Məhkəmə qərarları › İş №3(5-105)-79/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(5-105)-79/2026

16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(5-105)-79/2026 16.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi ilə İ X19 Xidmətinin baş inspektoru, polis baş leytenantı X11 tərəfindən qəbul edilmiş 06 yanvar 2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X9 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona yazılmış protokol qanunsuzdur. Belə ki, 01 yanvar 2026-cı il tarixdə, saat 01:30-da Toyota Corolla minik markalı, ** EB *** qeydiyyat nömrə nişanlı avtomobili ilə Bakı-Quba yolunun 15.5 km-də Quba rayonu istiqamətində hərəkətdə olarkən yolun sol çiynində dayanmış BMW F10 markalı, ** PR *** qeydiyyat nömrəli avtomobil ilə toqquşmamaq üçün sağa manevr etsə də, idarə etdiyi nəqliyyat vasitəsi həmin avtomobilin sağ tərəfi ilə toqquşmuşdur. BMW F10 markalı, ** PR *** qeydiyyat nömrəli avtomobilin sürücüsü tərəfindən qəza işıqlarının yandırılmaması, təhlükəsizlik tədbirlərinin görülməməsi və hərəkət istiqamətində saxlanılmasının qəzaya səbəb olduğunu bildirmiş, həmin sürücünün barəsində tədbir görülməməsini, əsas gətirərək özü barəsində qəbul edilmiş 06 yanvar 2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın əsassız və qanunsuz olduğunu bildirməklə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir Məhkəmə işə inzibati qərardan şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İ X19 Xidmətinin baş inspektoru, polis baş leytenantı X11 tərəfindən qəbul edilmiş 06 yanvar 2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cı maddəsi üzrə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, verilmiş şikayət əsasında araşdırma apararaq hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Fərrux Orucov hadisənin baş verməsi mexanizmini mübahisələndirməmiş, qeyd etmişdir ki, yolun hərəkət zolağında dayanmış, nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Lakin hadisənin baş verməsində öz təqsirini inkar etməsə də, digər sürücünün də təqsirli olduğunu bildirmişdir. Belə ki, onun bildirdiyinə görə həmin sürücü tərəfindən təhlükəsizlik tədbiri görülməmiş, qəza işığı yandırılmamıdır. Lakin qeyd edilən hallar onun barəsində qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsas deyildir. İ X19 Xidmətinin baş inspektoru, polis baş leytenantı X11 tərəfindən qəbul edilmiş 06 yanvar 2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.1 -cı maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar nüəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır; 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İ X19 Xidmətinin baş inspektoru, polis baş leytenantı X11 tərəfindən qəbul edilmiş 06 yanvar 2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən həmçinin X6 şikayətində göstərdiyi xüsusatlar iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmadığından şikayət təmin edilməməli, inzibati orqan tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 şikayət təmin edilməsin. İ X19 Xidmətinin baş inspektoru, polis baş leytenantı X11 tərəfindən qəbul edilmiş 06 yanvar 2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28480984 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X13 xx.xx.2025-ci il tarixdə saat 09:06-da Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında Ford markalı, ** EY *** dövlət qeydiyyat nişanlı minik avtomobillə ikinci və sonrakı cərgədə durmaqla dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir; Belə olan halda işin tam və obyektiv hallarını sübutlar təqdim edilmədiyi üçün araşdırmaq mümkün olmadığından xx.xx.2025-ci il tarixli, EQ 28480984 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); Bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135.1.6-cı maddə); İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər (134.1.4-cü maddə). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28480984 saylı inzibati tənbeh vermə haqqında ləğv edilsin və iş baxılması üçün həmin orqana göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abusət Qasımov İş №3(006)-495/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 08 fevral 2024-cü il Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi X15 Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə X5 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 11:15-də açır və baxılacaq şikayəti elan edir. Sədrlik edən prosesdə iştirak edən şəxslər barədə məlumat vermək üçün sözü məhkəmə iclasının katibinə verir. Məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına şikayət vermiş şəxs gəlmiş, rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, qərarından şikayət verilən qurumun nümayəndəsi isə gəlməmiş və bunun səbəbləri barədə məlumat verilməmişdir. Sədrlik edən şikayət verən şəxsin şəxsiyyətini müəyyən edir. X10 – xx.xx.1967-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 73, mənzil 75-də qeydiyyatda olan Sədrlik edən hakimi elan edir və kimin məhkəmə iclasının katibi qismində iştirak etdiyini bildirir. Hakim: Pənahov Babək Əkbər oğlu Məhkəmə iclasının katibi: X2 Şikayət vermiş şəxsə hakimə və katibə etiraz etmək hüququ və etiraz etmək üçün qanunla nəzərdə tutulmuş əsaslar izah olunur. Etiraz daxil olmadı. Sədrlik edən şikayət vermiş şəxsə hüquq və vəzifələri elan edir. Şikayətçi: Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən şikayət vermiş şəxsdən qərarından şikayət verilən qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasına dair fikrini soruşur. Şikayətçi: Xahiş edirəm işə baxılsın. Məhkəmə yerində müşavirə edərək qərara aldı: Şikayətə qərarından şikayət verilən qurumun nümayəndəsinin iştirakı olmadan baxılsın. Sədrlik edən şikayətçidən hər hansı vəsatətin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən şikayəti elan edir. Sədrlik edən izahat vermək üçün sözü şikayətçiyə verir. Şikayətçinin izahatı: “Kia Optima” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir və etibarnamə əsasında bu avtomobilin idarə etmək hüququ mənim arvadım X3 verilmişdir. Bakı Nəqliyyyat Agentliyinin avadanlıqdan istifadə edərək fotosunu çəkdiyi sözügedən avtomobilin idarəetmə səlahiyyəti məndə olmamışdır. Göründüyü kimi, mən törədilmiş inzibati xətanın subyekti olmamışam. Belə ki, hər hansı şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı, bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Lakin buna baxmayaraq mənim barəmdə Bakı Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2019cu il tarixli, BNA ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmiş və mən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişəm. Eyni zamanda qanunvericiliyin tələbləri pozulmuş, barəmdə tətbiq olunmuş inzibati xəta haqqında protokol və qərar mənə vaxtında rəsmi qaydada təqdim olunmamışdır. Qərar qəbul edilərkən ətraflı araşdırma aparılmamış və formal olaraq mənim təqsirli olmağım barədə qərar qəbul edilmişdir. Sədrlik edənin sualına cavab: - Mənə bu cərimə barədə xəbərdarlıq gəlməmiş, yol polisi əməkdaşları onu saxlamamış, sözügedən qərardan yalnız sürücülük vəsiqəsini dəyişdirmək istəyəndə xəbərdar olmuşdur. Sədrlik edən iş materiallarını elan edir. Sədrlik edən şikayətçidən əlavə və vəsatətin olub-olmamasını soruşur. Əlavə və vəsatət daxil olmadı. Sədrlik edən məhkəmə araşdırmasının başa çatdığını və məhkəmə çıxışlarının başlandığını elan edir. Şikayətçi: Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş edirəm. Sədrlik edən məhkəmə çıxışlarının başa çatdığını elan edir. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə iclas protokolu ilə tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası saat 11:30-da bağlı elan olunur. Protokol 08 fevral 2024-cü il tarixdə tərtib edildi. Hakim Babək Pənahov Katib Çinarə Namazova BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ ___ AZ 1102, Bakı şəhəri Tel.: (+99412) 431-26-53 A.Məhərrəmov küçəsi, 15 Faks: (+99412) 431-26-53 https://courts.gov.az/az/nasimi Elektron ünvan 08 fevral 2024-cü il № 3(006)-495/2024 Qərardan şikayət vermiş şəxs: X7 (Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 33, mənzil 97) Qərarından şikayət verilən səlahiyyətli orqan: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (Bakı şəhəri, Hacı Məmmədov küçəsi 05) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 3(006)- 495/2024 saylı qərarı məlumat üçün göndərilir. Qoşma: 1 vərəq, 1 nüsxə Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar