Məhkəmə qərarları › İş №6(3-6)-266/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-266/2026

18.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-266/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Əli İrfan oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Şikayət verən şəxs nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şikayət verən şəxs nümayəndəsi və vəkili Nümayəndə Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli xüsusi qərardadına əsasən Bakı şəhər Səbail Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş cinayət təqibinə xitam verilməsi barədə qərarın surətinin təqdim edilməsi vəzifəsinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin üzərinə qoyulması barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şikayət verən şəxs nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli xüsusi qərardadına əsasən Bakı şəhər Səbail Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş cinayət təqibinə xitam verilməsi barədə qərarın surətinin təqdim edilməsi vəzifəsinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli (hakim Ülviyyə Şükürova) qərarına əsasən, Şikayət verən şəxs nümayəndəsi və vəkili Nümayəndə Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli xüsusi qərardadına əsasən Bakı şəhər Səbail Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş cinayət təqibinə xitam verilməsi barədə qərarın surətinin təqdim edilməsi vəzifəsinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin üzərinə qoyulması barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayət baxılmadan geri qaytarılması qərara alınmışdır. Məhkəmənin həmin qərarından Şikayət verən şəxs nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini və məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şikayət verən şəxs nümayəndəsi Nümayəndə məhkəmə nəzarəti qaydasında şikayətlə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli xüsusi qərardadına əsasən Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş cinayət təqibinə xitam verilməsi barədə qərarın surətinin təqdim edilməsi vəzifəsinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## #### 2011-ci il tarixində Şikayət verən şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs cavabdeh X11 1 040 000.00 (bir milyon qırx min manat 00 qəpik) manat ödəməklə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən 15 mərtəbəli "Biznes Mərkəz"in 7-ci mərtəbəsini bütövlüklə Şikayət verən şəxs verilməsi barədə müqavilə imzalamışdır. Məbləğin qiyməti olan 840000 manat müqavilə bağlanan zaman, yəni ## #### 2011-ci il tarixində Şikayət verən şəxs tərəfindən X11 ödənilmişdir. Bundan başqa, Siracəddin Əfəndiyev Şikayət verən şəxs borc şəklində əlavə 200000 manat pul almışdır. Müqavilənin şərtinə əsasən obyekt 1 (bir il) ərzində təhvil verilməli olduğu halda tikinti işləri ləng getdiyindən binanın tikintisi 2016-cı il tarixdə başa çatdırılmışdır. Bundan sonra Şikayət verən şəxs obyektin təhvil verilməsini dəfələrlə tələb etsə də, X11 hər dəfə bir bəhanə ilə təhvil-təslimdən yayınmışdır. Şikayət verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən 13077,6 kvadrat metr olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsinin bütünlüklə iddiaçı Şikayət verən şəxs adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh X11 üzərinə qoyulması, sonradan 200000 manat borc qismində aldığı pul vəsaitinin və iş üzrə ödənilmiş 1300 manat dövlət rüsumunun X11 alınaraq iddiaçı Şikayət verən şəxs ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X11 200.000 (iki yüz min) pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 490 manat tutularaq iddiaçı Şikayət verən şəxs ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli xüsusi qərardadı ilə cavabdeh X11 (Fin:2KFM50J, qeydiyyat ünvanı: ünvan 1) hərəkətlərində cinayət əlamətləri olub-olmamasının araşdırılması üçün Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. İş materialları araşdırılması üçün Bakı şəhəri Səbail rayon Polis İdarəsinin icraatına daxil olmuşdur. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Yaşar İsgəndərov tərəfindən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Lakin qeyd edilən qərar hazırki günədək Şikayət verən şəxs təqdim edilməmişdir. Şikayət verən şəxs ## #### 2026-cı il tarixdə ərizə ilə Bakı şəhəri Səbail rayon Polis İdarəsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli xüsusi qərardadına əsasən Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş cinayət təqibinə xitam verilməsi barədə qərarın surətinin ona təqdim edilməsini xahiş etmişdir. Lakin hazırki günədək Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən ərizə cavablandırılmamış, cinayət təqibinə xitam verilməsi barədə qərarın surəti təqdim edilməmişdir. Ərizəyə cavab verilməməsi qərarın surətinin təqdim edilməsindən imtina kimi qiymətləndirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs nümayəndəsi və vəkili Nümayəndə Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli xüsusi qərardadına əsasən Bakı şəhər Səbail Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş cinayət təqibinə xitam verilməsi barədə qərarın surətinin təqdim edilməsi vəzifəsinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin üzərinə qoyulması barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, “Hazırkı halda şikayət verən şəxs iş üzrə nə təqsirləndirilən (şübhəli) şəxs, nə zərərçəkmiş şəxs, nə də onların müdafiəçisi və ya qanuni nümayəndəsidir. Bundan başqa, mübahisələndirilən qərar və ya prosessual hərəkət nəticəsində onun şəxsi hüquq və azadlıqlarının birbaşa pozulması da müəyyən olunmur. Şikayət verən şəxs Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*- *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, “X11 eyni əmlakı bir neçə nəfərə satmaqla dələduzluq etmiş və onun bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olmuşdur. Bakı Kommersiya Məhkəməsi açıq-aşkar növcud olan dələduzluq faktına göz yumaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur.” Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası tərəfindən cavabdeh X11 (Fin:2KFM50J, qeydiyyat ünvanı: ünvan 1) hərəkətlərində cinayət əlamətləri olubolmamasının araşdırılması üçün Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi barədə *-*(***)- ***/**** nömrəli ##.##.2023-cü il tarixli qərardad qəbul edilmişdir. Həmin qərardadda məhkəmə kollegiyası ibtidai istintaq orqanından tələb etmişdir ki, o, X11 cinayət əməllərinə hüquqi qiymət versin. Mübahisələndirilən qərarın Şikayət verən şəxs təqdim edilməməsi onun həmin qərardan şikayət vermək hüququnu pozur. Məhkəmə hesab etmişdir ki, “Şikayətçi Cinayət Prosessual Məcəllənin 449.2-ci maddəsində nəzərdə tutulmuş şikayət vermək hüququ olan subyektlər sırasına daxil olmadığından, onun tərəfindən verilmiş şikayət prosessual baxımdan yolverilməz hesab edilməli və icraata qəbul edilməməlidir.” Lakin, həmin məcəllənin 449.3-cü maddəsinə əsasən, Şikayət verən şəxs istintaq orqanının hərəkətsizliyindən şikayət vermək hüququna malikdir. Məhkəmə əsassız olaraq Şikayət verən şəxs şikayət vermək hüququ olan subyektlər sırasına daxil etməmişdir. Belə ki, Şikayət verən şəxs birinci instansiya məhkəməsi tərəfindən X11 hərəkətlərində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verməməsini prosessual pozuntu kimi apellyasiya şikayətində qeyd etmişdir. Bakı şəhəri Səbail rayon Polis İdarəsində Bakı Apellyasiya Məhkəməsinin qərardadına əsasən cinayət işi başlandığı halda, həmin cinayət işi üzrə qəbul edilmiş cinayət təqibinə xitam verilməsi barədə qərar birbaşa Şikayət verən şəxs hüquqlarını pozur. Məhkəmə iclasında Şikayət verən şəxs nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq prokurorluq və ibtidai araşdırma orqanın nümayəndələri məhkəmədə iştirak etməmişlər. Hüquqi məsələlər və məhkəmənin hüquqi qiymətləndirməsi Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli, material yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə şikayət verən şəxsin iş üzrə nə təqsirləndirilən (şübhəli) şəxs, nə zərərçəkmiş şəxs, nə də onların müdafiəçisi və ya qanuni nümayəndəsi olmasını, bundan başqa mübahisələndirilən qərarın və ya prosessual hərəkətin nəticəsində onun şəxsi hüquq və azadlıqlarının birbaşa pozulmasının da müəyyən olunmadığını qeyd edərək, şikayətçinin Cinayət Prosessual Məcəllənin 449.2-ci maddəsində nəzərdə tutulmuş şikayət vermək hüququ olan subyektlər sırasına daxil olmadığından, onun tərəfindən verilmiş şikayətin prosessual baxımdan yolverilməz hesab edilməli və icraata qəbul edilməməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə müvafiq olaraq cavabdeh X11 hərəkətlərində cinayət əlamətləri olub-olmamasının araşdırılması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 46.2-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya media subyektinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 212.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, habelə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Həmin Məcəllənin 87.6.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və onun xahişi ilə bu qərarların surətini əldə etmək; cinayət işi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə və cinayət təqibinin rədd olunması barədə qərarların, ittiham aktının, hökmün və ya məhkəmə qərarlarının surətlərini almaq hüquqlaarı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 210.3-cü maddəsinə əsasən cinayət işinin başlanması anında cinayətin törədilməsindən zərər çəkmiş şəxs məlum olduqda, cinayət işinin başlanması ilə eyni vaxtda həmin şəxs zərərçəkmiş kimi tanınır. Göründüyü kimi ibtidai araşdırma orqanı məhkəmənin qərardadı ilə müəyyən etdiyi, iddiaçı Şikayət verən şəxs qarşı cinayət törədilməsinə işarə edən məlumatı aldıqdan sonra X11 qarşı cinayət təqibi başlamış və müvafiq qaydada ilkin araşdırma aparmışdır. Qanunvericiliyin tələblərinə görə ibtidai araşdırmanın sonunda cinayət işi başlanıldıqda həmin qərarın surəti zərərçəkmiş şəxs qismində tanınmış şəxsə verilməli, cinayət işinin başlanılması rədd edildikdə isə bu haqqında qərarın surəti zərərçəkmiş şəxs qismində tanınmasa da zərərçəkmiş şəxs statusuna iddia edən, qərarla qəbul edilmiş nəticə maraqlarına və mənafelərinə bilvasitə toxunan şəxsə verilməli və ona həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verə bilmək hüquqları izah edilməlidir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tam, hərtərəfli və obyektiv araşdırma aparmaqla, prosessual qanunvericiliyin normalarına uyğun qərar qəbul etdiyi halda həmin qərara və qərarın əsaslandığı araşdırma materiallarına maraqlı tərəflərin, xüsusilədə zərərçəkmiş şəxs qismində tanınmalı olan, lakin tanınmayan bir şəxsin əlçatanlığını məhdudlaşdırmamalı, əksinə qərarın surətini ona verməyi təmin etməklə yanaşı, bu qərarın əsaslandığı, mötəbərliyi və mümkünlüyü şübhə altına alınmayan sənədlərin və digər sübutların onun tanış olması üçün şərait yaratmaqla qəbul etdiyi qərarın qanuni və əsaslı olmasını şübhə altına almamalıdır. Çünki cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar iş üzrə qəbul edilmiş yekun prosessual akt olduğundan, mənafelərinə və maraqlarına toxunan şəxs tərəfindən bu qərardan prokurora, yuxarı prokurora və məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət verməklə qərarın mübahisələndirilməsi və pozulması ehtimal edilən hüquqlarının bərpa edilməsi üçün ağlabatan və mümkünlüyü istisna edilməyən hədlərdə, qanunvericilklə nəzərdə tutulmuş prosessual hüquqlardan və imkanlardan yararlanmağa şərait yaradılmalıdır. Qərarın əsaslandığı istintaq materialları ilə tanış olmadan və qərarı əldə etmədən həmin qərardan şikayət verilməsi praktik cəhətdən mümkünsüz olduğundan, mənafelərinə və maraqlarına toxunan şəxs tərəfindən bu qərarın mübahisələndirilməsi institutu da ölü vasitəyə çevirilir. Cinayət prosesini həyata keçirən orqanların hərəkət və hərəkətsizliyindən irəli gələn pozulmuş hüquqların bərpası aspektində prosessual qanunvericiliyin ümumi yanaşması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.1-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Bu konteksdə məhkəmə, şikayətçinin zərərçəkmiş şəxs qismində tanınmaması əsası ilə onun mənafelərinə və maraqlarına toxunan qərar üzrə şikayətçiyə qərarın surətinin verilməməsi ilə bağlı ibtidai araşdırma orqanının mövqeyi ilə əlaqədar bir daha qeyd edir ki, bu halda dövlət orqanları ilə münasibətdə maraqlarına toxunan qərarın mübahisələndirilməsi üzrə şəxsin müdafiə vasitələri və davranış imkanları tükənməklə subyektiv huququnun pozulmasına səbəb olur. Belə ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə ## #### 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncüelementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Bundan başqa, subyektiv hüquqların mahiyyətinə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli Qərarında Konstitusiyanın 60-cı maddəsini, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilən hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququnu rəhbər tutaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsində nəzərdə tutulan “digər şəxslər” müddəası elə şəxsləri nəzərdə tutur ki, onlar prosesdə iştirakçı və tərəf deyildir, lakin bu subyektlərə hər hansı bir formada özünün prosessual hüquq və ya vəzifəsini həyata keçirən bütün digər şəxslər aid edilir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Cinayət-Prosessual Məcəllənin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Konstitusiya və qanunlar ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə, bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəllənin 449.2.3-cü maddəsini təhlil edərkən ilk növbədə, Konstitusiyanın 60-cı maddəsi, habelə cinayətprosessual münasibətlərin xüsusiyyəti baxımından şikayət vermək hüququ olan subyektlərin dairəsini geniş şərh etmişdır. Belə ki, Cinayət-Prosessual Məcəllənin qeyd edilən maddəsində “digər şəxslər” ifadəsi şikayət vermək hüququ olan subyektlərin geniş şərh edilməsinə imkan yaratmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyanın həmin norması çərçivəsində məhkəmə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və Azərbaycan Respublikasının ratifikasiya etdiyi beynəlxalq konvensiyalarda təsbit olunmuş əsas prinsip və ümumi yanaşmaları da rəhbər tutur. Belə ki, Birləşmiş Millətlər Təşkilatının 1985-ci il tarixli “Cinayət və vəzifə səlahiyyətlərindən sui istifadə qurbanlarına ədalət mühakiməsinin təmin edilməsinə dair əsas prinsipləri” Bəyannaməsi zərərçəkmiş şəxslərin istintaqın gedişi və nəticəsi barədə məlumat almaq, ədalət mexanizmlərinə çıxış əldə etmək hüquqlarını tanıyır. Bu, dövlətlərin nəzərə almalı olduğu beynəlxalq standartdır. Birləşmiş Millətlər Təşkilatının “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ı da ədalətli məhkəmə araşdırması və effektiv hüquqi müdafiə hüququnu təsbit edir. Komitənin şərhlərində bildirilir ki, bu hüququn təmin edilməsi üçün şəxsə iş üzrə lazımı məlumatlara çıxış verilməlidir. İnsan hüquqlarına dair beynəlxalq və Avropa hüquq normalarına əsasən, ədalət mühakiməsinə çatım anlayışı dövlətlərin üzərinə öhdəlik qoyur ki, hər bir fərdin hüquqlarının pozulduğu müəyyən edildiyi hallarda hüquqi müdafiəyə nail olmaq üçün məhkəməyə (yaxud bəzi hallarda mübahisələrin alternativ həlli orqanına) müraciət etmək hüququnu təmin etsinlər. Bu hüquq həm də fərdlərin digər hüquqlarını həyata keçirmələrinə kömək edən hüquqdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, hüquqi müdafiə və məhkəməyə çıxış hüququ zəruri hallarda iş materiallarına çıxışı da əhatə edir. Əgər şəxsə materiallarla tanış olmağa imkan verilmirsə və bu, şikayət vermə hüququnu qeyri-mümkün edirsə, bu artıq Konvensiyanın tələblərinin pozulması sayılır. Bir sıra qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi zərərçəkmiş şəxsin iş materialları ilə tanış olmaq hüququnu aşağıdakı hallarda tanıyır: əgər o, istintaqın xitam edilməsindən şikayət vermək istəyirsə; istintaqın effektivliyini qiymətləndirməsi üçün materiallar vacibdirsə; onun hüquqlarına toxunan hadisə araşdırılırsa (mülkiyyət, sağlamlıq, həyat və s.). Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» ##.##.2006-cı il tarixli Qərarında müəyyən edilmiş izah və tövsiyyələri də rəhbər tutaraq, Avropa İnsan Hüquqları Məhkəməsinin konkret işlər üzrə qəbul edilmiş qərarlarına da istinad edir. Belə ki, “Ramishvili və Kokhreidze Gürcüstana qarşı (2009)” iş üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflər (o cümlədən zərərçəkmişlər) işi effektiv şəkildə izləyə bilmələri üçün iş materiallarına kifayət qədər çıxış əldə etməlidirlər. Məhkəmənin gəldiyi nəticəyə əsasən istintaqın qanuniliyini qiymətləndirmək üçün əhəmiyyətli materialların verilməməsi ədalət prinsiplərini pozur. “Giuliani və Gaggio İtaliyaya qarşı (2011, Böyük Palata)” iş üzrə Avropa Məhkəməsi zərərçəkmiş tərəfin istintaq materialları ilə tanış olmaq hüququnu təsdiqləmiş və belə nəticəyə gəlmişdir ki, istintaqın gedişinə dair vacib materialların açıqlanmaması Konvensiyanın 2 və 13-cü maddələrinin pozuntusuna səbəb olmuşdur. “Kelly və digərləri Birləşmiş Krallığa qarşı (2001)” iş üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, istintaqın keyfiyyətini qiymətləndirmək və çatışmazlıqlardan şikayət etmək üçün zərərçəkmiş tərəfə müəyyən materiallara çıxış verilməlidir. “Tanrıkulu Türkiyəyə qarşı (1999, Böyük Palata)” iş üzrə Avropa Məhkəməsi zərərçəkmiş ailənin işin vacib materialları ilə tanış ola bilməməsini pozuntu kimi qiymətləndirmiş və belə nəticəyə gəlmişdir ki, materiallara çıxış olmadan istintaqdan şikayət vermək effektiv ola bilməz. “Baysayeva Rusiyaya qarşı (2011)” Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçiyə işin materiallarının verilməməsi onun istintaqda effektiv iştirakına mane olmuşdur. “El-X5rşı (2012, Böyük Palata)” iş üzrə Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçiyə istintaqdan şikayət etmək üçün lazımı materiallara real çıxış verilməlidir. Bütün şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli, material şikayətin icraata qəbul edilib araşdırma aparılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 449-454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilsin. Material şikayətin icraata qəbul edilib araşdırma aparılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar