Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-549/2026 16.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasınln katibi İslamov Elçin Rəfail oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X3 iştirakları ilə, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2026-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarla, X1 rayonu Novxanı kəndində yerləşən «OSKAR PETROL” YDM-nin fəaliyyətinə dair DEEA-nın müsbər rəyi olmadan qanunsuz olaraq fəaliyyətlə məşğul olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X7 şikayətini onunla əsaslandırmışdır ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXMnin 275.1.1-ci maddəsinə əsasən 2500 manat məbləğində cərimə olunmuşdur. Protokolun tərtib olunmasına və qərarın qəbul olunmasına səbəb kimi guya o dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən fəaliyyətlə məşğul olmuşdur. Qeyd olunan qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, YDM-nin fəaliyyəti üçün belə rəy tələb olunmadığı halda rəyin olmaması əsas tutularaq barəsində cərmə qərarı qəbul edilməsi qanunsuzdur. Qərar qəbul edən şəxs ətraflı araşdırma aparmamış, qanunvericiliyin normasını səhv tətbiq etmişdir. Belə bir rəyin tələb edilməməsinə baxmayaraq qanunsuz və əsassız olaraq barəsində İXM-nin 275.1.1ci maddəsi ilə protokol tərtib edilmiş və qeyd olunan protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 2500 manat məbləğində cərimə edilmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Məhkəmə iclası zamanı şikayət vermiş şəxs X5 şikayət ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarla, X1 rayonu Novxanı kəndində yerləşən «OSKAR PETROL” YDM-nin fəaliyyətinə dair DEEA-nın müsbər rəyi olmadan qanunsuz olaraq fəaliyyətlə məşğul olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 275.1.1–ci maddəsinə əsasən dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun: 50-ci maddəsinə görə ekoloji ekspertiza təsərrüfat fəaliyyətinin ətraf mühitə ola bilən mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılması məqsədilə ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunun müəyyən edilməsidir. Ekoloji ekspertiza dövlət və ictimai ekoloji ekspertiza formalarında həyata keçirilir. 51-ci maddəsinə görə
1. Ekoloji ekspertizanın əsas məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir.
2. Ekoloji ekspertizanın vəzifələri aşağıdakılardır: 2.1. ekoloji ekspertiza obyektlərinin ekoloji təhlükəsizlik səviyyəsini və ətraf mühitə potensial təsirini tam, hərtərəfli və elmi əsaslandırılmış təhlil əsasında qiymətləndirmək; 2.2. ətraf mühitə bilavasitə və ya dolayısı ilə təsir göstərə biləcək qərarların qəbul edilməsinin qarşısını almaq; 2.3. ekoloji ekspertiza obyektlərinin ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə sahəsində normativ hüquqi aktlara uyğunluğunu müəyyən etmək; 2.4. ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəliliyini, dolğunluğunu və tamlığını qiymətləndirmək və onların ekoloji tələblərə uyğunluğunu müəyyən etmək; 2.5. ekoloji ekspertiza obyektlərinin ətraf mühitə potensial təsiri və onun nəticələri barədə maraqlı şəxsləri məlumatlandırmaq. 52-ci maddəsinə görə dövlət ekoloji ekspertizasına dair tələblər
1. Dövlət ekoloji ekspertizası bu Qanunun 54-cü maddəsində göstərilən obyektlərə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
2. Dövlət ekoloji ekspertizasının həyata keçirilməsi qaydası, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
3. Təsərrüfat fəaliyyəti yerin təkindən istifadə ilə bağlı olduqda, həmin fəaliyyətə dair dövlət ekoloji ekspertizası bu işlər “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə uyğun olaraq dövlət uçotuna və dövlət qeydiyyatına alındıqdan sonra aparılır.
4. Ekoloji ekspertiza rəyi olmadan sənaye və qida məhsullarının istehsalı, işlərin, xidmətlərin yerinə yetirilməsi və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağandır.
5. Dövlət ekoloji ekspertiza obyektləri xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə yaxın ərazilərlə bağlı olduqda, dövlət ekoloji ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndələrinin iştirakı ilə aparılır.
6. Dövlət ekoloji ekspertizası həyata keçirilərkən aşağıdakılar rəhbər tutulur: 6.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər; 6.2. ekoloji ekspertiza obyektlərinin ətraf mühitə təsirinin kompleks (sosial-iqtisadi, ekoloji) qiymətləndirilməsinin nəticələri; 6.3. ekoloji tarazlığın, genofondun və canlı təbiətin müxtəlifliyinin qorunub saxlanılmasının təmin edilməsi zərurəti; 6.4. dövlət ekoloji ekspertizasının keyfiyyətinin və ekoloji ekspertiza rəyinin tərəflərin mövqelərindən asılılığının yolverilməzliyi; 6.5. dövlət ekoloji ekspertizası metodologiyasının inkişafı və təkmilləşdirilməsi üçün şəraitin yaradılması zərurəti.
7. İrihəcmli və mürəkkəb ekoloji ekspertiza obyektlərinin, habelə transsərhəd təsirə malik olan ekoloji ekspertiza obyektlərinin dövlət ekoloji ekspertizasının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Ekspert Komissiyası təşkil olunur.
8. Ekoloji ekspertiza obyektlərinin realizəsi zamanı onların transsərhəd təsiri müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ekspert komissiyasının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla maraqlı ölkələrin mütəxəssislərini və beynəlxalq ekspertləri cəlb edir.
9. Ekspert Komissiyasının səlahiyyətləri, fəaliyyət qaydası və tərkibi, onun fəaliyyətinə cəlb edilən ekspertlərə dair tələblər, ekspertlərin hüquq və vəzifələri, habelə dövlət ekoloji ekspertizasının həyata keçirilməsinə beynəlxalq ekspertlərin cəlb edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən Əsasnamə ilə tənzimlənir.
10. Sifarişçi dövlət ekoloji ekspertizasının keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özü həmin sənədlər barədə məlumatları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsində göstərilən qaydada əldə edə bilmədikdə): 10.1. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti; 10.2. ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti və vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti; 10.3. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti və vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti; 10.4. ərizədə qeyd olunan obyektin üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər obyektin dövlət ekoloji ekspertizasının keçirilməsi istənilirsə); 10.5. torpaq sahəsindən mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənəd; 10.6. dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsini təsdiq edən sənəd; 10.7. nəzərdə tutulan fəaliyyəti barədə məlumat (hər bir istehsalat və xidmət sahəsi göstərilməklə); 10.8. istifadə olunan avadanlıqların texniki sənədləri; 10.9. istehsalatda istifadə olunan əsas və köməkçi xammal növləri barədə məlumat; 10.10. istifadə olunan enerji növləri barədə məlumat; 10.11. müəssisədə su təchizatı və tullantı sularının axıdılması barədə məlumat (texniki şərt); 10.12. əmələ gələn tullantıların idarə olunması, o cümlədən istehsalat tullantılarının təkrar istifadəsinin mümkünlüyü və həcmi barədə məlumat; 10.13. dövlət ekoloji ekspertizası obyektləri üçün layihə sənədlərin hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğinə və ya layihənin ümumi smeta dəyərinə dair sənəd (müqavilə); 10.14. ərazidə aparılmış mühəndisi-geoloji işlərin hesabatı. 10-1. Dövlət ekoloji ekspertizasının keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.
11. Dövlət ekoloji ekspertizası bu Qanunun 54-cü maddəsinin birinci hissəsinin 2-ci bəndində göstərilən ƏMTQ sənədlərinə və 8-ci bəndində göstərilən ekoloji ekspertiza obyektlərinə münasibətdə həyata keçirildikdə bu hissənin 10.2-10.10-cu bəndlərində nəzərdə tutulan sənədlər və məlumatların təqdim edilməsi tələb olunmur.
12. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət ekoloji ekspertizasının təşkili və həyata keçirilməsi, habelə ekoloji ekspertiza rəyinin verilməsi zamanı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun, bu Qanunun və ətraf mühitin mühafizəsi ilə bağlı digər normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarəti təmin edir. Həmin qanunun 54-cü maddəsinə görə dövlət ekoloji ekspertizasının obyektləri aşağıdakılardır:
1. ölkə və iqtisadiyyat sahələri üzrə məhsuldar qüvvələrinin inkişafına və yerləşdirilməsinə dair dövlət və yerli proqramların layihələri strateji sənədlərin layihələrinə dair strateji ekoloji qiymətləndirmə (SEQ) sənədləri;
2. istehsal, sosial, ticarət, ictimai iaşə və digər xidmət obyektləri, infrastruktur obyektləri və komplekslərinin layihələri, onların konservasiyası, ləğv olunması, yeni texnika ilə təchiz edilməsi və genişləndirilməsi üzrə layihələr, texniki-iqtisadi əsaslandırılmalar (TİƏ), ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) və transsərhəd konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri;
3. yeni texnikanın, texnologiyanın, materialların və maddələrin yaradılmasına, o cümlədən idxalına və ixracına dair sənədlər;
4. ətraf mühitin mühafizəsi sahəsində metodiki təlimatların və texniki normativ hüquqi aktların layihələri;
5. ərazilərin kompleks ekoloji-tədqiqat materialları, ərazilərə xüsusi mühafizə statusunun verilməsi, ekoloji fəlakət zonalarının və fövqəladə ekoloji vəziyyətin elan olunmasının əsaslandırılması sənədləri, habelə həmin ərazilərin bərpası proqramları;
6. regionların, ayrı-ayrı ərazilərin və təbiət komplekslərinin ekoloji vəziyyətinə dair sənədlər;
7. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən təbiətdən (təbii ehtiyatlardan) istifadəni nəzərdə tutan müqavilə (kontrakt) və razılaşmaların layihələri;
8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda tikinti layihələrinin ekologiya bölməsi. 54-ci maddəsinə görə Dövlət ekoloji ekspertizasının obyektləri aşağıdakılardır:
1. ölkə və iqtisadiyyat sahələri üzrə məhsuldar qüvvələrinin inkişafına və yerləşdirilməsinə dair dövlət və yerli proqramların layihələri strateji sənədlərin layihələrinə dair strateji ekoloji qiymətləndirmə (SEQ) sənədləri;
2. istehsal, sosial, ticarət, ictimai iaşə və digər xidmət obyektləri, infrastruktur obyektləri və komplekslərinin layihələri, onların konservasiyası, ləğv olunması, yeni texnika ilə təchiz edilməsi və genişləndirilməsi üzrə layihələr, texniki-iqtisadi əsaslandırılmalar (TİƏ), ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) və transsərhəd konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri;
3. yeni texnikanın, texnologiyanın, materialların və maddələrin yaradılmasına, o cümlədən idxalına və ixracına dair sənədlər;
4. ətraf mühitin mühafizəsi sahəsində metodiki təlimatların və texniki normativ hüquqi aktların layihələri;
5. ərazilərin kompleks ekoloji-tədqiqat materialları, ərazilərə xüsusi mühafizə statusunun verilməsi, ekoloji fəlakət zonalarının və fövqəladə ekoloji vəziyyətin elan olunmasının əsaslandırılması sənədləri, habelə həmin ərazilərin bərpası proqramları;
6. regionların, ayrı-ayrı ərazilərin və təbiət komplekslərinin ekoloji vəziyyətinə dair sənədlər;
7. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən təbiətdən (təbii ehtiyatlardan) istifadəni nəzərdə tutan müqavilə (kontrakt) və razılaşmaların layihələri;
8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda tikinti layihələrinin ekologiya bölməsi. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materialları, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarla, X1 rayonu Novxanı kəndində yerləşən «OSKAR PETROL” YDM-nin fəaliyyətinə dair DEEA-nın müsbət rəyi olmadan qanunsuz olaraq fəaliyyətlə məşğul olduğu müəyyən edilmiş və o, Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsi ilə təqsirli bilənərək 2500 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. YDM-nin fəaliyyəti üçün DEEA-nın müsbət rəyi zəruridir. Həmin şəxsin özü də rəyin olmadığını təsdiq etmişdir. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 İXM-in 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X3 şikayəti əsassız olduğundan təmin edilməməli və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində AbşeronRayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər.
Sədrlik edən: Abusət Qasımov