın özü fəaliyyətdə olmuşdur və ölçmə-monitoronq işləri "Qoç restoranında deyil, onun ətraf ərazilərində aparılmışdır və normadan artıq ı maddə “Qoç ət” restoranında deyil, ətraf ərazidə artıq olmuşdur. Qeyd edi: restoranın ətraf ərazilərində (ətraf əraziləri dedikdə nə nəzərdə tutulur məlum aparılmış monitorinq və onun nəticələri heç bir halda bizim restorana aid edilə bi restoranın ətraf ərazilərində havada zərərli maddələrin çox olmasının bizim restorana bir aidiyyəti yoxdur. Belə ki, həmin vaxt bizim restorana məxsus manqal işləmədiyi tərəfimizdən havaya hər hansı bir zərərli maddə atılmamışdır, eyni zamanda həmin ünvanda (restoranın ətrafında) çoxlu sayda iaşə obyektləri, restoranlar fəaliyyət göstəri ETSN əməkdaşları bizim restoranda manqal işləmədiyi halda ətrafda olan zərərli maddələrin başqa restorana deyil, məhz “Qoç ət” restoranına aid olduğunu necə müəyyən etmişlər? Bundan əlavə 11 saylı RETSl-nin əməkdaşları tərəfindən həmin tarixdə (26,12,2025-cü il) “Qoç ət” restoranına baxış keçirilməyib (bildirirəm ki, həmin tarixdə ümumiyyətlə Bakı şəhərində olmamışam). Restoranda zərərli maddələrin normadan artıq olması hər hansı bir xüsusi texniki vasitə ilə aşkar olunmayıb, bununla bağlı İdarə əməkdaşları “Qoç ət” restoranında heç bir araşdı aparmayıb, qeyd olunanları təsdiq edəcək akt (sənəd) iştirakı ilə tərtib olunur və tərəfindən imzalanmayıb, normativlərin nədən ibarət və normadan artıq heç nə ilə müəyyən olunmur. Həmin vaxt restoranda manqal işləmədiyi üçün hər hansı bir zərərli maddə yaranmamış və bu mümkün deyil. Ümumiyyətlə restoran hər hansı bir zavod ya digər istehsal müəssisəsi deyil ki zərərli maddə yaransın. 11 sayiı RETSİ tərəfind barəmdə tərtib olunmuş protokol, akt və ya qərarda isə ümumiyyətlə atmosfer havası zərərli maddələrin hansı mənbədən (manqal, təndir və s) atıldığı belə müəyyən olunmaq və həmin tullantıların nədən yarandığı bilinmir. Yalnız ETSN əməkdaşlarıı tərəfindən öz aralarında formal olaraq tərtib edilərək imzalanmış aktda qeyd olunmuşdur ki, həmin restoranın ətraf ərazisində monitorinq keçirilmişdir və nəticəyə əsasən həmin ərazidə CO normadan artıq olmuşdur. Lakin yuxanda qeyd olunduğu kimi, həmin vaxt restoranc hər hansı bir tüstünün olub-olmaması, ümumiyyətlə manqal və ya tüstünün (zərərli maddənin) yarandığı digər hər hansı bir mənbənin olub-olmadığı, həmin vaxt işləyib işləmədiyi, normanın nədən ibarət oiduğu qeyd olunmayıb. “Qoç ət” restoranında əsasən qazan yeməkləri əhaliyə təklif olunur ki, bu da elektrik sobasında bişirilir, bunun üçün restoranda müasir standartlara və normalara cavab verən havalandırma sistemi quraşdırılmış və mütəmadi olaraq xidmət həyata keçirilir ki bundan istifadə zamanı isə heç bir tüstü və ya zərərli maddə yaranmır, yalnız restorana məxsus spesifik iy qoxu (yemək qoxusu) yarana bilər ki, bunun da tərkibində hər hansı bir zərərli maddə yoxdur. Qeyd olunanlar onu sübut edir ki, ETSN əməkdaşları heç bir araşdırma aparmamış tərtib olunmuş bütün sənədlər formal olaraq əsassız tərtib edilmiş və əməkdaşlarır ümumiyyətlə monitoriq və ya ölçməsi qanunvericiliyin tələbinə uyğun aparılmamışdır. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi Nümayəndə şikayətdə qeyd edilənlərə uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 şikayət əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026cı il tarixli MN ******* nömrəli qərarı ilə X7 tərəfindən İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə inxibati xata haqqında iş üzrə qərardan şikayətlə bağlı proses iştirakçılarının izahatlarını dinləyib sənədləri tədqiq edib aşağıda qeyd olunan əsaslarla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilmiş 24 dekabr 2025-ci il tarixli aktdan görünür ki, məktubların icrası ilə əlaqədar Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində fəaliyyət göstərən “Qoçət” iaşə nümunə götürülərək laboratoriyaya təhvil verilmişdir. Bununla bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda nümunələrin hansı cihaz vasitəsilə (markası, modeli, sertifikat nömrəsi, sonuncu və növbəti sertifikatlaşma tarixləri göstərilmədən) və ya üsulla yoxlanılması, ən əsası da yoxlama cihazının göstəricisi ümumiyyətlə əksini tapmamışdır. Nümunələrin götürülməsində X4 iştirakı təmin edilməmiş, aktın surəti ona təqdim olunmamış. Aktda nümunələrin restoranın ətraf ərazisindən götürüldüyü qeyd olunur. Həmin ərazidə ardıcıl olaraq çoxsaylı restoran və digər yeməkxanaların olmasını nəzərə almaqla, məhkəmə hesab edir ki, nümunələrin götürülməsi ətraf ərazidən deyil, bilavasitə restoranın mətbəxinin bacasından götürülməli, X4 mütləq, zərurət olarsa işdə marağı olmayan müşahidəçilərin iştirakı təmin edilməli, aktda yuxarıda göstərilən bütün zəruri məlumatlar qeyd olunmalı, aktın surəti X6, aktı mübahisələndirmək hüququnun təmin edilməsi məqsədilə, təqdim edilməli idi. Lakin, aktı tərtib edən şəxs tərəfindən bunların heç birinə riayət edilməmişdir. Atmosfer havasının vəziyyətinin monitorinqi iki sistemə bölünür: müşahidə və nəzarət. Birinci sistem konkret çirklənmə mənbələrininn təsiri altında yerləşməyən şəhərlərdə, yaşayış məntəqələrində və ərazilərdə atmosfer havasının keyfiyyəti üzərində müşahidəni təmin edir. İkinci sistem çirklənmə mənbələrinin nəzarətini və zərərli maddələrin atmosferə tullanmasının tənzimlənməsini təmin edir. Hər iki məsələnin reallaşdırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilir. Atmosfer havasının keyfiyyətinin analizinin əsas elementlərindən biri nümunələrin götürülməsidir. Əgər nümunələrin seçimi düzgün edilməyibsə, onda ən dəqiq analizin nəticələri belə öz mənasını itirir. Atmosfer havasının nümunəsinin seçilməsi aspirasiya üsulu ilə uducu cihazdan müəyyən sürətlə havanın keçirilməsi və ya məhdud həcmli qabların doldurulması yolu ilə həyata keçirilir. Qazabənzər qarışıqların tədqiqi üçün hər iki metod, aerozol (toz) şəkilli qarışıqların tədqiqi üçün isə yalnız birincisi yararlıdır. Uducu cihazdan havanın keçirilməsi nəticəsində uducu mühitdə analiz edilən maddənin konsentrləşdirilməsi aparılır. Maddənin konsentrasiyasının həqiqi qiymətinin təyin edilməsi üçün, havanın sərfi dəqiqədə on və yüz litrlərlə olmalıdır. Nümunələr birdəfəlik və ortasutkalıq olurlar. Adətən atmosfer havasında çirkləndirici maddələrin konsentrasiyalarının orta sutkalıq qiymətlərini almaq üçün nümunələr yerli dekret vaxtla 7, 13, 19, 01 saatlarda aparılır. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə: 1.0.2. zərərli və çirkləndirici maddələr (bundan sonra zərərli maddələr)—atmosfer havasına atılan və müəyyən qatılıq həddində insan sağlamlığına və ətraf mühitə zərərli təsir göstərən maddələr və ya onların qarışıqlarıdır. 10.1. Atmosfer havasına zərərli maddələrin atılmasının dövlət tərəfindən tənzimlənməsi məqsədilə atılmanın texniki normativləri və onun yol verilən həddi müəyyən edilir. 10.2. Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habeləatmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 10.3. Atmosfer havasına atılan zərərli maddələrin hər bir stasionar mənbəyi və onların məcmusu (bütövlükdə obyekt) üçün atılmanın yol verilən həddini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 10.6. Atmosfer havasına zərərli fiziki təsirlərin dövlət tənzimlənməsi məqsədilə atmosfer havasına fiziki təsirin yol verilən səviyyəsi və zərərli fiziki təsirin yol verilən həddi müəyyən edilir. 28.0. Atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə aşağıdakı hallarda: 28.0.1. bu Qanunda nəzərdə tutulmuş zərərli maddələrin atılmasının və zərərli fiziki təsirlərin normativləri və hədlərini aşdıqda təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 198 №-li qərarında qeyd edilir: Müəyyən edilsin ki, atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri üçün texniki normativlər qüvvədə olan standartlar və təlimatlar ilə, atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativləri isə Azərbaycan Respublikasının üzv olduğu MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası tərəfindən təsdiq olunmuş standartlarla tənzimlənir, müvafiq standartlar olmadıqda isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi texniki normativlərdən istifadə edilir. Bundan başqa, məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X7 barəsində inzibati icraat ümumiyyətlə qanun pozuntularına yol verilməklə aparılmış, onun iştirakı təmin edilməmiş, heç bir sənədin surəti ona təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 233-cü maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam vəobyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Həmin Məcəllənin134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir: Həmin Məcəllənin 135.1, 135.1.6-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən “Qoçət” iaşə fəaliyyəti zamanı atmosferdən havaya atılan zərərli maddələrin miqdarının müəyyən edilməsi məqsədilə atmosferdən nümunələrin götürülməsi, həmçinin inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati tənbehin tətbiq edilməsi haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli qərar qəbul edilərkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi İXM-nin tələblərinə riayət edilməmişdir. Görünüdüyü kimi, inzibati orqan tərəfindən inzibati araşdırma İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə aparılmışdır. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli MN ******* nömrəli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar