Məhkəmə qərarları › İş №6(3-6)-577/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-577/2026

28.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-577/2026 28.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və şikayət verən şəxs Şikayət verən şəxs iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Şikayət verən şəxs şikayət ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin baş müstəntiqi X1 ekspert rəyi ilə tanış etmə barədə prosessual hərəkətin qanunsuz hesab edilərək ləğvinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən, hakim Kamal Babayev) *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarına əsasən Şikayət verən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin baş müstəntiqi X1 ekspert rəyinin təqdim edilməsi haqqqında protokolun ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsi baxılmadan geri qaytarılmışdır. Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mübahisələndirilən qərarla birlikdə araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsi şikayətdə göstərilənlərlə bağlı araşdırma aparmamış, şikayətdə göstərilməyənlərlə bağlı qərar qəbul etmişdir. Belə ki, şikayətçi Şikayət verən şəxs Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin baş müstəntiqi X1 ekspert rəyi ilə tanış etmə barədə prosessual hərəkətin qanunsuz hesab edilərək ləğvinə dair qərar qəbul edilməsini xahiş etsə də, sözügedən məhkəmə qərar qəbul edərək, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin baş müstəntiqi X1 ekspert rəyinin təqdim edilməsi haqqqında protokolun ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsinin baxılmadan geri qaytarmasına dair qərar qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qərar ləğv edilməli və şikayətçi Şikayət verən şəxs vermiş olduğu şikayət üzrə işə yenidən baxılması üçün iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndəriməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsində göstərilmişdir ki, istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Ona görə də yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməli, şikayətə yenidən baxılması üçün iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 452 və 453-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət baxılması üçün iş materialları ilə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə geri qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar