Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6-1(3-7)-1/2026 21.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; hakimlər X1 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Ağdam Hərbi prokurorunun köməkçisi, R X16, Şikayət verən şəxs və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, Şikayət verən şəxs şikayətinin qismən təmin edilməsi və Ağdam Hərbi prokurorunun köməkçisi, R X16 «cinayət işinin başlanmasının rədd edilməsinə dair» ## #### 2026-cı il tarixli qərarı R X2 dair hissədə qanunsuz hesab olunması və ləğv edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli qərarından Şikayət verən şəxs və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət və Ağdam hərbi prokuroru Elnur Kərimov tərəfindən verilmiş apellyasiya protestinə əsasən materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxılaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs Ağdam Hərbi prokurorunun köməkçisi, R X16 «cinayət işinin başlanmasının rədd edilməsinə» dair ## #### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini, habelə Baş Klinik Hospitalının hərbi həkim komissiyasının rəisi, R X6, hərbi həkim komissiyasının tərkibinə daxil olan həkimlərin, N nömrəli hərbi hissəsinin həkimlərinin və N nömrəli hərbi hissənin hərbi qullquçusu, R X2 və SHXÇDX-nin Gəncə şəhəri, Kəpəz rayon şöbəsinin hərbi-həkim komissiyasının üzvü, həkim cərrah X7 əməllərinə hüquqi qiymət verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmətdə olarkən ## ##### 2025-ci il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissənin 3-cü taboru dislokasiya olduğu Ağdam rayonunun Xındırıstan kəndindən Xocalı rayonuna köçürülmüşdür. Növbəti gün V R Ilham Məmmədov bölüyün şəxsi heyətinə dincəlmək üçün avtoparkda olan 3 ədəd söhbətgahın əsgər yataqxanasının arxasına daşınması barədə göstəriş vermişdir. Bundan sonra çəkisi təxminən 300-400 kq olan söhbətgahı 15 nəfər əsgərlə daşımışlar. Bu zaman onun bel nahiyyəsindən ağrıları olmuş, ağır travma almışdır. Bununla bağlı o, hərbi hissədə yuxarı komandanlığa məlumat versə də V Ilham Məmmədov barəsində heç bir tədbir görülməmişdir. Bir müddət sonar ## #### 2025-ci il tarixdə valideyinləri onun yanına gəlmiş, o baş vermis hadisəni onlara danışmışdır. Valideyinləri hərbi hissədə məsul şəxslərə bu barədə bildirib onun müayinə və müalicə olunması üçün hospitala göndərilməsini tələb etmişlər. Lakin, onu vaxtında hospitala göndərməmişlər. N nömrəli hərbi hissə tərəfindən müxtəlif bəhanələrlə onun vaxtında hospitala göndərilməməsi səbəbindən onun vəziyyəti daha da ağırlaşmışdır. Tərtər Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli qərarı ilə Şikayət verən şəxs şikayəti qismən təmin edilmiş, Ağdam Hərbi prokurorunun köməkçisi, R X16 «cinayət işinin başlanmasının rədd edilməsinə dair» ## #### 2026-cı il tarixli qərarı R X3 dair hissədə qanunsuz hesab olunması və ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs və onun nümayəndəsi Nümayəndə şikayət verərək Tərtər Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarını və Ağdam Hərbi Prokurorunun köməkçisi, R X16 «cinayət işinin başlanmasının rədd edilməsinə dair» ## #### 2026-cı il tarixli qərarı həkimlərə müasibətdə ləğv edilməsi və yenidən araşdırmaya göndərilməsi təmin olunmaqla işin istintaqa qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 12-## ### 2025-ci il tarixde xidmət etdiyi N saylı hərbi hissənin 3 tabor 7-ci bölük 1-ci manqa 1-ci taqımının əsgəri olarkən, bizə yəni 1-ci dəfə 15 nəfər əsgərlə 3 ədəd söhbətgahın daşınmasında iştirak etmiş, V Ilham Məmmədov. 2-ci dəfə isə 13 nəfər əsgərlə bizi 3 ədəd söhbətgahı yəni təxminən 300-400 kq olan yükü dartdıran zaman V Ilham Məmmədova bildirmişdir ki, dincəlmək üçün vaxt ver, o isə vaxt verməmiş, tələsik yükü onlara daşıtdırmış, nəticədə ağır travmaya məruz qalmışdır. Ilham Məmmədov onu vaxtında həkimə göndərməmişdir. Bununla bağlı çoxsaylı şikayətləri vardır. Həkimlər isə onu vaxtında müalicə müayinəyə göndərsələrdə sanki futbol topu kimi ortada onu oynatmışlar, yalnız komandirlərin fikrinə əsaslanıb yalan kimi ağrılarını əsas hesab edib, düzgün müalicə-müayinə olunmasına maneçilik törətmişlər. Halbuki, işin içərisində kifayət qədər sübut materialları olduğu halda, bunlara nədənsə, Tərtər Hərbi Məhkəməsi düzgün qiymət verməmiş, qərarda həkimlərin törətdiyi hərəkətə düzgün qiymət verməmişdir. Belə ki, tibb məntəqəsi onu Sarıcalıya göndərirsə, oradan sinirlərinin ağrısından dözə biləmmədiyi vaxt heç bir müalicə-müayinə aparılmadan Papanin hospitalına aparılması, orada da yenə ağrılarının səbəbi müəyyənləşmədən, təzədən ilan kimi qıvrıldığı halda təzəden Sarıcalıya gətirilməsi və Sarıcalının baş həkiminin barəsində tədbir görülmədən, yəni onun ixtiyarı yox idi onu ağır vəziyyətdə təzədən tibb məntəqəsinə göndərsin. Həmçinin orada onu ayaq yoluna aparan 5 nəfər əsgər və digərləri dindirilmədən istədiklərini etmişlər. Bütövlükdə o, hospitalların ona olan münasibətlərini tam təfsilatı ilə şikayətində şərh etmişdir. Həkimlərin Hipokrat andı içmələrinə baxmayaraq, bunlarada düzgün riayət etməmişlər. Tərtər Hərbi Məhkəməsi ##.##.2025-ci il tarixli ərizəyə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının komandiri Elçin Abdullayevin yazmış olduğu ərizəyə, atasının ##.##.2025-ci il tarixdə komandirə yazdığı ərizəyə, Baş Klinik Hospitalının Hərbi Həkim komissiyasının sədri cənab Əliyev Hacıağaya ##.##.2025-ci il tarixli ərizəyə, X32 şöbəsinin baş həkiminə ##.##.2025-ci il tarixli ərizəyə, Baş Klinik Hospitalının Tibb idarəsinin Hüquq şöbəsinə ##.##.2025-ci il tarixli ərizəyə, Baş Klinik Hospitalının komandiri cənab Elçin Abdullayevə ##.##.2025-ci il tarixli ərizəyə, Baş Klinik Hospitalının Psixiatriya şöbəsinin baş həkiminə yazılmış ##.##.2025-ci il tarixli ərizəyə qiymət verilməmişdir. Həmçinin, 3 ədəd MRT sənədinə, disklərə baxış keçirilməmişdir. Qərarda Baş Klinik Hospitalının hərbi həkim komissiyasının rəisi adlandırdıqları R X6, bundan əvvəl həmin hospitalın komandiri olmuş R Elçin Abdullayevə, N saylı hərbi hissənin həkimlərinə və SHXÇDX-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin hərbi həkim komissiyasının üzvü həkim cərrah X11 Tərtər Hərbi Məhkəməsi düzgün qiymət verməmiş, sadəcə olaraq qərara aldım hissədə onların barəsində tədbir görülməməsi üçün, qalan hissələrdə qərarın qanuni hesab olunması ilə kifayətlənmişdir. Həmin qərardan Ağdam hərbi prokuroru Elnur Kərimov apellyasiya protesti verərək Hərəkətindən (qərarından) şikayət verilən orqan araşdırılmış materiai üzrə qəbul olunmuş "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" ## #### 2026-cı il tarixli qərardan Tərtər Hərbi Məhkəməsinə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş şikayəti üzrə Tərtər Hərbi Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-**)-*/**** nömrəli qərarının ləğv edilməsi və Hərəkətindən (qərarından) şikayət verilən orqan qəbul edilmiş ## #### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Protest onunla əsaslandırılmışdır ki, ## #### 2026-cı il tarixdə Baş Klinik Hospitalının hərbi həkim komissiyasının rəisi, R X6, hərbi həkim komissiyasının tərkibinə daxil olan həkimlərin, N nömrəli hərbi hissənin həkimlərinin və N nömrəli hərbi hissənin hərbi qulluqçusu, R X2 qanunsuz hərəkətləri xüsusatları üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, SHXÇDX-nin Gəncə şəhəri, Kəpəz rayon şöbəsinin hərbi-həkim komissiyasının üzvü həkim cərrah X7 əməlində Azərbaycan Respublikası CMin 342.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, barəsində həmin maddə ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2ci maddəsinə əsasən rədd edilmişdir. Müəyyən edilmişdir ki, ## ##### 2025-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taboru dislokasiya olunduğu Ağdam rayonu, Xındırıstan kəndindən Xocalı rayonuna köçürülmüşdür. Növbəti gün 3-cü tabor 7-ci V R Ilham Məmmədov bölüyün şəxsi heyətinə yerləşmələri ilə bağlı tapşırıqlarını verərkən bölüyün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istirahət vaxtı dincəlmələri üçün 3-cü taborun avto parkında olan 3 ədəd söhbətgahların onlara ayrılmasını təklif etmişlər. R IInam Məmmədov bu təklif ilə razılaşaraq hər taqıma bir ədəd söhbətgah olmaqla hər taqımın götürəcəyi söhbətgahı taborun avto parkından əsgər yataqxanasının arxa hissəsinə daşımaları ilə bağlı göstəriş vermişdir. Bundan sonra hər taqım və hər taqımda 15 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla 1 ədəd söhbətgahı əsgər yataqxanasının arxa tərəfinə hər 15 metrdən bir 10-12 dəfə olmaqla fasilə verərək daşımışlar. Bundan sonra sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X4 bel nahiyəsindən ağrıları olmuş, bununla əlaqədar hərbi hissənin tibb məntəqəsinə və müvafiq hospitallara göndərilmişdir. ## #### 2026-cı il tarixdə vətəndaş Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan qəbul olunmuş qərardan Tərtər Hərbi Məhkəməsinə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında şikayət vermiş, Tərtər Hərbi Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-**)-*/**** nömrəli qərarı ilə (sədrlik edən hakim Əhməd Sarıyev) Şikayət verən şəxs şikayəti qismən təmin edilməklə, Ağdam Hərbi prokurorunun köməkçisi, R X17 «cinayət işinin başlanmasının rədd edilməsinə dair» ## #### 2026-cı il tarixli qərarı R X5 dair hissədə qanunsuz hesab olunmaqla ləğv edilmiş, qalan hissələrdə qərar qanuni hesab olunmuşdur. Işin hallarından görünür ki, Şikayət verən şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuş və söhbətgahın daşınmasının onun hərbi qanunvericiliklə müəyyən edilmiş hərbi xidmət vəzifələrinə aidiyyəti olmamışdır. Bununla yanaşı yuxarıda şərh olunmuş Azərbaycan Respublikası Konstitusiyasının tələbələrinə və Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə hərbi xidmət zamanı hərbi qulluqçular səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar xidməti vəzifələrinə aid olmayan işlərə cəlb oluna bilərlər. Belə işlərə cəlb olunarkən əməyin təhlükəsizliyinə aid norma və qaydalara əməl olunmalıdır. Bu qaydalara əməl olunmaması isə əməyin təhlükəsizliyi qaydalarına cavabdeh olan şəxslərin müvafiq məsuliyyətinə səbəb olur. Məhkəmə belə qənaətə gəlmişdir ki, prokuror köməkçisi, R Ilkin Səfixanlı şikayət üzrə araşdırmanı tam və hərtərəfli aparmamış, araşdırma materiallarının Şikayət verən şəxs xəsarəti hadisə nəticəsində aldığı barədə daha yüksək ehtimal yarandığını nəzərə alıb, bu ehtimalı obyektiv olaraq təsdiq və ya inkar edən sübutlar əldə etməmiş, bundan başqa, R X2 tabeliyində olan hərbi qulluqçulara hərbi xidmət vəzifələrindən kənar işlərin gördürülməsi üçün lazımi səlahiyyətə malik olmasını, bu səlahiyyətlərinin həcmindən asılı olaraq onun hərəkətlərində CM-in 341, 342 və ya 162-ci maddələrinin əlamətlərinin olub-olmamasını araşdırmamışdır. Şikayət qismən təmin edilmiş, Ilkin Səfixanlının «cinayət işinin başlanmasının redd edilməsinə dair» ## #### 2026-cı il tarixli qərarı R X2 əməlində cinayət hadisəsinin müəyyən edilmədiyi hissəsində ləğv edilmişdir. Hesab edir ki, Tərtər Hərbi Məhkəməsinin ## ##### 2026-cı il tarixli 6-1(4-20)- */**** nömrəli qərarı araşdırmanın faktiki hallarına uyğun olmamaqla əsassız qəbul edilmişdir. Belə ki, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 122-ci maddəsinə əsasən V bölüyün ümumi təsərrüfatına rəhbərlik edir. Hüquqi konteksdən yanaşdıqda ümumi təsərrüfat-birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində olan əmlakın idarə edilməsi ilə bağlı fəaliyyət növüdür. Bu fəaliyyətin idarə edilməsi başçıya, konkret halda isə Vnə həvalə olunmuşdur. Təsərrüfat işlərinin görülməsi ilə bağlı təhlükəsizlik qaydalarına gəldikdə isə qeyd olunmalıdır ki, hər ay bütün hərbi qulluqçular, o cümlədən əsgər Şikayət verən şəxs də şəxsi təhlükəsizlik qaydaları ilə tanış edilmiş, həmin sənədləri müvafiq qaydada imzalamışdır. Digər bir məqam ondan ibarətdir ki, məhz əsgərlərin təşəbbüsü ilə söhbətgahın bir yerdən başqa yerə köçürülməsi zamanı təhlükəsizlik qaydalarının pozulmasını vurğulayan məhkəmə bununla bağlı məhkəmə texniki təhlükəsizlik (məhkəmə təhlükəsizlik deyi!) keçirilməli olduğunu qərarında qeyd etmişdir. Məhkəmə nəzərə almamışdır ki, bu məqam araşdırma zamanı ətraflı araşdırılmış, müvafiq ekspertizanın keçirilməsinə lüzum olmamışdır. Bununla bağlı araşdırmanın gəldiyi nəticə də qərarda geniş formada öz əksini tapmışdır. Qərarda da qeyd olunduğu kimi, əsgər Şikayət verən şəxs 12-15 nəfər əsgər yoldaşı ilə birlikdə ümumi çəkisi 230 kq olan 1 ədəd söhbətgahı daşımışdır. "Təşkilatlarda yüklərin yerdəyişmə əməliyyatları, ümumi təhlükəsizlik tələbləri " 12.3.020-80 DÜST-in 3.3.2 bəndinin "yükün çəkisi 20 kq-dan çox olduqda qaldırıcı və ya digər maşın mexanizmlərdən istifadə olunmalıdır".Göründüyü kimi 7-ci bölüyün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları tərəfindən ümumi çəkisi 230 kq olan söhbətgahı 12-15 nəfər birlikdə daşıdıqlarından adambaşına düşən çəki 20 kq-dan az olmuşdur. CPM-nin 141-ci maddəsinə əsasən sübutsuz müəyyən edilən hallardan biri kimi ümumi məlum olan faktlar göstərilmişdir ki, hazırki araşdırmanın gedişində, qüvvədə olan normativ aktda qeyd olunmuş bir göstərişə görə ekspertiza təyin olunması özü-özlüyündə təkrarçılığa, süründürməçiliyə yol vermək olardı. Lakin, göründüyü kimi araşdırmanın gedişində bu hal diqqətdən yayınmamış, məhkəmənin qərarda göstərdiyi kimi ətraflı araşdırılmamış vəziyyətdə saxlanılmamış, bütün şəxsi heyətin, o cümlədən əsgər Şikayət verən şəxs bu xüsusatla bağlı izahatları alınmış, söhbətgaha baxış keçirilmiş, hətta digər söhbətgahların da daşınmasında iştirak edən hərbi quluqçular da müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi və onun nümayəndəsi şikayətin dəlillərini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və Tərtər Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli qərarının ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Ağdam Hərbi prokurorunun köməkçisi X16 çıxışında apellyasiya şikayətinə etiraz etdi, eyni zamanda izahatında material üzrə Müdafiə Nazirliyinin Baş Klinik hospitalının həkimlərinin izahatlarının alındığını, lakin məhkəmə-tibb ekspertizasının rəyindən göstərilənlərə əsasən digər hərbi hissələrin həkimlərinin izahatlarının alınmasına ehtiyac olmadığını bilidirdi, apellyasiya protestinin dəlillərini müdafiə etdi, şikayətin təmin edilməməsini, Hərəkətindən (qərarından) şikayət verilən orqan araşdırılmış materiai üzrə qəbul olunmuş "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" ## #### 2026-cı il tarixli qərardan Tərtər Hərbi Məhkəməsinə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş şikayəti üzrə Tərtər Hərbi Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-**)-*/**** nömrəli qərarının ləğv edilməsi və Hərəkətindən (qərarından) şikayət verilən orqan qəbul edilmiş ## #### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə şikayət və protestin dəlillərini, birinci instansiya məhkəməsinin topladığı materialları araşdıraraq hesab edir ki, apellyasiya protesti təmin edilməməli, şikayət təmin edilməli, Tərtər Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli qərarı, eləcə də Ağdam Hərbi prokurorunun köməkçisi, R X16 «cinayət işinin başlanmasının rədd edilməsinə dair» ## #### 2026-cı il tarixli qərarı şikayətə münasibətdə ləgv olunmalı və material üzrə yenidən araşdırma aparılmalıdır. Apellyasiya protestinin dəlillərindən görünür ki, araşdırma yuxarıda qeyd edilən sübutlarla (hər şəxsə düşən artıq çəkinin olmaması tam təsdiq olunur və bunun pozuntu olmamasını təsdiqləyən normativ akt mövcuddur) texniki təhlükəsizlik qaydalarının pozulması baş verməmişdir. Sağlamlığa zərər vurulmasına gəldikdə isə, qeyd olunan söhbətgahın daşınması ilə bağlı əsgər Şikayət verən şəxs zədələnmənin baş verməsi təsdiqini tapmamışdır. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli K/** nömrəli rəyindən görünür ki, sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şikayət verən şəxs Cefər olan "Onurğanın döş və bel nahiyəsinin (Th6, L2) birinci mərhələ (6° (altı), 8° (səkkiz)) təsbit olunmamış skoliozu" diaqnozlu xəstəlik hərbi xidmətdən əvvəl yaranmışdır. Bundan əlavə, N.Nümayəndə "Diskogen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində. L4-L5 soltərəfli disk yırtığı, fəqərəarası diskin dəqiqləşdirilmiş yerdəyişməsi" diaqnozlu xəstəliyi də aşkar olunmuşdur. Həmin xəstəliyin isə hansı səbəbdən yaranmasını müəyyən etmək mümkün olmadığından rəydə bu barədə yekun nəticə qeyd olunmamışdır. Tam, hərtərəfli və obyektiv araşdırmanı aparılması, həqiqətin ortaya çıxarılmasının təmin edilməsi məqsədi ilə həmin xüsusatla bağlı izahatı alınan məhkəmə tibb eksperti izahatında göstərmişdir ki, həmin diaqnozlu xəstəliyin Şikayət verən şəxs məhz 2025-ci ilin aprel ayında 12-15 nəfər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ilə birlikdə çəkisi 230 kq olan söhbətgah daşımasından sonra yaranması barədə konkret fikir söyləmək mümkün olmamışdır. Araşdırma zamanı R X12, R X8 və R X13 və 7-ci bölüyün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları R X2 oxşar məzmunlu izahatlar vermişlər. Araşdırma materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.2024-cü il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, Şikayət verən şəxs həmin tarixdən hərbi hissənin 3-cü tabor, 7-ci bölük, 1-ci taqım, 1-ci manqasının baş atıcısı vəzifəsinə təyin olunmuşdur. Araşdırma materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.2024-cü il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, R X2 həmin tarixdən 3-cü tabor, 7-ci V vəzifəsinə təyin olunmuşdr. Araşdırma materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.2024-cü il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü tabor 7-ci bölük 1-ci taqım 1-ci manqasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şikayət verən şəxs həmin tarixdən Müdafiə Nazirliyinin Baş Klinik hospitalına müalicəyə göndərilmişdir. Araşdırma materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.2024-cü il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü tabor 7-ci bölük 1-ci taqım 1-ci manqasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şikayət verən şəxs həmin tarixdən Müdafiə Nazirliyinin Baş Klinik hospitalından müalicədən qayıtmışdır. Araşdırma materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.2024-cü il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü tabor 7-ci bölük 1-ci taqım 1-ci manqasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şikayət verən şəxs həmin tarixdən Gəncə şəhərində keçirməklə, 15 (on beş) gün müddətinə, ## ####### 2024-cü il tarixədək xəstəliyə görə məzuniyyətə getmişdir. Araşdırma materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli ** nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü tabor 7-ci bölük 1-ci taqım 1-ci manqasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şikayət verən şəxs həmin tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən müalicədən qayıtmışdır. Araşdırma materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli ** nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü tabor 7-ci bölük 1-ci taqım 1-ci manqasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şikayət verən şəxs həmin tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən müalicədən qayıtmışdır. Araşdırma materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü tabor 7-ci bölük 1-ci taqım 1-ci manqasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şikayət verən şəxs həmin tarixdən tibb məntəqəsinə stasionar müalicəyə qəbul olduqları üçün öz bölməsinin qazan təminatından çıxarılaraq tibb məntəqəsinin qazan təminatına qoyulmuşdur. Araşdırma materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli ** nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü tabor 7-ci bölük 1-ci taqım 1-ci manqasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şikayət verən şəxs həmin tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə müalicəyə göndərilmişdir. Araşdırma materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü tabor 7-ci bölük 1-ci taqım 1-ci manqasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şikayət verən şəxs həmin tarixdən Müdafiə Nazirliyinin Baş Klinik hospitalına müalicəyə göndərilmişdir. Araşdırma materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü tabor 7-ci bölük 1-ci taqım 1-ci manqasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şikayət verən şəxs həmin tarixdən Müdafiə Nazirliyinin Baş Klinik hospitalından müalicədən qayıtmışdır. Araşdırma materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü tabor 7-ci bölük 1-ci taqım 1-ci manqasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şikayət verən şəxs həmin tarixdən tibb məntəqəsinə stasionar müalicəyə qəbul olunmuşdur. Araşdırma materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü tabor 7-ci bölük 1-ci taqım 1-ci manqasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şikayət verən şəxs həmin tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə müalicəyə göndərilmişdir. Araşdırma materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü tabor 7-ci bölük 1-ci taqım 1-ci manqasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şikayət verən şəxs həmin tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən müalicədən qayıtmışdır. Araşdırma materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü tabor 7-ci bölük 1-ci taqım 1-ci manqasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şikayət verən şəxs həmin tarixdən Sabunçu rayonunda keçirməklə, 15 (on beş) gün müddətinə, ## ######## 2025-ci il tarixədək xəstəliyə görə məzuniyyətə getmişdir. Araşdırma materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü tabor 7-ci bölük 1-ci taqım 1-ci manqasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şikayət verən şəxs həmin tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə müalicəyə göndərilmişdir. Araşdırma materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli K/** nömrəli rəyindən görünür ki, Şikayət verən şəxs ##.##.2021-ci il tarixdə SHXÇDX-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsində ilkin hərbi qeydiyyata alınan zaman onda hər hansı xəstəlik və ya xəstəliyin əlamətləri olmamışdır, hərbi həkim komissiyasının qərarı düzgün hesab edilir. Şikayət verən şəxs 01,04.2024-cü il tarixdə hərbi xidmətə çağırılarkən onda “Onurğanın döş və bel nahiyəsinin skoliozu” diaqnozlu xəstəlik olmuşdur, həmin vaxt bu xəstəliyə görə müayinədən keçirilmədiyinə görə “Skolioz”un dərəcəsi barədə fikir söyləmək mümkün deyil. Bununla belə MN BKH-da aşkar edilmiş “Onurğanın döş və bel nahiyəsinin (Th6, L2) birinci mərhələ (6° (altı), 8° (səkkiz)) təsbit olunmamış skoliozu” N.Nümayəndə hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmir və bu xəstəliklərlə hərbi xidmətə yararlı hesab edilir, ona görə də, hərbi xidmətə çağırılarkən SHXÇDX-nin Gəncə şəhəri, Kəpəz rayon şöbəsinin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilməsi və onun hərbi xidmətə yararlı hesab edilməsi barədə verilmiş qərarı düzgün olmuşdur. Şikayət verən şəxs Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Hərbi- Həkim Komissiyası tərəfindən “Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu. Diskogen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində. Hər iki saidin ön səthinin sürtülmüş yaralarından sonrakı bərkimiş dəri çapıqları. Onurğanın döş və bel nahiyəsinin (Th6, L2) birinci mərhələ (6 (altı), 8 (səkkiz)) təsbit olunmamış skoliozu” diaqnozlu xəstəliklərlə “Xəstəliklər cədvəli”nin 15-ci maddəsinin II qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qərarı ilə düzgün şəhadətləndirilmiş, xəstəliklərin səbəbəlaqəsi düzgün təyin edilmişdir. Qeyd edilən xəstəliklərdən Şikayət verən şəxs “Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu” xəstəliyinə görə “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilir. Şikayət verən şəxs olan “Onurğanın döş və bel nahiyəsinin (Th6, L2) birinci mərhələ (6° (altı), 8° (səkkiz)) təsbit olunmamış skoliozu” diaqnozlu xəstəlik hərbi xidmətdən əvvəl yaranmışdır, hərbi xidmətə çağırılarkən bu xəstəliklə şikayəti və ya tibbi sənədi olduğu halda hərbi həkim komissiyasının həkim-cərrahı tərəfindən rentgenoloji müayinəyə göndərməklə aşkar edilə bilərdi, lakin N.Nümayəndə olan bu xəstəlik onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmir və hərbi xidmətə yararlı hesab edilir. Şikayət verən şəxs “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilməsinə səbəb olan “Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu” xəstəliyi hərbi xidmət dövründə yaranmış və vaxtında aşkar edilmişdir. Şikayət verən şəxs tibbi müayinəsi və şəhadətləndirilməsi aparıldığı tibb müəssisələrində qüvvədə olan təlimatların və ya digər normativ aktların tələbləri pozulmamışdır. Şikayət verən şəxs hazırkı komissiyon məhkəmə-tibbi ekspertizasının gedişatında MN Baş Klinik Hospitalında aparılmış müayinələrinə və tibbi sənədlərdə olan məlumatlara əsasən, onda hazırda “Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu. Diskogen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində. L4-L5 soltərəfli disk yırtığı, fəqərəarası diskin dəqiqləşdirilmiş yerdəyişməsi. Onurğanın döş və bel nahiyəsinin (Th6, L2) birinci mərhələ (6° (altı), 8° (səkkiz)) təsbit olunmamış skoliozu. Hər iki saidin ön səthinin sürtülmüş yaralarından sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu xəstəliklər var, bu xəstəliklərlə, 0, “Xəstəliklər cədvəli”nin 15 maddəsinin II qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarına edilmiş ##.##.2024-cü il tarixli *** nömrəli dəyişikliklə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır”. Şikayət verən şəxs hərbi xidmətə çağırılarkən Gəncə şəhəri Psixonevroloji Dispanseri tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *** nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda “Hal-hazırda psixi xəstəlik əlamətləri aşkar edilmədi” diaqnozu düzgün hesab edilir, belə ki, N.Nümayəndə olan “Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu” xəstəliyi onda hərbi xidmət dövründə yaranmışdır, bu səbəbdən də hərbi xidmətə çağırılarkən onda aşkar oluna bilməzdi. Şikayət verən şəxs təyin edilmiş “Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu” diaqnozlu xəstəlik hərbi xidmət dövründə yaranmaqla, ilk olaraq ##.##.2024-cü il tarixdə MN BKH-na daxil olarkən “Yüngül asteniya ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş dissosiativ reaksiya” formasında diaqnostika olunmuşdur. Araşdırma zamanı Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və Patoloji Anatomiya Mərkəzinin Ümumi ekspertiza bölməsinin məhkəmə-tibb eksperti X9 izahatında göstərmişdir ki, ##.##.2026-cı il tarixli K/** nömrəli ekspert rəyində qeyd edildiyi kimi, Şikayət verən şəxs komissiyon məhkəmə-tibbi ekspertizası zamanı həkim-mütəxəssislərin (nevroloq, neyrocərrah) müayinələri ilə onda yuxarıda qeyd edilən xəstəliklər aşkar edilmişdir. Bu xəstəliklərdən “Onurğanın döş və bel nahiyəsinin (Th6, L2) birinci mərhələ (6° (altı), 8° (səkkiz)) təsbit olunmamış skoliozu” diaqnozlu xəstəlik Şikayət verən şəxs hərbi xidmətdən əvvəl mövcud olduğunu, 2025-ci ilin aprel ayında sözügedən hadisə ilə səbəb əlaqəsi olmadığını, N.Nümayəndə olan “Diskogen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində. L4- L5 soltərəfli disk yırtığı, fəqərəarası diskin dəqiqləşdirilmiş yerdəyişməsi” diaqnozlu xəstəliyin 2025-ci ilin aprel ayında olan 12-15 nəfər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ilə birlikdə təxmini çəkisi 250-300 kq olan söhbətgah daşımasından sonra yaranması barədə konkret fikir söyləməyin mümkün olmadığını, lakin xəstəliyin bu hadisədən qısa müddət sonra (3-4 gündən sonra) bel nahiyyəsində kəskin ağrılarla özünü biruzə verməsinin onda olan xəstəliyin sözügedən hadisədən sonra yaranmasının mümkün ola biləcəyini bildirmişdir. Araşdırma materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli *** nömrəli rəydən görünür ki, Şikayət verən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqdim edilmiş tibbi sənədlərə əsasən anamnezində keçirilmiş ’’Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu’’ qeyd edilmişdir. Bunu araşdırma materialları, anamnestik məlumatlar və hakhazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Şikayət verən şəxs oğlynun aldığı medikamentoz (dərman) müalicə nəticəsində bu pozuntu gedişində sağalma ilə nəticələnmiş, hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmiş, hərbi xidmətdən öncə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlikdən əziyyət çəkməsi qeyd edilməmiş, təqdim edilmiş tibbi sənədlərə və anamnestik məlumatlara əsasən N.Nümayəndə hərbi xidmət dövründə ’’Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu” müəyyən edilməmişdir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Hərbi-Həkim Komissiyası tərəfindən N.Nümayəndə “Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu” diaqnozu düzgün təyin edilmişdir. Fiziki zorakılıq (travma) bu pozuntunun yaranmasına səbəb ola bilməz. Təqdim edilmiş tibbi sənədlərə əsasən bu pozuntu hərbi xidmət dövründə yaranmaqla, ilk olaraq ##.##.2024-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının psixiatriya bölməsində ‘Yüngül asteniya ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş dissosiativ reaksiya” formasında diaqnostika edilmiş, sonuncu dəfə ##.##.2025-##.##.2025-ci il tarixlərdə müayinə və müalicədə olan zaman N.Nümayəndə “Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu” keçirməsi qeyd edilmiş, təqdim edilmiş tibbi sənədlərə əsasən N.Nümayəndə müddətli həqiqi hərbi xidmətə çağırılarkən hər hansı psixi xəstəlik keçirməsi qeyd edilməyib, "Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu” diaqnozlu xəstəlik onda hərbi xidmət dövründə yaranmışdır. ##.##.2024-cü il tarixdə MN BKH-na daxil- olarkən “Yüngül asteniya ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş dissosiativ reaksiya” formasında diaqnostika olunması düzgün olmuşdur. “Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu” psixi xəstəliyi fiziki travma səbəbi ilə yaranmamış, hazırda hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Bir çox ədəbiyyatlarda "Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu” psixi xəstəliyinin yaranmasında biokimyəvi faktorların, genetik meyllilik, psixososial faktorlar, autoimmun amillərin rol oynadığı qeyd edilsə də, hazırda bu pozuntunun tam olaraq hansı amillərin təsiri ilə yaranmasını müəyyən etmək mümkün deyil. Şikayət verən şəxs fərdi-psixi xüsusiyyətlərini müəyyən etmək məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. N.Nümayəndə hərbi xidmət dövründə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olsa da, "Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu”nu keçirdiyi dövrdə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmamış, hazırda hər hansı psixi xəstəlik aşkar olunmamış, təqdim edilmiş tibbi sənədlərə əsasən anamnezində keçirilmiş ’’Şizofreniyaəlamətləriiləgedənkəskin polimorf psixotik pozuntu” qeyd edilmişdir. Şikayət verən şəxs aldığı medikamentoz (dərman)müalicə nəticəsində bu pozuntu gedişində sağalma ilə nəticələnmiş, hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Bir çox ədəbiyyatlarda "Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixptik pozuntu” psixi xəstəliyinin yaranmasında biokimyəvi faktorların, genetik meyillilik, psixososial faktorlar, autoimmun amillərin rol oynadığı qeyd edilsə də, hazırda bu pozuntunun tam olaraq hansı amillərin təsiri ilə yaranmasını müəyyən etmək mümkün deyil. Təqdim edilmiş tibbi sənədlərə əsasən N.Nümayəndə müddətli həqiqi hərbi xidmətə çağırlarkən hər hansı psixi xəstəlik keçirməsi qeyd edilməyib. N.Nümayəndə müəyyən edilən pozuntu hərbi xidmət dövründə yaranmışdır. X4 məhkəmə psixiatrik ekspertizasından təqsirləndirilən şəxs qismində keçmədiyindən məcburi müalicəyə ehtiyacı olub-olmaması sualı cavablandırılmır. Araşdırma materiallarına əlavə edilmiş arayışdan görünür ki, N nömrəli hərbi hissənin 7-ci bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci ilin aprel ayında 3 ədəd söhbətgahları daşımaqları ilə bağlı bel nahiyələrində şikayətlər ilə bağlı hərbi hissənin tibb məntəqəsinə müraciət etməmişlər. Araşdırma materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən ##.##.2026-cı il tarixli arayışdan görünür ki, 1 ədəd söhbətgahın çəkisi 230 kq olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Işin hallarından görünür ki, Şikayət verən şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuş və söhbətgahın daşınmasının onun hərbi qanunvericiliklə müəyyən edilmiş hərbi xidmət vəzifələrinə aidiyyəti olmamışdır. Bununla yanaşı yuxarıda şərh olunmuş Azərbaycan Respublikası Konstitusiyasının tələbələrinə və Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə hərbi xidmət zamanı hərbi qulluqçular səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar xidməti vəzifələrinə aid olmayan işlərə cəlb oluna bilərlər. Belə işlərə cəlb olunarkən əməyin təhlükəsizliyinə aid norma və qaydalara əməl olunmalıdır. Bu qaydalara əməl olunmaması isə əməyin təhlükəsizliyi qaydalarına cavabdeh olan şəxslərin müvafiq məsuliyyətinə səbəb olur. Araşdırma materiallarından isə belə bəlli olur ki, Ağdam Hərbi Prokurorununu köməkçisi X16 X2 tabeliyində olan hərbi qulluqçuları onların xidməti vəzifələrinə aid olmayan işin görülməsinə cəlb etmək səlahiyyətinin olub-olmadığını, ağır çəkili əşyanın daşınması zamanı təhlükəsizlik qayda və normalarına əməl edildiyini araşdırmamış, Şikayət verən şəxs aşkar olunmuş xəsarətin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün tədbirlər görməmiş, bunun üçün zəruri olan məhkəmətəhlükəsizlik və məhkəmə-tibbi ekspertizaları keçirməmişdir. Bundan başqa, Ağdam Hərbi Prokurorununu köməkçisi X16 qərarında, Şikayət verən şəxski xəsarətin ağır yük daşıması ilə səbəbli əlaqəsinin olmadığı barədə nəticəsini yalnız yükün daşınmasında iştirak etmiş digər hərbi qulluqçuların belə xəsarət almamalırı ilə əsaslandırmış, beləliklə də digər hərbi qulluqçuların hadisə vaxtı xəsarət almamalarını əsassız olaraq Şikayət verən şəxs şikayətini inkar edən fakt kimi qəbul etmişdir. X10 “Diskogen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində. L4-L5 soltərəfli disk yırtığı, fəqərəarası diskin dəqiqləşdirilmiş yerdəyişməsi” diaqnozlu xəstəliyin Şikayət verən şəxs yükün daşınmasından əvvəl mövcud olması və ya bu xəstəliyin yükün daşınması ilə bağlı olmayan hər hansı başqa səbəbdən yarandığı barədə mötəbər sübutlar əldə etməmiş, həmin sübutlara istinad etməmiş, bu səbəbdən gəldiyi nəticə yalnız mülahizə xarakteri daşımışdır. Halbu ki müəyyən edilir ki, Şikayət verən şəxs bel ağrıları həmin hadisədən sonra başlamış, yalnız bundan sonra o, ağrıları ilə əlaqədar tibb müəssisəsinə müraciət etmiş, məhkəmə tibbi eksperti isə izahatında Şikayət verən şəxski həmin xəstəliyin yükün daşınması ilə bağlı ola biləcəyini istisna etməmişdir. Göstərilənlər ona dəlalət edir ki, Ilkin Səfixanlı şikayət üzrə araşdırmanı tam və hərtərəfli aparmamış, araşdırma materiallarının Şikayət verən şəxs xəsarəti hadisə nəticəsində aldığı barədə daha yüksək ehtimal yaratıdığını nəzərə alıb, bu ehtimalı obyektiv olaraq təsdiq və ya inkar edən sübutlar əldə etməmiş, bundan başqa, R X2 tabeliyində olan hərbi qulluqçulara hərbi xidmət vəzifələrindən kənarşlərin gördürülməsi üçün lazımi səlahiyyətə malik olmasını, bu səlahiyyətlərinin həcmindən asılı olaraq onun hərəkətlərində CM-in 341, 342 və ya 162-ci maddələrinin əlamətlərinin olub-olmamasını araşdırmamışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Həmcinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, tibb işçilərinə münasibətdə cinayət işinin başlanmasından imtina etməklə Ağdam Hərbi Prokurorununu köməkçisi X16 düzgün nəticəyə gəlmişdir. Qərarın bu hissədə ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Apellyasiya instansiya məhkəməsi qeyd edilən mövqe ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmasını təmin etmədiyindən yenidən araşdırma aparılması zəruridir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda istintaq orqanının qərarını maddi-hüquqi cəhətdən təhlil etməyə cəhd etmiş, lakin bu zaman şikayətçinin irəli sürdüyü dəlillərə heç bir münasibət bildirməmiş, şikayətçinin irəli sürdüyü dəlillər cavabsız qalmışdır. Belə ki, məhkəmə iclasında Şikayət verən şəxs izahatında göstərdi ki, ## ##### 2025-ci il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissənin V R Ilham Məmmədov bölüyün şəxsi heyətinə dincəlmək üçün avtoparkda olan 3 ədəd söhbətgahın əsgər yataqxanasının arxasına daşınması barədə göstəriş vermişdir. Bundan sonra çəkisi təxminən 300-400 kq olan söhbətgahı 15 nəfər əsgərlə daşımışlar. Bu zaman onun bel nahiyyəsindən ağrıları olmuş, ağır travma almışdır. Bununla bağlı o, hərbi hissədə yuxarı komandanlığa məlumat versə də V Ilham Məmmədov barəsində heç bir tədbir görülməmişdir. Bir müddət sonar ## #### 2025-ci il tarixdə valideyinləri onun yanına gəlmiş, o baş vermis hadisəni onlara danışmışdır. Valideyinləri hərbi hissədə məsul şəxslərə bu barədə bildirib onun müayinə və müalicə olunması üçün hospitala göndərilməsini tələb etmişlər. Lakin, onu vaxtında hospitala göndərməmişlər. N nömrəli hərbi hissə tərəfindən müxtəlif bəhanələrlə onun vaxtında hospitala göndərilməməsi səbəbindən onun vəziyyəti daha da ağırlaşmışdır. Materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü tabor 7-ci bölük 1-ci taqım 1-ci manqasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şikayət verən şəxs həmin tarixdən tibb məntəqəsinə stasionar müalicəyə qəbul olduqları üçün öz bölməsinin qazan təminatından çıxarılaraq tibb məntəqəsinin qazan təminatına qoyulmuşdur. Materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü tabor 7-ci bölük 1-ci taqım 1-ci manqasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şikayət verən şəxs həmin tarixdən Müdafiə Nazirliyinin Baş Klinik hospitalına müalicəyə göndərilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ## ##### 2025-ci il tarixdə söhbətgahın əsgər yataqxanasının arxasına daşınması zamanı Şikayət verən şəxs bel nahiyyəsindən ağrıları olmuş, bununla əlaqədar o, hərbi hissədə yuxarı komandanlığa məlumat vermiş, lakin 10 gün sonra ##.##.2025-ci il tarixdə tibb məntəqəsinə stasionar müalicəyə qəbul olunmuşdur. Lakin istintaq orqanı Şikayət verən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixdək olan müddətdə tibb məntəqəsinə stasionar müalicəyə qəbul olunmamasının və 12 gün sonra ##.##.2025-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik hospitalına müalicəyə göndərilməsinin səbəbini aidiyyatı tibb işçilərinin izahatlarını almamaqla tam və hərtərəfəli araşdırma aparmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin II hissəsində göstərilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası CPMnin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair» ## ###### 2009-cu il tarixli qərarında göstərmişdir ki, Konstitusiyanın müddəalarına insan hüquq və azadlıqlarına riayət olunmasına görə həm dövlətin zəmanəti, həm də dövlət orqanlarının və ictimai birliklərin xüsusi məsuliyyəti kimi baxıla bilər. Məhkəmə müdafiəsi təminatı bir tərəfdən hər hansı şəxsin müvafiq məhkəməyə şikayət vermək hüququnu, digər tərəfdən məhkəmənin həmin şikayətə baxıb qanuni, ədalətli və əsaslı qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Qərarda daha sonra qeyd edilir ki, cinayət prosesində, o cümlədən məhkəməyədək icraatda şikayət vermək hüququ xüsusi əhəmiyyət kəsb edir. Cinayət prosesi iştirakçılarının hüquqlarını və qanuni maraqlarını təmin etmək təhqiqat, istintaq orqanlarının, prokurorluğun və məhkəmələrin ən mühüm vəzifələrindən birini təşkil edir. Beləliklə, məhkəmə nəzarəti ilə bağlı cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarının birgə əlaqəli təhlilinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmə cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxslərinin cinayət-prosessual fəaliyyətində qəbul etdiyi qərarların və onların hərəkətlərinin qanuniliyini və əsaslılığını məhkəmə nəzarəti qaydasında yoxlayır, bu yolla cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlarına faktiki məhkəmə nəzarətini də təmin etmiş olur. Lakin o da qeyd edilməlidir ki, məhkəmə, yoxlanılması və qiymətləndirilməsi cinayət-prosesini həyata keçirən orqanın səlahiyyətinə aid olan məsələyə maddi-hüquqi qiymət verə bilməz, məsələn, cinayət işi başlaya və ya cinayət işinin başlanması üçün şərait yaradan əsaslar formalaşdıra bilməz. Məhkəmə daha çox cinayət prosesini həyata keçirən orqanların, fiziki və hüquqi şəxslərin şikayəti əsasında başladıqları araşdırmanı tam, hərtərfli və obyektiv aparıb-aparmamasını, habelə işin müəyyən edilmiş faktiki hallarına cinayət və cinayət-prosessual qanununvericliyin tələbləri baxımından düzgün qiymət verib-vermədiklərini yoxlaya, eləcə də bu orqanların maddi və prosessual hüququ düzgün tətbiq edib-etmədiyini müəyyən edə bilər. Məhkəmə nəzarətinin həyata keçirilməsinin prosedur qaydalarına gəldikdə isə qeyd olunmalıdır ki, cinayət prosesini həyata keçirən orqanlarının prosessual hərəkət və qərarlarının qanuniliyinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Məhz bu məhkəmə instansiyası cinayət prosesini həyata keçirən orqanların araşdırmanı tam, hərətəfli aparıb-aparmadıqlarını və hüququ düzgün tətbiq edib-etmədiklərini öz səlahiyyətləri çərçivəsində yoxlamağa borcludur. Nəticədə məhkəmə cinayət prosesini həyata keçirən orqanın qərarını qanuni hesab edir yaxud yuxarıda qeyd edilən tələblər cavab verməyən qərarı ləğv edib araşdırmanın təkrar aparılmasını təmin edir. Apellyasiya instansiyası məhkəməsi isə işə mahiyyəti üzrə baxan məhkəmə kimi birinci instansiya məhkəməsinin, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətlərinə və qərarlarına düzgün qiymət verib-verməməsini yoxlayır, eyni zamanda, əgər birinci instansiya məhkəməsi işə baxarkən səhvə yol vermişdirsə, bu səhvi aradan qaldırır və fiziki və hüquqi şəxslərin şikayətləri üzrə birbaşa qərar qəbul edir. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iş materiallarını araşdırıb müəyyən etmişdir ki, ibtidai araşdırmanı aparmış Ağdam Hərbi Prokurorununu köməkçisi X16 ərizəçi Şikayət verən şəxs irəli sürdüyü və qanunvericiliyin tələblərindən irəli gələn bütün xüsusatları tam və hərtərəfli araşdırmamış, qərar qəbul olunarkən onun təqdim etdiyi əlavə sübutlara qiymət verilməmişdir. Ərizəçinin şikayətinin əsas dəlili ondan ibarətdir ki, təqdim olunmuş sübutlarda işin içərisində kifayət qədər sübut materialları olduğu halda, bunlara nədənsə, Tərtər Hərbi Məhkəməsi düzgün qiymət verməmiş, qərarda həkimlərin törətdiyi hərəkətə düzgün qiymət verməmişdir. Təqdim etdiyi əlavə sübutlar araşdırılmamış və qərar qəbul olunarkən təqdim etdiyi əlavə sübutlara nə ibtidai istintaq, nə də birinci instansiya məhkəməsi heç bir bir münasibət bildirməmişdir. Şikayətin dəlilləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Ümumiyyətlə, şikayətdə göstərilən xüsusatların yenidən araşdırılaraq hüquqi qiymət verilməsi CPM-in tələbləri baxımından qanuni və əsaslıdır. Obyektiv həqiqətin müəyyən edilməsi, şikayətçinin istintaqın tam, hərtərəfli və obyektiv aparıldığına inamının bərqərar olması cinayət prosesi qanunvericiliyinin əsas tələblərindən biridir və işin vəziyyətindən asılı olaraq hər hansı istintaq hərəkətlərinin təkrar və ya əlavə olaraq aparılması təmin edilməlidir. Yuxarıda da qeyd edildiyi kimi məhkəmə nəzarəti qaydasında işə baxan hakim (məhkəmə) öz arbitr rolunu qoruyub saxlamalı, hər hansı bir sübuta qiymət verməməli, konkret əməlin hüquqi tövsifi zamanı öz neytrallığını qoruyub saxlamalı, lakin bu zaman iş üzrə toplanmış faktlar və araşdırılması zəruri olan işin halları da nəzərdən kənarda qalmamalıdır. Lakin birinci instansiya məhkəməsi məhkəmə nəzarəti funksiyasını yetirən bir məhkəmə kimi istintaq orqanının qərarında yol verilmiş nöqsanlara CPM-in tələblərinə uyğun münasibət bildirməmiş, bununla da əsaslandırılmamış qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi yer üzrə səlahiyyəti daxilində müvafıq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır: 451.1.1. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə; 451.1.2. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə. CPM-in 145.2-ci maddəsinə əsasən müstəntiq və prokuror qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Təkrar araşdırma aparılarkən ittiham tərəfinə tövsiyyə olunur ki, CPM-in 145.2-ci maddəsinin tələblərinə dəqiq əməl etməklə şikayətçinin irəli sürdüyü dəlilləri hərtərəfli araşdıraraq əsaslandırılmış qərar qəbul etsinlər. Qeyd edilənləri yekunlaşdararaq məhkəmə hesab edir ki, Ağdam hərbi prokuroru tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, şikayət təmin edilməli, Şikayət verən şəxs şikayətinin qismən təmin edilməsi və Ağdam Hərbi prokurorunun köməkçisi, R X16 «cinayət işinin başlanmasının rədd edilməsinə dair» ## #### 2026-cı il tarixli qərarı R X2 dair hissədə qanunsuz hesab olunması və ləğv edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli qərarı və Ağdam Hərbi prokurorunun köməkçisi, R X16 «cinayət işinin başlanmasının rədd edilməsinə dair» ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, şikayətdə göstərilən halların yenidən aparılması məqsədi ilə qərar Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilməlidir. Şərh olunanları və CPM-in 442, 450, 451 və 454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya protesti təmin edilməsin. Apellyasiya şikayəti təmin edilsin. Ağdam Hərbi prokurorunun köməkçisi, R X16 «cinayət işinin başlanmasının rədd edilməsinə dair» ## #### 2026-cı il tarixli qərarı və Tərtər Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli qərarı ləğv edilsin və qərar araşdırmanın yenidən aparılması məqsədi ilə Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan kassasiya qaydasında şikayət və protesti verilə bilməz. Sədrlik edən: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №6-1(3-7)-1/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6-1(3-7)-1/2026
21.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver