Məhkəmə qərarları › İş №6(3-6)-582/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-582/2026

30.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-582/2026 30.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsilə, Hakimlər Hüseynov Elməddin Mirpaşa oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Istintaq baş idarəsinin III idarəsinin rəis müavini, R Saleh Abdullayevin ## ######## 2026-cı il tarixli “vəsatətə baxılması haqqında” qərarından verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından müdafiəçi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqdim olunmuş materiallardan görünür ki, Şikayət verən şəxs müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Istintaq baş idarəsinin III idarəsinin rəis müavini, R Saleh Abdullayevin ## ######## 2026-cı il tarixli “vəsatətə baxılması haqqında” qərarından ## ######## 2026-cı il tarixdə məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti həmin tarixdə Səbail rayon Məhkəməsinə daxil olmuşdur. Müdafiəçi şikayətində göstərmişdir ki, Şikayət verən şəxs barəsində ********* nömrəli cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə CM-in 308.2 və 313-cü maddələri ilə ittiham irəli sürülmüş, ##.##.2026-cı il tarixli qərarla ona yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən həbsdə saxlanılır və hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasındadır. ##.##.2026-cı il tarixdə cinayət işinin materialları ilə tanışlıq tərəfindən başa çatdırılmış və bu barədə tərtib edilmiş protokolda qeyd edilmişdir ki, cinayət işində olan bütün izahatların, dindirmə protokollarının və sübutların qiymətləndirilməsi haqqında qərarın surətlərinin ona verilməsi zəruridir və həmin surətlər verildikdən sonra vəsatət veriləcəkdir. Protokoldakı həmin qeydi vəsatət kimi qiymətləndirilərək eyni gün – ##.##.2026-cı il tarixli qərarla tam rədd edilmişdir. Qərarda imtinanın əsası kimi cinayət işinin materiallarında “iqtisadi fəaliyyət ilə bağlı dövlət sirri təşkil edən məlumatların, o cümlədən kommersiya sirrinin mövcudluğu”, CPM-in 285.6-cı maddəsi və müdafiə tərəfinin prosessual hüquqlarının "yalnız qanunla müəyyən edilmiş hədlərdə və qaydada” həyata keçirilməsi göstərilmişdir. Qərar qanunsuz və əsassız olduğundan, eləcə də, müdafiə hüququnun kobud pozuntusunu təşkil etdiyindən ləğv edilməlidir. Belə ki, surətləri tələb olunan izahatlar, dindirmə protokolları və sübutların qiymətləndirilməsi haqqında qərarlar ittihamın bilavasitə əsasını təşkil edən sənədlərdir. Həbsdə olan təqsirləndirilən şəxs həmin sənədləri təcridxanada öyrənə, müdafiəçi isə ittihamın bütün epizodlarını əhatə edən çoxsaylı ifadələri yalnız bir dəfəlik tanışlıq əsasında təhlil edə, onlar arasındakı ziddiyyətləri müəyyənləşdirə və əsaslandırılmış vəsatət verə bilməz və keyfiyyətli müdafiə qurulması mümkün deyil. Bu səbəbdən həmin sənədlər CPM-in 91.5.22 və 92.9.11-ci maddələri mənasında "zəruri sənədlər"dir. Bundan əlavə, istintaq orqanının özü ##.##.2026-cı il tarixli yenidən ittiham elan etmək haqqında qərarda müqavilələrin tərəflərini, laborator rəylərin nömrə və tarixlərini, məhsulların adlarını, terminalı, çəni və boru kəmərini ətraflı göstərmiş və həmin qərarın surəti təqsirləndirilən şəxsə və müdafiəçiyə təqdim edilmişdir. Ittiham aktında da təkrarlanacaq bu məlumatlar dövlət sirri deyilsə, eyni məlumatların şahid ifadələrində əks olunması onları dövlət sirrinə çevirə bilməz. Qərarda dövlət sirri ilə kommersiya sirri eyniləşdirilmişdir. “Dövlət sirri haqqında" Qanunun 1.0.1-ci maddəsinə əsasən dövlət sirri dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyataxtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır. Özəl şirkətin laborator xidmətləri və müqavilə münasibətləri haqqında məlumat bu anlayışa daxil deyil. Kommersiya sirrinə gəldikdə isə, qərarda hansı məlumatın, kimin kommersiya sirri olduğu və bu rejimin kim tərəfindən müəyyən edildiyi göstərilməmişdir; üstəlik, söhbət təqsirləndirilən şəxsin rəhbərlik etdiyi şirkətin fəaliyyətindən gedir və həmin məlumatlar ona onsuz da məlumdur. Hətta işdə dövlət sirri təşkil edən məlumat olsaydı belə, bu, müdafiəçiyə surətlərin verilməsindən tam imtinaya əsas vermirdi. “Dövlət sirri haqqında" Qanunun 22.1-ci maddəsinə əsasən dövlət sirri təşkil edən məlumatlarla bağlı cinayət işləri üzrə müdafiəçi qismində çıxış edən vəkillər dövlət sirri ilə işləməyə yoxlama tədbirləri keçirilmədən buraxılırlar. Deməli, qanunverici dövlət sirri olan işlərdə belə müdafiəçinin materiallara tam çıxışını təmin etmiş, məlumatın qorunmasını isə yayılmamaq öhdəliyi ilə təmin etmişdir. Hüququn tam inkar edilməsi deyil, yalnız konkret sənəd üzrə mütənasib qorunma tədbiri qanuna uyğun ola bilərdi. Odur ki, şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Istintaq baş idarəsinin III idarəsinin rəis müavini, R Saleh Abdullayevin ********* nömrəli cinayət işi üzrə vəsatətə baxılması haqqında ##.##.2026-cı il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, eləcə də, pozulmuş hüququn bərpası məqsədilə cinayət işində olan bütün izahatların, dindirmə protokollarının və sübutların qiymətləndirilməsi haqqında 2 (iki) qərarın düzgünlüyünün təsdiq edilmiş surətlərinin müdafiəçiyə təqdim edilməsinin istintaq orqanına həvalə edilməsi xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Istintaq baş idarəsinin III idarəsinin rəis müavini, R Saleh Abdullayevin ## ######## 2026-cı il tarixli “vəsatətə baxılması haqqında” qərarından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Qərardan narazı qalan müdafiəçi Müdafiəçi apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, şikayətdə qaldırılmış əsas məsələ – cinayət işində məxfilik qrifi və rekvizitləri olmayan sənədlərin dövlət sirrinin daşıyıcısı sayıla bilməməsi, “Dövlət sirri haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən dövlət sirri olan işlərdə belə müdafiəçi vəkilin materiallara buraxılması, 4 habelə CPM-in 285.6-cı maddəsinin yalnız konkret sənədə münasibətdə tətbiq oluna bilməsi – nə müstəntiq, nə də məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Nəticədə ittiham tərəfi öz qərarı ilə müdafiənin qanunla verilmiş hüququnu tam inkar etmiş, həmin qərarın qanuniliyi isə heç bir müstəqil orqan tərəfindən yoxlanılmamışdır. CPM-in 442.2- ci maddəsinə əsasən isə məhz dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatlarla bağlı məsələlər məhkəmə nəzarətinin predmetinə aiddir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materialları nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayət ərizəsini araşdıraraq hesab etmişdir ki, təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Istintaq baş idarəsinin III idarəsinin rəis müavini, R Saleh Abdullayevin ## ######## 2026-cı il tarixli “vəsatətə baxılması haqqında” qərarından verdiyi şikayət məhkəmə nəzarəti qaydasında baxılmalı olmadığından geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət təqibi üzrə icraatın təşkili və gedişi ilə bağlı olan, şəxsin hüquq və vəzifələrinə birbaşa təsir göstərməyən, habelə müstəqil hüquqi nəticə doğurmayan, məhkəməyə əlçatanlığı məhdudlaşdırmayan hərəkət və qərarlar məhkəmə nəzarətinin predmeti hesab edilə bilməz. Bununla yanaşı, müvafiq hərəkət (hərəkətsizlik) və ya qərarın qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi cinayət işinə mahiyyəti üzrə baxan məhkəmənin müstəsna səlahiyyətinə aiddirsə, onların məhkəmə nəzarəti qaydasında araşdırılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 442.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmələr tərəfindən hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara və cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Məhkəmə nəzarətinin həyata keçirilməsinə dair icraat hüquq və azadlıqların pozulmasına dair məlumatlar olduğu halda cinayət təqibini həyata keçirən (əməliyyataxtarış, təhqiqat, istintaq, prokurorluq) orqanların vəzifəli şəxslərinin hərəkət və qərarlarının qanuniliyi üzərində məhkəmə nəzarətini işə salır. Məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə icra edir: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il # ###### tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən cinayət prosesini həyata keçirən orqanın istər qərarlarından, istərsə də hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət verilə bilməsi iki əsas meyarla şərtləndirilmişdir: şəxsin Konstitusiya ilə nəzərdə tutulmuş əsas insan hüquq və azadlıqlarının pozulması və ya ədalət mühakiməsinə əlçatanlığa maneə yaranması. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosesual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); tutulmanı və ya tutulan şəxsin həbsdə saxlanılma yerlərində saxlanılmasını həyata keçirən şəxsin; əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; müstəntiqin; ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Belə ki, cinayət-prosessual qanunvericiliyində məhkəməyədək icraat üzərində məhkəmə nəzarətinin məqsədi ibtidai araşdırmanın aparılmasına müdaxilə etmək və ya cinayət təqibi orqanlarının hər bir qərarını, hərəkətini yoxlamaq deyil. Bu institutun əsas vəzifəsi yuxarıda da qeyd edildiyi kimi şəxsin azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət və digər fundamental hüquqlarına birbaşa təsir göstərən qərarların və hərəkətlərin (hərəkətsizliyin) qanuniliyini və əsaslılığını yoxlamaq, həmin hüquqların qanunsuz məhdudlaşdırılmasının qarşısını almaqdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: şikayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi: tutulma və həbsdə saxlanılması; tutulmuş şəxsin hüquqlarının pozulması; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi: cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Həmin Məcəllənin 449.3-cü maddəsinin dispozisiyasında “aşağıdakılarla bağlı prosessual hərəkətlər və ya qərarlardan” ifadəsindən istifadə edilmişdir ki, bu da məhkəmə nəzarəti qaydasında qanuniliyinin yoxlanılmasına yol verilən qərar və hərəkətlərin (hərəkətsizliklərin) dairəsi müəyyən edilərkən həmin normada göstərilən məsələlərlə bağlılığın olub-olmamasının əsas meyar kimi götürülməli olduğuna dəlalət edir. Bu baxımdan prosessual qərar, hərəkət və ya hərəkətsizliklərdən edilən müvafiq şikayətlərə baxılarkən məsələyə formal və dar çərçivədə yanaşılmamalı, onların CinayətProsessual Məcəllənin 449.3-cü maddəsində göstərilən hərəkətlərin icrası və qərarların qəbulu mərhələsində baş verib-verməməsi, sonuncularla bağlılığı müəyyən olunmalıdır. Prosessual qərarın və ya hərəkətin mahiyyətinin deyil, yalnız formal adının əsas götürülməsi ilə onun məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilməsi həmin qərarın doğurduğu hüquqi nəticələrin də faktiki olaraq məhkəmə nəzarətindən kənarda qalmasına gətirib çıxara bilər. Bu halda müvafiq qərar, hərəkət və ya hərəkətsizliyin şəxsin hüquq və azadlıqlarına zərər yetirib-yetirməməsi, məhkəməyə əlçatanlığını məhdudlaşdırıbməhdudlaşdırmaması, barəsində şikayət verilən halların cinayət işinə mahiyyəti üzrə baxışın predmetini təşkil edib-etməməsi kimi məsələlər araşdırılmalıdır. Qanunvericinin məhkəmə nəzarəti qaydasında şikayət hüququnu qeyri-məhdud şəkildə müəyyən etməməsi və onu müəyyən meyarlarla məhdudlaşdırması CinayətProsessual Məcəllədə xüsusi mexanizm kimi qəbul edilən məhkəmə nəzarəti institutunun hüquqi mahiyyəti, təyinatı və məqsədlərindən irəli gəlmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (CPM) 449.3-cü maddəsinə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına əsasən, cinayət işinin materialları ilə tanış olduqdan sonra verilmiş vəsatətin rədd edilməsi və ya baxılmasından imtina olunması barədə müstəntiqin/prokurorun qərarı məhkəmə nəzarətinin predmetinə daxil deyil. Bunun hüquqi əsasları və məhdudiyyəti aşağıdakı kimidir: 1. Dairənin qəti (məhdud) olması: CPM-in 449.3-cü maddəsində məhkəməyədək icraatda hansı hərəkət və qərarlardan məhkəmə nəzarəti qaydasında şikayət verilə biləcəyi qəti şəkildə (imperativ siyahı ilə) müəyyən edilmişdir. Bu siyahıda ibtidai araşdırma zamanı verilən ümumi vəsatətlərin (məsələn, əlavə istintaq hərəkətlərinin aparılması, sübutların toplanması və s.) rədd edilməsi nəzərdə tutulmayıb. 2.Konstitusiya Məhkəməsinin # ###### 2009-cu il tarixli qərarı ilə də təsdiq edilmişdir ki, CPMin 449.3-cü maddəsində göstərilməyən digər prosessual hərəkət və qərarlardan məhkəmə nəzarəti qaydasında şikayət verilməsi yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Istintaq baş idarəsinin III idarəsinin rəis müavini, R Saleh Abdullayevin ## ######## 2026-cı il tarixli “vəsatətə baxılması haqqında” qərarından verdiyi şikayət məhkəmə nəzarəti qaydasında baxılmalı olmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 451-ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək və yuxarda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Istintaq baş idarəsinin III idarəsinin rəis müavini, R Saleh Abdullayevin ## ######## 2026-cı il tarixli “vəsatətə baxılması haqqında” qərarından verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 122.6, 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Istintaq baş idarəsinin III idarəsinin rəis müavini, R Saleh Abdullayevin ## ######## 2026-cı il tarixli “vəsatətə baxılması haqqında” qərarından verdiyi şikayətin geri qaytarılmasına dair ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar