Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1608/2026 16.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi X8nün Yol Patrul xidmətinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi X8nün Yol Patrul xidmətinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarından şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X2 bildirmişdir ki, o, X8 Yol Patrul Xidməti İnspektoru polis Baş serjantı X5 TF7842028 nömrəli xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, o, X8 Yol Patrul Xidməti İnspektoru polis Baş serjantı X5 TF7842028 nömrəli xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə razı deyil. Belə ki, o, Azərbaycan Respublikası İXM-327.1-ci maddəsinin tələbini pozmamışdır. X8 Yol Patrul Xidməti İnspektoru polis Baş serjantı X7 əsassız olaraq barəsində qərar qəbul etmişdir. Hadisə zamanı 77DQ014 dövlət nömrə nişanlı Li 9 markalı avtomobilin sürücüsü İXM-in tələbini pozmuş, STOP işarəsi olsa da belə daynmamış və qəfldən 10TH236 dövlət nömrə nişanlı avtobusun qarşısına çıxmış və avtobus ilk olaraq onu sol tərəfdən, onun idarə etdiyi maşını isə sağ arxa tərəfdən vurmuşdur. Hadisə zamanı 77DQ014 dövlət nömrə nişanlı Li 9 markalı avtomobili yaşlı bir kişi idarə edirdi. Lakin bir müddət sonra 77DQ014 dövlət nömrə nişanlı Li 9 markalı avtomobili idarə edən həmin o, şəxs hadisə yerindən uzaqlaşmış və hadisə yerinə özünü həmin şəxsin oğlu kimi təqdim edən cavan bir oğlan gəldi. Onlar həmin vaxt tələb etmişlər ki, bəs hadisəni törədən şəxs cavan oğlan yox, yaşlı kişidir. Lakin polis əməkdaşı buna məhəl qoymadı. Ehtimal edir ki, həmin şəxs içkili olub. Lakin bu barədə də tibbi yoxlama aparılmadı. X4 X12 Xidməti İnspektoru polis Baş serjantı X7 özünü sanki həmin 77DQ014 dövlət nömrə nişanlı Li 9 markalı avtomobilin sürücüsünün və oğlunun yaxını kimi aparırdı və işdə maraqlı şəxs idi. Hadisə yerinin video görüntüləri onda var və şikayətinə əlavə etmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı hər hansı bir sxem çəkilmədən X8 Yol Patrul Xidməti İnspektoru polis Baş serjantı X5 onu təqsirli bilməsi kobud qanun pozuntusudur. Bundan əlavə X8 Yol Patrul Xidməti İnspektoru polis Baş serjantı X5 dediyinə görə guya 77DQ014 dövlət nömrə nişanlı Li 9 markalı avtomobilin sürücüsünü də təqsirli bilib və onun da barəsində qərar qəbul edib. Bu barədə isə rəsmi məlumatı yoxdur. Hesab edir ki, bu hal da araşdırılmalıdır. Çünki X8 Yol Patrul Xidməti İnspektoru polis Baş serjantı X5 77DQ014 dövlət nömrə nişanlı Li 9 markalı avtomobilin sürücüsünün və ya onun oğlunun təqsirli bilib-bilməməsindən xəbərsizdir. X8 Yol Patrul Xidməti İnspektoru polis Baş serjantı X7 özünü bu hadisə zamanı hədsiz dərəcədə maraqlı aparırdı və elə buna görə də əsassız olaraq barəsində qərar qəbul edib. Hadisəni törədən şəxs 77DQ014 dövlət nömrə nişanlı Li 9 markalı avtomobilin sürücüsüdür. Ona görə də hesab edir ki, qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi X8nün Yol Patrul xidmətinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verəni dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi X8nün Yol Patrul xidməti tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərardan görünür ki, X2 xx.xx.2026-cı il tarixdə, saat 16:00-da Bakı Quba yolunun 8-ci km-də Sumqayıt istiqamətində 10KK201 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Təqdim edilmiş videgörüntüdən görünür ki, hadisə baş verən zaman yolun hərəkət hissəsində nəqliyyat axını intensiv olmuş, avtobus öz hərəkət istiqaməti üzrə zolaqda irəliləmiş, bu zaman həm sağ tərəfdən digər nəqliyyat vasitəsinin hərəkətə qoşulması, həm də sol tərəfdən 10KK201 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin manevr edərək həmin hərəkət zolağına daxil olması nəticəsində yolun hərəkət sahəsi daralmışdır. Video görüntülərdən açıq-aşkar görünür ki, şikayətçi sürücü manevr etməzdən əvvəl yol şəraitini düzgün qiymətləndirməmiş, digər hərəkət iştirakçılsına –avtobus sürücüsünə yol verməmiş və təhlükəsiz araməsafəni təmin etməmişdir. Nəticədə nəqliyyat vasitələri arasında təhlükəli yaxınlaşma yaranmış və yol-nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə qırx manat məbləğində cərimə edilir. Məhkəmə şikayəti əsassız hesab edir və gəldiyi qənaətini onunla əsaslandırır ki DİN Baş Dövlət Yol Polis İdarəsi X8nün Yol Patrul xidməti tərəfindən xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Belə ki, iş materialları videgörüntülərlə birlikdə qiymətləndirildikdə müəyyən olunur ki, 10KK201 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü hərəkət zamanı yol hərəkətinin təhlükəsizliyini təmin edən əsas qaydalara, xüsusilə manevr etmə və araməsafənin saxlanılması tələblərinə riayət etməmişdir. Görüntülərdən də göründüyü kimi, nəqliyyat axını intensiv olan yolda avtobus öz hərəkət istiqamətində irəlilədiyi halda, sağ tərəfdən digər nəqliyyat vasitəsinin hərəkətə qoşulması və eyni zamanda sol tərəfdən 10KK201 dövlət qeydiyyat nişanlı avtomobilin manevr edərək həmin zolağa daxil olması nəticəsində yol sahəsi süni şəkildə daralmış, bu isə toqquşma vəziyyəti yaratmışdır. Həmin şəraitdə X1 üzərinə düşən əsas vəzifə təhlükəsiz sürət seçmək, kifayət qədər araməsafə saxlamaq və manevr etməzdən əvvəl digər hərəkət iştirakçılarına maneə yaratmamaq olmuşdur. Lakin o, bu tələblərə əməl etməyərək nəqliyyat vasitəsi ilə təhlükəli manevr etmiş və nəticədə yol-nəqliyyat hadisəsinin baş verməsinə şərait yaratmışdır. Bu hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş pozuntunun obyektiv tərkibini təşkil edir. Bu baxımdan məhkəmə hesab edir ki, sürücünün hərəkətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə tövsif edilməsi hüquqi cəhətdən əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi X8nün Yol Patrul xidmətinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərardan verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi X8nün Yol Patrul xidmətinin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərardan verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-1608/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1608/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver