Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-380/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Murad Akif oğlu və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Şikayətçi İsmayılov Ağasəf İslam oğlunun müdafiəçisi Nümayəndə iştirakı ilə, İsmayılov Ağasəf İslam oğlunun müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsinə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin hərəkətlərinin qanuni hesab edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından şikayətçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən e t d i: Cinayət barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna edilmiş ərizənin qəbulundan və Cinayət-Prosessual Məcəlləsinin 207-ci maddəsi qaydasında baxılmasından imtina edilməsinə dair hərəkətsizliyin qanunsuz hesab edilməsinə dair İsmayılov Ağasəf İslam oğlunun vəkili Nümayəndə tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət ## #### 2026-cı il tarixdə Səbail Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə nəzarəti qaydasında şikayət onunla əsaslandırılmışdır ki, 2011-ci ildən sərnişin daşıma fəaliyyəti göstərmiş "xxxx" MMC-nin (VÖEN **********) təsisçisidir. ## ###### 2021-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi tərəfindən şirkətin əmlaklarının sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsi faktı əsasında Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işi üzrə "xxxx" MMC-nin direktor müavini X1 25 dekbar 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Daha sonra əməl Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinə tövsüf edilərək, Sabunçu Rayon Prokurorluğuna göndərilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışam. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi R Orxan Səmədov və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi R Fuad Babayevin qərarları məhkəmələr tərəfindən dəfələrlə ləğv edilmiş, hərəkətsizlikləri qanunsuz sayılmışdır. Sabunçu rayon prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin qərarlarının ləğvi ilə bağlı məhkəmələrin qərarlarına baxmayaraq, yenə də istintaq orqanları məhkəmə qərarlarını nəzərə almadan hərəkətsizlik göstərirlər. Dörd ildən çoxdur ki, şirkətin avtobuslarının və pullarının mənimsənilməsi faktı üzrə cinayət işi başlansa da təqsirkar şəxslər məsuliyyətdən kənar qalmışdır. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi R Orxan Səmədov və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi R Fuad Babayev qüvvədə olan məhkəmə qərarının olmasına baxmayaraq, qərarların icrası ilə bağlı ümumiyyətlə heç bir tədbir görmürlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının yuxarıda qeyd olunan qərarlarını icra etməməklə, vəzifəli şəxslər ədalət mühakiməsinin nüfuzuna xələl gətirirlər. Dövlətin adından çıxarılmış məhkəmə qərarları bütün şəxslər tərəfindən icra olunmalı və icra edilməməsi məsuliyyətə səbəb olduğu halda, polis və prokurorluq orqanlarının vəzifəli şəxsləri qərəzli olaraq məhkəmə qərarlarını icra etmirlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli, 6(008)- **/**** saylı qərarı ilə Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Tural Mürsəlovun “zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi haqqında" ## #### 2022- ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə yenidən araşdırma aparılması üçün iş materialları Sabunçu rayon prokurorluğuna göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə zərərçəkmiş şəxs İsmayılov Ağasəf İslam oğlunun tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi X2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs İsmayılov Ağasəf İslam oğlunun şahidlər X3, X6, X1, X4 ilə üzləşdirmə istintaq hərəkətinin aparılmamasından ibarət hərəkətsizliyi qanunsuz hesab edilmiş, qərarın icrasına nəzarət ibtidai araşdırmaya prosessual rəhtbərliyi həyata keçirən prokurora tapşırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 20 iyul2023-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun müstəntiqi Tural Mürsəlovun «cinayət işi üzrə icraatın dayandırılması» haqqında ## #### 2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilmiş. İsmayılov Ağasəf İslam oğlunun şikayətində göstərdiyi və hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 6(008)- */**** saylı qərarı və ## ###### 2024-cü il tarixli, *(***)-*/**** saylı düzəliş qərarı ilə Sabunçu rayon prokurorluğunun müstəntiqi Tural Mürsəlovun X1 barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə ## ###### 2022-ci il tarixli qərar ləğv edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 6(008)- **/**** saylı qərarı ilə Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş "zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi" ## ###### 2023-cü il tarixli qərar ləğv edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2024cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə İsmayılov Ağasəf İslam oğlunun şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş "cinayət işi üzrə icraata xitam verilməsi" haqqında ## ###### 2023-cü il tarixli qərarı ləğv edilmiş və iş üzrə araşdırmanın aparılması davam etdirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin ********* nömrəli cinayət işi üzrə “zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi" haqqında ## #### 2024-сü il tarixli qərarı ləğv edilmiş və iş üzrə yenidən araşdırma aparılması üçün iş materialları Sabunçu rayon prokurorluğuna göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin ********* nömrəli cinayət işi üzrə “zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi" haqqında ## ### 2024cü il tarixli qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə, Bakı şəhəri Sabunçu Rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2024- cü il tarixli, *(***)-**/**** saylı qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə, İsmayılov Ağasəf İslam oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş "cinayət işi üzrə icraata xitam verilməsi haqqında" ## ### 2024-cü il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilmiş, İsmayılov Ağasəf İslam oğlunun şikayətində göstərdiyi və hazırkı qərarın təsviriləsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin ********* nömrəli cinayət işi üzrə "Təqsirləndirilən şəxsin cinayət prosesində iştirakına xitam verilməsi haqqında" ## #### 2024-cü il tarixli qərarı ləğv edilsin və iş üzrə yenidən araşdırma aparılması üçün iş materialları Sabunçu rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə, Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən şikayətçi İsmayılov Ağasəf İslam oğlunun 34 ədəd avtobusun oğurlanması ilə bağlı müraciəti üzrə heç bir araşdırma aparmaması, müraciətin nəticəsi üzrə hər hansı prosessual qərar qəbul etməməsi və ya rəsmi cavab verməməsi və məhkəmə qərarlarında göstərilən digər xüsusatlar üzrə araşdırma aparmamasının qanunsuz hesab edilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** saylı qərarı ilə İsmayılov Ağasəf İslam oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Natiq Məmmədovun "cinayət işi üzrə icraatın dayandırılması" haqqında ## ####### 2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə İsmayılov Ağasəf İslam oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə İsmayılov Ağasəf İslam oğlunun şikayət təmin edilmiş, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalov tərəfindən şikayətçi İsmayılov Ağasəf İslam oğlunun 34 ədəd avtobusun oğurlanması ilə bağlı müraciəti üzrə araşdırma aparmaması, müraciətin nəticəsi üzrə prosessual qərar qəbul etməməsi qanunsuz hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası *(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025- ci il tarixli, *(***)-**/**** saylı qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə İsmayılov Ağasəf İslam oğlunun şikayəti təmin olunmuş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin cinayət haqqında ərizənin qəbul edilməsindən imtina etməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir. 18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, 6(008)- **/**** saylı qərarı ilə İsmayılov Ağasəf İslam oğlunun vəkili (nümayəndəsi) Nümayəndə tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin “zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi və cinayət işi üzrə icraata xitam verilməsi" haqqında # ###### 2025-ci il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilmiş, İsmayılov Ağasəf İslam oğlunun şikayətində göstərdiyi və hazırkı qərarın təsviriləsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə İsmayılov Ağasəf İslam oğlunun şikayət təmin edilmiş, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalovun cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə İsmayılov Ağasəf İslam oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Orxan Səmədovun cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyi(materialı istintaq aidiyyatı üzrə göndərilməsi haqqında ## #### 2025-ci il tarixli qərarı) qanunsuz hesab edilmiş, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə şikayətində göstərdiyi və hazırkı qərarın təsviri əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması həvalə edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə İsmayılov Ağasəf İslam oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Orxan Səmədovun cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilmiş, şikayətçinin nümayəndəsi və vəkili Nümayəndə şikayətində göstərdiyi və hazırkı qərarın təsviri əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması həvalə edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə İsmayılov Ağasəf İslam oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Orxan Səmədovun cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 6(008)- ***/**** saylı qərarı ilə İsmayılov Ağasəf İslam oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs İsmayılov Ağasəf İslam oğlu və X7 şahidlər X3 ilə üzləşdirmə istintaq hərəkətinin aparılmamasından və məhkəmələrin müvafiq qərarlarında göstərilən göstərişlərin icrasız saxlanılmasından ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərarı ilə Bakı şəhəri Sabunçu Rayon prokuroru Murad Dadaşov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-c1 il tarixli, *(*-***)-**/**** saylı qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdilmədən saxlanılmışdır. Sabunçu Rayon Prokurorluğunun və Sabunçu rayon Polis İdarəsinin qərarlarının ləğvi ilə bağlı yuxarıda göstərilən məhkəmələrin qərarlarına baxmayaraq, məhkəmə qərarları icrasız qalmışdır. Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq hərəkətlərinin həyata keçirilməsi üçün məhkəmələr tərəfindən çoxsaylı qərarlar qəbul edilməsinə baxmayaraq, həmin vəzifəli şəxslər məhkəmə qərarlarında göstərilmiş xüsusatları araşdırmaq və hər hansı bir tədbir görmək niyyətində deyillər. Dövlətin adından çıxarılmış məhkəmə qərarları bütün şəxslər tərəfindən icra olunmalı və icra edilməməsi məsuliyyətə səbəb olduğu halda, polis və prokurorluq orqanlarının vəzifəli şəxsləri buna biganə münasibət bəsləməkdədir. Beləliklə, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi R Orxan Səmədov və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi R Fuad Babayev vəzifəli şəxs kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını qərəzli olaraq icra etmirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi R Orxan Səmədovun və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi R Fuad Babayevin və digər səlahiyyətli (məsul) şəxslərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunma məsələsine baxılmasını xahiş etmişəm. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ## ###### 2026-ci il tarixli, 3-16-10/2-İ9308-11/2026-C- 6420 saylı məktubu ilə İsmayılov Ağasəf İslam oğlunun Ədliyyə Nazirliyinə daxil olmuş müraciəti aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təkrar müraciət edərək, qeyd olunan səlahiyyətli şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunma məsələsinə baxılmasını xahiş etmişəm. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi R Sahib Rzayev ## #### 2026-ci il tarixli, 3-16-12/2-61038/2026 məktubu ilə İsmayılov Ağasəf İslam oğlunun Bakı şəhəri Sabunçu rayon prokurorluğunun və rayon polis idarəsinin müstəntiqlərinin qanunsuz hərəkətləri barədə Ədliyyə Nazirliyinin İstintaq idarəsinə ünvanladığı ## ###### 2026-cı il tarixli müraciəti aidiyyəti üzrə göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsi və Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə müraciət etsək də müraciətlərə cavab verilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Baş Prokurorluğun inzibati binasına gedərək, ərizəm üzrə aparılan araşdırmanın icra vəziyyəti barədə məlumat almaq istəsəm də buna nail ola bilməmişəm. Dəfələrlə müraciətdən sonra ərizənin Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsinə yönləndirilməsini bildirmişlər. Ədliyyə Nazirliyi tərəfindən müraciətlərimin Baş Prokurorluğa göndərilməsindən 4 ay keçməsinə baxmayaraq, Baş Prokurorluq tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 207ci maddəsində nəzərdə tutulmuş heç bir prosessual qərar qəbul edilməmiş, şikayətin aqibəti barədе məlumatlandırılmamışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğun struktur qurumları cinayət prosesini həyata keçirən orqan səlahiyyətlərinə aid olan məlumatı aldıqdan sonra cinayət işinin 7 başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq və bundan sonra Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun qərar qəbul etməli olduğu halda hərəkətsizlik göstərmişdir. Göründüyü kimi, cinayət prosesini həyata keçirən orqan Cinayət-Prosessual Məcəlləsinin tələblərini pozmaqla, cinayət haqqında məlumatlara baxarkən ərizədə göstərilən dəlillərlə bağlı ilkin yoxlama apararaq, ərizəçidən əlavə sənədləri, ondan və digər şəxslərdən izahatları tələb etməli olduğu halda bundan əsassız imtina etmişdir. Ərizənizin harada və kimin icraatında olması barədə ziddiyyətli məlumatların verilməsi və rəsmi cavabın verilməsinin gecikdirilməsi ərizənin qəbul edilməsindən imtina edilmədir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsinin cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən İsmayılov Ağasəf İslam oğlunun vəkili Nümayəndə tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin hərəkətləri qanuni hesab edilmişdir. Həmin qərardan narazı qalan şikayətçi İsmayılov Ağasəf İslam oğlu şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin cinayət haqqında ərizənin qəbul edilməsindən və Cinayət-Prosessual Məcəlləsinin 207-ci maddəsi qaydasında baxılmasından imtina edilməsindən ibarət hərəkətsizliyinin qaunusuz hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınında iştirak etmiş şikayətçi İsmayılov Ağasəf İslam oğlunun müdafiəçisi Nümayəndə apellyaisya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, şikayətdə göstərilənləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İsmayılov Ağasəf İslam oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətləri isə qanuni hesab edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikası Baş Prokuroruluğuna sorğu ünvanlanaraq İsmayılov Ağasəf İslam oğlunun müraciəti ilə əlaqədar hansı tədbirlərin görüldüyü və mövcud olduğu halda müvafiq materialların məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası Baş Prokuroruluğunun prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini, R Rəşid Bayramov tərəfindən məhkəməyə ünvanlanmış ## #### 2026-cı il tarixli məktubda məhkəmənin *(*-***)-***/**** nömrəli sorğusuna cavab olaraq bildirilmişdir ki, İsmayılov Ağasəf İslam oğlunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş müraciətləri 11 fevral və ## ##### 2026-cı il tarixli məktubarla baxılması üçün Bakı şəhər prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. 449.2- ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. 451 -ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəsinin qərarı ilə razılaşaraq qeyd edir ki, iş materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İsmayılov Ağasəf İslam oğlunun Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin müstəntiqi və Sabunçu rayon prokurorluğunun müstəntiqinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlamış müarciəti baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun prokurorluqda istintaqa nəzarət idarəsində qeydiyyata alınmış və araşdırılması üçün aidiyyəti üzrə Bakı şəhər prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun prokurorluqda istintaqa nəzarət idarəsi tərəfindən müraciətin baxılması üçün Bakı şəhər prourorluğuna göndərilməsi ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuş, müraciətin qəbulundan imtina edilməsinə dair hər hansı prosessual hərəkət və ya qərar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 6(5-102)-112/2026 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 453.6.1 -ci maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Qərara aldı: Şikayətçi İsmayılov Ağasəf İslam oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayılov Ağasəf İslam oğlunun müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsinə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin hərəkətlərinin qanuni hesab edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-380/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-380/2026
06.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver