Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(5-134)-187/2026 26.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Muxtarov Muxtar Arif oğlu, İsayev Orxan Mahir oğlunun katibliyi, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 452.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, M ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” tərəfindən 11 fevral 2026-cı il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X4 etibarnamə üzrə nümayəndələri X2 və Nümayəndə protokolu müdafiə edərək bildirdilər ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 tərəfindən Ə-78 nömrəli xx.xx.2026-cı il tarixli pərakəndə əczaçılıq müəssilərinin plan üzrə (növəti) yoxlaması zamanı ünvan 1nda yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında xx.xx.2026-cı il tarix saat 12:30-da plan üzrə (növbəti) yoxlama zamanı aptek təşkilatlarına dair tələblərə və aptek təşkilatlarında dərman vasitələrinin buraxılması qaydalarının pozulması faktı aşkar edilmişdir. Bu fakt “X1”-nin 78 nömrəli xx.xx.2026-cı il tarixli pərakəndə satış əczaçılıq müssisələrinin plan üzrə (növbəti) yoxlama aktı və fotoşəkillər ilə təsdiq edilir. Yoxlanılma zamanı saxlanılma qaydalarının pozulması faktı aşkar edilən dərmanlar “Ornaklın B” və ”Oksolinovaya maz” dərmanlarıdır, bu dərmanlar xüsusi saxlanma şəraiti olan dərmanlardır. Maddi sübut olaraq 1 ədəd “Ornaklın B” və 9 ədəd ”Oksolinovaya maz” götürülmüşdür. Odur ki, pozuntularla əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə onun inzibati məsuliyyətə cəlb edilməsi və maddi sübut kimi götürülmüş dərman vasitələrinin taleyi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X4 nümayəndələri tərəfindən tərtib edilmiş 11 fevral 2026-cı il tarixli, Ə-78 saylı Aktdan görünür ki, xx.xx.2026-cı il tarixində aparılmış plan üzrə (növbəti) yoxlama zamanı Şəxs MMC-yə məxsus Kürdəmir rayonu, Xırdapay kəndi Kürdəmir rayon Mərkəzi xəstəxanasının yanında yerləşən aptek (kordinatları 40,35523; 48,15872) təşkilatında termobil dərman vasitələrinin (Ornoklin B gel 25qr; Oksolinovaya maz 10 qr) saxlama qaydasının pozulması faktı aşkar edilmişdir. Faktla bağlı İnzbati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi üzrə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X4 xx.xx.2026-ci il tarixli, 3-28-1/3-2- 91/2026 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” baş direktoru tərəfindən Şəxs (VÖEN **********) ünvan 1 ünvanında yoxlama aparılması barədə qərar qəbul edilmişdir. xx.xx.2026-cı il tarixli KY262481386 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən VÖEN ********** olan Şəxs ünvan 1nda yerləşən aptekdə xx.xx.2026-cı il tarixdən və xx.xx.2026-cı il tarixədək plan üzrə (növbəti) yoxlama aparılması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. 11 fevral 2026-cı il tarixli Əşyaların və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, Şəxs ünvan 1nda yerləşən aptekdə yoxlama zamanı 01 ədəd “Ornoklin B gel 25qr” və “09 ədəd Oksolinovaya maz 10 qr” dərman vasitələri maddi sübut kimi götürülmüşdür. xx.xx.2022-cü il tarixli, İN/L-1204/2016/903 qeydiyyat nömrəli Xüsusi Lisenziyanın Əlavəsinin surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Bakı şəhəri, Ü.Hacbəyli küçəsi 84, Hökümət evi) tərəfindən xx.xx.2016-cı il tarixində İN/L- 1204/2016 saylı qeydiyyat nömrəsi ilə verilmiş xüsusi lisenziya əsasında Şəxsnə (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Nizami Abdullayev küçəsi ev 47, VÖEN **********) ünvan 1 ünvanında dəman vasitələrinin pərakəndə satışının həyata keçirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” tərəfindən 11 fevral 2026-cı il tarixdə MN ******* nömrəli protokoldan görünür ki, ünvan 1nda yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında xx.xx.2026-cı il tarix saat 12:30-da plan üzrə (növbəti) yoxlama zamanı aptek təşkilatlarına dair tələblərə və aptek təşkilatlarında dərman vasitələrinin buraxılması qaydalarının pozulması faktı aşkar edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları, tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 11 yanvar 2018-ci il tarixli, 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydalarının 3 nömrəli əlavəsinin pozulması halına yol verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla “Dokta MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-ci maddəsi ilə tövsif olunmuşdur. Bundan başqa məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1 tərəfindən məhkəməyə ünvanlanan Şəxsndə yoxlama zamanı Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə uyğun olaraq tərəflərindən maddi sübut qismində götürülmüş müvafq saxlanma şəraiti pozulmuş (temperatur rejiminə riayət edilməyən) dərman vasitələrinin taleyi barədə qərar qəbul edilməsi xahişinə münasibətdə bildirmək istəyir ki, İXM-in 77.1-ci maddəsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. İXM-in 77.3-cü maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İXM-in 115.4.2-cü maddəsinə görə dövrüyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurudmlarına) verilməli, yaxud məhv edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 452.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61,77 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilsin. İnizbitai xəta haqqında iş üzrə maddi sübut kimi götürülmüş 01 ədəd “Ornoklin B gel 25qr” və 09 ədəd “Oksolinovaya maz 10 qr” dərman vasitələri qərar qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Muxtar Muxtarov
Məhkəmə qərarları › İş №3(5-134)-187/2026
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(5-134)-187/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver