Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-764/2026 30.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X6 28 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, m ü ə y y ə n e t d i: X23 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X6 28 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X23 şikayətini onunla əsaslandırmışdır ki, X18 Xidməti tərəfindən 28 noyabr 2025-ci il tarixində MN № ******* saylı qərar ilə 3000 manat cərimələnmişdir. Həmim qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmuşdur. Türkiyə vətəndaşı X7 onun rəhbəri olduğu "xxxx" MMC-nin işçisi olmamışdır. Sadəcə şahid qismində Xızı Rayon Prokurorluğunda dindirilmişdir, həmçinin dindirilmə zamanı Türkiyə vətəndaşı X8 əcnəbi vətəndaş olduğu üçün tərcüməçinin iştirakı təmin olunmamışdır. O, "xxxx" MMC-nin rəhbəri olaraq X3 əmək müqaviləsi olmadan onun xidmətindən yararlanmamışdır. Məhkəmədə yenidən Türkiyə vətəndaşı X3 dindirilməsini və barəsində tərtib olunmuş qərarın ləğv olunmasını və iş üzrə MN № ******* saylı qərarın xitam olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi X2 şikayətə etiraz edərək izahatında göstərmişdir ki, Türkiyə Respublikasının vətəndaşı X7 Xızı rayon prokurorluğunda verdiyi izahatında "xxxx" MMC tərəfindən qeyri-rəsmi şəkildə işə cəlb edildiyini göstərsə də, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində izahatında prokurorluqda verdiyi izahatını dəyişərək işə cəlb edilmədiyini demişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, şikayət vermiş şəxs X23 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfin çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X6 28 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X6 28 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vəzifəli şəxs X23 tərəfindən Türkiyə Respublikasının vətəndaşı X7 işə cəlb edilmiş və bununla X5 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-6544/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Həmin qərardakı şahid X29 Mustafanın izahatından görünür ki, 2025-ci ilin iyun ayından xx.xx.2025-ci il tarixədək olan müddətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. X21 Xidmətin tərəfindən icazənin verilməsini gözlədiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yataqxanasında qalmışdır. Xızı rayon Prokurorluğunda tərcüməçinin iştirakı olmadan X31 ilə bağlı dindirilmiş, izahatı alınmış, deyilənlərin çoxunu başa düşməmişdir. Onu X27 izahatı ilə tanış olmamış, ona bu barədə məlumat verilməmişdir. O, 02 sentyabrdan əmək müqaviləsi bağlandıqdan sonra işlərin yerinə yetirilməsinə cəlb edilmiş, daha əvvəl işləməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, X27 müraciətindən xəbəri olmamış, xəsarət almasından məlumatı olmuşdur. X31 Whatsapp vasitəsilə işə qəbul ilə bağlı sənədləri ona göndərmişdir, lakin onun elə bir səlahiyyəti olmadığından ona göndərilən sənədləri başqasına göndərmişdir. X31 xəsarət aldıqda onu "xxxx" MMC-nə aparmışdır. Şirkətin kamp yerində qəza baş vermişdir. Həmin tarixdə onun iş icazəsi olmadığından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyə bilməmiş sadəcə onun yataqxanasında qalmışdır, gözləmişdir ki, iş icazəsi alınsın, işə başlasın. X26 daim zəng edərək pula ehtiyacı olduğunu bildirmiş, o da qarşılığında ona 1400 manat məbləğində pul vermişdir. Lakin sonradan o verdiyi məbləği tanışı türk dostu Tayfun Kurudan almışdır. Çünki həmin dostu ondan ona qalması və işləməsi üçün ona köməklik etməyini xahiş etmişdir. X31 və özü "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində heç bir işlərin yerinə yetirilməsinə cəlb edilməmişdirlər. Hətta X31 ilə tanış olmadan qabaq başqa bir şirkətin nümayəndəsi onu həmin şəxs barəsində xəbərdar etmişdir. Onun əmək müqaviləsi olmadan işləməsi ilə bağlı hər hansı orqana müraciəti olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(3-6)-171/2026 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)- 6544/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilməlidir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 135-ci maddəsinə əsasən aşağıdakılar inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 noyabr 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 noyabr 2016-ci il tarixli qərarına görə preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş cinayət ittihamı anlayışı ilə əlaqədar formalaşmış presedentlərinə əsasən sosial təminat üzrə qanunvericik əleyhinə hüquq pozuntuları (məşğulluğun bəyan edilməməsi, təyin edilən cərimənin mülayim xarakterinə baxmayaraq, X15rşı, §§ 18-21) inzibati hüquq pozuntuları 6-cı Maddənin cinayət hüququ aspektinin tətbiq dairəsinə daxildir. Bundan əlavə 1) sözügedən hüquqi normanın hamı üçün məcburi xarakter daşımasına (Bendenun Fransaya qarşı, $ 47), 2) icraatın qanunla müəyyən edilmiş icranın məcburi təmin edilməsi səlahiyyəti olan dövlət orqanı tərəfindən başladılmasına (X11rsı, $ 56), 3) hüquqi normanın məqsədinin cəzalandırma, məqsədi daşımasına (Öztürk Almaniyaya qarşı, $ 53, Bendenun Fransaya qarsı, $ 47), 4) cəzanın təyin edilməsi təqsirin müəyyən edilməsindən asılı olmasına (X11rşı, $ 56) görə məhkəmə hesab edir ki, hazırkı inzibati xəta barədə qərarın cinayət ittihamı kimi qəbul edilməsi və cinayətprosessual qanunvericiliyin normalarının işə tətbiqi tamamilə yolveriləndir. Bakı Apellyasiya Məhkəməsinin 3(3-6)-171/2026 saylı res judicata – yekun və qəti qərar statusu almış qərarı ilə müəyyən edilmişdir ki, X23 ilə Türkiyə Respublikasının vətəndaşı X7 arasında əmək münasibətləri olmamış, X7 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləməmiş, sadəcə oranın yataqxanasında qalmış, iş icazəsinin alınmasını gözləmişdir. Nəticə etibari ilə eyni məzmunlu, yəni X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmış və hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmiş, qərardan razı olmayan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-6544/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarını qüvvədə saxlamışdır. Göründüyü kimi eyni məzmunlu inzibati iş barədə artıq qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin 3(3-6)-171/2026 saylı qərarı mövcuddur və həmin qərar birinci instansiya məhkəməsi üçün məcburi xarakter daşıyır. Bununla da, X13 inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 128, 129, 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X6 28 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №3(5-94)-764/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-764/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver