Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-822/2026 06.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Əfsanə Elbrus qızının sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin tərtib etmiş şəxs: 22-ci Polis Şöbəsinin sahə inspektoru X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1984-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Vayxır Ərazi Dairəsi, Xalxal kəndində qeydiyyatda olan Şəxs barəsində 157-ci, 510.1-ci və 454-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə rəisi polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2026-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə xx.xx.2026cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(5-98)-826/2026 nömrəli, xx.xx.2026-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 454-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(5-98)-826/2026 saylı və Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(5-98)-822/2026 saylı işlər 3(5-98)-822/2026 nömrəsi altında birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(5-98)-827/2026 nömrəli, xx.xx.2026-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 454-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(5-98)-827/2026 saylı və Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(5-98)-822/2026 saylı işlər 3(5-98)-822/2026 nömrəsi altında birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru X4 izahatında bildirmişdir ki, bu şəxsə tərəfindən dəfələrlə cərimələr tərtib olunmuşdur. Şəxs qanunsuz olaraq dayanma və durma qadağandır nişanını sökərək, həmin ərazidə qanunsuz parklama yerləri təşkil etmişdir. Digər tərəfdən zərərçəkmiş xanıma qarşı zorakı hərəkətlər etmişdir. Belə ki, onun məhkəməyə təqdim etdiyi videogörüntlərdən də göründüyü kimi, xanıma ilk öncə təpik atır, daha sonra isə ona 2 dəfə şillə vurur. Onun qanunsuz parklama yerləri təşkil etməsi ilə bağlı video görüntüləri də təqdim edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ona qarşı olunan ittihamlar tamamı ilə əsassızdır. O qadına qarşı zorakı əməllər törətməmiş. 4-5 il qabaq orada “parkovşik” kimi çalışırdı, daha sonra “Azparking” yaradıldıqdan sonra işləmədi. Onu oradakı bina sakinləri tanıyırlar, onlar zəng edəndə onların yüklərinin daşınmasına kömək edir, başqa bir işim yoxdur. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, o barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə yaxınlaşaraq, nəyə görə avtomobil saxlamaq üçün olan yerin qarşısına dəmir qoyaraq oranı tutduğunu soruşdu. O həmin ərazidəki maqazinlərin birində çalışırdı və səhhətiylə bağlı nəqliyyat vasitəni uzaqda saxlayaraq gələ bilmir. Şəxs isə ona əvvəlcə təpik atdı, daha sonra isə üzünə 2 dəfə sillə vurub, üznmə tüpürdü və onu təhqir edib oradan uzaqlaşdı. Qarşı tərəflə barışıq əldə etməmişdir və onun barəsində qanuna uyğun qərar qəbul olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci, 510.1-ci və 454-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsi, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi prosses iştirakçılarının izahatları, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 57-ci, 510.1-ci və 454-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxs döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməlidir. Hazırki iş üzrə isə qeyd edilməlidir ki, Şəxs Zərərçəkmiş şəxs ayağı ilə qarın nahiyyəsinə təpik vurmuş, daha sonra əl, baş və sifət nahiyyəsinə yumruq vuraraq xəsarət yetirmiş, bununla da İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə İXM-in 510-cu maddəsi ilə məsuliyyət yaranmasının əsaslarına dair qeyd etməyi zəruri hesab edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi ictimai qaydanın pozulmasında ifadə olunur. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Hazırkı iş üzrə Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək, yəni xx.xx.2026-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində içtimai yerdə Zərərçəkmiş şəxs ünvanına küçədə təhqir edici ifadələr işlədərək ictimai qaydanı pozmuş, bununla da İXMnin 510-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Bundan əlavə Şəxs qanunsuz olaraq dayanma və durma qadağandır nişanını sökərək, həmin ərazidə qanunsuz parklanma yerləri təşkil edərək İXM-nin 454-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun Zərərçəkmiş şəxs fiziki ağrı yetirməməsi, bundan əlavə ictimai qaydanı pozmaması və qanunsuz parklanma yerləri təşkil etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Şəxs bu ifadəsi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlər ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Eyni Məcəllənin 454-1-ci maddəsinə əsasən dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə – fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 157-ci, 510.1-ci və 454-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəli 05 fevral 2026-ci il tarixdə, saat 14:30-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci, 510.1-ci və 454- 1-ci maddələrində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 20 (iyirmi gün) müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 05 fevral 2026-ci il tarixdə, saat 14:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(5-98)-822/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-822/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver