Məhkəmə qərarları › İş №6(3-6)-576/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-576/2026

28.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-576/2026 28.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, şikayətçi Şikayət verən şəxs, Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçisi X2 iştirakları ilə, Şikayətçi Şikayət verən şəxs Bakı şəhəri Nərimanov rayon Prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X3 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılması haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında həmin qərarın qanuniliyini və əsaslığını yoxlayaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasında saxlanılan məhkum Şikayət verən şəxs şikayət ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X3 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın qanunsuz hesab edilməsini və ləğv edilməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayon Prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X3 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Qeyd etmişdir ki, həmin qərar Bakı Ağır cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə ziddiyyət təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin baxılmadan onu verən şəxsə geri qaytarılması qərara alınmışdır. Qərarda Şikayət verən şəxs izah edilmişdir ki, qərarın təsviri hissəsində qeyd olunan sənədlər əlavə edilməklə yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Şikayət verən şəxs məhkəmənin bu qərarından apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayətə mahiyyəti üzrə baxılması üçün materialı birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qərarı təqdim etmədiyinə görə şikayətini geri qaytarmışdır. Onun bir nüsxədə qərarı var idi və təcridxanada onu çoxaltmaq imkanı yox idi. Məhkəmə iclasında iştirakı təmin olunsaydı qərarın bir nüsxəsini təqdim edə bilərdi. Məhkəmə tərəfindən qərar asanlıqla əldə edilə bilərdi. Bu qərar müraciət hüququnu pozur. Məhkəmə iclasında şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətini müdafiə edərək, mübahisələndirdiyi qərarı təqdim edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Şikayət verən şəxs müdafiəçisi X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş istintaq orqanı və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən orqanın nümayəndələrinin iştirakı təmin edilməmiş və kollegiya onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və iş materialları yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən şikayət ərizəsi baxılmadan geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, şikayət vermiş şəxs tərəfindən mübahisələndirilən qərar şikayətə əlavə edilməmişdir. Bu səbəbdən şikayətə baxılması mümkünsüzdür. Göründüyü kimi, məhkəmə proses iştirakçılarının iştirakını təmin etməklə, məhkəmə baxışında proses iştirakçılarının iştirakları ilə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla nəticəyə gəlməli olduğu halda, şikayəti məhkəmə baxışına təyin etmədən, proses iştirakçılarının iştiraklarını təmin etmədən və buna cəhd etmədən işə təkbaşına baxmaqla belə bir nəticəyə gəlmişdir. Halbuki, şikayətdə mübahisələndirilən qərar haqqında məlumatlar qeyd edilmişdir. Həbsdə olan şikayətçinin qərarı təqdim etməməsi şikayətin geri qaytarılması üçün əsas ola bilməz. Onun iştirakı təmin olunsaydı qərar əldə edilə bilərdi. Birinci instansiya məhkəməsi isə məhkəmə baxışı aparmadan bu halları nəzərə almadan və hüquqi qiymət verməməklə, şikayətin geri qaytarılmasına dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanın cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutulma və həbsdə saxlanılması, tutulmuş şəxsin hüquqlarının pozulması, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi cinayət prosessual qanunvericilik məhkəmə nəzarəti qaydasında şikayətin geri qaytarılması səlahiyyətini məhkəmə üçün nəzərdə tutmamışdır. Odur ki, məhkəmə bu qənaətə gələrkən haqlı olmamışdır. Məhkəmə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməsi və ya təmin edilməməsi nəticəsinə gələ bilər. Şikayətçi artıq mübahisələndirilən qərarı təqdim etdiyinə görə şikayət icraata götürülüb yenidən mahiyyəti üzrə baxılmalı, şikayətçi tərəfindən təqdim edildiyi halda digər sübutlar nəzərdən keçirilməli və müvafiq qərar qəbul edilməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanunun tələblərinə uyğun olmadığından, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməli və material yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449-452-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Şikayətçi Şikayət verən şəxs Bakı şəhəri Nərimanov rayon Prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X3 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın qanunsuz hesab edilməsinə və ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ləğv edilsin və material şikayətin icraata götürülərək yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elnur Nuriyev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar