Məhkəmə qərarları › İş №6(3-6)-347/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-347/2026

19.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-347/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, X7 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi X10 iştirakı ilə, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs müdafiəçisi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi Bakı şəhəri Xətai RPI-nin NMB-nin əməliyyat müvəkkili Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən ## ####### 2024cü il tarixdə qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin, Şikayət verən şəxs üzərində aparılmış şəxsi axtarışın qanunsuz hesab edilməsi, məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarından Müdafiəçi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Təqdim olunmuş materiallardan görünür ki, Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi Xətai RPI-nin NMB-nin əməliyyat müvəkkili Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən ## ####### 2024-cü il tarixdə qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin, Şikayət verən şəxs üzərində aparılmış şəxsi axtarışın qanunsuz hesab edilməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Z.A.Ramazanov) ## #### 2026-cı il tarixli qərarından görünür ki, Müdafiəçi şikayəti təmin edilməmiş, Xətai RPI-nin NMB-nin əməliyyat müvəkkili Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən ## ####### 2024cü il tarixdə qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar və onun icrası ilə əlaqədar edilmiş hərəkətlər qanuni hesab edilmişdir. Qərardan Müdafiəçi apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, Xətai RPI-nin NMB-nin əməliyyat müvəkkili Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən ## ####### 2024-cü il tarixdə qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarın qanunsuz hesab edilməsini, Şikayət verən şəxs üzərində aparılmış şəxsi axtarışın qanunsuz hesab edilməsi, polis əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materialların aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, həmin qərar qanunsuz, əsassız və işin faktiki halları tam araşdırılmadan qəbul edilmişdir. Belə ki, iş materiallarından görünür ki, Xətai RPInin NMB-nin əməliyyat müvəkkili Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən ## ####### 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın qəbul edilməsindən sonra müdafiə etdiyi şəxslər üzərində müşahidə və izləmə tədbirləri həyata keçirilmişdir. Iş materiallarında qərarın guya məhkəməyə göndərilməsi barədə məlumat olsa da, tərəfindən Xətai Rayon Məhkəməsinə ünvanlanmış vəkil sorğusuna verilmiş rəsmi cavabdan həmin qərarın məhkəməyə daxil olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi bu mühüm halı lazımi qaydada araşdırmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, məhkəmə nəzarəti tələb edən əməliyyat-axtarış tədbirləri barədə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə əsaslandırılmış qərar təqdim edilməlidir. Bu tələbin yerinə yetirilməməsi əməliyyat tədbirinin qanuniliyini ciddi şübhə altına alır. Həmçinin müdafiə etdiyi şəxs Şikayət verən şəxs əməliyyat tədbiri zamanı hüquqlarının pozulduğunu, ona qarşı fiziki təsir göstərildiyini və üzərində qanunsuz şəxsi axtarış aparıldığını bildirmişdir. Birinci instansiya məhkəməsi bu iddiaların araşdırılması üçün zəruri tədbirlər görməmiş, hadisənin bütün hallarını tam və obyektiv qiymətləndirməmişdir. Məhkəmə iclasında məhkəmə nəzarəti qaydasında şikayət vermiş Müdafiəçi şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şikayət verən şəxs barəsində artıq birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyası, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş, lakin məhkəmə iclasına gəlməmiş Bakı şəhəri Xətai RPI-nin NMB-nin əməliyyat müvəkkili Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası verilmiş şikayəti təqdim olunmuş materiallarla əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməli və şikayət geri qaytarılmalıdır. Belə ki, ## ####### 2024-cü il tarixli Xətai RPI-nin NMB-nin baş əməliyyat müvəkkili Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən tərtib edilmiş raportdan görünür ki, ##.##.1987-ci ildə Gürcüstan Respublikasında doğulmuş, orta təhsilli, evli, əvəllər məhkum olunmuş, işləməyən, Ağstafa rayonu, Muğanlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri ünvanı bilmədiyi mənzildə kirayə yaşayan Ismayılov. Ruslan Mahir oğlu və ##.##.1984-cü ildə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, əvəllər məhkum olunmuş, Işləməyən, Ağstafa rayonu, Muğanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayə yaşayan Şikayət verən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbulu, üzərində daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Göstərilənlərə əsasən daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, X4 və Şikayət verən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verməyinizi xahiş edilmişdir. ## ####### 2024-cü il tarixli, № *-13-55/2370/2024 saylı əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün AR DIN Xətai RPI-nin 36-cı PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. ## ####### 2024-cü il tarixli əməliyyat qrupunun təşkil edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri Xətai RPI-nin NMB-nin baş əməliyyat müvəkkili, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-ci maddəsinin tələblərini rəhbər tutaraq NMB-nin əməliyyat müvəkkili, R X3 və NMB-nin əməliyyat müvəkkili, R X3 iştirakı ilə tərtib edilən həmin protokolu ondan ötrü ki, ##.##.1987-ci ildə Gürcüstan Respublikasında doğulmuş, orta təhsilli, evli, əvəllər məhkum olunmuş, işləməyən, Ağstafa rayonu, Muğanlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri ünvanı bilmədiyi mənzildə kirayə yaşayan X4 və ##.##.1984-cü ildə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, əvəllər məhkum olunmuş, işləməyən, Ağstafa rayonu, Muğanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayə yaşayan Şikayət verən şəxs qanunsuz olaraq narkotik vasitənin özündə saxlayaraq daşıması, istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması, cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirə salınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün yuxarıda göstərilən polis əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmuşdur. ## ####### 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq Şikayət verən şəxs və X4 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Şikayət verən şəxs və X4 tərəfindən onda saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilsin. olduğu yer müəyyən Şikayət verən şəxs və X4 edilsin, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsi aparılsın, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstü yoxlanılsın, polis orqanına gətirilsin, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi, əməliyyataxtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbir davam etdirilməsi, qərar müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. ##.##.2024-cü il tarixli, **/*-***** saylı məktubların surətindən görünür ki, ## ####### 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar Bakı şəhəri, Xətai rayon prokuroruna və Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. ## ####### 2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və üzərinə baxış keçirilməsinə dair protokoldan görünür ki, Şikayət verən şəxs və X4 aid olan boz rəngli sintetik torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Bundan əlavə Şikayət verən şəxs əynində olan qəhvəyi rəngli dəri gödəkçənin iç cibindən bir ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan "Redmi Not 12" markalı mobil telefon, bir ədəd içərisində şəxsiyyət vəsiqəsi və bakıkart olan pul kisəsi aşkar olunaraq götürülmüşdür. X4 isə əynində olan göy rənhli cins şalvarın sağ yan cibindən bir ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan "Nokia" markalı mobil telefon, bir ədəd içərisində şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Şikayət verən şəxs və X4 bildirdi ki, təqdim etdiyi marixuananı tanımadığı "X12" vətəndaşından aldığını bildirmişdir. Bundan sonra Şikayət verən şəxs və X4 təqdim etdikləri narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə "Amjn" markalı elektron tərəzidə çəkildi və çəkisinin 6 kloqram 380 qram olması müəyyən edildi, həmin kütlə qablaşdırılaraq, həmin qablaşdırmanın üzəri saxlanılan şəxs və tərəfimizdən imzalanaraq götürüldü. Üstünü yoxlama ünvan 4 1 ünvanın qarşısında keçirildi. Üstünü yoxlama “Iphone 12 Pro” markalı mobil telefon aparatı vasitəsi ilə Xətai RPI-nin NMB-nin əməliyyat müvəkkili, R X1 tərəfindən video çəkiliş aparılmışdır. ## ####### 2024-cü il tarixli Xətai RPI-nin NMB-nin baş əməliyyat müvəkkili Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən tərtib edilmiş raportdan görünür ki, Xətai RPI-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ##.##.1984-ci il Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş (AR CM 177-ci maddəsi), işləməyən, Abşeron rayonu Xırdalan qəsəbəsi Osman Sərvəlli küçəsi nömrəsiz evdə qeydiyyatla yaşayan Şikayət verən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib daşımasında şübhəli bilindiyi üçün, ## ####### 2024-cü il tarixdə, saat 22:36 dəqiqədə ünvan 2 * saylı ünvanda saxlanılaraq həmin ünvanda üzərindəki torbada narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar edilərək 1 ədəd göy rəngli sellofanda qablaşdırılmışdır. Daha sonra Şikayət verən şəxs Ari oğlu və onun yanında olan dostu ##.##.1987-ci il təvəllüdlü Ağstafa rayonunda doğulmuş Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmuş (AR CM 178-ci maddəsi Ağstafa rayonu Muğanlı kənd qeydiyytında olmaqla Abşeron rayonu Xırdalan qəsəbəsi X9 küçəsi nömrəsiz evdə yaşayan X4 RPI nin 35-cı PB-nə gətirilmişdir. Əməliyyataxtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunmuş və videoçəkilişlər DVD-yə qeyd olunmuşdur. Şikayət verən şəxs AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktına əsasən o, qanunsuz olaraq narkotik vasitələrin satışını təşkil etmək məqsədi ilə tanışı X4 və istintaqa məlum olmayan "Ilqar” adlı şəxslə bir qrup şəxs halında birləşərək aralarındakı razılığa əsasən sonuncunun *** *** ** ** mobil nömrəsindən onun istifadəsində olan 070-355-96-45 mobil nömrəyə "whasapp" ani mesajlaşma proqramı vasitəsi ilə göndərilən foto şəkillə məkana uyğun istintaqla müəyyən edilməyən şəxs tərəfindən ünvan 3 1 ünvanın yaxınlığında açıq yerə qoyulmuş külli miqdarda boz rəngli sintetik bağlamada təmiz çəkisi 2690 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və ümumi çəkisi 2725 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli 935 bitki hissəsini əldə etmək üçün "Ilqar" adlı şəxsin sifarişi ilə X2 idarə etdiyi "KIA" markalı "RIO" modelli ** UG *** dövlət qeydiyyat nişanlı taksi avtomobilində həmin ünvana gəlmiş, Ruslan Ismayılov avtomobildə gözlərkən o, yaxınlıqdakı əraziyə qoyulmuş külli miqdarda bir ədəd boz rəngli sintetik bağlamada təmiz çəkisi 2690 qram olan narkotik vasitə qurudulmuş marixuana ilə ümumi çəkisi 2725 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli 935 bitki hissəsini əldə edib üzərində daşımaqla saxlamış və Xətai RPI-nin NMB-nin əməkdaşları tərəfindən ## ####### 2024-cü il tarixdə saat 22:36-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xətai rayonu, Elvin Şükürlü küçəsi döngə 1 ünvanın yaxınlığında saxlanılıb videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı sağ əlində olan bir ədəd boz rəngli sintetik torbada üzəri şəffaf lentle yapışdırılmış polietilində satış məqsədilə külli miqdarda təmiz çəkisi 2690 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda ümumi çəkisi 2725 qram olan bitki hissəsi əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin quru vəziyyətdə 935 hissəsi, əynindəki gödəkçənin sol iç cibindən ***-***-**-** nömrəli "Redmi" markalı "Not 12" modelli mobil telefon aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Z.A.Ramazanov) ## #### 2026-cı il tarixli qərarından görünür ki, Xətai RPI-nin NMB-nin əməliyyat müvəkkili Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən ## ####### 2024-cü il tarixdə qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar və onun icrası ilə əlaqədar edilmiş hərəkətlər qanuni hesab edilmişdir. Qərarda müəyyən edilmişdir ki, qanuni keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində cinayət əməlini törətməsi ehtimal olunan şəxs yaxalanmış, narkotik vasit vaxtında aşkar edilərək götürülmüş, cinayət əməli ifşa olunmuş, daha sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaq yekunlaşdırılaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə cinayət prosessini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafıəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanın, cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutma və həbsdə saxlanılması; tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Göstərilənlərə əsasən, şikayət qismən təmin olunmalı, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli və Müdafiəçi Bakı şəhəri Xətai RPInin NMB-nin əməliyyat müvəkkili Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən ## ####### 2024-cü il tarixdə qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin, Şikayət verən şəxs üzərində aparılmış şəxsi axtarışın qanunsuz hesab edilməsindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməli və şikayət geri qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449 və 454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Müdafiəçi apellyasiya qaydasında verdiyi şikayət qismən təmin edilsin. Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Müdafiəçi Bakı şəhəri Xətai RPI-nin NMB-nin əməliyyat müvəkkili Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən ## ####### 2024-cü il tarixdə qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin, Şikayət verən şəxs üzərində aparılmış şəxsi axtarışın qanunsuz hesab edilməsindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilsin və şikayət geri qaytarılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar