Məhkəmə qərarları › İş №6(3-6)-351/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-351/2026

23.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan‑Respublikası‑adından Qərar Bakı‑şəhəri İş‑№‑6(3-6)-351/2026 23.06.2026 BAKI‑APELLYASIYA‑MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Ibrahimli Ibrahim Adil oğlu və‑Hüseynov‑Telman‑Qulaməli‑oğlundan‑ibarət‑tərkibdə,‑məhkəmə‑iclas‑katibi‑X4‑iştirakı‑ilə, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında şikayət verərək Azərbaycan Respublikası Baş Prokuroruluğunun Xidməti Araşdırmalar Idarəsinin ## ####### 2025-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın ləğv edilməsi barədə qərar‑qəbul‑edilməsini‑xahiş‑etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Ərizəçi ## ### 1987-ci ildə Rusiya Federasiyasının Arxangelsk şəhərində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Qazaxıstan Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətində proqramçı vəzifəsində işləyib. Turist kimi 2 aylıq dostu ilə ünvan 1 ünvanında müvəqqəti yaşayıb. 2025-ci ilin iyun ayının sonunda Rusiya ilə Azərbaycan Respublikasının münasibətləri hiss ediləcək qədər pisləşib. Rusiyada Azərbaycan əsilli və bəziləri Azərbaycan respublikasının vətəndaşı olan şəxslər kütləvi şəkildə həbs edilib. Onlara işgəncələr verilib və hətta işgəncədən ölən şəxslər də vardır. Azərbaycanın media orqanlarının məlumatına görə, iyunun 27-də səhər X9 Xidməti (FSB) Yekaterinburq şəhərində əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda və başqa yerlərdə əməliyyat keçirib. Mənzillərə basqın zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qətlə yetirildiyi, döyülmə nəticəsində səkkiz nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərovun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Buna cavab olaraq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları da Rusiya vətəndaşlarının kütləvi həbsinə start verib və hüquq mühafizə orqanlarının qarmağın və ya qara siyasısına Ərizəçi də düşüb. Halbuki, o heç bir cinayət törətməyib. ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixə keçən gecə Ərizəçinin dostu ilə yaşadığı evin sahibəsi onlara zəng edərək polisin onlarla görüşmək istədiyini deyib. Ərizəçi dostu ilə birlikdə ev sahibinin dediyi yerə gediblər. Polis onları bölməyə aparıb. Saatlarla bölmədə qalıblar və onlarla müxtəlif polislər danışıb, sorğu-sual ediblər. Lakin nə baş verdiyini anlatmayıblar. Hətta mobil telefonlarını da əllərindən alıb, parollarını deməyə məcbur ediblər. Onları məcbur ediblər ki, narkotik bükümü olduqlarını etiraf edən video çəkilişə razı olsunlar. Hətta deyiblər ki, onlara bir kiloqram narkotik maddə verəcəklər. Ərizəçi bildirir ki, onların bölmədə nəyəsə etiraz etmək kimi imkanı olmayıb. Ərizəçi bildirir ki, ona verilən tərcüməçi və vəkil onlara heç nə başa salmayıb və heç bir hərəkət etməyib. Ərizəçi bildirir ki, sonradan onları avtomobillə daha böyük idarəyə gətiriblər. Orada müxtəlif vəziyyətdə 8 nəfərin videosu çəkilib. Yerdə qaz yerişi formasında, başa aşağı formada, əlləri arxadan qandallı formada və s. Sonra həmin idarədə onları bir-bir otağa salıb döyüblər. Ərizəçi bildirir ki, tərcüməçi, dövlət hesabına təyin edilən vəkil və müstəntiq onun üzündəki qan izlərini, xəsarət izlərini gördü, amma heç bir tədbir görmədi. Ərizəçi bildirir ki, onu elə qanlı vəziyyətdə Səbail rayon məhkəməsinə gətiriblər və içəriyə jurnalist salıb Ərizəçi viə qeyrilərinin üzləri qanlı və xəsarətli şəkillərini çəkdiriblər. Səbail Rayon Məhkəməsi heç bir halı yoxlamadan Ərizəçi barəsində 4 ay həbs qtimkan tədbiri seçib. Səbail rayon Məhkəməsi həbs qərarını ərizəçiyə verməyib və onu Bakı istintaq Təcridxanasına da göndərməyib. Ərizəçi qeyd edir ki, hazırkı müdaxilə, Ərizəçinin həbsi heç bir hüquqi əsas olmadan siyasi məqsədlə həyata keçirilib. Ərizəçinin vəkili ## ###### 2025-ci ildə rəsmi olaraq qərarı alıb. Ərizəçinin vəkili Baş Prokurorluğa işgəncə verilmə faktının araşdırılması üçün müraciət edib. Lakin Baş Prokurorluq işgəncə faktının olmaması qənaətinə gəlib. Belə ki, qərarda qeyd edilib: Toplanmış materiallarla Şikayət verən şəxs Azərbaycan Respublikasının daxili işlər orqanlarının, o cümlədən hüquqmühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə, digər qanunsuz hərəkət və davranışlara məruz qalmaması müəyyən edilmişdir. Belə ki, Şikayət verən şəxs izahatında bildirmişdir ki, sonuncu ## #### 2025-ci il tarixdə Bakı şəhər Baş Polis idarəsinə dəvət olunmuş, orada xidməti otaqların birində polis əməkdaşları tərəfindən fiziki zor tətbiqinə məruz qalmışdır. Bakı şəhəri Yasamal rayon polis idarəsinin 26-cı polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, R X2 izahatında bildirmişdir ki, Şikayət verən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirilmiş və sonuncu saxlanılaraq Bakı şəhəri Baş polis idarəsinə gətirilmiş, şəxsi axtarış istintaq hərəkətinin aparılması zamanı üzərində narkotik vasitə aşkar edilərək götürülmüş, bununla da Şikayət verən şəxs # #### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilmişdir. Şikayət verən şəxs saxlanılarkən, polis idarəsinin inzibati binasına gətirilərkən və orada olarkən polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmamışdır. Həmçinin, Şikayət verən şəxs üzərində aşkar edilmiş “Xioami" markalı mobil telefon istintaqa thvil verilmişdir. Bakı şəhəri Yasamal rayon polis idarəsinin 26-cı polis şöbəsinin sahə inspektoru, R X3 və cinayət-axtarış üzrə əməliyyat müvəkkili, R X1 araşdırma zamanı digər polis əməkdaşı Orxan Əhmədov ilə eyni məzmunda izahatlar verərək Şikayət verən şəxs daxili işlər orqanlarının şməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmadıqlarını bir daha təsdiq etmişdirlər. Məhkəma-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsin Sabunçu rayon şöbəsinin ## ###### 2025-ci il tarixli, **/*S saylı rəyindən görünür ki, Şikayət verən şəxs Bakı istintaq təcridxanasında müayinəsi zamanı (# #### 2025-ci il tarixdə) bədənində xəsarət aşkar olunmamışdır. Materiala olavə edilmiş Rusiya Federasiyasının RUS 77 1760564 seriya nömrəli xarici pasportunun surətindən görünür ki, Şikayət verən şəxs həmin ölkənin vətəndaşıdır, adı və soyadı Valery Dulov olaraq qeyd olunmuşdur. Bununla da, araşdırma nəticəsində Şikayət verən şəxs Azərbaycan Respublikasının daxili işlər orqanlarının, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə, digər qanunsuz hərəkət və davranışlara məruz qalmaması müəyyən edilmişdir. Beləliklə, toplanmış materiallarla,yəni Şikayət verən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilməlidir. qərara aldım: Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Xidməti araşdırmalar idarəsində toplanmış ***-C-** nömrəli material üzrə cinayət işinin başlanılması rədd olunsun və bu barədə maraqlı tərəflərə məlumat verilsin. 2. Qərarın surəti Şikayət verən şəxs göndərilməklə qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və yaxud məhkəmə nəzarəti funksiyasını həyata keçirən Bakı şəhəri Səbail rayon məhkəməsinə şikayət etmək hüququ izah olunsun. Hesab edir ki, Baş Prokurorluğun qərarı tamamilə qanunsuz və əsassız olub. Qərardan da görünür ki, prokurorluq heç bir araşdırma aparmayıb. Sadəcə polis əməkdaşlarını dindirməklə kifayətlənib. Mediada yayılan fotoşəkillərə və videoçəkilişlərə qiymət verməyib. 26-cı Polis Bölməsinin, Səbail RPI-nin kamera görüntülərini tələb edib araşdırmayıb. Ərizəçi ilə həbs edilən digər Rusiya Federasiyasının vətəndaşlarını dindirməyib.‑Səbail‑rayon‑məhkəməsinin‑kamera‑görüntüləri‑və‑məhkəmə‑prosesinin‑audiovideo yazısı araşdırılmayıb. Səbail rayon məhkəməsində Ərizəçini görən şəxslər (hakim, katib, polis) dindirilməyib. Baş Prokurorluq Ərizəçiyə dövlət hesabına təyin edilən vəkil və tərcüməçini dindirməyib. Ərizəçinin saxlanılması zamanı onun yaşadığı evin sahibini şahid kimi dindirməyib. Ərizəçinin mobil telefon və komputerinin götürülməsi faktını araşdırmayıb. Baş Prokurorluq Ərizəçinin müdafiə hüququnun pozuntusu faktını araşdırmadı. Baş Prokurorluq Ərizəçi ilə eyni vaxtda tutulan dostu Aleksey Vasilçenkonu dindirməyib. Baş Prokurorluq Bakı X13 şəxsi işini, foto şəkillərini almayıb və kamera görüntülərini tələb etməyib. Ərizəçinin Səbail rayon məhkəməsində dəmir barmaqlığa salınması faktını araşdırmayıb. Ərizəçi bildirir ki, o, Rusiya Federasiyasının vətəndaşı olduğu üçün milli ayrı-seçkiliyə məruz qalıb. Rusiya Federasiyasında baş vermiş hadisələrə görə ondan qisas alınıb və o, döyülüb. Saxta cinayət işində ittiham edilib və tamamilə müdafiəsiz və tərcüməsiz qalıb. Ailəsinə məlumat verməyə imkan verilməyib. Müstəntiqin vəzifə borcu hərtərəfli, obyektiv araşdırma aparmaq idi. Lakin o, yalnız əməliyyatçıları dindirməklə kifayətlənib. Əlbəttə ki, polis heç kimi döymədiyini deyəcəkdi. Müstəntiq yalnız ekspertiza qərarına əsaslandı. Halbuki, Hüquq-mühafizə orqanları əməkdaşlarının davranış məcəlləsindən (BMT Baş Assambleyasının ## ###### 1979-cu il tarixli **/*** saylı qətnaməsi ilə qəbul edilib) müvafiq çıxarışlarda deyilir: Maddə 3 “Hüquq-mühafizə orqanlarının əməkdaşları yalnız ciddi zərurət olduqda və vəzifələrinin icrası üçün tələb olunan dərəcədə güc tətbiq edə bilərlər. Maddə 5 5 "Hüquq-mühafizə orqanlarının heç bir əməkdaşı hər hansı işgəncə aktını, yaxud digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı törədə, buna təhrik edə və ya dözümlü yanaşa bilməz, həmçinin hüquq-mühafizə orqanlarının heç bir əməkdaşı rəisin əmrlərini, yaxud müharibə vəziyyəti, müharibə təhlükəsi və ya milli təhlükəsizliyə təhdid, daxili siyasi qeyrisabitlik və ya hər hansı digər fövqəladə ictimai hadisə kimi müstəsna halları işgəncəyə, yaxud digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya haqq qazandıran səbəb kimi göstərə bilməz”. Beləliklə, bu müdafiə hətta iş məhkəməyə göndərilməzdən əvvəl vacib ola bilər, belə ki, bu mərhələdə 6-cı Maddənin müddəalarına riayət edilməməsi nəticəsində ədalətli məhkəmə araşdırması əsaslı surətdə pozula bilər. Azərbaycanda polis sistemində geniş işgəncələr tətbiq edilir və hətta bu işgəncələrdən ölənlər də olur. Lakin Hökümət qurumları, o cümlədən Ombudsman aparatı daim bu işgəncələri gizlətməyə çalışır. Işgəncə faktları artmasına və hətta işgəncədən ölənlərin sayının çoxalmasına baxmayaraq işgəncə verməsinə görə heç bir polis əməkdaşı məsuliyyətə cəlb edilməyib. Hətta işgəncə faktları Avropa Məhkəməsində tanınmış şəxslərlə bağlı belə Azərbaycan Höküməti işgəncə hallarını araşdırmayıb və işgəncə verən şəxsləri müəyyən edib məsuliyyətə cəlb etməyib. (N *****/04, Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı, 2007, N *****/07, Layıcov Azərbaycana qarşı, 2014). Hökümət polis orqanlarında işgəncəni birmənalı olaraq həmişə təkzib edib, polisdə belə halın olmadığını bildirib. Avropa Məhkəməsi dəfələrlə bildirib ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və * saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır. Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyriinsani” hesab etmişdir. Rəftar zərər çəkmiş şexsə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, Məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Məhkəmə təkrar edir ki, "polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi‑dövlətin‑üzərinə‑düşür‑və‑dövlət‑bunu‑edə‑bilmədikdə‑Konvensiyanın‑3-cü‑maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: "Tomasi Fransaya qarşı" (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan" sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: "Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-VII)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: "MakKer Birləşmiş Krallığa qarşı" (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş "Avşar" işi, 283-284-cü bəndlər və "Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). Qeyd edək ki, işgəncə, insan ləayəqitini alçaldan rəftar və qeyri insani rəftarın təcili, dərhal və səmərəli araşdırılması təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə bu hallar hüquq mühafizə orqanlarında və polsidə baş veribsə hökümət bunu dərhal yəni, ölüm cinayətlərini isti izlərlə araşdırmaq xarakterinə malik ciddilik və tezliklə araşdırmaq vəzifəsini daşıyır. Təbiidir ki, hüquq mühafizə oraqnlarının və polisin nəzarətində olan şəxslərin işgəncəyə, insan ləyaqətini alçaldan və qeyri insani rəftara məruz qalan şəxslər barədə ciddi, ədalətli və obyektiv araşdırma aparılması xüsusi əhəmiyyət daşıyır. Bu hüquq mühafizə orqanında və xüsusilə polisdə işgəncələrin, qeyri-insani və insan ləyaqətini alçaldan rəftarın gələcəkdə baş verməsinin qarşısını almış olardı. 54. Qəsdən pis rəftara yol verildiyi hallarda 3-cü maddənin pozuntusu nəticəsində pozulmuş hüquqların bərpası yalnız zərərçəkmişə kompensasiya verilməsi yolu ilə həyata keçirilə bilməz və adekvat kompensasiya verilməsi ilə yanaşı səmərəli istintaqın aparılması da təmin olunmalıdır (bax: "Qafgen Almaniyaya qarşı” (Gäfgen v. Germany [GC], no. 22978/05, § 119, ECHR 2010)). 55. Layıcov Azərbaycana qarşı işdə Məhkəmə bildirib ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan "yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmyş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır (bax: yuxarıda qeyd edilmiş "Assenov və Digərləri”" işi, 102-ci bənd və “Labita Italiyaya qarşı" (Labita v. Italy [GC], no. 26772/95, § 131, ECHR 2000-IV)). Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir (bax: "Boisenko Moldovaya qarşı" (Boicenco v. Moldova, no. 41088/05, § 121, 11 July 2006); “Kolevi Bolqarıstana qarşı” (Kolevi v. Bulgaria, no. 1108/02, § 193, 5 November 2009) və "X6rşı" (X10 v. Ukraine, no. 1727/04, § 66, 24 June 2010)). Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim ne baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: "Tanrıkulu Türkiyəyə qarşı" (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-IV,‑§‑104‑et‑seq.)‑və‑"Gül‑Türkiyəyə‑qarşı"‑(Gül‑v.‑Turkey,‑no. 22676/93, § 89, 14 December 2000)). Araşdırmanın xəsarətin səbəblərini və ya məsuliyyət daşıyacaq şəxslərin şəxsiyyətini müəyyənləşdirməyə imkan verməyən hər hansı çatışmazlığı onun bu standarta cavab verməməsi riskini yaradır (bax: "Batı və Digərləri Türkiyəyə qarşı” (Batı and Others v. Turkey, nos.33097/96 and 57834/00, § 134, ECHR 2004-IV)). KONVENSIYANIN 18-CI MADDƏSININ POZUNTUSU. Ərizəçi bildirir ki, onun işgəncəyə məruz qalması, onun müdafiəsiz qalması məhz onun RF vətəndaşı olması, RF-da azərbaycanlılaraq qarşı baş verən hadisələrə ondan qisas alınması idi. 26. Merabişvili Gürcüstana qarşı” işində (№ *****/**) Böyük Palata müəyyən etmişdir ki, Məhkəmənin 18-ci maddənin pozuntusunu müəyyən etməsi üçün, Konvensiyada təminat verilən hüquq və azadlıqların məhdudlaşdırılması və ya təmin olunmamasının əsas məqsədi hakimiyyətin pis niyyəti olmalıdır (303-306-cı bəndlər). Məhkəmə həm də aydınlaşdırdı ki, gizli bir məqsədin olub-olmadığı və onun əsas məqsəd olub-olmadığını müəyyən etmək üçün sübutetmə standartı Məhkəmə tərəfindən tətbiq olunan adi standart olmalıdır və “Məhkəmənin özünü Konvensiyanın 18-ci maddəsi üzrə şikayətlərlə bağlı olaraq birbaşa sübutetmə ilə məhdudlaşdırması və ya xüsusi sübutetmə standartı tətbiq etməsi” üçün əsas yoxdur. Ərizəçi bildirir ki, bu işdə aşağıda göstərilən səbəblərdən üstünlük təşkil edən məqsəd meyarına cavab verilir və bunu əsaslandırmaq üçün həm bu iş üzrə, həm də Azərbaycanda daha geniş siyasi kontekst üzrə yetərli sübutlar var. Konvensiyanın 18-ci Maddəsinin obyekti və məqsədi hakimiyyət səlahiyyətindən sui istifadənin qadağan olunmasıdır (Merabişvili Gürcüstana qarşı [BP], 303 və 306-cı bəndlər). Bu maddə "hakimiyyət səlahiyyətinin hüquqa zidd tətbiqi barəsindəki nəzəriyyənin tətbiqini" özündə əks etdirir (CDH (75) 11, səh. 8). O, Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqların dövlət tərəfindən "öz ərazisində bu azadlıqların həyata keçirilməsini təşkil etmək və ya qanununun qorunmasını təmin etmək adı altında təqdim edilən, amma mənfi nəticələrə səbəb olan kiçik tədbirlər vasitəsilə" məhdudlaşdırılmasına qarşı müdafiəni təmin edir (eyni mənbə, səh. 6). Məhkəmə 18-ci Maddə əsasında irəli sürülən iddianı nəzərdən keçirərkən aşağıdakıları müəyyən etməlidir: ərizəçinin hüququna və ya azadlığına məhdudiyyət gizli məqsədlə tətbiq edilibmi; məhdudiyyət həm Konvensiyada nəzərdə tutulmuş məqsədi, həm də gizli məqsədi güdürmü, yəni qarışıq məqsədlər mövcuddurmu; hansı məqsəd üstünlük təşkil edir (Merabişvili Gürcüstana qarşı [BP], 309-cu bənd). Konvensiyada nəzərdə tutulmuş hüququn məhdudlaşdırılması davamlı hal alarsa, Məhkəmə məhdudiyyətin davam etdiyi bütün müddət ərzində onun hansı məqsədi (məqsədləri) daşıdığını qiymətləndirir. O, konkret olaraq bu məsələni aydınlaşdırır ki, barəsində şikayət edilən məhdudiyyətin tətbiq edildiyi dövrün müəyyən bir məqamında gizli məqsəd Konvensiyada nəzərdə tutulmuş məqsədi aradan qaldırıbmı və ya həmin məqsədə nisbətən üstünlük təşkil edibmi? (Merabişvili Gürcüstana qarşı [BP], 308 və 351-ci bəndlər). Aşağıdakı işlərdə gizli məqsədin, yəni ərizəçiləri sosial, siyasi və/və ya insan hüquqları sahəsində fəaliyyətlərinə görə susdurmaq və ya cəzalandırmaq məqsədinin sübutu 5-ci Maddənin 1(c) bəndinin mənası baxımından "əsaslı şübhənin" mövcud olmamasından və işə aidiyyəti olan konkret faktlardan və bağlamsal amillərdən irəli gəlirdi. Ilqar Məmmədov Azərbaycana qarşı məhkəmə işində bu işə aidiyyəti olan konkret faktlara ərizəçinin bloqunda yerləşdirdiyi yazılarla dövlət orqanlarının həmin yazıları pisləyən bəyanatı, ittihamların irəli sürülməsi və həbs tədbiri arasında xronoloji baxımdan yaxın əlaqə daxil idi (141- 143-cü bəndlər). 32. Rəsul Cəfərov Azərbaycana qarşı (156-162-cı bəndlər) və Məmmədli Azərbaycana qarşı (98-104- cü bəndlər) məhkəmə işlərində müvafiq amillərə Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin və maliyyələşdirilməsinin tənzimlənməsinin getdikcə sərtləşləşməsi, yüksək vəzifəli məmurların və hökümətyonlü medianın ərizəçi kimi fəalların xarici agentlər və xainlər olduğu barədə iddiaları və eyni dövrdə digər belə fəalların həbsə alınması və barələrində cinayət təqibi həyata keçirilməsi aid idi. 33. Bundan əlavə, Məmmədli Azərbaycana qarşı məhkəmə işində Məhkəmə cinayət işinin başlanmasının müddətinə, yəni ərizəçinin QHT-si tərəfindən prezident seçkilərini tənqid eden hesabatın dərcindən yalnız bir neçə gün sonraya mühüm əhəmiyyət verdi. O, həmçinin o faktı nəzərə aldı ki, ərizəçiyə qarşı irəli sürülən ittihamlar 2013-cü ilin prezident seçkilərinin monitorinqinin maliyyələşdirilməsi məqsədilə ayrılan qrantlara aid idi (102-ci bənd). Rəşad Həsənov və Başqaları Azərbaycana qarşı* məhkəmə işində Məhkəmə həmçinin ərizəçilərə‑qarşı‑cinayət‑təqibinin‑başlanmasının‑müddətinə,‑yəni‑hökumətə‑qarşı‑onların‑QHTlərinin - NIDA-nın təşkil etdiyi və həyata keçirdiyi bir sıra nümayişlərdən qısa müddət sonraya mühüm əhəmiyyət verdi. Bununla əlaqədar, Məhkəmə onların işinə göstərilən xüsusi yanaşmanı, yəni istintaqın polis tərəfindən deyil, Milli Təhlükəsizlik Nazirliyinin iştirakı ilə Baş Prokurorluğun Ağır Cinayətlərə dair Işlər üzrə Istintaq Idarəsi tərəfindən aparıldığını nəzərə aldı. Molotov kokteyllərini əldə etdikləri müəyyən edilən bir sıra NIDA üzvlərinin həbsindən sonra bu hakimiyyət orqanlarının birgə mətbuat bəyanatından aydın oldu ki, onlar əvvəldən NIDA-nı hədəfə almışdılar və həbsləri QHT-nin fəaliyyətləri ilə əlaqələndirirdilər. Xüsusilə də, bu bəyanatda, hər hansı səbəb və ya sübut olmadan, NIDA "destruktiv qüvvə” kimi təsvir olunmuşdu və onun fəaliyyəti qeyri-qanuni kimi xarakterizə olunmuşdu, cəmi bir neçə gün öncə ərizəçilər - onun Idarə Heyətinin 4 üzvü həbs olunmuşdu. Onlara qarşı “əsaslı şübhənin” olmaması vƏ vətəndaş cəmiyyətinin sıxışdırılması və digər fəalların həmin dövrdə həbsləri kontekstində, Məhkəmə onların həbsinin iddia edilən gizli məqsədi daşıdığına dair nəticəyə gəlmək üçün kifayət qədər əsaslar müəyyən etdi (122-125-ci bəndlər). Qeyd etmək lazımdır ki, Məmmədli Azərbaycana qarşı (103-cü bənd) və Rəşad Həsənov və Başqaları Azərbaycana qarşı* (124-cü bənd) məhkəmə işlərində ərizəçilərin vətəndaş cəmiyyəti fəalları kimi statuslarını və yuxarıda qeyd edilən digər müvafiq bağlamsal amilləri nəzərə alaraq, Məhkəmə Hökumətin o arqumentinin rədd etdi ki, onların cinayət təqibi siyasi motivli ola bilməzdi, çünki onlar müxalifət rəhbərləri və ya dövlət məmurları deyildilər. Ərizəçi bildirir ki, onun şikayətinin araşdırılmaması, tutularkən işgəncə verilməsində məqsəd ondan qisas alınması idi. RF-da baş verən hadisələrə görə Azərbaycanda olan RF vətəndaşı kimi onu cəzalandırmaq idi. Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin # ###### 2025-ci il tarixli qərarının ləğv olunması və yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun‑Xidməti‑araşdırmalar‑idarəsin‑göndərilməsi‑məhkəmədən‑xahiş‑edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi verdiyi şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Baş Prokuroruluğunun Xidməti Araşdırmalar Idarəsinin ## ####### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi‑barədə”‑qərarı‑qanuni‑hesab‑edilmişdir.‑ Məhkəmənin həmin qərarından Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin ## ####### 2025-ci‑il‑tarixli‑qərarının‑ləğv‑olunması‑barədə‑qərar‑qəbul‑edilməsini‑xahiş‑etmişdir. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şikayətçi və müdafiəçisi, prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxslərin iştirakı olmadan baxılması‑mümkün‑hesab‑edilmişdir. Həmçinin Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun və şikayətçinin iştirakları olmadan keçirilməsini və şikayətinin təmin olunmasını‑xahiş‑etmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli‑qərarı‑dəyişdirilmədən‑saxlanılmalıdır.‑ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.1‑ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində‑iştirak‑edən‑digər‑şəxslər‑tərəfindən‑şikayət‑verilə‑bilər. Həmin Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarəti funksiyasını‑həyata‑keçirən‑məhkəməyə‑verilir. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll‑edilməsi‑üçün‑əhəmiyyət‑kəsb‑edən‑digər‑hallar‑yalnız‑sübutlar‑vasitəsilə‑müəyyən‑edilir. Həmin Məcəllənin 139.0.1 və 139.0.3-cü maddələrinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətlərinin mövcudluğu‑cinayət‑təqibi‑üzrə‑icraat‑zamanı‑yalnız‑sübutlara‑əsasən‑müəyyən‑edilir. Həmin Məcəllənin 146.1-cı maddəsində müəyyən edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və‑yekun‑nəticəyə‑gəlməyə‑imkan‑versin. Həmin Məcəllənin 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən‑prokurora,‑yuxarı‑prokurora,‑yaxud‑məhkəməyə‑şikayət‑verilə‑bilər. Həmin Məcəllənin 212.4.2-ci maddəsinə əsasən məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verilmiş şikayət üzrə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən‑saxlayır. Həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya‑prosessual‑rəhbərliyi‑həyata‑keçirən‑prokurorun. Həmin Məcəllənin 449.2.3-cü maddəsinə görə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən məhkəmə nəzarəti‑qaydasında‑şikayət‑vermək‑hüququ‑vardır. Həmin Məcəllənin 449.2-ci maddəsinin tam mətnindən göründüyü kimi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi (maddə 449.2.1); zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (maddə 449.2.2); qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər (maddə‑449.2.3). Həmin Məcəllənin 449.3.5-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər‑məhkəməyə‑şikayət‑vermək‑hüququna‑malikdirlər. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokuroruluğunun Xidməti Araşdırmalar Idarəsinin ## ####### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən aparılmış araşdırma zamanı Şikayət verən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılması‑rədd‑edilmişdir.‑ Işdə olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyinə əsasən Şikayət‑verən‑şəxs‑bədənində‑xəsarət‑aşkar‑olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, hazırki işdə şikayətin əsasını Azərbaycan Respublikası Baş Prokuroruluğunun Xidməti Araşdırmalar Idarəsinin ## ####### 2025-ci il tarixli "cinayət işinin başlanmasının‑rədd‑edilməsi‑barədə”‑qərarın‑ləğv‑edilməsi‑təşkil‑edir.‑ Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq hesab etmişdir ki, Azərbaycan Respublikası Baş Prokuroruluğunun Xidməti Araşdırmalar Idarəsi tərəfindən düzgün olaraq Şikayət verən şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Belə ki, təhqiqat orqanı düzgün olaraq izahatlara və məhkəmə tibb ekspertizasının ## ###### 2025-ci il tarixli, 53/TS rəyinə mötəbər sübut kimi istinad edərək Şikayət verən şəxs bədən səthində gözlə görünən hər hansı bir xəsarət və onun izi aşkar edilmədiyindən toplanmış material‑üzrə‑cinayət‑işi‑başlanmasını‑rədd‑etməkdə‑haqlı‑olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və istintaq orqanının qənaəti ilə razılaşaraq qeyd edir ki, məhkəmə və istintaq orqanı tərəfindən işin halları tam və hərtərəfli araşdırılmış,‑iş‑üçün‑mühüm‑əhəmiyyət‑kəsb‑edən‑hallara‑düzgün‑hüquqi‑qiymət‑verilmişdir.‑ Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan sənədləri birinci instansiya məhkəməsi ətraflı araşdıraraq, istintaq orqanının‑qərarının‑qanuniliyini‑yoxlayarkən‑düzgün,‑əsaslı‑və‑qanuni‑nəticəyə‑gəlmişdir.‑ Ona görə də, məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən‑saxlanılmalıdır.‑‑ Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual‑Məcəlləsinin‑449-451, 452-454-cü‑maddələrini‑rəhbər‑tutaraq, Q Ə R A R A A L D İ: Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Baş Prokuroruluğunun Xidməti Araşdırmalar Idarəsinin ## ####### 2025-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı‑il‑tarixli‑qərarı‑şikayətə‑münasibətdə‑dəyişdirilmədən‑saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest‑verilə‑bilməz. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Telman Hüseynov Ibrahim Ibrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar