Məhkəmə qərarları › İş №3(5-104)-1308/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1308/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1308/2026 23.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1 iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələri ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 28 yanvar 2026-cı il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən "A-X10 Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərində aparılmış planlı hərtərəfli yoxlama (xx.xx.2024 - xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqmda qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: 1.1. "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanununun 4.4.1-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müştərini eyniləşdirməli (müştərinin xidmətlərdən daimi və ya qeyri-müntəzəm istifadə etməsindən, fiziki və ya hüquqi şəxs, habelə xarici hüquqi təsisat olmasından asılı olmayaraq), müştərinin eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər. ƏL/TMM Qanununa uyğun olaraq hazırlanmış "Müştəri uyğunluğu və yeni texnologiyalarm tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar'Tn (MUT Qaydaları) 2.1.1.3-2.1.1.5-ci yarımbəndlərinə görə öhdəlik daşıyan şəxslər fiziki şəxslərə münasibətdə iş yeri və vəzifəsi (işəgötürənin adı daxil olmaqla), orta illik əmək haqqmm məbləği; digər gəlir mənbələri (pensiya, sosial müavinat/yardım, sahibkarlıq fəaliyyəti, depozit və ya onun faizləri, dividend ödənişləri, icarə haqqı, renta haqqı, royalti, miras payı və ya digər), bu mənbələr üzrə orta illik gəlirinin ümumi məbləği və dövrülüyü; hər hansı iş yeri, vəzifəsi və digər gəlir mənbələri olmadığı təqdirdə və ya gəliri ilə əməliyyat aparmaq istədiyi əmlakın məbləği arasmda uyğunsuzluq müəyyən edildikdə müştərini maliyyələşdirən (sponsor) şəxs və ya şəxslər (o cümlədən hər hansı iş yeri, vəzifəsi və digər gəlir mənbələri olmayan və ya gəliri ilə əməliyyat məbləği arasmda uyğunsuzluq müəyyən edilmiş maliyyələşdirən (sponsor) şəxslərin özlərini maliyyələşdirən (sponsor) şəxs və ya şəxslər) barədə bu Qaydalarm 2.1.1.1-2.1.1.5-ci abzaslarmda nəzərdə tutulan məlumatları əldə etməlidirlər. MUT Qaydalarının 2.1.1.6-2.1.1.7-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər əməliyyaün (əqdin) öz adından, lakin başqa şəxsin xeyrinə və ya tapşırığı ilə həyata keçirildiyi halda, həmin şəxsə dair bu Qaydalarm 2.1.1.1-2.1.1.5-ci abzaslarmda nəzərdə tutulmuş məlumatları; işgüzar münasibətlərin yaradılmasının məqsədi, aparılması nəzərdə tutulan mədaxil əməliyyatlarının ehtimal edilən həcmi, məxaric əməliyyatlarının həcmi və istiqamətləri, son 12 ayda xaricə və xaricdən köçürmələrinə və bu köçürmələrin həcminə dair məlumat, vəsaitlərin mədaxil edilməsinin üsulları, dövrlülüyü, mənbələri, müştəriyə təqdim edilən məhsuldan istifadə ediləcəyi sahələr, platformalar, məhsulun idarə edilməsi üsulu, məhsul üzrə sərəncam vermək hüququna malik olan digər şəxslərin adı, soyadı, atasının adı (olduğu təqdirdə), FİN-i, FİN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, doğum tarixi, istifadəsi nəzərdə tutulan xidmətlərin siyahısı əldə etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən xx.xx.2025 - xx.xx.2025ci il tarixləri arasmda 49814 sayda fiziki şəxs müştərilərə münasibətdə eynilləşdirmə və verifikasiya tədbirlərini tam olaraq həyata keçirməmişdir. (Yoxlama haqqında hesabat. Səh 28). 1.2. "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanununun 4.4.5-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər bu Qanunun 4.4.1-4.4.4-cü maddələrində nəzərdə tutulmuş məlumatlar və sənədlər əsasmda müştəri profilini yaratmalıdırlar. MUT Qaydalarının 1.2-ci yarımbəndinə görə bu Qaydalar öhdəlik daşıyan şəxslərin tətbiq etməli olduqları müxtəlif səviyyəli müştəri uyğunluğu tədbirlərinə, o cümlədən sadələşdirilmiş və gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinə dair tələbləri, yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinin həyata keçirilməsi qaydasını və müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri baxımmdan yüksək və aşağı risk faktorlarmm müəyyən edilməsi, müştəri profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid edilməsi qaydasını müəyyən edir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən xx.xx.2025 - xx.xx.2025ci il tarixləri arasmda 49814 sayda fiziki şəxs müştərilərə münasibətdə müştəri profili yalnız müştərinin şəxsiyyət vəsiqəsi məlumatları əsasında formalaşdırılmışdır. Həmçinin, müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklər əsasmda müştəri profili üzrə risk qrupu (aşağı, orta, yüksək) müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 29). 1.3. "Cinayət yolu ilə əldə edilmiş əmlakm leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanununun 4.10-cu maddəsinə görə öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, bir sıra müştərilərin əməliyyatları seçmə üsulu ilə təhlil edilmişdir. Adları qeyd edilən müştərilərin hesablarına müxtəlif kanal vasitəsilə çoxsaylı, təkrarlanan iri və kiçik vəsaitlərin daxil olduğu müəyyən edilmişdir. X3 yoxalam dövr ərzində "AKart" hesabına 386.7 min manat məbləğində (6941 əməliyyat sayı) vəsait daxil olmuşdur (xx.xx.2025 - xx.xx.2025- ci il tarixləri arasında 16 sayda); X4 "AKart" hesabına 1049 sayda, 348.7 min manat məbləğində vəsait daxil olmuşdur (01,03.2025 - xx.xx.2025-ci il tarixləri arasında 480 sayda); X2 məxsus "AKart" hesabına 2025-ci ilin ilk 8 ayında ABB-yə məxsus kartlardan 308 əməliyyat ilə 80.7 min AZN və az sayda kiçik məbləğlərlə ödəniş terminalarmdan (Emanat) mədaxil edilmişdir (xx.xx.2025 - xx.xx.2025-ci il tarixləri arasında 190 sayda); X6 məxsus "AKart" hesabına 2025-ci ilin ilk 8 ayında 819 əməliyyat ilə 45.1 min AZN mədaxil edilmişdir (xx.xx.2025 - xx.xx.2025-ci il tarixləri arasında 715 sayda); X5 məxsus "AKart" hesabına 1110 əməliyyat sayı ilə 17.8 min AZN vəsait müxtəlif kartlardan, eləcə də 107 əməliyyat sayı və 1.6 min AZN əməliyyat məbləği ilə ödəniş terminalından mədaxil olunmuşdur (xx.xx.2025 - xx.xx.2025-ci il tarixləri arasında 1157 sayda). Müştərilərin ödəniş hesablarına müxtəlif kanallardan vəsaitlərin daxil olması vergidən yayınma, qanunsuz qumar, və mərc oyunlarının təşkili, terrorçuluğun maliyyələşdirilməsi kimi predikativ cinayətlərin həyata keçirilməsi şübhəsi yaradır. Lakin, Təşkilat tərəfindən qeyd olunan müştərilərin fəaliyyəti araşdırılmamış, vəsaitlərin mənbəyinə dair məlumatlar alınmamış və ya gecikmə ilə alınmış, təhlil hesabatı hazırlanmış və MMX-ya göndərilməmişdir. Təşkilat tərəfindən belə müştərilərin bəzilərinin əməliyyatları şübhəli hesab edilmiş və ödəniş hesabları blolkanmışdır. Lakin qanunvericiliyin tələblərinə uyğun addımlar atılmamışdır. (Yoxlama haqqında hesabat. Səh 32). 1.4. "Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası"nm (MVEK MUT Qaydası) 3.1-ci yarımbəndinə görə emitent maliyyə institutu elektron köçürmələrdə, o cümlədən paket ödənişlərində aşağıdakı məlumatların olmasını təmin edir: • ödəyicinin adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (köçürmə sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda və ödəniş kartları vasitəsilə aparılmadıqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (olduqda)); (3.1.1-ci yarımbənd); • ödəyicinin fərdi eyniləşdirmə məlumatları (doğum tarixi və yeri, fərdi identifikasiya nömrəsi, ünvanı və ya milli identifikasiya nömrəsi haqqında məlumatlar); (3.1.2-ci yarımbənd); • ödəyicinin əməliyyatının emalında istifadə olunan hesab nömrəsi, ödəniş kartının nömrəsi (PAN) və ya digər unikal eyniləşdirici; (3.2.3-cü yarımbənd); • vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (məlum olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması (məlum olduqda) və VÖEN-i (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda)); (3.1.4-cü yarımbənd); • vəsait alanın əməliyyatının emalında istifadə olunan hesab nömrəsi, ödəniş kartının nömrəsi (PAN) və ya digər unikal eyniləşdirici; (3.1.5-ci yarımbənd); • hesab açılmadan aparılan elektron köçürmə zamanı əməliyyatın unikal istinad nömrəsi. (3.1.6-cı yarımbənd); MVEK MUT Qaydalarının 5.1-ci yarımbəndinə görə benefisiar maliyyə institutu bu Qaydanın 3.4-cü bəndi nəzərə alınmaqla elektron köçürmə zamanı elektron köçürmə zəncirində özündən əvvəlki maliyyə institutundan əldə etdiyi bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş məlumatların tamlığını yoxlamalıdır. MVEK MUT Qaydalarının 5.3-cü yarımbəndinə görə bu Qaydanın 5.2-ci bəndi nəzərə alınmaqla benefisiar maliyyə institutu elektron köçürmə zəncirində bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş məlumatların tam olmadığı elektron köçürmələri müəyyən etmək məqsədilə real vaxt rejimində, bu mümkün olmadıqda isə əməliyyat icra olunduqdan sonra 5 (beş) iş günü ərzində aparılan monitorinq çərçivəsində müvafiq tədbirlər görməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC elektron köçürmələrdə xx.xx.2025 xx.xx.2025- ci il tarixləri arasında 21,7 milyon manat həcmində 584.000 sayda əməliyyatlar üzrə vəsait alan tərəfin adı, soyadı, ata adı, VÖEN məlumatları, vəsait alanın əməliyyatının emalında istifadə olunan hesab nömrəsi, ödəniş kartının nömrəsi, (PAN) və ya digər unikal eyniləşdirici müştəri məlumatlarının tam təmin olunmasını və benefsiar maliyyə institutuna ötürüləmsini həyata keçirməmişdir. Bununla, yanaşı "AKART" vasitəsilə həyata keçirilən transsərhəd köçürmələrdə qeyd olunan məlumatlara əlavə olaraq, ödəyicinin fərdi eyniləşdirmə məlumatlarının xarici benefsiar maliyyə institutuna elektron köçürülmə zəncilində ötürülməsi təmin edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 32). 1-ci bənddə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini varadır. 2.1 DNP-nin 2.2.1-ci yarımbəndinə görə ƏL/TMM siyasəti öhdəlik daşıyan şəxslərin fəaliyyəti zamanı ƏL/TMM-də rəhbər tutacağı əsas prinsipləri, işgüzar münasibətlərin yaradılması qadağan edilən sahələri və öhdəlik daşıyan şəxslərin ƏL/TMM-ə dair daxili qayda, prosedur və nəzarət mexanizmlərinin əsaslarını, eləcə də onlarm inkişaf istiqamətlərini müəyyən etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin xx.xx.2024-cü il tarixində təsdiq edilmiş ƏL/TMM siyasətində təşkilat tərəfindən işgüzar münasibətlərin qadağan edilən sahələri, həmçinin daxili qayda, prosedur və nəzarət mexanizmlərinin inkişaf istiqamətləri müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 21). 2.2 DNP-nin 2.3.3-cü yarımbəndinə görə müştəri profil risklərinin qiymətləndirilməsinə dair daxili qayda və prosedurlar müştəri profil risklərinin qiymətləndirilməsi üçün nəzərə alınmalı amilləri (işgüzar münasibətin və açılan hesabın məqsədi, almacaq vəsaitin və gəlirin mənbəyi və s.), meyarları, risklərin qiymətləndirilməsi prosesini, risk dərəcəsinə uyğun yenilənmə müddətlərini və yenilənməli olan sənəd və məlumat növlərini müəyyən etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qayda və prosedurlarmda müştəri profili üzrə risklərin qiymətləndirilməsi prosesi və risk dərəcəsinə uyğun yeniləməli olan sənəd və məlumat növləri müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 22). 2.3 DNP-nin 2.3.4-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirlərinə və müştəri risklərinin qiymətləndirilməsinə dair daxili qayda və prosedurlar öhdəlik daşıyan şəxslərin xüsusiyyətləri nəzərə alınmaqla eyniləşdirilmə və verifikasiya tədbirlərini, o cümlədən müştəri profil risklərinin qiymətləndirilməsi proseslərini təfsilatı ilə əks etdirməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin müştəri uyğunluğu tədbirləri və müştəri risklərinin qiymətləndirilməsi ilə bağlı daxili qayda və prosedurlarmda müştəri profil risklərinin qiymətləndirilməsi prosesi təfsilatı ilə göstərilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 22). 2.4 DNP-nin 2.3.5-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirlərinə və müştəri risklərinin qiymətləndirilməsinə dair daxili qayda və prosedurlar öhdəlik daşıyan şəxsin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin (olduğu təqdirdə) müştərilərin eyniləşdirilməsi və verifikasiyası, o cümlədən müştəri profili üzrə risklərinin qiymətləndirilməsi proseslərində hüquq və vəzifələrini, qarşılıqlı əlaqələrini müfəssəl şəkildə təsvir etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qayda və prosedurlarmda rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin (olduğu təqdirdə) müştərilərin eyniləşdirilməsi və verifikasiyası, o cümlədən müştəri profili üzrə risklərinin qiymətləndirilməsi proseslərində hüquq və vəzifələrini, qarşılıqlı əlaqələrini müfəssəl şəkildə təsvir edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 22). 2.5 DNP-nin 2.4.6-cı yarımbəndinə görə öhdəlik daşıyan şəxslər benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsinə dair prosedurlar benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsi metodologiyasından irəli gələn məlumat və sənədlərin əldə edilməsi proseslərini və bu proseslər çərçivəsində öhdəlik daşıyan şəxsin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin (olduğu təqdirdə) hüquq və vəzifələrini, qarşılıqlı əlaqələrini müfəssəl şəkildə tənzim etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsinə dair prosedurlarında benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsi metodologiyasından irəli gələn məlumat və sənədlərin əldə edilməsi prosesləri və bu proseslər çərçivəsində öhdəlik daşıyan şəxsin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin (olduğu təqdirdə) hüquq və vəzifələrini, qarşılıqlı əlaqələri müfəssəl şəkildə müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 22). 2.6 DNP-nin 2.5.5-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər məlumat və sənədlərin qeydə almması və saxlanılması öhdəlik daşıyan şəxslər tərəfindən məlumat və sənədlərin reyestrinin aparması vasitəsilə həyata keçirilir. Məlumat və sənədlərin reyestri (bundan sonra - reyestr) öhdəlik daşıyan şəxslər tərəfindən bu Tələblərin 2.5.3-cü yarımbəndində nəzərdə tutulmuş məlumatların qeydə alındığı məlumat toplusudur. Reyestrdəki məlumat və sənədlərə buraxılışı olan səlahiyyətli şəxslərin siyahısı tərtib edilərək rəhbərlik tərəfindən təsdiq edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də reyestrdəki məlumat və sənədlərə buraxılışı olan səlahiyyətli şəxslərin siyahısı tərtib edilərək rəhbərlik tərəfindən təsdiq edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 22). 2.7 DNP-nin 2.5.6-cı yarımbəndinə görə öhdəlik daşıyan şəxslər tərəfindən məlumat və sənədlərin saxlanmasma və konfidensiallığma dair daxili qayda və prosedurlarda reyestrdəki məlumat və sənədlərin sığorta nüsxəsinin yaradılması və ayrıca elektron daşıyıcıda heç bir lokal, yaxud qlobal şəbəkəyə çıxış olmamaq şərti ilə saxlanılması nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qayda və prosedurlarmda reyestrdəki məlumat və sənədlərin sığorta nüsxəsinin yaradılması və ayrıca elektron daşıyıcıda heç bir lokal, yaxud qlobal şəbəkəyə çıxış olmamaq şərti ilə saxlanılması nəzərdə tutulmamışdır. (Yoxlama haqqında hesabat. Səh 22). 2.8 DNP-nin 2.7.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyətinin xüsusiyyətləri nəzərə almmaqla şübhəli əməliyyatlarm (əqdlərin) aşkarlanması meyarlarının (indikatorlarm) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasmda MMX-yə təqdim edilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərfindən fəaliyyətin xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatlarm (əqdlərin) aşkarlanması meyarları (indikatorları) müəyyən edilməmiş (yenilənməsi) və meyarların (indikatorlarm) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-ya təqdim edilməsi nəzərdə tutulmamışdır. (Yoxlama haqqında hesabat. Səh 22). 2.9 DNP-nin 2.8.2-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər fəaliyyət xüsusiyyətlərindən asılı olaraq şübhəli əməliyyatlarm (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması üzrə daxili qayda və prosedurlar müəyyən etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin "Şübhəli əməliyyatlarm (əqdlərin) aşkarlanması, təhlili və onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması qaydaları" təşkilatm fəaliyyət xüsusiyyətlərinə tam uyğunlaşdırılmamışdır. Belə ki, Qaydanın şübhəli əməliyyatlarm (əqdlərin) aşkarlanmasını nəzərdə tutan bölməsinin 2.3.1-ci bəndinə əsasən, müştərilərin profil məlumatlarının risk dərəcəsinə uyğun olaraq dövrü yenilənməsi nəzərdə tutulsa da, faktiki olaraq müştərilər üzrə risk dərəcəsi müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 23). 2.10 DNP-nin 2.8.2.3-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxslər öhdəlik daşıyan şəxslər fəaliyyət xüsusiyyətlərindən asılı olaraq şübhəli əməliyyatlarm (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması üzrə daxili qayda və prosedurlarında şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarına (indikatorlarına) düşməyən əməliyyatlarm təhlili qaydasını nəzərdə tutmalıdırlar. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin Qaydalarında şübhəli əməliyyatlarm (əqdlərin) aşkarlanması meyarlarına (indikatorlarına) düşməyən əməliyyatların təhlili qaydası müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 23). 2.11 DNP-nin 2.8.2.4-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxslər öhdəlik daşıyan şəxslər fəaliyyət xüsusiyyətlərindən asılı olaraq şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması üzrə daxili qayda və prosedurlarında şübhə doğuran müştəri profilləri, əməliyyatlar (əqdlər) üzrə gücləndirilmiş və davamlı müştəri uyğunluğu tədbirlərinin tətbiqi, əməliyyatlarm hərtərəfli araşdırılması, əmlakın mənbəyi barədə məlumat və sənədlərin əldə edilməsi üsulları və vasitələri nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin Qaydalarmda şübhə doğuran müştəri profilləri, əməliyyatlar (əqdlər) üzrə gücləndirilmiş və davamlı müştəri uyğunluğu tədbirlərinin tətbiqi, əməliyyatların hərtərəfli araşdırılması, əmlakm mənbəyi barədə məlumat və sənədlərin əldə edilməsi üsulları və vasitələri müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 23). 2.12 DNP-nin 2.8.2.5-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər öhdəlik daşıyan şəxslər fəaliyyət xüsusiyyətlərindən asılı olaraq şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması üzrə daxili qayda və prosedurlarında əməliyyatm (əqdin) şübhəli olduğu aşkarlandıqda görülməli olan çevik tədbirlər nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin Qaydalarmda əməliyyatm (əqdin) şübhəli olduğu aşkarlandıqda görülməli olan çevik tədbirlər müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 23). 2.13 DNP-nin 2.8.2.6-cı yanmbəndinə görə öhdəlik daşıyan şəxslər öhdəlik daşıyan şəxslər fəaliyyət xüsusiyyətlərindən asılı olaraq şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması üzrə daxili qayda və prosedurlarmda MMX-nın əməliyyatlara (əqdlərə) dair məlumat və sənədlərin təqdim edilməsi barədə sorğusunun icrası qaydası nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin Qaydalarmda MMX-nın əməliyyatlara (əqdlərə) dair məlumat və sənədlərin təqdim edilməsi barədə sorğusunun icrası qaydası nəzərdə tutulmamışdır. (Yoxlama haqqında hesabat. Səh 23). 2.14 DNP-nin 2.8.2.7-ci yanmbəndinə görə öhdəlik daşıyan şəxslər öhdəlik daşıyan şəxslər fəaliyyət xüsusiyyətlərindən asılı olaraq şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması üzrə daxili qayda və prosedurlarında şübhəli əməliyyatların (əqdlərin) təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması ilə bağlı rəhbərliyin, məsul şəxsin, struktur bölmələrin (olduğu təqdirdə) və işçilərin hüquq və vəzifələri və qarşılıqlı münasibətləri nəzərdə tutmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin Qaydalarmda şübhəli əməliyyatların (əqdlərin) təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması ilə bağlı rəhbərliyin, məsul şəxsin, struktur bölmələrin (olduğu təqdirdə) və işçilərin hüquq və vəzifələri və qarşılıqlı münasibətləri nəzərdə tutulmamışdır. (Yoxlama haqqında hesabat. Səh 23). 2.15 DNP-nin 2.8.5-ci yanmbəndinə görə məsul şəxsə əməliyyatın (əqdin) şübhəliliyi barədə məlumat daxil olduqda, habelə əməliyyatların monitorinqi və davamlı müştəri uyğunluğu tədbirləri zamanı məsul şəxsin bu əməliyyat barədə ona təqdim olunmuş və ya reyestrdən götürdüyü məlumat və sənədləri müştəri və onun fəaliyyəti üzrə əlavə məlumat və sənədlərlə bərabər nəzərdən keçirməsi və onların MMX-ya və MMX-ya təqdim etdikdən sonra öhdəlik daşıyan şəxsin rəhbərliyinə göndərilməsi bu daxili qayda və prosedurlarla tənzimlənməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin Qaydalarmda məsul şəxsə əməliyyatm (əqdin) şübhəliliyi barədə məlumat daxil olduqda, habelə əməliyyatların monitorinqi və davamlı müştəri uyğunluğu tədbirləri zamanı məsul şəxsin bu əməliyyat barədə ona təqdim olunmuş və ya reyestrdən götürdüyü məlumat və sənədləri müştəri və onun fəaliyyəti üzrə əlavə məlumat və sənədlərlə bərabər nəzərdən keçirməsi və onların MMX-ya və MMX-ya təqdim etdikdən sonra öhdəlik daşıyan şəxsin rəhbərliyinə göndərilməsi ilə bağlı tələblər nəzərdə tutulmamışdır. (Yoxlama haqqında hesabat. Səh 24). 2.16 DNP-nin 2.9.3-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxslər mümkün ƏL/TM, kütləvi qırğm silahlarmm yayılması və yayılmasının maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi üçün ən azı ildə bir dəfə institusional risk qiymətləndirməsini (bundan sonra - İRQ) nəzərdə tutan prosedur müəyyən etməlidirlər. İRQ öhdəlik daşıyan şəxslərin üzləşdiyi zəiflikləri və təhdidləri ətraflı təsvir etməli və risk meyarlarının müəyyən edilməsi üçün əsas olmalıdır. İRQ öhdəlik daşıyan şəxsin rəhbərliyi tərəfindən təsdiq edilmiş İRQ metodologiyası və prosedurlarma uyğun həyata keçirilməlidir. İRQ metodologiyası ən azı aşağıdakıları nəzərdə tutmalıdır: • öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının effektivliyi, daxili prosedurların qanunvericiliyə uyğunluğunun yoxlanılması, rəhbərliyin, işçilərin, struktur vahidlərin (olduğu təqdirdə) daxili nəzarət proqramı üzrə hüquq və vəzifələrinin əhatəliliyi; • öhdəlik daşıyan şəxsin fəaliyyətinin xarakteri, ölçüsü, mürəkkəbliyi, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət (bundan sonra - komplayens) sisteminin müstəqilliyi və effektivliyi, məsul şəxsin (yaxud onu əvəz edən şəxsin), komplayens sahəsində çalışan əməkdaşlarm fəaliyyətinin effektivliyi, onlarm bilik və səriştələrin səviyyəsi, istifadə olunan kompüter və proqram təminatlarının yetərliliyi, olduğu təqdirdə daxili auditin beynəlxalq standartlara uyğunluğu; Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin xx.xx.2024-cü il tarixində təsdiq edilmiş "İnstitusional risk qiymətləndirməsinə (İRQ) dair Metodologiyası"nda daxili nəzarət proqramının effektivliyi, daxili prosedurlarm qanunvericiliyə uyğunluğunun yoxlanılması, rəhbərliyin, işçilərin, struktur vahidlərin daxili nəzarət proqramı üzrə hüquq və vəzifələrinin əhatəliliyi, məsul şəxsin, komplayens sahəsində çalışan əməkdaşlarm fəaliyyətinin effektivliyi, onlarm bilik və səriştələrin səviyyəsi, istifadə olunan kompüter və proqram təminatlarının yetərliliyi, olduğu təqdirdə daxili auditin beynəlxalq standartlara uyğunluğu nəzərdə tutulsa da, bununla bağlı prosedur müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 24). 2.17 ƏL/TMM Qanununun 21,7-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğm silahlarmm yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanma təqdim etməli, həmçinin rəhbərlik tərəfindən təsdiq edilən daxili qayda və prosedurlara uyğun olaraq risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidirlər. Öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər institusional risk qiymətləndirilməsi zamanı bütün risk faktorlarını, ölkə və sahəvi risk qiymətləndirilmələrinin nəticələrini nəzərə almalıdırlar. DNP-nin 2.9.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər mümkün ƏL/TM, kütləvi qırğm silahlarmm yayılması və yayılmasının maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi üçün ən azı ildə bir dəfə institusional risk qiymətləndirməsini (bundan sonra - İRQ) nəzərdə tutan prosedur müəyyən etməlidirlər. İRQ öhdəlik daşıyan şəxslərin üzləşdiyi zəiflikləri və təhdidləri ətraflı təsvir etməli və risk meyarlarının müəyyən edilməsi üçün əsas olmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən illik əsasda ƏL/TM/KM üzrə institusional risklər müəyyən edilməmiş və qiymətləndirmə aparılmamışdır. Qiymətləndirmə olmadığı üçün nəticələr sənədləşdirilməmiş və nəzarət orqanına təqdim edilməmişdir. Həmçinin, rəhbərlik tərəfindən təsdiq edilmiş daxili qayda və prosedurlara uyğun olaraq risklərin idarə edilməsi, aradan qaldırılması və ya azldılması üçün tədbirlər görülməmiş, yoxlama dövründə institusional risk qiymətləndirilməsi (İRQ) həyata keçirilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 32). 2.18 DNP-nin 2.9.6-cı yarımbəndinə görə İRQ prosedurları İRQ zamanı öhdəlik daşıyan şəxsin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin (olduğu təqdirdə) fəaliyyətini tənzimləməli, İRQ prosesində məlumat və sənədlərin əldə edilməsi, emalı, risklərin azaldılması tədbirlərinin tətbiq edilməsi və qalıq risklərin idarəedilməsi məsələlərini detallı şəkildə təsvir etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin İRQ metodologiyasmda risklərin qiymətləndirilməsi zamanı rəhbərliyin, işçilərin və struktur bölmələrin (olduğu təqdirdə) fəaliyyətinin tənzimlənməsi, həmçinin məlumat və sənədlərin əldə edilməsi, emalı, risklərin azaldılması tədbirlərinin tətbiq edilməsi və qalıq risklərin idarəedilməsi məsələlərinin ətraflı şəkildə təsvir edilməsinə dair tələblər müəyyən edilsə də, bu istiqamətdə konkret prosedur hazırlanmamışdır. Bununla yanaşı, metodologiyada mövcud müştəri profilləri üzrə təhlillərin aparılması, eləcə də, məhsulun/xidmətin ölkə risk qiymətləndirilməsinin (MRQ) və sahəvi risk qiymətləndirməsinin nəticələrinin nəzərə alınması barədə tələblər mövcuddur. Lakin, MRQ və sahəvi risk qiymətləndirmələrinin nəticələrinin hansı formada və necə nəzərə alınmalı olduğu, risklərin qiymətləndirilməsi prosesində hansı meyarların əsas götürüləcəyi və risk dərəcələrinin necə müəyyən ediləcəyi barədə tələblər metodologiyada əks olunmamışdır. (Yoxlama haqqında hesabat. Səh 24). 2.19 DNP-nin 3.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və 3 (üç) iş günü ərzində MMX-nin informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanma verilməsi qaydası müəyyən edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də rəhbərlik səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxs təyin edilmiş, lakin daxili qaydalarda 3 (üç) iş günü ərzində MMX-nin informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanma verilməsi qaydası müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 25). 2.20 DNP-nin 3.2.2-ci yarımbəndinə görə daxili nəzarət proqramında məsul şəxs olmadıqda onu əvəz edən şəxsin hər bir halda 6 (altı) aydan çox olmamaq şərtilə yalnız məsul şəxs məzuniyyətdə olduğu, vəzifə funksiyalarını icra etmədiyi və ya icra edə bilmədəyi müddətdə təyin edilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili nəzarət qaydalarmda məsul şəxs olmadıqda onu əvəz edən şəxsin hər bir halda 6 (altı) aydan çox olmamaq şərtilə yalnız məsul şəxs məzuniyyətdə olduğu, vəzifə funksiyalarını icra etmədiyi və ya icra edə bilmədiyi müddətdə təyin edilməsi ilə bağlı tələblər nəzərdə tutulmamışdır. (Yoxlama haqqında hesabat. Səh 25). 2.21 DNP-nin 3.2.3.6-cı yarımbəndinə görə ən azı hər 6 (altı) ayda bir dəfə rəhbərliyə yüksək riskli əməliyyatlar (əqdlər), öhdəlik daşıyan şəxsin ƏL/TM risklərinə məruz qala bilinəcək potensial riskləri, müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatlarm, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklilik meyarları üzrə dəyərləndirilməsinə dair nəticələri və MMX-ya təqdim edilmiş hesabatlar barədə məlumat vermək məsul şəxsin vəzifəsidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarmda ən azı hər 6 (altı) ayda bir dəfə rəhbərliyə yüksək riskli əməliyyatlar (əqdlər), Təşkilatın ƏL/TM risklərinə məruz qala bilinəcək potensial riskləri, müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklilik meyarları üzrə dəyərləndirilməsinə dair nəticələri və MMX-ya təqdim edilmiş hesabatlar barədə məlumat verməklə bağlı məsələlər nəzərdə tutulmamışdır. (Yoxlama haqqında hesabat. Səh 25). 2.22 DNP-nin 3.2.3.7-ci yarımbəndinə görə ƏL/TMM sahəsində işçilərin yol verdikləri qanun pozuntuları barəsində öhdəlik daşıyan şəxsin rəhbərliyini məlumatlandırmaq məsul şəxsin vəzifəsidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarmda ƏL/TMM sahəsində işçilərin yol verdikləri qanun pozuntuları barəsində öhdəlik daşıyan şəxsin rəhbərliyini məlumatlandırmaqla bağlı məsələ nəzərdə tutulmamışdır. (Yoxlama haqqında hesabat. Səh 26). 2.23 DNP-nin 3.2.3.4-cü yarımbəndinə görə ƏL/TMM sahəsində fəaliyyət üzrə işçilərə mütəmadi təlimlərin keçirilməsi təşkil etmək məsul şəxsin vəzifəsidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, yoxlama dövrü ərzində məsul şəxs tərəfindən ƏL/TMM sahəsində fəaliyyət üzrə işçilərə mütəmadi təlimlərin keçirilməsini təşkil edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 26). 2.24 DNP-nin 3.2.4-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxsin ümumi komplayens funksiyalarını yerinə yetirən əməkdaş (məsul şəxsdən fərqli olduğu təqdirdə) tərəfindən məsul şəxsin fəaliyyəti, eyni zamanda məsul şəxs işçilər tərəfindən daxili nəzarət proqramının tələblərinə əməl edilməsi və ƏL/TMM-nin ümumi vəziyyətinə dair, daxili qayda və prosedurlarla müəyyən edilmiş müddətdə və qaydada, lakin ildə 1 dəfədən az olmayaraq öhdəlik daşıyan şəxsin rəhbərliyinə yazılı hesabat təqdim edir. Yoxlama zamanı müəyyən edilmişdir ki, məsul şəxsin fəaliyyəti, işçilərin daxili nəzarət proqrammm tələblərinə əməl edilməsi və ƏL/TMM-nin ümumi vəziyyətinə dair, daxili qayda və prosedurlarla müəyyən edilmiş müddətdə və qaydada, lakin ildə 1 dəfədən az olmayaraq təşkilatm rəhbərliyinə yazılı hesabat təqdim edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 26). 2.25 DNP-nin 3.2.6.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin daxili nəzarət proqrammda məsul şəxsin fəaliyyəti digər struktur bölmələrdən asılı olmamaması və yalnız öhdəlik daşıyan şəxsin rəhbərliyinə tabe olması və ona hesabat verməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarında məsul şəxsin fəaliyyəti digər struktur bölmələrdən asılı olmaması və yalnız öhdəlik daşıyan şəxsin rəhbərliyinə tabe olması və ona hesabat verməsi nəzərdə tutulmamışdır. (Yoxlama haqqında hesabat. Səh 26). 2.26 DNP-nin 3.2.6.2-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin daxili nəzarət proqramında məsul şəxs öhdəlik daşıyan şəxsin daxili audit xidmətinin (olduğu təqdirdə) və müştərilərə xidmət bölməsinin (olduğu təqdirdə) işçisi ola bilməz qeydi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarında məsul şəxsin təyinatı zamanı daxili audit xidmətinin (olduğu təqdirdə) və müştərilərə xidmət bölməsinin (olduğu təqdirdə) işçisi olamaması ilə bağlı tələblər nəzərdə tutulmamışdır. (Yoxlama haqqında hesabat. Səh 26). 2.27 DNP-nin 4.1.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxs daxili nəzarət proqramı çərçivəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlar, eləcə də nizamnamələri və ya hüquqi statuslarını əks etdirən digər sənədləri, olduğu təqdirdə insan resurslarının idarə edilməsi strategiyası və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübə əsasında ƏL/TMM sahəsi ilə əlaqəli olan işçilərin işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi mexanizmlərini (bundan sonra - işəgötürmə prosedurları) müəyyən etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən ƏL/TMM sahəsi ilə əlaqəli olan işçilərin işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi mexanizmləri yalnız xx.xx.2025-ci il tarixində "A-X10 Təşkilatı" MMC-nin X16 təsdiqi ilə müəyyən edilmişdir. Bununla belə, prosedurun tətbiqi ilə bağlı nöqsanlar aşkar edilmiş, işçilərdən vətəndaş qüsursuzluğuna dair arayışların əldə olunması təmin edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 27). 2.28 DNP-nin 1.4.3-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxslərin müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasma və xüsusiyyətlərinə uyğun olaraq ƏL/TMM üzrə daxili nəzarət proqramı aşağıdakılardan ibarət olmalıdır: • daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq edilməsi; (1.4.1-ci yarımbətıd); • rəhbərlik (öhdəlik daşıyan şəxslərin adından çıxış edən, həmin şəxsin idarəetmə, nəzarət və (və ya) icra orqanı və ya öhdəlik daşıyan şəxs olan fərdi sahibkar) səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə müstəqil və effektiv riayət sisteminin təşkil edilməsi; (1.4.2-ci yarımbənd); • isəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq edilməsi və işçilərin davamlı qaydada təlimlərə cəlb etməlidir; (1.4.3-cü yarımbənd); • mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi (1.4.4-cii yarımbənd); Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən ƏL/TMM sahəsi üzrə işçilərə yoxlama dövrü ərzində davamlı olaraq təlimlər keçirilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 27). 2.29 DNP-nin 4.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxs daxili nəzarət proqramında ƏL/TMM sahəsi üzrə işçilərə təlim planlarına uyğun olaraq və ya plandan kənar müntəzəm qaydada təlimlər keçilməsini, bu məqsəd üçün təlim proqramını və onun icrasmı və məlumatlandırma məqsədi ilə bu barədə məlumatm ildə bir dəfədən az olmayaraq MMX-ya təqdim edilməsini nəzərdə tutmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin ƏL/TMM üzrə siyasətinin 5.1.3cü bəndində işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi nəzərdə tutulsa da, bu məqsədlə təlim proqrammın hazırlanması, onun icrasının təmin edilməsi və məlumatlandırma məqsədilə bu barədə məlumatm ildə bir dəfədən az olmayaraq MMX-ya təqdim edilməsi məsələləri siyasətdə əks olunmamışdır. Həmçinin, təlim proqramı təsdiq edilməmiş və MMX-ya təqdim olunmamışdır. (Yoxlama haqqında hesabat. Səh 27). 2.30 DNP-nin 4.2.14-cü yarımbəndinə görə daxili nəzarət proqrammda keçirilmiş təlimlərin keyfiyyətinin qiymətləndirilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarında keçirilmiş təlimlərin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı müddəalar nəzərdə tutulmuşdur. (Yoxlama haqqında hesabat. Səh 27). 2.31 DNP-nin 5.1.5-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin rəhbərliyi Qanunun tələblərinin tətbiq olunmasının səmərəliliyini yoxlamaq məqsədlə auditinin müntəzəm keçirilməsi üçün məsuliyyət daşıyır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərfindən ƏL/TMM sahəsinin yoxlanması məqsədilə heç bir audit aparılmamışdır. (Yoxlama haqqında hesabat. Səh 28). 2-ci bənddə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini varadır. 3.1 ƏL/TMM Qanununun 11.5-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər Bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan hallar olduqda, aşağıdakı əməliyyatlar maliyyə institutları tərəfindən, bu Qanunun 11.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 2 iş günü ərzində icra edilmir və məlumat və sənədlər, əməliyyatlar icra olunmadan, dərhal maliyyə monitorinqi orqanına təqdim edilir: • yüksək riskli müştəri profilləri ilə əlaqədar əməliyyatlar; (11.5.1-ci yarımbənd); • minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı məbləğdə həyata keçirilən əməliyyatlar; (11.5.2-ci yarımbənd); • maliyyə vəsaitlərinin hesabdan çıxarılması ilə nəticələnən əməliyyatlar. (11.5.3-cü yarımbənd); Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərfindən xx.xx.2025 - xx.xx.2025-ci il tarixləri arasında fiziki şəxslər olan X8 tərəfindən aparılmış 480 sayda və X9 tərəfindən aparılmış 1157 sayda əməliyyatlar üzrə gəlirələrinin cinayət yolu ilə əldə edilməsinə dair şübhələr mövcud olmuş və müştəri hesabları vəsaitlərin mənbəyinin araşdırılması məqsədilə bloklanmışdır. Lakin şübhəliliyin aradan qalxmasına səbəb olan məlumat və sənədlər müştərilərdən almmamağma baxmayaraq, hesablar blokdan azad edilmiş, həmin müştərilər barədə təhlil hesabatı hazırlanmamış, onlarm icra etdiyi əməliyyatlar 2 iş günü ərzində dayandırılaraq, dərhal maliyyə manitorinq orqanına təqdim edilməmiş və işgüzar münasibətlər davam etdirilmişdir. (Yoxlama haqqında hesabat. Səh 31). 3-cü bənddə qeyd edilən 2 müştəri üzrə pozuntu İnzibati Xətalar Məcəlləsinin 598.4-cü maddəsinin tərkib əlamətlərini varadır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar MMC-nin direktoru Şəxs tərəfindən MMC-nin fəaliyyət göstərdiyi ünvan 1-da xx.xx.2024 xx.xx.2025-ci il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2025-ci il tarixdə aşkarlanmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X7 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 598.1.1, 598.1.2 və 598.4-cü maddələrinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankı Maliyyə monitorinqi departamentinin yoxlama haqqında hesabatından görünür ki, “A-X12 Təşkilatı” MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edən xx.xx.2025-ci il tarixdə başlanılmaqla xx.xx.2025-ci il tarixdə yekunlaşmış yoxlama keçirilmişdir. Yoxlama nəticəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 28 yanvar 2026-cı il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmiş nöqsanlar aşkar edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)-1307/2026 saylı, xx.xx.2026cı il tarixli qərarından görünür ki, “A-X10 TƏŞKİLATİ” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələri ilə təqsirli bilinmiş və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla barəsində 50000 (əlli min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, “A- X12 Təşkilatı” MMC-nin qanuni təmsilçisi Şəxsdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 25.4-cü maddəsinə əsasən Manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 598.1.1-ci maddəsinə əsasən Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 598.1.2-ci maddəsinə əsasən Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 598.4-cü maddəsinə əsasən Maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə – vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri pozularaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxsnin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində 10000 (on min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar