Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-579/2026 28.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Şikayət verən şəxs Şikayət verən şəxs iştirakları ilə, Şikayət verən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşlarının hərəkətlərindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməməsi və geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) qapalı məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materiallardan müəyyən edilir ki, Şikayət verən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinə Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşlarının hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayəti daxil olmuşdur. Şikayət belə əsaslandırılmışdır ki, ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə və sübutlarla müraciət edərək qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdi. Lakin ## ###### 2026ci il tarixdə rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin rəisi Ceyhun Budaqov ona məktub göndərərək formal cavab vermişdir. Cavab məktubdan görünür ki, ərizə verdiyi dövlət orqanı tərəfindən heç bir araşdırma aparılmamış və istintaq hərəkətləri edilməmiş, cavab məktubu mahiyyəti üzrə deyildir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Şəhla Süleymanova) Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul ediməməsi və geri qaytarılması qərara alınmışdır. Həmin qərardan narazı qalan şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilərək, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ##.##.2026-cı il tarixli şikayətinə cavab verməməsinin qanunsuz hərəkətsizlik hesab edilməsi və şikayətində göstərdiyi faktların (cinayət əməllərinin) tam, hərtərəfli və obyektiv araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş şikayətin apellyasiya baxışı zamanı şikayətçi Şikayət verən şəxs məhkəmə iclasında verdiyi apellyasiya şikayətdən imtina etdiyini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.7.1-ci maddəsinə əsasən şikayəti verən şəxsin özü cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayəti geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 122.8-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa, şikayətin geri götürülməsi müəyyən edilmiş müddətlər keçməmiş onun təkrar verilməsinə mane olmur. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Göründüyü kimi apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina (geri götürmə) etdiyi halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxs Şikayət verən şəxs apellyasiya şikayətindən imtina edilməsi və apellyasiya şikayətinə xitam verilməsi barədə ərizəsini nəzərə alaraq belə gənaətə gəlir ki, apellyasiya şikayətindən imtina edilməsi və apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilməli və apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 122, 452 və 453-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət verən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşlarının hərəkətlərindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməməsi və geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edilməsi və apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilsin və həmin apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-579/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-579/2026
28.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver