Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-221/2026 18.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” X12 nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” X14 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokola əsasən, Saatlı şəhəri, H.Əliyev prospekti 306 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2026-cı il tarixdə saat 14:10-da aptek təşkilatlarına dair tələblərin pozulması faktları aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” X12 nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” X12 əməkdaşları tərəfindən xx.xx.2026-cı il tarixdə Saatlı şəhəri, H.Əliyev prospekti 306 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə yoxlama aparılarkən dərman vasitələrinin saxlanma şəraitinin pozulması faktları aşkar edilmişdir. Buna görə də, Şəxs MMC barəsində İXM-in 452.3-cü maddəsi üzrə protokol tərtib olunmuşdur. Şəxs MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, inzibati xəta haqqında protokola etirazları olmadıqlarını bildirib, işə onların iştirakı olmadan baxılıb, ən aşağı həddə yəni 1000 manat cərimə olunmalarını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokola barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati qaydada təhbeh edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” X12 planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2026-cı il tarixli 3-28-1/3-2-240/2026 saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən Şəxs MMC-yə məxsus Saatlı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən əczaçılıq fəaliyyətinin yoxlanılması məqsədilə, 23.02-xx.xx.2026-cı il tarixlərtdə AEM-in Əczaçılıq müfəttişliyi şöbəsinin baş müfəttişi X6, müfəttişlər X10, X2, X1, X3 və baş hüquq məsləhətçisi Nümayəndə tərəfindən həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan (KY262490777 saylı) görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” X12 planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2026-cı il tarixli 3-28-1/3- 2-240/2026 saylı Qərar əsasında Şəxs MMC-yə məxsus Saatlı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən aptekdə aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” X12 Baş direktoru Murad Süleymanov tərəfindən təsdiq edilmiş Yoxlama suallarının Siyahısından görünür ki, yoxlayıcı orqan tərəfindən Şəxs MMC-yə məxsus Saatlı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən aptekdə aparılacaq yoxlama zamanı istifadə olunacaq yoxlama suallarının siyahısı tərtib edilərək təsdiq edilmişdir. xx.xx.2026-cı il tarixli Ə-138 saylı Yoxlama Aktından görünür ki, plan üzrə yoxlama zamanı Şəxs MMC-yə məxsus aptekdə dərman vasitələrinin saxlanma şəraitinin pozulması faktları aşkar edilmiş və İXM-in 452.3-cü maddəsi üzrə protokol tərtib olunmuşdur. Əşyaların və sənədlərin götürülməsi haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs MMC-yə məxsus Saatlı şəhəri, H.Əliyev prospekti 306 ünvanında yerləşən aptektdən inzibati xətanın bilavasitə obyekti olan 4 qutu 96092025 seriyalı 2 ml N10 Lidaza ampul, 4 qutu 81125 seriyalı 10 qr Oksolin maz, 1 qutu ********* seriyalı 2,5 ml Latasopt göz damçısı, 1 qutu ********* seriyalı 2 ml Latasopt göz damçısı, 1 qutu+7ədəd 255004 seriyalı 1 ml N10 Adrenalin ampul götürülmüşdür. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.5-ci maddəsinə görə plan üzrə (növbəti) yoxlama - risklərin idarə olunması sisteminə və yoxlamaların aparılmasının bu Qanunla müəyyənləşdirilmiş dövriliyinə uyğun olaraq əvvəlcədən tərtib olunan yoxlama planı əsasında aparılan yoxlamadır. 3.1-ci maddəsinə görə yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci maddəsinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 14.1-ci maddəsinə görə yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 15.1-ci maddəsinə görə plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risklərin idarə olunması sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır.. 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. 17.2-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda aşağıdakılar göstərilir: 17.2.1. qərarın nömrəsi və tarixi; 17.2.2. yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir); 17.2.3. yoxlanılacaq sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 17.2.4. yoxlanılması nəzərdə tutulan yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.); 17.2.5. yoxlamanın növü; 17.2.6. sonuncu yoxlamanın növü və başa çatma tarixi; 17.2.7. yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə); 17.2.8. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi; 17.2.9. plandankənar (növbədənkənar) yoxlama zamanı bu Qanunun 16.1-ci maddəsində göstərilmiş müvafiq hala istinad və yoxlama suallarının siyahısından yoxlanılacaq sualların nömrələri. 17.3-cü maddəsinə görə yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs hüquqi şəxs Şəxs MMC-yə istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs MMC məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilsin. Şəxs MMC-yə məxsus Saatlı şəhəri, H.Əliyev prospekti 306 ünvanında yerləşən aptektdə aşkar edilmiş saxlanma şəraiti pozulmuş inzibati xətanın bilavasitə obyekti olan 4 qutu 96092025 seriyalı 2 ml N10 Lidaza ampul, 4 qutu 81125 seriyalı 10 qr Oksolin maz, 1 qutu ********* seriyalı 2,5 ml Latasopt göz damçısı, 1 qutu ********* seriyalı 2 ml Latasopt göz damçısı, 1 qutu+7ədəd 255004 seriyalı 1 ml N10 Adrenalin ampul məhv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(5-150)-221/2026
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-221/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver