Məhkəmə qərarları › İş №3(5-139)-225/2026

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(5-139)-225/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(5-139)-225/2026 27.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı X3 şikayətini nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: X2 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26843749 nömrəli qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti nəzərdən keçirib, hesab edirəm ki, X1 geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 126.1ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. X5 şikayət ərizəsində xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etsə də, şikayət ərizəsində həmin qərarın nə vaxt əldə edilməsi, qərardan şikayət vermə müddətinin ötürülüb-ötürülməməsi barədə məlumat qeyd etməmişdir. Qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, X1 qaytarılmalıdır. Eyni zamanda X4 izah olunur ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə müraciət edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 130-132-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar