Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-94/2026 30.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən - Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxs X1, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X1 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin 29 noyabr 2024-cü il tarixli MN ******* saylı və 28 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i m: X5 barəsində olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin 29 noyabr 2024-cü il tarixli MN ******* saylı və 28 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının qanunsuz, ədalətsiz və əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X5 şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin 29 noyabr 2024-cü il tarixli MN ******* saylı və 28 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarları ilə o, 300 və 600 manat cərimə edilmişdir.Belə ki, adı şəkilən qərarlar bu günlərdə ona verilmişdir. Hesab edir adı şəkilən qərarlar qanunsuz və əsassızdır. Belə ki, 2007-ci ildən Biləsuvar rayon İcra Hakimiyyəti ilə icarə müqaviləsi bağlamaqla 20 hektar torpaq sahəsini balıqşılıq məqsədi ilə istifadə edir. Sonuncu müqaviləsi Biləsuvar rayon İHB-nin 30 dekabr 2010-cu il tarixli Sərəncamı ilə olmuşdur. Həmin müqaviləyə əsasən də o, 20 hektar ərazidə balıq saxlayır. 19 dekabr 2011-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən balıq saxlamaq üçün müvafiq rəy də almışdır. Göründüyü kimi o, balıqçılıqla qanunamüvafiq qaydada sənədlərini almaqla məşğuldur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin 29 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının müəyyən etdi hissəsində göstərilir : "Q.Əhmədov istifadəsində olan 20 ha dövlət ehtiyat fondu torpağında qanunsuz olaraq süni balıq ğölləri yaradaraq akvakultura fəaliyyəti aparması faktı" ???? Buna görə də o, İXM-nin 275.1.1-ci maddəsi ilə cərimə edilmişdir. O, qanunamüvafiq qaydada balıq təsərrüfatı yaratmaq üçün 20 ilə yaxındır ki, torpaq sahəsi icarəyə götürmüş və müsbət rəyi də həmin təşkilatdan almaqla fəaliyyət göstərir. Göründüyü kimi barəsində qəbul edilmiş qərar qanunun tələbləri pozulmaqla qəbul edilməklə əməli maddənin dispozisiyasında göpstərilən normalara uyğun gəlmir. İkincisi, hesab edir ki, adı şəkilən qərar qəbul edilərkən Azərbaycan Respublikası İnbzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, qanunvericiliyin tələbinə görə barəsində inzibati iş aparan orqan həmin işlə bağlı ona məlumat verməli və həmin işə Biləsuvar rayonunda baxılmalı idi. Lakin təşkilat tərəfindən ona məlumat verilmədən işə baxılmış və bir il sonra ona cərimə oluması barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin 28 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, İXM-nin 541-ci maddəsi ilə cərimə edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan - 3 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 şikayəti əsassız hesab edərək bildirmişdir ki, 3 X7 və Təbii Sərvətlər İdarəsinin 29 noyabr 2024-cü il tarixli MN ******* saylı və 28 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarları qanuni və əsaslı hesab edir. X1 şikayətini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, şikayətə baxılmasına xitam verilməli və şikayət X2 geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X5 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin 29 noyabr 2024-cü il tarixli MN ******* saylı və 28 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının əsassız olmasını göstrəmklə ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi X5 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin müxtəlif tarixlərdə ( 29 noyabr 2024-cü il tarixli MN ******* saylı və 28 fevral 2025-ci il tarixli MN ******* saylı) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlarından ayrı-ayrılıqda şikayət etməli olduğu halda, hər iki qərardan eyni zamanda şikayət etmişdir. Bundan əlavə, 3 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin məhkəməyə təqdim etdiyi poçt göndərişini təsdiq edən ( SX032475246AZ) sənəddən görünür ki, 3 X7 və Təbii Sərvətlər İdarəsinin 29 noyabr 2024-cü il tarixli MN ******* saylı saylı qərarı xx.xx.2024-cü il tarixdə Qurban Əhmədov tərəfindən alınmaqla imzalanmışdır. Bundan əlavə, 3 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin məhkəməyə təqdim etdiyi poçt göndərişini təsdiq edən sənəddən görünür ki, 3 X7 və Təbii Sərvətlər İdarəsinin 28 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı Qurban Əhmədov tərəfindən xx.xx.2025-ci il tarixdə alınmaqla imzalanmışdır. Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinə əsasən qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi X5 3 X7 və Təbii Sərvətlər İdarəsinin mübahisə olunan 29 noyabr 2024-cü il tarixli MN ******* saylı və 28 fevral 2025-ci il tarixli MN ******* saylı qərarlarından qanunla müəyyən olunmuş müddətdə şikayət etməmişdir. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Qeyd olunanlara əsasən və İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin 29 noyabr 2024-cü il tarixli MN ******* saylı və 28 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından verilmiş şikayətə baxılmasına xitam verilsin və şikayət X2 geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(5-115)-94/2026
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-94/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver