Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-250/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, Şikayət verən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin rəisi Sahib Rzayevin hərəkətlərindən (hərəkətsizliyindən) verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqdim olunmuş materiallardan görünür ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayət verərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin rəisi Sahib Rzayevin cinayət haqqında ərizənin qəbul edlməsindən imtina edilməsindən ibarət hərəkətsizliyinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Şikayətdən ərizəsi onunla əsaslandırılmışdır ki, 2011-ci ildən sərnişin daşıma fəaliyyəti göstərmiş “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN 1601247881) təsisçisidir. ## ###### 2021 ci Il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin müstəntiqi tərəfindən şirkətin əmlaklarının sui istifadə etmə və aldatma yolu ilə ələ keçirməsi faktı əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X3 əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinə tövsüf edildikdən sonra cinayət işi Sabunçu Rayon Prokurorluğuna göndərilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi R Orxan Səmədov və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi R Fuad Babayevin qərarları məhkəmələr tərəfindən dəfələrlə ləğv edilmiş, hərəkətsizlikləri qanunsuz sayılmışdır. Sabunçu Rayon Prokurorluğunun və Bakı şəhər Baş Polis Idarəsinin qərarlarının ləğvi ilə bağlı məhkəmələrin qərarlarına baxmayaraq, yenə də istintaq orqanları məhkəmə qərarlarım nəzərə almadan hərəkətsizlik göstərirlər. Dörd ildən çoxdur ki, şirkətin avtobuslarının və pullarının mənimsənilməsi faktı üzrə cinayət işi başlansa da təqsirkar şəxslər məsuliyyətdən kənar qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi R Orxan Səmədov və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi II! dərəcəli hüquqşünas Fuad Babayev qüvvədə olan məhkəmə qərarının olmasına baxmayaraq, qərariarın icrası ilə bağlı ümumiyyətlə heç bir tədbir görmürlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının yuxarıda qeyd olunan qərarlarını icra etməməklə, vəzifəli şəxslər ədalət mühakiməsinin nüfuzuna xələl gətirirlər. Dövlətin adından çıxarılmış məhkəmə qərarları bütün şəxslər tərəfindən icra olunmalı və icra edilməməsi məsuliyyətə səbəb olduğu halda, polis və prokurorluq orqanlarının vəzifəli şəxsləri qərəzli olaraq məhkəmə qərarlarını icra etmirlər. 1. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli, 6(008)- **/**** saylı qərarı ilə Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Tural Mürsəlovun “zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi haqqında” ## #### 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə yenidən araşdırma aparılması üçün iş materialları Sabunçu rayon prokurorluğuna göndərilmişdir. 2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, 6(008) **/**** saylı qərarı ilə zərərçəkmiş şəxs Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi X4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs Şikayət verən şəxs şahidlər- X5, X8, X3. X6 üzləşdirmə istintaq hərəkətinin apanlmamasmdan ibarət hərəkətsizliyi qanunsuz hesab edilmiş, qərarın icrasına nəzarət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılmışdır. 3. Bakı Apellyasiya Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun müstəntiqi Tural Mürsəlovun «cinayət işi üzrə icraatın dayandırılması» haqqında ## #### 2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilmiş. Şikayət verən şəxs şikayətində göstərdiyi və hazırkı qərarın təsviri əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmışdır. 4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 6(008)- */**** saylı qərarı və ## ###### 2024-cü il tarixli, *(***)-*/**** saylı düzəliş qərarı ilə Sabunçu rayon prokurorluğunun müstəntiqi X10 Ramil Mətləb oğlu barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə ## ###### 2022-ci il tarixli qərar ləğv edilmişdir. 5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2024-cü Il tarixli, *(***)-**/**** saylı qərarı ilə Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş “zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi ## ###### 2023-cü il tarixli qərar ləğv edilmişdir. 6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə Şikayət verən şəxs şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi" haqqında ##.##.2023-cü il tarixli qərarı ləğv edilmiş və iş üzrə araşdırmanın aparılması davam etdirilmişdir. 7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10. May 2024-cü II tarixli, *(***)-**/**** saylı qərarı ilə, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin ******** nömrəli cinayət işi üzrə "zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi" haqqında ## #### 2024-cü il tarixli qərarı ləğv edilmiş və Iş üzrə yenidən araşdırma aparılması üçün iş materialları Sabunçu rayon prokurorluğuna göndərilmişdir. 8.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, 6(008}-**/**** saylı qərarı ilə, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin ********* nömrəli cinayət işi üzrə “zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi” haqqında ## ### 2024-cü il tarixli qərarı ləğv edilmişdir. 9. Bakı Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixil, *(***)-***/**** saylı qərarı ilə, Bakı şəhəri Sabunçu Rayon prokuroru Ibrahim Ləmbəranski tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** saylı qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2024-cü i! tarixli, *(***)-**/**** saylı qərarı ilə, Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun' müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş "cinayət işi üzrə icraata xitam verilməsi haqqında" ## ### 2024-cü il tarixli göstərdiyi və hazırkı qərarın təsviriləsaslandırıct hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmışdır. 11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2024 cü il tarixli, *(*Ö*)-**/**** saylı qərarı Ilə, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin ********* nömrəli cinayət işi üzrə “Təqsirləndirilən şəxsin cinayət prosesində iştirakına xitam verilməsi haqqında ## #### 2024-cü il tarixli qərarı ləğv edilsin və iş üzrə yenidən araşdırma aparılması üçün iş materialları Sabunçu rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. 12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-** saylı qərarı ilə, Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən şikayət; Şikayət verən şəxs 34 ədəd avtobusun oğurlanması ilə bağlı müraciəti üzrə heç b r araşdırma aparmaması, müraciətin nəticəsi üzrə hər hansı prosessual qərar qəbul etməməsi və ya rəsmi cavab verməməsi və məhkəmə qərarlarında gösterilən digər xüsusatlar üzrə araşdırma aparmamasmın qanunsuz hesab edilməsi qərara alınmışdır. 13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsin#i#n ###### 2025-cI il tarixli, *(***)-*/**** saylı qərarı ilə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Natiq Məmmədovun "cinayət işi üzrə icraatın dayandırılması" haqqında ## ####### 2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilmişdir. 14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir. 15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 6(011 )-**/**** saylı qərarı ilə Şikayət verən şəxs şikayət təmin edilmiş, Bakı şəhər Baş Polis Idarəsinin Istintaq və Təhqiqat idarəsinin rəis müavini, Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalov tərəfindən şikayətçi Şikayət verən şəxs 34 ədəd avtobusun oğurlanması itə bağlı müraciəti üzrə araşdırma aparmaması, müraciətin nəticəsi üzrə prosessual qərar qəbul etməməsi qanunsuz hesab edilmişdir. 16. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası *(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025 ci il tarixli, 6(011)-31 /**** saylı qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 17. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 may 025-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə Şikayət verən şəxs şikayəti təmin olunmuş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin cinayət haqqında ərizənin qəbul edilməsindən imtina etməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir. 18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyud 2025-ci il tarixli, 6(008) **/**** saylı qərarı ilə Şikayət verən şəxs vəkili (nümayəndəsi) Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin "zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi və cinayət işi üzrə icraata xitam verilməsi" haqqında # ###### 2025-ci il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilmiş, Şikayət verən şəxs şikayətində göstərdiyi və hazırkı qərarın təsviri-esaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmışdır. 19. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci ii tarixli, *(***)-**/**** saylı qərarı ilə'Şikayət verən şəxs şikayət təmin edilmiş, Bakı şəhər Baş Polis idarəsinin Istintaq və Təhqiqat Idarəsinin rəis müavini, Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalovun cinayət cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir. 20. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin müstəntiqi Orxan Səmədovun cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsiziiyi(materialı istintaq aidiyyəti üzrə göndərilməsi haqqında ## #### 2025-ci il tarixli qərarı) qanunsuz hesa: edilmiş, ərizəçinin nümayəndəsi və vəkili Müdafiəçi şikayətində göstərdiyi və hazırkı qərarın tesviri esaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması həvalə edilmişdir. 21. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2025-ci ii tarixli, *(***)-***/**** saylı qərarı Ilə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin müstəntiqi Orxan Səmədovun cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilmiş, şikayətçinin nümayəndəsi və vəkili Müdafiəçi şikayətində göstərdiyi və hazırkı qərarın təsviri əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması həvalə edilmişdir. 22. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Polis Idarəsinin müstəntiqi Orxan Səmədovun cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir. 23. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-cI il tarixli, 6(008) ***/**** saylı qərarı ilə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs Şikayət verən şəxs və X9 şahidlər X5 ilə üzləşdirmə istintaq hərəkətinin aparılmamasmdan və məhkəmələrin müvafiq qərarlarında göstərilən göstərişlərin icrasız saxlanılmasından ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Sabunçu Rayon Prokurorluğunun və Sabunçu RPl-nin qərarlarının ləğvi Ilə bağlı yuxarıda göstərilən məhkəmələrin qərarlarına baxmayaraq, məhkəmə qərarları icrasız qalmışdır. Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq hərəkətlərinin həyata keçirilməsi üçün məhkəmələr tərəfindən çoxsaylı qərarlar qəbul edilməsinə baxmayaraq, həmin vəzifəli şəxslər məhkəmə qərarlarında göstərilmiş xüsusatları araşdırmaq və hər hansı bir tədbir görmək niyyətində deyillər. Dövlətin adından çıxarılmış məhkəmə qərarları bütün şəxslər tərəfindən icra olunmalı və icra edilməməsi məsuliyyətə səbəb olduğu halda, polis və prokurorluq orqanlarının vəzifəli şəxsləri buna biganə münasibət bəsləməkdədir. Beləliklə, Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi R Orxan Səmədov və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi lil dərəcəli hüquqşünas Fuad Babayev vəzifəli şəxs kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını qərəzli olaraq icra etmirlər. Bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq idarəsinə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi R Orxan Səmədovun və Bakı Şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi R Fuad Babayevin və digər səlahiyyətli (məsul) şəxslərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunma məsələsinə baxılmasını xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq idarəsinin rəisi R Sahib Rzayev ## #### 2026-cı il tarixli, 3-16-12/2 *****/**** saylı məktubu ilə Şikayət verən şəxs Bakı şəhəri Sabunçu rayon prokurorluğunun və rayon polis idarəsinin müstəntiqlərinin qanunsuz hərəkətləri barədə Ədliyyə Nazirliyini Istintaq idarəsinə ünvanlandığı ## ###### 2026-cı il tarixli müraciəti aidiyyəti üzrə göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının baş prokurorluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış aaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq idarəsi cinayət prosesini həyata keçirən orqan səlahiyyətlərinə aid olan məlumatı aldıqdan sonra cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq və bundan sonra Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun qərar qəbul etməli olduğu halda hərəkətsizlik göstərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin rəisi Sahib Rzayevin hərəkətlərindən (hərəkətsizliyindən) verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs ilkin şikayətin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, aşağıdakılara əsasən, hesab edir ki, məhkəmənin qərarı qanunsuzdur: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq idarəsi cinayət prosesini həyata keçirən orqan səlahiyyətlərinə aid olan məlumatı aldıqdan sonra cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq və bundan sonra Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun qərar qəbul etməli olduğu halda hərəkətsizlik göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207.5-ci maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir: cinayət işi başlamaq; cinayət işinin başlanmasını rədd etmək; məlumatı istintaq aidiyyəti üzrə göndərmək; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207.5-ci maddəsində imperativ tələb nəzərdə tutulub. Imperativ qayda məcburi olduğu üçün qaydanın ünvanladığı tərəflər həmin qaydaya istisna gətirə bilməzlər. 2 Hazırki halda, ərizəçinin cinayət hadisəsi barədə məlumatını istintaq aidiyyəti üzrə qərarla göndərmək vəzifəsi qoyulan Istintaq idarəsinin rəisinin qanunda nəzərdə tutulmayan formada ərizəni “özündən kənarlaşdırılmasına” məhkəmənin haqq qazandırması qanunsuzdur. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2000-ci il tarixli, *** №-li Fərmana əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 215.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayətə dair iş üzrə ibtidai istintaqı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 215.3.2-ci maddəsinə əsasən, cinayətin törədilməsində polis və prokurorluq orqanları əməkdaşlarının təqsirləndirilməsi ilə bağlı cinayət işləri üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq idarəsi Nazirliyin səlahiyyətlərinə aid edilmiş cinayət üzrə ilkin yoxlama aparıb, ərizəçinin izahatını aldıqdan sonra ərizədə göstərilən halların həqiqətən müvafiq istintaq orqanının əməkdaşları, yaxud digər subyektlər barədə olmasını müəyyən etməsindən asılı olaraq müvafiq qərarlardan birini qəbul etməlidir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi olmadığından Ədliyyə Nazirliyinin Istintaq idarəsi materialın ona aid olmaması qərarına gələrək məktub şəklində Azərbaycan Respublikası Baş Prokurorluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərməsi prosessual qanunvericiliyin pozulmasıdır. “Cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi” cinayət prosesini həyata keçirən orqanın məhkəmə nəzarəti qaydasında şikayət verilən qərar və hərəkətləri (hərəkətsizlik) siyahısına ona görə daxil edilmişdir ki, baş vermiş cinayət və hadisələr barədə ərizə və məlumatlara operativ reaksiya verilsin, təxirəsalınmadan istintaq hərəkətləri aparılmaqla, habelə əməliyyat-axtarış və digər tədbirləri vaxtında həyata keçirməklə cinayətlərin «isti izlər»lə açılması, cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməsi mümkün olsun. Lakin istintaq orqanını ərizəni icraatına qəbul edərək ilkin prosessual hərəkətləri etməməsi ərizəçinin qanunvericiliklə təmin edilmiş hüquqları pozulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207.5.3-ci maddəsi məlumatı istintaq aidiyyəti üzrə göndərmək barədə qərar qəbul etmək dedikdə, cinayət prosesini həyata keçirən orqanlara yazılı şəkildə “qərar qəbul etmək” vəzifəsini nəzərdə tutmuşdur. Lakin istintaq orqanı “aidiyyəti üzrə göndərilmə” barədə qərar qəbul etməmişdir. Göründüyü kimi, cinayət prosesini həyata keçirən orqan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərini pozmaqla, cinayət haqqında məlumatlara baxarkən ərizədə göstərilən dəlillərlə bağlı ilkin yoxlama apararaq, ərizəçidən əlavə sənədləri, ondan və digər şəxslərdən izahatları tələb etməli olduğu halda bundan əsassız imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş şikayətçi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin nümayəndəsinin iştirakı təmin edilməmiş və kollegiya onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Cinayət-Prosessual Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Belə ki, “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət-prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyinin məhkəmələr tərəfindən həll edilməsi məhz Konstitusiyanın 71-ci maddəsinin VII hissəsindən irəli gəlir. Belə ki, Konstitusiyanın həmin normasına görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəs əmin olmalıdır ki, dövlət orqanları tərəfindən hər hansı qanuni təqib həyata keçirilirsə, həmin fəaliyyətə müstəqil məhkəmə orqanı tərəfindən nəzarət mövcuddur. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsində azadlıq və toxunulmazlıq hüququnun təminatında məhkəmə nəzarətinin vacibliyi birbaşa vurğulanmışdır. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində məhkəməyədək icraat mərhələsində məhkəmə nəzarəti nisbətən yeni institutdur. Prokuror nəzarətindən fərqli olaraq, məhkəmə nəzarəti məhkəməyədək icraat mərhələsində ibtidai araşdırma subyektlərinin fəaliyyətinin insan hüquq və azadlıqlarına qanunsuz müdaxiləsinin qarşısının alınmasına yönəlmişdir. Prokuror nəzarəti ümumilikdə təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunçuluğa riayət edilməsinə yönəldiyi halda, məhkəmə nəzarəti əməliyyat-axtarış fəaliyyəti subyektləri tərəfindən insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyi, əsaslılığı, mütənasibliyi, məqsədəmüvafiqliyi və təxirəsalınmazlığının yoxlanılması funksiyasını daşıyır. Şikayət vermək hüququ şəxsin hüquqi statusunu təşkil edən hüquq və vəzifələrin ayrılmaz hissəsi olmaqla, qanunvericilikdə birbaşa nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırılmamalı və hər bir şəxs üçün təmin olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin şikayətin təmin edilməməsinə dair mövqeyini əsaslı və qanuni hesab edir. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ## ##### 2026-cı il tarixli məktubdan görünür ki, Şikayət verən şəxs Bakı şəhəri Sabunçu rayon prokurorluğunun və rayon polis idarəsinin müstəntiqlərinin qanunsuz hərəkətləri barədə Ədliyyə Nazirliyinin Istintaq idarəsinə ünvanladığı ## ###### 2026-cı il tarixli müraciəti ## #### 2026-cı il tarixdə aidiyyəti üzrə göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasnın *(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhər Baş Polis Idarəsinin Istintaq və Təhqiqat Idarəsinin rəis müavini, Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalovun cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qərarından Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyev tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 6(011) **/**** saylı qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin LII fəslində təsbit edilmiş məhkəmə nəzarəti institutu cinayət prosesini həyata keçirən orqanların hər hansı formal hərəkətlərinə müdaxilə vasitəsi deyil, şəxsin Konstitusiya və qanunlarla qorunan əsas hüquq və azadlıqlarının pozulmasının, xüsusən də ədalət mühakiməsinə əlçatanlıq hüququnun məhdudlaşdırılmasının qarşısını alan hüquqi müdafiə mexanizmidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2009-cu il tarixli Qərarında da ifadə olunmuşdur ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə icra edir: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası). Hazırkı halda şikayətçi və onun nümayəndəsi iddia edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin rəisi Sahib Rzayev müstəntiqin vəzifələrini icra edərək onların müraciətini qəbul edərək mütləq qaydada izahatlar almalı, ilkin yoxlama aparmalı və yalnız bundan sonra aidiyyəti üzrə göndərmə barədə qərar qəbul etməli idi. Lakin məhkəmə müəyyən edir ki, şikayətçi tərəf qeyd edilən müraciətin bilavasitə səlahiyyətli orqan olan Baş Prokurorluğa göndərilməsinin onun hansı hüquq və azadlıqlarını pozduğunu, necə pozduğunu, hüquqi və faktiki olaraq əsaslandıra bilməmişdir. Müraciətin baxılmaq üçün prokurorluq orqanlarına göndərilməsi şikayətçinin ədalət mühakiməsinə çıxışını məhdudlaşdırmamış, əksinə, aidiyyəti üzrə səlahiyyətli orqanın icraatına göndərilməsini təmin etmişdir. Hazırkı halda hansı hüquqların bərpasının tələb edildiyi məhkəməyə aydın deyildir. Şikayətçinin Ədliyyə Nazirliyinin Istintaq Idarəsinə etdiyi müraciətin məzmunu Bakı şəhəri Sabunçu rayon Polis Idarəsinin müstəntiqi və Sabunçu rayon prokurorluğunun müstəntiqinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunma tələbindən ibarətdir. Lakin məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 215.3.2-ci maddəsinin tələbinə əsasən, cinayətin törədilməsində daxili işlər orqanlarının və prokurorluq orqanları əməkdaşlarının təqsirləndirilməsi ilə bağlı cinayət işləri üzrə ibtidai istintaq müstəsna olaraq prokurorluq orqanları tərəfindən aparılır. Ədliyyə Nazirliyinin Istintaq Idarəsi qeyd olunan subyektlər barəsində araşdırma aparmaq üçün hər hansı səlahiyyətə malik deyildir. Səlahiyyəti olmayan orqanın hər hansı ilkin yoxlama aparması, izahatlar alması və ya digər prosessual hərəkətlər etməsi qanunun kobud şəkildə pozulması və səlahiyyət həddinin aşılması kimi qiymətləndirilməlidir. Təsadüfi deyildir ki, şikayətçinin bilavasitə istinad etdiyi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207.1.1-ci maddəsində də “onun səlahiyyətlərinə aid olan” ifadəsindən istifadə edilmişdir. Bu baxımdan, Sahib Rzayevin daxil olmuş müraciəti mahiyyəti üzrə araşdırmadan və şikayətçinin izahatını almadan birbaşa aidiyyəti üzrə Baş Prokurorluğa göndərməsi tamamilə qanunauyğundur və hüquqi zərurətdən irəli gəlir. Məhkəmə hesab etmişdir ki, ilkin araşdırma tələbi müraciətin mahiyyətinin aydınlaşdırılması və subyektinin düzgün müəyyən edilməsi ilə əlaqədar bir məsələ olmaqla mütləq bir prosessual zərurət deyildir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207.5.3-cü maddəsinə istinad edərək, məlumatın aidiyyəti üzrə göndərilməsinin yalnız yazılı qərar formasında rəsmiləşdirilməli olduğunu, məktubla göndərilmənin hərəkətsizlik olduğunu, bununla da cinayət barədə ərizənin qəbulundan imtina edildiyini iddia edir. Doğrudur, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsi cinayət təqibini həyata keçirən orqanlar üçün müəyyən edilmiş prosessual qaydalar müəyyən edir. Lakin hüququn tətbiqi prosesində bu cür formalizmə yol verilməsi məhkəmənin qənaətincə düzgün deyildir. Ədliyyə Nazirliyinin Istintaq Idarəsi rəisinin daxil olmuş müraciəti qərar əvəzinə məktub formasında Baş Prokurorluğa göndərməsi, müraciətin nəticəsinə və gedişatına heç bir təsir göstərməmişdir. Bu formal hərəkəti vəzifəli şəxsin əleyhinə yönəltmək və "qanunsuz hərəkətsizlik" kimi səciyyələndirmək, yekunda cinayət barədə ərizənin qəbulundan imtina etmək kimi qiymətləndirmək prosessual qənaət prinsipinə və hüquqi məntiqə ziddir. Məhkəmə qeyd etdiyi kimi, şikayətçi bu hərəkətin (hərəkətsizliyin) yekunda onun hansı hüquq və azadlıqlarını pozmasını əsaslandırmamışdır. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, qurumlarda kargüzarlığın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanlarının daxili təlimatları, o cümlədən Baş Prokurorluqda “Işin təşkili qaydaları” adlı qaydalar toplusu ilə tənzimlənir. Şikayətçinin nümayəndəsi məhkəmə iclasında daxili təlimatların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsindən üstün olmadığını, bu səbəbdən mütləq qaydada qərar qəbul edilməli olmasına istinad etmişdir. Formal olaraq qərar qəbul edilməsə belə, məhkəmə qeyd edir ki, hazırkı halda şikayətçi şikayət ərizəsində işin hallarını o qədər geniş və ətraflı şəkildə şərh etmişdir ki, həmin müraciət üzrə ilkin araşdırma aparılıb hansı halların dəqiqləşdirilməli olması və aidiyyət qaydasının hansı qaydada dəyişəcəyi məhkəməyə aydın deyildir. Hazırkı halda da Sahib Rzayev tərəfindən müraciətin “aidiyyəti üzrə göndərilməsi məsələsinə baxılması” üçün göndərilməsi də məhz buradan qaynaqlanır. Şikayətçinin nümayəndəsi öz çıxışında eyni məzmunlu digər məhkəmə qərarlarına (xüsusən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarlarına) istinad edərək, həmin işlərdə analoji hərəkətsizliyin qanunsuz sayıldığını bildirmişdir. Məhkəmə bu dəlili də hüquqi cəhətdən əsassız hesab edərək qeyd etmişdir ki, hər bir iş özünün faktiki halları əsasında qiymətləndirilir. Tərəfin istinad etdiyi qərarlarda polis şöbəsinin təhqiqatçısının birbaşa öz səlahiyyətinə aid olan (avtobusların oğurlanması) faktla bağlı müraciətə baxmaması və prosessual qərar qəbul etməməsi qanunsuz sayılmışdır. Hazırkı işin faktiki halları isə tamamilə fərqlidir. Burada söhbət öz səlahiyyətinə aid olan işi araşdırmamaqdan deyil, ümumiyyətlə səlahiyyətinə aid olmayan (polis və prokurorluq işçilərinin cinayət məsuliyyətinə cəlb edilməsi) müraciətin dərhal aidiyyəti orqana göndərilməsindən gedir. Dolayısı ilə həmin qərarların hazırkı mübahisəyə aidiyyəti yoxdur və hər hansı formada istinad edilməsi yolverilməzdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, şikayətçinin qaldırdığı məsələ vəzifəli şəxslərin CMnin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsidir. Bu xüsusda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair" ## ####### 2012-ci il tarixli Qərarı rəhbər tutulmalıdır. Həmin qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün şəxs əvvəlcə Inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli, həmin inzibati məsuliyyət lazımi nəticə vermədikdə, icra xidmətinin rəhbərinin təsdiq etdiyi təqdimat əsasında müvafiq orqana (Ədliyyə Nazirliyi Istintaq Idarəsi) müraciət edilməlidir. Yəni burada müvafiq ardıcıllıq və prosessual qayda müəyyən edilmişdir. Hazırkı halda isə qanunvericilikdə vətəndaşın birbaşa müraciəti əsasında CM-nin 306-cı maddəsi ilə cinayət işinin başlanması qaydası müəyyən edilməmişdir. Bu da vəzifəli şəxsin təqdimat olmadan hər hansı yoxlama və ya araşdırma apararaq qərar qəbul etmək hüququnu istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Bu isə öz növbəsində mübahisələndirilən qərarın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 122.2.3 və 449.3-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi (maddə 449.2.1); zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi (maddə 449.2.2); qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər (maddə 449.2.3) şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 451-ci maddəsinin tələbinə görə, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, Şikayət verən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin rəisi Sahib Rzayevin hərəkətlərindən (hərəkətsizliyindən) verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Istintaq Idarəsinin rəisi Sahib Rzayevin hərəkətlərindən (hərəkətsizliyindən) verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Qədim Babayev Aqil Musayev
Məhkəmə qərarları › İş №6(3-6)-250/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-250/2026
08.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver