Məhkəmə qərarları › İş №6(3-6)-268/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-268/2026

19.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-268/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Emin Zöhrab oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs, Bakı şəhəri Nərimanov rayon Polis Idarəsinin baş müstəntiqi X2 hərəkətlərindən (hərəkətsizliyindən) məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli 6 (*-**)-**/**** saylı qərarından məhkəmə nəzarəti ilə apellyasiya qaydasında verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş iş materiallarından görünür ki, Şikayət verən şəxs, Bakı şəhəri Nərimanov rayon Polis Idarəsinin baş müstəntiqi X2 onun həbs edilən şəxs kimi müdafiə hüququnu pozduğu hərəkət və qərarlarının (hərəkətsizliyi ilə) qanunsuz hesab edilməsi haqqında məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Y.Babayev) ## ##### 2026-cı il tarixli qərarından görünür ki, Şikayət verən şəxs şikayət ərizəsi baxılmadan geri qaytarılmış və ona sübutların mötəbərliyi və mümkünlüyü ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə qarşısında vəsatətlər qaldırmaq hüququnun olması izah edilmişdir. Qərardan, Şikayət verən şəxs, apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq, prosessual hüquq norması pozuntusu ilə qəbul edildiyindən qanunsuzdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından görünür ki, Şikayət verən şəxs vəsatəti ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından apellyasiya qaydasında şikayətin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmə iclasında, məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs, şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti təqdim olunmuş iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətə münasibətdə qərar qəbul edərkən, daxil olmuş şikayətin məzmununa uyğun olaraq, qanunun tələbinə istinad edərək gəldiyi nəticəni əsaslandırmışdır. Həmin nəticə qanunun tələbinə və daxil olmuş şikayətin məzmununa uyğun olduğu üçün məhkəmə kollegiyası onunla razılaşır və qeyd edir ki, verilmiş şikayət, mübahisələndirilən qərarın qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Məhkəmə nəzarəti qaydasında toplanmış sənədlərdən görünür ki, Şikayət verən şəxs, hazır ki, iş üzrə mübahisələndirdiyi eyni məsələ haqqında əvvəllər məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə, şikayət təmin edilməmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından, Şikayət verən şəxs apellyasiya qaydasında verdiyi şikayət, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təmin edilməmişdir Habelə, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında oxşar məsələ haqqında verdiyi şikayət, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə, təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 442.1-ci maddəsinə əsasən, məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Həmin Məcəllənin 442.5-ci maddəsinə əsasən, məhkəmə nəzarəti sahəsinə aid olan məsələlər, habelə onların həyata keçirilməsi qaydası bu Məcəllənin 443-454-cü maddələri ilə müəyyən edilir. Məhkəmə kollegiyası, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətlə müqayisədə, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas görmür. Azərbaycan Respublikası CPM-nin 454-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 453.6.1-ci maddəsinə əsasən, qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması üzrə məhkəmə iclasının yekununda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlaması barədə qərar qəbul edir. Odur ki, şikayət təmin olunmamalı və Şikayət verən şəxs, Bakı şəhəri Nərimanov rayon Polis Idarəsinin baş müstəntiqi X2 hərəkətlərindən (hərəkətsizliyindən) məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılması haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 449, 453 və 454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Şikayət təmin olunmasın. Şikayət verən şəxs, Bakı şəhəri Nərimanov rayon Polis Idarəsinin baş müstəntiqi X2 hərəkətlərindən (hərəkətsizliyindən) məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılması haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar