Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-241/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, hüquqlarının pozulması ilə bağlı məhkəmə nəzarəti qaydasında şikayətin verildiyi Şikayət verən şəxs və onun müdafiəçisi – “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Müdafiəçi (bundan sonra – müdafiəçi) verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Müdafiəçi Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük Idarəsində (bundan sonra – HNBGI) Şikayət verən şəxs barəsində açılmış əməliyyat-qeydiyyat işinin məhkəməyə təqdim edilməsi, HNBGI tərəfindən ## ####### 2025-ci il tarixdə Şikayət verən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirinin, bu tədbirin keçirilməsinə əsas olmuş ## ####### 2025-ci il tarixli raport və qərarın qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi həmin şikayətini onunla əsaslandırmışdır ki, ## ####### 2025-ci il tarixdə HNBGI tərəfindən Şikayət verən şəxs barəsində əməliyyat-axtarış tədbiri keçirilmişdir. HNBGI tərəfindən tərtib edilmiş ## ####### 2025-ci il tarixli raportda və qəbul edilmiş "Əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" Qərarda bu tədbirin HNBGI-nin Əməliyyat şöbəsinə qabaqcadan daxil olmuş "əməliyyat məlumatı" əsasında həyata keçirildiyi göstərilsə də, əslində belə məlumat olmamışdır. Şikayət verən şəxs gömrük yoxlaması zamanı şübhə doğurduğu üçün yoxlanılmış, onun barəsində "əməliyyat məlumatı"nın daxil olması barədə raport və qərar isə faktiki olaraq onun yoxlanılmasından sonra qanunsuz müdaxiləyə hüquqi don geyindirmək məqsədilə tərtib edilmişdir. HNBGI Şikayət verən şəxs barəsində "əməliyyat məlumatı"nın ## ####### 2025-ci il saat 16:00-dan əvvəl daxil olduğunu sübut etməyə borcludur. Bunun üçün mənbənin adı sirr saxlanılmaqla, məlumatın daxil olma vaxtını və müvafiq məxfi kargüzarlıq kitabında qeydiyyata alınmasını təsdiq edən çıxarışı məhkəməyə təqdim etməlidir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə (hakim X2) müdafiəçinin məhkəmə nəzarəti qaydasında verdiyi şikayətə baxılmasından imtina edilməsi və şikayətin geri qaytarılması qərara alınmışdır. Müdafiəçi həmin məhkəmə qərarından apellyasiya şikayəti verib, onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in)-in 449.3.6-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsindən bu tədbirə məruz qalmış şübhəli şəxsin və ya onun müdafiəçisinin məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququnun olmasını və iş üzrə məhkəmə nəzarəti qaydasında şikayətin ## ####### 2025-ci il tarixdə HNBGI tərəfindən Şikayət verən şəxs barəsində tərtib edilmiş raport və qəbul edilmiş "Əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" Qərardan verilməsini nəzərə almamışdır. Apellyasiya məhkəməsi iclasında Şikayət verən şəxs və onun müdafiəçisi ilkin şikayət və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsi, məhkəmə nəzarəti qaydasında verilmiş şikayət üzrə toplanmış materialların həmin şikayətə baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in: - 454-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi, onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. - 453.1-ci maddəsinə əsasən həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərardan şikayətin və ya protestin alındığı gündən sonra 3 (üç) gün müddətində apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclasını keçirməlidir. Məhkəmə iş üzrə apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Iş üzrə birinci instansiya məhkəməsi müvafiq nəticəyə gələrkən, müdafiəçinin məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin predmetini təşkil edən məsələnin Azərbaycan Respublikası CPM-in 449.3-cü maddəsində nəzərdə tutulmuş cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayətin verilməsinin nəzərdə tutulduğu hallara daxil edilməməsinə əsaslanmışdır. Azərbaycan Respublikası CPM-in: - 449.1.3-cü maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə əməliyyataxtarış fəaliyyətini həyata keçirən şəxsin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. - 449.2.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi şikayət vermək hüququna malikdirlər. - 449.3.6-cı maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər məhkəmənin qərarı olmadan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsindən şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericilik normalarına və işin müəyyən edilmiş müvafiq prosessual halına əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası CPM-in 449.3.6ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsindən bu tədbirə məruz qalmış şübhəli şəxsin və ya onun müdafiəçisinin məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ olduğuna və iş üzrə müdafiəçinin məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin predmetini ## ####### 2025-ci il tarixdə HNBGI tərəfindən Şikayət verən şəxs barəsində tərtib edilmiş raport və qəbul edilmiş "Əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" Qərar təşkil etdiyinə görə birinci instansiya məhkəməsi qanunvericiliyin tələbinə əsasən həmin şikayətə mahiyyəti üzrə baxmalı idi. Birinci instansiya məhkəməsinin bu halları nəzərə almaması düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, müdafiəçinin verdiyi apellyasiya şikayəti əsaslı olduğuna görə təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilməli, müdafiəçinin məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə toplanmış materiallar həmin şikayətə baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-in 449- 454-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Müdafiəçi Müdafiəçi verdiyi apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Müdafiəçi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə toplanmış materiallar həmin şikayətə baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərar qətidir, ondan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-241/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-241/2026
07.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver