Məhkəmə qərarları › İş №6(3-8)-64/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-64/2026

28.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-64/2026 28.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, Quba rayon X7 Bölməsinin təhqiqatçısı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) və şikayət verən şəxs Şikayət verən şəxs iştirakı ilə, Quba Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan verilmiş şikayət üzrə Quba Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Quba rayon X7 Bölməsinin təhqiqatçısı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş HK-*/**** nömrəli material üzrə ## #### 2026-cı il tarixli qərara əsasən material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Şikayət verən şəxs qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçiyə məxsus ## ###### 2008-ci il tarixli, AZ-II seriyalı, №****** nömrəli “Doğum haqqında” şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən göründüyü kimi, o, ##.##.1977-ci il tarixdə anadan olmuş, atası X3, anası isə X8r. Ərizəyə əlavə edilmiş daşınmaz əmlaka mülkiyyət hüququna dair sənəddən müəyyən olunur ki, Quba rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ##.##.2004-cü il tarixdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134,01 kv.m, yaşayış sahəsi 40,7 kv.m olan fərdi yaşayış evinə X3 mülkiyyət hüququ 183 a reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış və həmin qeyd əsasında “Qeydiyyat vəsiqəsi” verilmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş mərhum atası X3 ölüm haqqında ## ### 2007-ci il tarixli, AZ-İ seriyalı, №****** nömrəli şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X3 ##.##.2007-ci il tarixdə vəfat etmişdir. Ərizəçi bildirir ki, ## #### 2026-cı il tarixdə onun məlumatı və razılığı olmadan anası Nərminə Abasova və qardaşı Ramin Abasov tərəfindən onunla boşanma ərəfəsində olan keçmiş həyat yoldaşı X4 və Aygündən olan birgə qızı X5 onlara məxsus əmlaklarla birlikdə yaşayış evindən çıxarılmışlar. Ərizəçinin izahatına əsasən, ## #### 2026-cı il tarixdə yaşayış evinə gəldikdə Aygün Abasovanın və qızı Mehriban Abasovanın evdə olmadığını, ailəsinə məxsus əmlakların böyük əksəriyyətinin evdə olmadığını, habelə bir sıra əmlakların sındırılaraq yararsız vəziyyətə salındığını müəyyən etmişdir. Bundan sonra qonşulardan məsələ ilə bağlı məlumat alaraq ## #### 2026-cı il tarixdə baş vermiş hadisənin yuxarıda qeyd olunan hallardan ibarət olduğunu öyrənmişdir. Bundan əlavə, ərizəçinin bildirdiyinə görə, Aygün Abasovadan aldığı məlumata əsasən, sonuncu ## #### 2026cı il tarixdə zorakılığa məruz qaldığı zaman Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Ərizəçi həmçinin qeyd edir ki, ## #### 2026-cı il tarixdə qardaşı Ramin Abasov və anası Nərminə Abasova avtomobillə onun yaşadığı evin qarşısına gələrək onu hədələmiş, “dəliyə ev düşmür” ifadəsini işlətməklə yaşayış evini tərk etməsini tələb etmişlər. Bundan sonra ərizəçi ## #### 2026-cı il tarixdə yaşayış evində baş vermiş hadisələrin və həmin hadisələrdə iştirak edən şəxslərin müəyyən edilməsi məqsədilə araşdırma aparmış, ## #### 2026-cı il tarixdə isə müəyyən etdiyi faktlarla bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək məlumat vermişdir. Ərizəçi eyni zamanda bildirir ki, qardaşı X2 tərəfindən ona hədə-qorxu gəlinmiş və o, özünə məxsus hesab etdiyi yaşayış evindən çıxmağa məcbur edilmək istənilmişdir. Həmçinin, ## #### 2026-cı il tarixdə təkrarən yaşayış evinə getdikdə evin əvvəlki qıfıl və kilidlərinin sındırıldığını və yeni kilidlərlə əvəz edildiyini müəyyən etmişdir. Ərizəçi evin iri darvazasından həyətə daxil olmuş, bundan sonra Ramin Abasov ona yaxınlaşaraq yenidən hədə-qorxu gəlmiş və yaşayış evini tərk etməsini tələb etmişdir. Göstərilən faktlarla əlaqədar Quba Rayon X7 bölməsində müvafiq təhqiqat hərəkətləri aparılmış və nəticədə ## #### 2026-cı il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərar qəbul edilmişdir. Quba Rayon X7 bölməsi tərəfindən aparılmış təhqiqatın nəticəsi olaraq qəbul edilmiş ## #### 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərar qanunsuz və əsassızdır. Belə ki, qərar qəbul edilərkən hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığını, tərəfindən təqdim edilmiş və göstərilmiş xüsusatlara lazımi hüquqi qiymət verilməmişdir. Quba Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı (hakim İ.Qazıbəyov) ilə Şikayət verən şəxs Quba RPŞ-nin İB-nin təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) HK-*/**** saylı material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ## #### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verilən şikayətin təmin edilməməsi qərara alınmışdır. Şikayət verən şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon X7 bölməsində təhqiqat hərəkətləri aparılaraq “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ## #### 2026-cı il tarixli qərarı qanunsuz və əsassızdır, ləğv edilməli X2 hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1, 322.2, 157.1, 157.2, 221.1 və 221.2 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərinin olması barədə qərar qəbul edilərək cinayət işinin istintaq edilmsi qərar üçün qərar aidiyyəti üzrə Quba rayon prokuroruna göndərilməlidir. DVD-R optik diskin “A” tərəfində əks olunmuş “2026-07-03 at 16.32.08”, “2026- 07-06 at 09.29.40”, “2026-0703 at 18.01.28” və “2026-08-02 at 13.25.41” nömrəli video görüntülərdən və həmin diskin “B” tərəfində əks olunmuş foto görüntülərdən göründüyü kimi: X2, anası X8 ilə birlikdə ictimai yerdə - yaşadığı evin qarşı tərəfində küçədə onu dəli adlandıraraq ona ev düşmədiyi iddiası ilə evi tərk etməyi ondan tələb edirlər; Bununla da ona qarşı xuliqanlıq cinayətlərini törətmişlər. Onun daima yaşayış evində ona və ailəsinə məxsus əmlakların hissəsi oğurlamışlar, digər hissəsini zədələyərək məhv etmişlər. Bununla da ona qarşı özbaşınalıq və oğurluq cinayətllərini törətmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Cinayət Prosessual Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin dəlillərini müzakirə edib, cinayət prosesi iştirakçılarının izahatlarını dinləyərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməlidir. Quba RPŞ-nin İB-nin HK-*/**** nömrəli materialdan görünür ki, İB-nin təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) cinayət işinin başlanmasının rədd edilməsi barədə ## #### 2026-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsində göstərilmişdir ki, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda yəni 5000 manatdan yuxarı ziyan vurmaqla törədildikdə, cinayət hadisəsi kimi qiymətləndirilə bilər. Lakin, göründüyü kimi Şikayət verən şəxs və X2 arasında olan mübahisə mülkü xarakterlidir və sonuncular qardaşdır. Şikayət verən şəxs araşdırma müddətində sözügedən evin özünə məxsus olması barədə təhqiqata heç bir sənəd təqdim etməmişdir. Sözügedən əmlakların Abasovlar qardaşlarının anası Nərminə Abasovaya kötük sənədlə məxsus olması müəyyən edilmişdir. Belə olan halda hər hansı bir cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şikayət verən şəxs əmlakla bağlı iddiasına görə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunması qərar alınmışdır. Şikayət verən şəxs həmin qərardan şikayətinin məzmununa görə isə qardaşı Ramin Abasov anası Nərminə Abasova ilə onun keçmiş arvadı Aygün Abasovanı övladı Mehriban Abasova ilə birgə yaşadıqları evdən əmlakları ilə birgə çıxarmışlar. Onun əmlaklarının böyük əksəriyyətinin evdə olmadığı, bir qədərinin də sındırıldığını, hadisə ilə bağlı video görüntüyə qiymət verilmədiyini mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsinin 1-ci bəndinin məzmununa görə, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almalı və ona baxmalı, zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməlidir. Göründüyü kimi qanunun tələblərinə görə törədilmiş cinayət haqqında ərizə üzrə ilkin yoxlama aparılan zaman cinayət işi başlananadək müstəntiq ərizədə göstərilən hallarla bağlı araşdırma aparılmalı, aparılmış araşdırmanın nəticəsində cinayət işinin başlanması və ya rədd edilməsi barədə qərar qəbul edilməlidir. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikası CPM-nin 37, 38, 39, 41 və 46cı maddələrinin tələblərinə əsasən cinayət təqibi yalnız əməldə konkret cinayət tərkibinin əlamətlərini təsdiq edən kifayət qədər sübutlar olduqda həyata keçirilə bilər və belə sübutlar mövcud olmadıqda başlanılmış cinayət təqibinə xitam verilməsi qanunun tələbidir. Belə ki, CPMnin 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Eyni zamanda CPM-nin 39.1.2-ci maddəsinə görə əməldə cinayət tərkibi olmadıqda başlanılmış cinayət təqibinə xitam verilməlidir. CPM-nin 41.1ci maddəsi də təhqiqatçı, müstəntiq və ya prokurorun cinayət təqibini istisna edən hallar müəyyən edildikdə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməsini imperativ qaydada nəzərdə tutur. Şikayət verən şəxs müraciəti əsasında cinayət işinin başlanılması barədə rədd qərarı qəbul edilsə də, tərəfindən mübahisələndirilən qərarı şikayətin dəlilləri üzrə qanuniliyi yoxlanılarkən müəyyən edilir ki, evdən çıxarıldığı iddia edilən Aygün Abbasova, onları evdən çıxardığı qardaşı ilə yanaşı anaları Nərminə Abasova dindirilməmiş, video görüntülər üzrə hər hansı bir dəyərləndirilmə aparılmamışdır. Cinayət Prosessual Məcəllənin 124.1.2-ci maddəsinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar yalnız sübutlar vasitəsilə müəyyən edilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 139.0.1 və 139.0.3-cü maddələrinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətlərinin mövcudluğu cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 146.1-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin rədd olunması qənaətinə gəlinərkən cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Bu isə birinci instansiya məhkəməsi tərəfindən Şikayət verən şəxs şikayətində göstərdiyi halların araşdırılması, mübahisələndirilən hal üzrə düzgün qiymət verilməsi barədə gəlinən nəticənin qanuni və əsaslı hesab edilməsini istisna edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 122, 442, 449-451 və 454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Quba Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarı və həmin qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması barədə Quba Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Material Quba Rayon Polis Şöbəsinin TB-də olduğundan material üzrə yenidən əlavə araşdırılma aparılması üçün qərar Quba rayon Prokurorluğuna göndərilsin. Apelyasiya şikayəti təmin edilsin. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar