Məhkəmə qərarları › İş №3(5-95)-224/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-224/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-224/2026 24.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək iş materialları baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi X2 izahatında bildirdi ki, 12 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindın monitorinq keçirilmişdir. Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, S.M.Ziya küçəsində yerləşən qeyri-yaşayış sahəsində 12 yanvar 2026-cı il tarixində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən suyun az miqdarda talanması faktı aşkar edilmişdir. Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İnzibati araşdıma zamanı o, həmin obyekti işlətdiyini bildirmiş, lakin çağırılmasına baxmayaraq inzibati araşdımaya gəlməmişdir. xx.xx.2026-cı il tarixdə barəsində müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar qadağan edildiyindən Şəxs işlətdiyi obyektdə yoxlama aparılması özüözlüyündə qanunsuz olmuşdur. Həmçinin Şəxs həmin obyektdə sahibkarlıq fəaliyyətini icarə müqaviləsi əsasında həyata keçirir. Şəxs tərəfindən su xəttinə hər hansı qanunsuz qoşulma halı olmamışdır. Şəxs obyektə suyu daşınma yolu ilə təmin edir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib şəxsi dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs (VÖEN **********) tərəfindən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, S.M.Ziya küçəsində yerləşən qeyri-yaşayış obyektində 12 yanvar 2026-cı il tarixində su təchizatı şəbəkəsinə qanunsuz qoşulması halı aşkar olunmuşdur. -Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli tarixli 000374 saylı monitorinq aktının surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, S.M.Ziya küçəsində yerləşən qeyri-yaşayış obyektində (Alioğlu Mebel) su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması faktı aşkar edilmişdir. Belə ki, obyekti istifadə edən sahibkar (VÖEN **********) Şəxs qeyri-yaşayış obyektində sudan müqaviləsiz, sayğac quraşdırılmadan istifadə edir. Şəxs qanun pozuntusuna görə məsuliyyət daşıdığı və bu halın qısa müddət ərzində aradan qaldırılmalı olduğu bildirilmişdir. Vətəndaş yerində izahat verməkdən və bölməyə dəvət olunmasına baxmayaraq gəlməkdən imtina etmişdir. - Fakt üzrə tərtib edilmiş aktı və inzibati xəta haqqında protokolun imzalanmasından imtina barədə xx.xx.2026-cı il tarixli aktdan görünür ki, Şəxs izahat verməkdən və inzibati araşdırmada iştirak etməkdən imtina etmişdir. - Azərbaycan Respublikası Su X5 şəhərlərin X6 Publik hüquqi şəxsinin xx.xx.2026cı il tarixli aktından görünür ki, Buzovna qəsəbəsi, S.M.Ziya küçəsində yerləşən mebel mağazasında 01-25 mm boru vasitəsilə sudan qeyri-qanuni istifadə olunduğu aşkar olundu. Su xətti kəsilərək ləğv edilmişdir. Ziyan məbləği 1098,00 manat təşkil edir. - Foto şəkillərdən və videogörüntüdən müəyyən olunur ki, Buzovna qəsəbəsi, S.M.Ziya küçəsində yerləşən qeyri-yaşayış (Alioğlu Mebel) sahəsində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması faktı aşkar edimişdir. Elektron məhkəmə informasiya sistemində Şəxs vergi məlumatlarından müəyyən olunur ki, o, üzrə vergi ödəyicisidir (VÖEN **********) və VÖEN statusu aktivdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, S.M.Ziya küçəsində yerləşən qeyri-yaşayış obyekti Şəxs tərəfindən istifadə olunur. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, S.M.Ziya küçəsində yerləşən qeyriyaşayış obyektində 12 yanvar 2026-cı il tarixdə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun az miqdarda ziyan vurulmaqla talanması faktı aşkar edilmişdir. Bununla da müəyyən olunur ki, Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə əsasən sudan özbaşına istifadə edilməsinə, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Resublikası Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, vəzifəli şəxs tərəfindən törədilməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar