Məhkəmə qərarları › İş №3(5-124)-64/2026

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-64/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-64/2026 03.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi ilə, X3 iclas katibliyi, Göygöl Rayon Polis Yol Patrul Xidməti Baş İnspektor Polis Baş Leytenantı Nümayəndə və inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 iştirakları ilə, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göygöl Rayon Polis X11 Xidməti Baş İnspektor Polis Baş Leytenantı Nümayəndə tərəfindən tərtib edilmiş. 02.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarla X7 “VAZ 21154” minik markalı 20ED250 dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu Aydın Hacıyev küçəsi 135, Göygöl rayonu ərazisində xx.xx.2026-cı il tarixində saat 09:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X1 RPŞ-nin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə Göygöl şəhər Qızılca kəndində, onu saxlamış əsassız olaraq sərxoş vəziyyətdə nəqliyyat vasitəni idarə etmə barədə inzibati protokol tərtib edilmişdir. Qeyd edir ki, içkili sürücü kimi saxlanılmışdır, lakin sonradan bu hal təsdiq edilməmiş və bu barədə heç bir tibbi müayinə aktı və ya sübut təqdim olunmamışdır. Buna baxmayaraq sonra onun barəsində protokol tərtib edilmişdir. TP ******* saylı inzibati tənbehvermə qərarına baxılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən X7 izahatında Göygöl rayon yol polis əməkdaşları tərəfindən saxlanılaraq alkotestr müayinəsi aparılmış içkili olduğu bildirilmişdir. O, etirazını bildirsə də, nəzərə alınmamış, barəsində protokol tərtib olunmuşdur. Həkim yoxlanışını tələb etmiş, özünün getməli olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl Rayon Polis X11 Xidməti Baş İnspektor Polis Baş Leytenantı Nümayəndə bildirdi ki, Verdiyev Elvin polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanan zaman spirtli içki qoxusu gəldiyi müəyyən olunmuşdur. Alkotestrdən keçirilmiş və 0.418 promill miqdarında spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. Polis şöbəsinə aparılmış və barəsində protokol tərtib olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, sərxoşluq vəziyyətinin müayinəsi polis əməkdaşının müşayəti ilə dərhal şəxsin istəyi olduqda tibb müəssisəsində həyata keçirilə bilər, sonradan şəxsin özünün öz başına gedib, müayinədən keçməsi, müayinənin isə hansı labaratoriya göstəricisinə əsaslanmasının göstərilməməsi onu mübahisələndirir. Şəxs alqotester müayinədən keçib, promil 0,300 artıq olması məsuliyyət yaradır. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 “VAZ 21154” minik markalı 20ED250 dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu Aydın Hacıyev küçəsi 135, Göygöl rayonu, Gəncə şəhəri ərazisində xx.xx.2026-cı il tarixində saat 09:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Avtonəqliyyat vasitələrinin saxlanca qəbulu barədə aktda göstərilmişdir ki, “VAZ 2115” minik markalı ** ED *** qeydiyyat nömrəli avtomobil xx.xx.2026-cı il tarixdə saxlanca qəbul edilmiş, eyni tarixdə də duracaqdan buraxılmışdır. İş materiallarına əlavə edilmiş alkotestr qəbzindən görünür ki, X7 0.418 promill miqdarında spirtli içki qəbul etmişdir. 1 ədəd cd disk olan video görüntüyə baxış keçirilmişdir. X5 dünən azacıq spirtli işçi qəbul etməsi bildirmiş, akta imza etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 209 №-li qərarının 2.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstə sərbəst dayana bilmədikdə və özünü idarə edə bilmədikdə həyata keçirilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin qərarın 2.6-cı maddəsinə əsasən, müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Həmin qərarın 2.7-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 3.1-ci maddəsinə əsasən, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin qərarın 3.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Həmin qərarın 3.4-cü maddəsinə əsasən, müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında xx.xx.2026-cı il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etmədiyini, hadisə vaxtı ayıq olduğunu bildirmiş, bununla bağlı məhkəməyə təqdim etdiyi 660/2026 saylı, xx.xx.2026-cı il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında göstərilmişdir ki, X7 xx.xx.2026-cı il tarixdə saat 11:15-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X6ndə tibbi müayinədən keçmiş və onda hər hansı sərxoşluq əlaməti aşkar edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hadisə yaşanan günü spirtli içki qəbul etdiyini bildirmiş, iş materiallarına əlavə edilmiş video görüntüdən də göründüyü kimi Göygöl rayonu Yol-Patrul Xidmətinin inspektoru tərəfindən keçirilən alkotester müayinəsi zamanı spirtli içki qəbul etməsi aşkar edilmiş, həmin şəxsə həkim müayinəsindən keçməsi təklif olunsa da o, həkim müayinəsinə ehtiyac olmadığını bildirmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X6 tərəfindən verilmiş 660/2026 saylı, xx.xx.2026-cı il tarixli sərxoşluq vəziyətinin tibbi müayinəsi aktında müayinəni keçirən tibb işçisinin şəxsiyyəti və sarxoşluq müayinə göstərici əks etdirən hal barədə heç bir qeyd aparılmamış, bununla belə müayinə olunan şəxsin müayinəyə öz şəxsi ərizəsi əsasında göndərildiyi göstərilmişdir. Bu səbəbdən məhkəmə rəyə tənqidi yanaşaraq qeyd edir ki, X6 tərəfindən verilmiş 660/2026 saylı, xx.xx.2026-cı il tarixli sərxoşluq vəziyətinin tibbi müayinəsi aktı mötəbər sübut hesab edilə bilməz. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X7 xx.xx.2026cı il tarixdə saat 09:00-da “VAZ 21154” minik markalı 20ED250 dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu Aydın Hacıyev küçəsi 135, Göygöl rayonu ərazisində avtomobili alkoqolun təsiri altında sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X2 İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Belə ki, təqdim edilən alkotester müayinə aktın şəxsin artıq alkotersterdən keçməsini əks etdirir. Həkim müayinəsindən yayınma halı aşkar edilməmişdir. Beləliklə, iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 İXM-in 333.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X4 şikayəti əsassız olduğundan təmin edilməməli və xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1–ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Göygöl Rayon Polis X11 Xidməti Baş İnspektor Polis Baş Leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı qərarından barəsində qərar qəbul edilmiş şəxs X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar