Məhkəmə qərarları › İş №3(5-105)-173/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-173/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-173/2026 22.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Teymur-Zadə Elvin Rasif oğlunun sədrliyi, Manaflı Nicat Müşfiq oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-in polis sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs və onun müdafiəçisi, Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1996-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-in polis sahə rəisi, polis kapitanı X7 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə narkotik vasitələrin qəbulunda şübhəli bilinərək Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksinin yaxınlığında saxlanılaraq Abşeron RPİ-yə gətirilmiş və xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən psixotrop maddə olan “metamfetamin” aşkar edilmişdir. İş üzrə əməldə cinayət tərkibi olmadığı üçün xx.xx.2026ci il tarixli, HK-1/671 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, araşdırılmanın aparılması üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİnin İTŞ-nə göndərilmişdir. Müvafiq araşdırılma aparılmış və nəticədə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. X13 qeyd olunanları nəzərə alaraq Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan əməlin (İXM-in 206-cı maddəsi) törədilməsində tam təqsirli bilərək əməlindən peşman olduğunu bildirmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən səmimi peşman olduğunu, Vətən Müharibəsi iştirakçısı olmasını nəzərə alaraq onun barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə narkotik vasitələrin qəbulunda şübhəli bilinərək Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksinin yaxınlığında saxlanılaraq Abşeron RPİ-yə gətirilmiş və xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən psixotrop maddə olan “metamfetamin” aşkar edilmişdir. Sorğu zamanı psixotrop maddəni Binə qəsəbəsi ərazisindən İbrahim adlı şəxsdən 10 (on) manata, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il, saat 19:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli Şəxs...” sözləri yazılan və imzalar olan kağız paketdə, 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,102 qram ağ rəngli kristalşəkilli maddə metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2026-cı il tarixli, 463 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2020-ci il tarixdən Masallı rayon MXda (F11x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan 16 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində tədbir görülməsi üçün qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Vətən Müharibəsi iştirakçısıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, məhkəmə narkoloji ekspertizasının rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilməsi üçün hallar mövcud deyildir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız İXM ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və Vətən Müharibəsi iştirakçısı olmasını məsuliyyətini yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirilən halların olmasını, məsuliyyətini ağırlaşdıran halların isə olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməli və onun barəsində inzibati cərimənin həddi müəyyən edilərkən İXM-in 31.4-1-ci maddəsinə əsasən 1 (bir) gün müddət təhqiqat zamanı tutulması da nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 3 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və təhqiqat araşdırması zamanı tutulduğu 1 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması nəzərə alınsın. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 3 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elvin Teymur-Zadə AZƏRBAYCAN RESPUBLİKASİ SUMQAYİT ŞƏHƏR MƏHKƏMƏSİ AZ-5000 Sumqayıt şəhəri, Sülh küçəsi 70 Tel: (018)-655-03-03, www.sumgayitcourt.gov.az İş № 3(060)-802/2025 07 aprel 2025-ci il Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə Ünvan: Sumqayıt ş., məhəllə 18, 32/1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ünvan: Sumqayıt ş., 12-ci mik., ev 27, mənzil 39 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 3(060)-802/2025 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərar – 01 nüsxə. Hakim: Samir İsmayılov İş № 3(060)-802/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokol 07 aprel 2025-ci il Sumqayıt şəhəri Sumqayıt Şəhər Məhkəməsi X14 Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati iş üzrə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. İşin hakim tərəfindən baxılmasını istisna edən halların mövcud olmaması, inzibati xəta haqqında protokol və işin digər materialları bu İXM-nin tələblərinə müvafiq olaraq tərtib edilməsi, işin icraatını rədd edən halların olmaması, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması, işin icraata qəbul edilməsi, işə baxılmasınən 08 aprel 2025-ci il tarixə, saat 14:20-ə təyin edilməsi, məhkəmə iclasının müddəti və yeri barəsində işdə iştirak edən şəxslərə məlumat verilməsi və müdafiəçi dəvət olunması barədə qərardad qəbul etdi. Hakim: Samir İsmayılov İş № 3(060)-802/2025 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 07 aprel 2025-ci il Sumqayıt şəhəri Sumqayıt Şəhər Məhkəməsi X14 Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxılır. İclas saat 14:20-də başlandı. Sədrlik edən məhkəmə iclasını açdı, baxılası işi və məhkəmə iclasının audio-video yazı vasitəsi ilə qeydə alındığını elan etdi. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmə iclasına gəlmişlər. Şahid dindirilənədək məhkəmə iclas zalından kənarlaşdırılıb şahidlərin gözləmə otağına göndərilir. Sədrlik edən işə baxan hakimi və məhkəmə iclas katibini elan etdi. Sədrlik edən X14 Bəyistan oğlu. Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlu. Sədrlik edən proses iştirakçılarına onların hakim və məhkəmə iclasının katibinə etiraz etmək hüquqlarının olduğunu, etiraz etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasları izah etdi və etirazlarının olub-olmadığını soruşdu. Proses iştirakçılarının hakimə və məhkəmə iclas katibinə etirazları olmadı. Sədrlik edənin göstərişi ilə şahid müvəqqəti məhkəmə iclasından kənarlaşdırılır və şahidlərin gözləmə otağına keçirilir. Sədrlik edən məhkəmə iclasında iştirak edən proses iştirakçılarının şəxsiyyətini və səlahiyyətini yoxladı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs - xx.xx.1985-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Kürd Mahruzlu kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah etdi. S/C: sədrlik edən - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - hüquq və vəzifələrim mənə aydındır. - barəmdə tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuşam; - işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamışam, mənə heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir; - heç bir əlillik dərəcəm və xəstəliyim yoxdur. Protokol tərtib etmiş şəxs: X5 - Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmədə onun hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkil təyin olunduğunu bildirdi və vəkili təqdim etdi. Sədrlik edən vəkilin səlahiyyətini yoxladı. X6 – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi orderini məhkəməyə təqdim etdiyini bildirdi. S/C: sədrlik edən - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - dövlət hesabına mənə təyin olunmuş müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 hüquqi xidmətindən imtina etmirəm və hüquqlarımın onun müdafiə etməsinə razıyam. Sədrlik edən proses iştirakçılarına müdafiəçinin inzibati xəta haqqında iş üzrə icraatda iştirakını istisna edən halları izah etdi və müdafiəçiyə etiraz etmək barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırdı. Proses iştirakçılarının müdafiəçiyə etirazları olmadı. Sədrlik edən yerində müşavirə edərək qərara aldı: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə hüquqlarının müdafiəsi X4 həvalə edilsin. Sədrlik edən proses iştirakçılarının iş materialları ilə tanış olub-olmamalarını aydınlaşdırdı. Proses iştirakçıları hər biri ayrı-ayrılıqda iş materialları ilə tanış olduqlarını, əlavələrinin olmadıqlarını bildirdilər. Sədrlik edən işə mahiyyəti üzrə baxılana qədər hər hansı vəsatətin və ya təklifin olubolmamasını aydınlaşdırır. Proses iştirakçılarının vəsatəti və təklifi olmadı. Sədrlik edən inzibati xəta haqqında protokolu elan edir. Həmçinin inzibati xəta haqqında protokolun mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə istinad edilən inzibati xətanın mahiyyətini və sanksiyasında nəzərdə tutulmuş tənbehləri izah edir. Sədrlik edən protokol tərtib etmiş şəxsə izahat verməsini bildirdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: möhtərəm hakim, Şəxs xx.xx.2024-cü il tarixdə narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında şübhəli bilinərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Azpetrol” YDM yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətərilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən hər hansı qadağan olunmuş əşya və predmet aşkar edilmmişdir. Lakin, Şəxs şəxsi axtarış zamanı narkotik vasitə istifadə etdiyini bildirmişdir. Ona görə də Nəbiyev X8 tibbi müayinədən keçirilmiş, müayinə zamanı sonuncunun narkotik vasitə qəbul etmə faktı müəyyən olunmuşdur. İş üzrə əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. S/C: müdafiəçi – inzibati xəta haqqında protokol tərtib etmiş şəxs: -şəxsin özü 20 gün əvvəl narkotik vasitə olan marixuana qəbul etdiyini etiraf etmişdir; S/C: sədrlik edən – inzibati xəta haqqında protokol tərtib etmiş şəxs: - şəxs saxlanılan zaman üzərindən narotik vasitə aşkar olunmamışdır. Lakin, ekspert rəyi və şəxsin izahatı əsasında əməl sübuta yetirilir. Əlavə suallar olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izahat verməsini təklif etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı: möhtərəm hakim, mən özümü təqsirli bilirəm, saxlanılmamışdan 20 gün qabaq Masallı rayonunda toyda olarkən bir nəfərdən siqaret istədim, həmin şəxs mənə xəbər vermədən siqaret şəklində nəşə, yəni narkotik vastə olan marixuana veribmiş. Mən həmin siqareti çəkəndə acı dad hiss etdim və yerə atdım. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Azpetrol” YDM yaxınlığında saxlanıldım və Polis idarəsinə gətirildim. İdarənin xidməti otaqların birində mənim üzərinə şəxsi axtarış keçirildi. Lakin, üzərindən qanunla qadağan olunmuş hər hansı maddə aşkar olunmadı. Daha sonra mən tibbi müayinədən keçirildim, tibbi müayinə zamanı mənim narkotik vasitə qəbul etməsi müəyyən olundu. İdarədə olan zaman mənə qarşı hər hansı qanunsuz hərəkət, təsir və ya təzyiq olmamışdır. S/C: müdafiəçi - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - birinci dəfədir ki, narkotik vasitə qəbul etmişəm; S/C: sədrlik edən - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - mənə polis idarəsində təsir və təzyiq olmamışdır; - polis idarəsində verdiyim izahatımı təsdiq edirəm; Əlavə suallar olmadı. Sədrlik edən tərəfindən iş materiallarında olan videogörüntülərə baxış keçirildi. Sədrlik edən iş materiallarında olan digər sənədləri elan edir. Sədrlik edən proses iştirakçılarının inzibati xəta haqqında iş üzrə əlavə vəsatət və təkliflərin olub-olmaması məsələsini aydınlaşdırır. Proses iştirakçıları hər biri ayrı-ayrılıqda vəsatət və təkliflərinin olmadığını bildirirlər. Sədrlik edən proses iştirakçılarının inzibati xəta haqqında işin araşdırılmasının yekunlaşdırılmasına etirazların olub-olmaması məsələsini aydınlaşdırır. Proses iştirakçıları hər biri ayrı-ayrılıqda inzibati xəta haqqında işin araşdırılmasının yekunlaşdırılmasına etirazlarının olmadığını bildirirlər. Sədrlik edən işinin araşdırlmasının başa çatdığını və məhkəmə çıxışlarına başlandığını bildirir. Məhkəmə çıxışlarına başlanıldı. Protokol tərtib etmiş şəxsin çıxışı: möhtərəm hakim, izahatımda göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edirəm. Müdafiəçinin çıxışı: möhtərəm hakim, hüquqlarını müdafiə etdiyim şəxsin əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin çıxışı: möhtərəm hakim, hazırda əməlimdən peşmanam. Göstərilən halları, həmçinin evli olmaqla iki azyaşlı uşağımın olmasını nəzərə alaraq barəmdə yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edirəm. Müdafiəçi hesabatı məhkəməyə təqdim etdi. Sədrlik edən müşavirə otağına getdi, qayıtdıqdan sonra qərarı elan etdi, məzmununu, şikayət vermək qaydasını və müddətini, məhkəmə iclasının audio-video yazısı, məhkəmə iclas protokolu ilə tanış olma hüquqlarını və protokola qeydlər vermək hüququnu izah etdi. Sədrlik edən saat 14:40-da məhkəmə iclasını bağlı elan etdi. Protokol 07 aprel 2025-ci il tarixdə tərtib edilmişdir. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar