Məhkəmə qərarları › İş №3(5-104)-48/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-48/2026

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-48/2026 13.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə 23 dekabr 2025-ci il tarixli, 00800-01821/25 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixli **********7715 nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 6582,40 AZN, netto çəki 85 kq) mal xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Yükün xaricdə emal müddəti xx.xx.2025-ci il tarixdə (malların xaricdə emal proseduru altında yerləşdirilməsi üçün ərizədə və gömrük bəyannaməsinin 44-cü qrafasında göstərilən müddətə uyğun olaraq) bitməsinə baxmayaraq, xaricdə emal müddətinin uzadılması üçün müraciət olunmamış və ya digər gömrük rejimində rəsmiləşdirilməmişdir. İş üzrə tərəflərə-barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsə və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 sentyabr 2025-ci il tarixli, 3-33-3100/012/031476 nömrəli raportdan görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixli **********7715 nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 6582,40 AZN, netto çəki 85 kq) mal xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Yükün xaricdə emal müddəti xx.xx.2025-ci il tarixdə (malların xaricdə emal proseduru altında yerləşdirilməsi üçün ərizədə və gömrük bəyannaməsinin 44-cü qrafasında göstərilən müddətə uyğun olaraq) bitməsinə baxmayaraq, xaricdə emal müddətinin uzadılması üçün müraciət olunmamış və ya digər gömrük rejimində rəsmiləşdirilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, müvafiq araşdırmanın aparılması üçün Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göstəriş verilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında 23 dekabr 2025-ci il tarixli, 00800-01821/25 saylı protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixli **********7715 nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 6582,40 AZN, netto çəki 85 kq) mal xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Yükün xaricdə emal müddəti xx.xx.2025-ci il tarixdə (malların xaricdə emal proseduru altında yerləşdirilməsi üçün ərizədə və gömrük bəyannaməsinin 44-cü qrafasında göstərilən müddətə uyğun olaraq) bitməsinə baxmayaraq, xaricdə emal müddətinin uzadılması üçün müraciət olunmamış və ya digər gömrük rejimində rəsmiləşdirilməmişdir. İnzibati xəta haqqında protokolda olan MMC-nin nümayəndəsinin izahatından görünür ki, həmin protokolda Şəxs nümayəndəsi X1 müəssisənin ünvanına xx.xx.2025-ci il tarixli **********7715 sorğu nömrəli gömrük bəyannaməsi əsasında Türkiyəyə “cərəyan qüvvəsinin, müqavimətin və ya gücün ölçülməsi və ya ona nəzarət üçün digər cihazlar” adlı ümumi gömrük dəyəri 6582,4 AZN olan yüklər xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirildiyini, yükün xaricdə emal müddətinin xx.xx.2025-ci il tarixində bitsə də, yüklər şirkət tərəfindən digər gömrük prosedurunda yerləşdirilmədiyini və ya xaricdə emal müddətinin uzadılması üçün müraciət olunmadığını, belə ki, həmin yüklərə dair emal prosesi başa çatdıqdan sonra yüklərin xx.xx.2024-cü il tarixli **********5606 nömrəli bəyannamə əsasında idxal olunduğunu, lakin xaricdə emal prosedura üzrə bəyannaməsində onların diqqətsizliyi ucbatından müvafiq qeyd aparılmadığını və xaricdə emal prosedurunun tələblərinin pozulduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin: 1.0.27-ci maddəsinə əsasən xaricdə emal - gömrük ərazisində sərbəst dövriyyədə olan mallarla emal əməliyyatlarının aparılması məqsədi ilə onların gömrük ərazisindən müvəqqəti aparılması və sonradan idxal gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla geri qaytarılmasından ibarət xüsusi gömrük prosedurudur. 83.2-ci maddəsinə əsasən ixrac gömrük proseduru, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, dövlətin xeyrinə imtina ya məhv edilənə, yaxud gömrük bəyannaməsinin bu Məcəllənin 154-cü maddəsinə uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında olurlar. 200.1-ci maddəsinə əsasən xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cü il tarixli, 34 nömrəli “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 7.3-cü bəndinə əsasən xaricdə emal xüsusi gömrük prosedurunun müddəti malların bu prosedur altında yerləşdirildiyi tarixdən başlayır və emal əməliyyatlarının, habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir. Həmin Qərarın 7.6-cı bəndində göstərilmişdir ki, icazə sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı xaricdə emal xüsusi gömrük prosedurunun başa çatma müddətinin 1 (bir) ilədək uzadılması barədə qərar qəbul edir. Eyni zamanda həmin Qərarın 7.7-ci bəndində qeyd edilmişdir ki, icazə sahibi icazənin müddətinin uzadılması üçün prosedurun müddətinin başa çatmasına ən azı 15 (on beş) gün qalmış gömrük orqanına müraciət etməlidir. İcazədə göstərilmiş müddət bitdikdən sonra edilmiş müraciətlərə baxılmır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixli **********7715 nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 6582,40 AZN, netto çəki 85 kq) mal xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş, yükün xaricdə emal müddəti xx.xx.2025-ci il tarixdə bitməsinə baxmayaraq, xaricdə emal müddətinin uzadılması üçün müraciət olunmamış və ya digər gömrük rejimində rəsmiləşdirilməmiş, bununla da Şəxs tərəfindən **********7715 saylı gömrük bəyannaməsi ilə xaricdə emal olunmuş mallar barədə emal müddətinin pozulması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC barəsində, törətdiyi inzibati xətanın obyekti olmuş malın dəyərinin, yəni 6.582,40 manatın qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən faizi miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində törətdiyi inzibati xətanın obyekti olmuş malın dəyərinin, yəni 6.582,40 manatın otuz faizi miqdarında, yəni 1.974,72 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar