Məhkəmə qərarları › İş №6(3-6)-416/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-416/2026

17.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-416/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Babayev Qədim Xalid oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimov Zamin Vəliyəddin oğlu və Məmmədov Murad Akif oğlu oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının iştirakları ilə, “xxxx” MMC-nin ərizəsinin geri qaytarılmasına dair Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı baxış iclası keçirərək müəyyən e t d i: “xxxx” MMC ərizə ilə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinə müraciət edərək **-Ş-** saylı material üzrə qəbul olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsini və qərarı qəbul etmiş şəxsin hərəkətlərinin qanunsuz hesab olunmasını xahiş etmişdir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə “xxxx” MMC-nin ərizəsi geri qaytarılmışdır. Həmin qərardan narazı qalan “xxxx” MMC-nin direktoru Cəfərov Rəmiş Zəkram oğlu apellyasita şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və yeni qərar qəbul eidlməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayətlə bağlı işin materiallarını araşdırıb məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti üzrə material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materialından görünür ki, “xxxx” MMC-nin direktoru Cəfərov Rəmiş Zəkram oğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkir. Lakin apelyasiya şikayəti qanunvericiliyin tələbləri pozularaq penitensiar müəssisə tərəfindən deyil başqa ünvandan poçt vasitəsi ilə göndərilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 10.2.12-ci maddəsinə əsasən cəzaların icrası və çəkilməsi zamanı məhkumların cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanın çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi üçün ərizə ilə məhkəməyə, əfv edilmək üçün isə Azərbaycan Respublikasının Prezidentinə bilavasitə və ya qanuni nümayəndələrinin vasitəsilə, habelə yetkinlik yaşınna çatmayan və ya fiziki qüsurlardan, yaxud psixi xəstəlikdən əzab çəkən məhkumlar barəsində isə onların müdafiəçilərinin və qanuni nümayəndələrinin vasitəsilə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən azadlıqdan məhrum edilmiş şəxslərin bu Məcəllənin 10.2.12-ci maddəsində göstərilən təşkilatlara ünvanlanmış təklif, ərizə və şikayətləri cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir. Digər cəza növlərinə məhkum edilmiş şəxslər təklif, ərizə və şikayətlərini sərbəst göndərirlər. Belə olan halda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 10 və 14-cü maddələrini rəhbər tutaraq, qərara a l d ı: xxxx” MMC-nin ərizəsinin geri qaytarılmasına dair Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılsın. “xxxx” MMC-nin direktoru Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən X1 izah edilsin ki, onun Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 10-cu və 14-cü maddələrinin tələblərinə riayət etməklə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardan şikayət və protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Zamin İbrahimov Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar