Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-491/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X4 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru – X1, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi – X5, şikayətçilər şikayət verən şəxs3 və şikayət verən şəxs2 nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Xırdalan” vəkil bürosunun vəkili Nümayəndə, şikayətçi – şikayət verən şəxs1 iştirakları ilə şikayət verən şəxs3, şikayət verən şəxs2 və şikayət verən şəxs1 məhkəmə nəzarəti qaydasında birgə verdikləri şikayət üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəsi Nazim Rəcəbov tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş materiallardan görünür ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin “Cinayət işinin icraatına xitam verilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarından şikayət verən şəxs3, şikayət verən şəxs2, şikayət verən şəxs1 tərəfindən məhkəmə nəzarəti qaydasında birgə verilmiş şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.N.İbrahimova) ## ###### 2026-cı il tarixli qərarından görünür ki, şikayət təmin edilərək, “Cinayət işinin icraatına xitam verilməsi barədə” ##.##.2025-ci il tarixli qərar ləğv edilmiş və işin yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov apellyasiya protesti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Protestin dəlilləri və tərəflərin çıxışları: Protest onunla əsaslandırılmışdır ki, şikayət verən şəxs2 öz müraciətlərində və ifadələrində adına rəsmiləşdirilmiş “xxxx” MTK-da yerləşən 51 və ** nömrəli mənzillərin özündən əvvəl şikayət verən şəxs1 satılmış olduğu, şikayət verən şəxs1 isə ona satılmış həmin 51 və ** nömrəli mənzillərin xəbəri olmadan sonradan şikayət verən şəxs2 satıldığı, şikayət verən şəxs3 isə ona satılmış “xxxx” MTK-da yerləşən ** saylı mənzilin sonradan başqa şəxsə satılması ilə pul vəsaitlərinin MTK-nın direktoru X8 tərəfindən ələ keçirildiyini bildirmişlər. İstintaq materiallarından görünür ki, X8 ifadəsində 2023-cü ildən MTK-nın təsisçiləri arasında mübahisə başlandığını, həmin vaxtdan etibarən də təsisçilər arasında dividentlərin bölünməsi, təsis payların etibarsız hesab edilməsi və digər mübahisə predmetləri üzrə məhkəmə müstəvisində araşdırmalar aparıldığını bildirmişdir. Tərəfindən ikili satış ilə bağlı edilmiş müraciət tərəflərinin MTK-nın hazırda onunla məhkəmə mübahisələrində qarşı tərəf olan təsisçiləri ilə qohum olmalarını, həmin mübahisədən əvvəl binaya çəkilən zəruri xərclərlə və alınmış borclarla bağlı qeyd olunan mənzillərin təsisçilərin öz istəkləri ilə qohumlarının adına rəsmiləşdirildiyini, şikayət verən şəxs2 müvafiq mənzilləri şikayət verən şəxs1 həmin mənzilləri MTK-ya təhvil verməsinə dair müvafiq ərizəsinə əsasən rəsmiləşdirdiyini, şikayət verən şəxs3 mənzilinin isə texniki səhv olaraq mənzil nömrələrinin eyni yazılması ilə əlaqədar olduğunu, onun mənzilinin başqa şəxsə satılmadığını, tərəfindən hansısa qanunsuz hərəkət edilmədiyini və hansısa şəxsin pul vəsaitinin ələ keçirilmədiyini bildirmişdir. Mübahisə tərəfi olan təsisçinin yaxın qohumlarının müxtəlif dövlət orqanlarına və məhkəməyə barəsində vermiş olduğu şikayətlər məhz təsis payçısı Mahir Babaşovla aralarında olan prinsipial çəkişmə ilə bağlı olmuş və həmin şikayətlər də məhz qeyd olunan şəxsi maraqlara yönəlmişdir. Şəxslərin iddialarında qeyd etdikləri mənzillər təqdim olunarkən müraciət müəllifləri onları qəbul etməmiş və mənzili hər hansı əsas olmadan qərəzli olaraq qəbul etməkdən imtina edilmişdir. İstintaq materiallarından görünür ki, “xxxx” MTK hündür mərtəbəli yaşayış binalarının tikintisi və satışını həyata keçirən kooperativ olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumilikdə 08 yaşayış binasını tikib vətəndaşların yaşayışına təhvil vermiş və 17 yaşayış binasının isə tikintisi davam etdirilməkdədir. İstintaq materiallarından görünür ki, MTK-nın direktoru Qənbər Fətullayev olmaqla, təsis paylarının 25% X8, 25% X2, 22% X3, 3% X6, 22% Babaşov Mahir Ağası oğluna, 3% isə Babaşova Dilşad Mürvət qızına məxsusdur. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, şikayətçilər şikayət verən şəxs2, şikayət verən şəxs1 və şikayət verən şəxs3 neytral (bitərəf) alıcılar olmamaqla müəssisədə müvafiq paylara sahib təsisçilərlə yaxın qohumluq münasibətləri vardır. Belə ki, şikayətçi şikayət verən şəxs2 təsisçi Babaşov Mahir Ağası oğlunun qardaşı, şikayətçi şikayət verən şəxs1 təsisçi X2 qaynı, şikayətçi şikayət verən şəxs3 təsisçi Babaşov Mahir Ağası oğlunun qardaşı oğludur. Cinayət işi materiallarına əlavə edilmiş müxtəlif instansiya məhkəmələrinin qərarlarından görünür ki, tərəflər (şikayətçilər və şikayət olunan) arasında istintaq orqanına müraciətlərdən əvvəl mövcud olan məhkəmə çəkişmələri vardır. Cinayət işi materiallarına əlavə edilmiş müvafiq sənədlərdən görünür ki, mənzil iddiası irəli sürən şikayətçilərin müvafiq mənzil hüquqları bərpa olunmuşdur. Lakin şikayətçi şikayət verən şəxs3 texniki səhv aradan qaldırılıb müvafiq mənzili təqdim edilsə də, həmçinin şikayətçi şikayət verən şəxs1 rəsmi notarial ərizəsi əsasında 51 və ** nömrəli mənzillərdən imtina etməsi ilə həmin mənzillər şikayət verən şəxs2 təqdim edilsə də, həmin şəxslər mənzilləri qəbul etməmişlər. Qeyd olunması zəruridir ki, şikayətçilərin bu mövqeyi öz-özlüyündə onların şikayətlərinin əsassız və ya qərəzli olduğunu göstərməsə də, pozulduğu iddia edilən mənzil hüquqlarının bərpa olunmasına baxmayaraq, şikayətçilərin bununla kifayətlənməyərək əsasən qarşı tərəfin məsuliyyətə cəlb olunmasında israr etmələri, müraciətlərin verilməsində və davam etdirilməsində yalnız əmlak hüquqlarının müdafiəsi ilə yanaşı, digər şəxsi və ya qərəzli motivlərin də mövcud olub-olmaması barədə şübhələr yaratmışdır. Həmçinin diqqətə alınmalıdır ki, mənzillərin təkrar satılması iddia olunan hallar baş verdiyi tarixlərlə bağlı şikayətlərin verilməsi arasında xeyli müddət keçmiş, şikayətçilərin fəal şəkildə hüquq-mühafizə orqanlarına müraciət etmələri isə təsisçilər arasında korporativ və əmlak xarakterli mübahisələrin yarandığı sonrakı dövrə təsadüf etmişdir. Belə ki, bir halda mənzillərin ilkin və sonrakı satışı müvafiq olaraq 2016 və 2021-ci illərdə, digər halda isə 2018 və 2023-cü illərdə həyata keçirildiyi halda, həmin faktlarla bağlı cinayət xarakterli şikayətlərin məhz sonradan tərəflər arasında mübahisələrin yaranması fonunda verilməsi həmin müraciətlərin səbəbləri və həqiqi motivləri ilə bağlı müəyyən şübhələr yaradır. Bu hal özlüyündə şikayətlərin əsassız və ya qərəzli olduğunu birmənalı şəkildə təsdiq etməsə də, şikayətlərin verilmə vaxtının təsisçilər arasında yaranmış mübahisələrin dövrü ilə üst-üstə düşməsi, həmin müraciətlərin yalnız pozulmuş əmlak hüquqlarının müdafiəsi məqsədilə deyil, mövcud qarşıdurma şəraitində qarşı tərəfə hüquqi təsir göstərmək məqsədi ilə də edilmiş ola bilməsi barədə əsaslı şübhələr yaradır. Yuxarıda göstərilən halları, yəni şikayətçilərin təsisçilərlə yaxın qohumluq əlaqələrinin olması, həmin təsisçilərin Qənbər Fətullayevlə əvvəldən mövcud olan və məhkəmə qaydasında davam etdirilən korporativ və əmlak xarakterli çəkişmələrinin mövcudluğu, mənzillərin təkrar satılması iddia olunan hallar baş verdiyi tarixlərlə şikayətlərin verilməsi tarixləri arasında xeyli müddət olması, şikayətçilərin mənzil hüquqlarının bərpa edilməsi və buna baxmayaraq məsələni cinayət-hüquqi müstəvidə davam etdirməkdə maraqlı olmaları birlikdə qiymətləndirildikdə, şikayətlərin yalnız pozulmuş hüquqların müdafiəsi məqsədi ilə deyil, mövcud mübahisədə qarşı tərəfə təsir göstərmək vasitəsi kimi irəli sürülməsi ehtimalını istisna etməmişdir. Göstərilən hallar Qənbər Fətullayevin əvvəlcədən formalaşmış cinayət niyyəti ilə hərəkət etməsi barədə qəti nəticəyə gəlməyə mane olan və aradan qaldırılması mümkün olmayan şübhələr yaratmışdır. Bundan başqa qeyd olunması zəruridir ki, Qənbər Fətullayevin mənzilləri dələduzluq yolu ilə maddi nemət əldə etmək niyyətinin olubolmaması qiymətləndirilərkən, onun uzun illər ərzində MTK-nın rəhbəri kimi həyata keçirdiyi fəaliyyət, çoxsaylı (1.000-dən çox) mənzil satışları zamanı analoji xarakterli halların və şikayətlərin müəyyən edilməməsi, qanunsuz gəlir əldə etmək niyyətində olduğu halda bunu həyata keçirmək üçün daha az riskli imkanların və qanuni qazancın əldə edilməsi mövcudluğuna baxmayaraq məhz hüquqi mübahisə yarada biləcək həmin mənzilləri seçməsinin məntiqi əsasının olmaması, habelə mübahisəli mənzillərin təsisçilərlə yaxın şəxsi əlaqələri mövcud olan şəxslərə satılması və tərəflər arasında mövcud korporativ və əmlak xarakterli mübahisələr birlikdə nəzərə alındıqda, onun əvvəlcədən formalaşmış aldatma və qanunsuz maddi fayda əldə etmək niyyəti ilə hərəkət etməsi barədə nəticəyə gəlməyə imkan verməyən, əksinə, belə niyyətin mövcudluğunu əsaslı şəkildə şübhə altına alan halların olmasını müəyyən etmişdir. Həmçinin qeyd edilməlidir ki, mənzillərin təkrar və ya ikili satışı ilə bağlı halların ümumi xarakteri göstərir ki, belə əməllər, bir qayda olaraq, tikinti layihəsinin son mərhələyə çatdığı, mənzillərin tam satılması və yeni mənzilin olmadığı şəraitdə ortaya çıxır. Belə hallarda əmlakın məhdudluğu və ya yeni alıcıya təqdim ediləcək digər mənzillərin olmaması şəxsin eyni əmlakı bir neçə şəxsə satmaq yolu ilə qanunsuz gəlir əldə etməsi üçün şərait yaradır. Bu halda isə MTK-nın sərəncamında çoxsaylı digər mənzillərin olduğu və satış imkanlarının davam etdiyi şəraitdə Qənbər Fətullayevin qeyd olunan mənzillərə münasibətdə ikili satış ilə qanunsuz gəlir əldə etmək niyyətinin mövcudluğu digər şübhələr ilə birlikdə qiymətləndirildikdə inandırıcı və məntiqəuyğun görünməmişdir. İstintaq zamanı qeyd olunanlar ümumilikdə nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə və Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddələrinin tələbləri, yəni aradan qaldırılması mümkün olmayan bütün şübhələrin təqsirsizlik prezumpsiyası prinsipinə uyğun olaraq şəxsin xeyrinə həll edilməsinə əsasən ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar ## ###### 2026-cı il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində məhkəmə nəzarəti qaydasında verilmiş şikayət üzrə ləğv edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru X1 apellyasiya protestini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi X5 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, protestin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçilər şikayət verən şəxs3 və şikayət verən şəxs2 nümayəndəsi Nümayəndə apellyasiya protestinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə ## ###### 2025-ci il tarixli qərarın ləğv edilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından İdarə tərəfindən verilmiş apellyasiya protesti əsassızdır, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı tam qanuni əsaslıdır və ləğv edilə bilməz. Protest üzrə ilk öncə qeyd edilməlidir ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan İstintaq idarəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə ## ###### 2025-ci il tarixli qərara baxıldıqda sanki şikayət olunan şəxsin müdafiəsi üçün çalışıldığını görmək mümkündür. Birinci instansiya məhkəməsi zamanı əsaslı şikayətilərini tam şəkildə müdafiə etmişlər və məhkəmə də işi kifayət qədər araşdıraraq şikayət əsaslı olması qənaətinə gəlmiş və qərarını mötəbər detallarla, normalarla əsaslandırmışdır. Odur ki, protestin təmin olunmamasını və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi şikayət verən şəxs1 apellyasiya protesti ilə əlaqədar çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən verilmiş apellyasiya protesti tam əsassızdır. Sözügedən idarədə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə ## ###### 2025-ci il tarixli qərarın ləğv edilməsi haqqında Binəqədi Rayon Məhkəməsinin qərarı tam qanuni əsaslıdır və ləğv edilə bilməz. Onun adından Qənbər Fətullayev İdarəyə guya əmlaklardan imtina etməyi barədə ərizə təqdim etmiş və o da ərizəni yazmadığını, imzanın ona məxsus olmadığını bildirdiyindən ekspertiza keçirilmiş və imzanın ona məxsus olmadığı, yəni saxta olduğu müəyyən edilmişdir. Bundan sonra Qənbər Fətullayev ona təzyiqlər etmiş, məcburi şəkildə notariusda ərizə yazdırmış, vəkildən imtina etdirmiş amma ki yenə də o, ərizəni ləğv edib şikayətlərinə davam etmişdir, amma buna baxmayaraq idarə ekspert rəyini, şikayətlərini nəzərə almayaraq Qənbər Fətullayevin xeyrinə qərar qəbul etmişdir. Bununla yanaşı, müstəntiq birinci instansiya məhkəməsinin qərarından sonra ona zəng edərək deyir ki “bəs deyirdilər sən şikayət etməyəcəksən”. Müstəntiqin iş bitdikdən, əsassız qərarı ləğv edildikdən sonra ona bu formada zəng etməsi pozuntudur. O ona da bildirmişdir ki, o, şikayət etməyəcəyi barədə ona nəsə deməmiş, şikayətçidir, ekspert rəyi də sübut edir ki saxtalaşdırma var və iş düzgün araşdırmalıdır. Protestə baxıldıqda görünür ki, idarə birmənalı olaraq qeyd edir ki, məhkəmənin çıxardacağı qərarın onlar üçün əhəmiyyəti yoxdur və nəticə də dəyişməcəyək. İdarə Qənbər Fətullayevin müdafiəsini təşkil etmək üçün onun tərəfindən məcbur olaraq, vədlərə və təsirlərə görə notariat ofisində verdiyi lakin məzmuna diqqət yetirmədiyi ərizəni əsas tutaraq Qənbər Fətullayevin əməlində cinayətin olmadığını iddia etsə də nəzərə alınmalıdır ki, sözügedən ərizəni ekspertiza rəyindən sonra Qənbər Fətulleyevin məsuliyyətdən azad olmaq üçün ona vədlər verməsindən, yəni ona dəymiş ziyanı artıqlaması ilə ödəyəcəyinə dair fikirlərindən, xahişlərindən sonra ## ###### 2024-cü ildə Qənbər Fətullayevin özü onu * saylı notariat ofisinə apararaq “xxxx”xxxx“Mən, şikayət verən şəxs1 bildirirəm ki, xxxx' MTK-nın direktoru X8 qarşı AB02M51 və AB**M** saylı müqavilələr üzrə mənzillərlə bağlı heç bir iddiam, tələbim və şikayətim yoxdur. Həmin pay haqqımdan imtina edirəm. Xahiş edirəm məni üzvlükdən azad edəsiniz. Həmin pay haqqım ilə bağlı xxxx' MTKya qarşı heç bir iddiam yoxdur və gələcəkdə də olmayacaqdır. Gələcəkdə bununla bağlı məhkəmə və digər orqanlarda iddia qaldırmayacağam” məzmunda ərizə yazmağa onu vadar etdi və vəd verdi ki qısa zamanda ziyanları artıqlaması ilə ödəyəcək. Sual verəndə ki bu ərizə sənə nə verəcək, dedi ki, idarədəki işi yüngülləşdirməyim lazımdır ki, o, şikayətçi deyil. O da onun istədiyi kimi ərizəni yazaraq tələb etmişdir ki, ziyanı ödənilsin, əks halda ərizəni ləğv edəcəkdir. Onu da qeyd edir ki, yuxarıdakı məzmunda ərizə təkcə Qənbər Fətullayevdə olmuşdur, yəni o onu hansısa quruma, idarəyə, işi araşdıran müstəntiqə təqdim etməmişdir, ümumiyyətlə belə ərizənin olduğunu belə deməmişdir. Elə bunun nəticəsidir ki, Qənbər Fətullayev maraqlarına uyğun ərizəni ziyanı ödəyəcək vədi ilə ondan alıb İdarəyə təqdim edib və müstəntiq də heç çağırıb izahatını almayıb ki, ay vətəndaş ekspertiza rəy verdi ki imza sənin deyil, burda israrla bildirdin ki əmlaklardan imtina etməmisən, bəs indi bu ərizə nədir. Əgər müstəntiq işin düzgün araşdırılması tərəfdarı olsaydı o zaman onu çağırardı və bu barədə sualcavab edərdi. Onu da qeyd edir ki, ərizənin məzmunundan görünür ki, ona qarşı dələduzluq edilmədiyini bildirməmiş, sadəcə demişdir ki mübahisə predmeti olan iki mənzil üzrə iddiası, tələbi və şikayəti yoxdur. Bu fikir deməyə əsas vermir ki, ona qarşı aldadılma dələduzluq, olmayıb, imzam saxtalaşdırılmayıb, əmlakı sonradan başqasına satılmayıb. Odur ki, verdiyim ərizə sadəcə olaraq Qənbər Fətullayevin vəziyyətini yüngülləşdirə bilərdi o da tam şəkildə ziyanları ödəyərdisə. Onu da bildirir ki, ərizədən göründüyü kimi o təkcə mənzillərlə bağlı fikrini demişdir amma ki 1.500 kvm qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı imtinanı bildirməmişdir. Amma indi məlum olur ki, İdarə protestini müdafiə edərək bildirir ki guya o ondan da imtina etmişdir. Nəzərə alınmalıdır ki, ərizədən göründüyü kimi ərizə MTK-ya ünvanlanıb, əgər ki həqiqətən ona dəymiş ziyan ödənilsəydi, Qənbər Fətullayevin təsirləri və vədləri səbəbindən həmin ərizəni yazmasaydı ərizəni MTK-ya yox elə birbaşa Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq İdarəsinə ünvanlayardı. Ərizənin idarəyə yox, MTK-ya ünvanlanması və ərizənin onun tərəfidən yox, Qənbər Fətullayev tərəfindən idarənin müstəntiqinə verilməsi faktı müstəntiqdə şübhə yaratmalı idi ki burda nəsə var, ona görə də onu çağırıb işin əsl vəziyyətini, ərizənin verilmə səbəbini araşdırmalı idi və ondan sonra fikir formalaşdırmalı idi. O, ziyanın ödəniləcəyi vədi üzrə sözügedən ərizəni yazmışdır amma Qənbər Fətullayev hər dəfə onu yola verərək, bu gün sabah deyərək verdiyi vədlərə əməl etmədiyi və artıq bir daha aldadıldığının fərqinə gəldiyi üçün * saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinə gedərək ## ###### 2025-ci il tarixində “”Mən, şikayət verən şəxs1, ##.##.2024 tarixdə Bakı şəhəri * saylı notariat ofisində 8İ- 4384 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə vermişəm. Verilən vədlərə əməl etməməsi səbəbindən yuxarıda qeyd edilən ərizədən imtina edirəm. Xahiş edirəm yuxarıda göstərilən ərizədən imtina etməyim barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və ərizə başqa notariat ofisində təsdiq edilibsə bu ərizənin dərhal sistem vasitəsilə ərizəni təsdiq etmiş notariusa göndərilməsini təmin edəsiniz.” məzmununda ərizə vermişdir və bundan Qənbərin də xəbəri olmuşdur. X11 vədlərlə aldığı ərizəni öz marağı üçün İdarəyə təqdim edərək istifadə etdiyindən onu yalan vədlərlə aldatmağı seçmişdir. Bildirir ki, idarə heç bir qanuni araşdırma aparmadan, Qənbər Fətullayevin vədlər, təsirlərlə yazdırdığı və yalnız yüngülləşdirici xarakter daşıya biləcək ərizəni onu xeyrinə hesab edərək qəbul etdiyi qanunsuz və əsassız qərarını nə vaxtında ona vermiş və nə də ki işlə tanış etmişdir. Qeyd edilənləri əsas tutaraq bir daha bildirir ki, əmlaklardan imtina məzmununda ziyanı ödəniləcək vədlərilə alınan ərizə ona qarşı dələduzluq edilmədiyi mənasına gəlmir, yəni artıq ləğv edilmiş ərizə Qənbər Fətullayevin əməlində cinayət tərkibi olmadığı əsası ilə işə xitam verilməsi üçün əsas deyil. Bir sözlə sonradan onun tərəfindən ləğv edilmə səbəbi göstərilərək ləğv edilmiş ərizənin məzmunu düzgün tətbiq edilməyərək idarə tərəfindən yanlış qənaətə gəlinmişdir. Bir daha qeyd edir ki, əgər Qənbər Fətullayevin əməlində tərkib olmasaydı o zaman ərizəni MTK-ya yox elə idarəyə şəxsən təqdim edərdi və ora ünvanlayardı. Görünür, Qənbər min bir vədlə aldığı ərizəni idarəyə aparıb vəd verib ki şikayət olmayacaq, əksi olsaydı yuxarıda da qeyd etdiyi kimi müstəntiq qərar çıxdıqdan sonra ona zəng edib deməzdi ki, “bəs deyirdilər sən şikayətçi olmayacaqsan”. İş materialında istinad edilən ərizə ilə bağlı bir cümlə belə izahatının alınmaması, habelə ekspertiza rəyi deməyə əsas əsas verir ki, ekspert rəyindən sonra Qənbər Fətullayev vəziyyətinin pis olacağını, yəni artıq məsuliyyətdən qaçmaq üçün çıxış yolunun olmadığını bildiyi üçün yalan vədlərlə, xahiş və təsirlərlə sadəcə yüngülləşdirici xarakter daşıyacaq ərizəni verməyinə nail olmuş və bundan öz maraqları üçün aidiyyətsiz şəkildə istifadə etmişdir. Bir daha bildirir ki, ona qarşı dələduzluq edilib, imzası saxtalaşdırılıb və bu günki gün heç bir ziyanı ödənilməyib. Müstəntiq israrla bildirir ki, guya o, 1.500 kvm qeyri-yaşayış sahəsindən də imtina emtişdir, amma ki özü tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qərarda Qənbər Fətullayevin izahatında qeyd edilir ki, qeyd olunan qeyri-yaşayış sahəsi heç kimə satılmamış və guya onun sərəncamında olmaqla hazır vəziyyətdədir. Amma ki sonra müstəntiq gəldiyi qənaət hissəsində ad, tarix qeyd etmədən qeyd edir ki, guya bu əmlak etibarnamə üzrə şəxs tərəfindən paydan imtina edilmiş, yer MTK-ya geri qaytarılmışdır. Sual olunur bu hadisə nə zaman kim tərəfindən edilib ki onun xəbəri olmayıb? Çünki görünür müstəntiq sözlə yazmaqla kifayətlənmiş, şəxslərlə bağlı detalları qeyd etməmişdir. Bildirir ki, o, əmlaklarından rəsmən imtina etməmişdir, kiməsə də geri qaytarmamışdır. Sadəcə olaraq Qənbər Fətullayevin, vədləri, təsirləri səbəbindən yalnız iki mənzilə dair yuxarıdakı məzmunda ərizə yazmışdır və vədlərə əməl edilmədiyi səbəbindən də ərizəni ləğv etdirmişdir. Əgər onun qeyri-yaşayış sahəsini bağışlamaq niyyəti olsaydı o zaman ona dair fikrini də sözügedən ərizədə yazardı. O kimsəyə ona aid əmlakı geri qaytarmağı, bağışlamağı tapşırmamışdır. Onun əmlakları, yaşayış və qeyri-yaşayış sahələri üzrə dələduzluq edilib, ziyan ödəniləcəyinə dair yalan vədlər verilib və lakin hazırki gün də ziyanları ödənilməyib. Qeyd edilənlər belə qənaətə gəlməyə imkan verir ki, idarədəki araşdırmanı heç bir halda qanuni hesab etmək olmaz. Natamam və şübhə doğuracaq sənədlərə istinad edərilərək qəbul edilən ## ###### 2025-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə ədalətli, qanuni və əsaslı araşdırmanın aparılması mütləqdir. Odur ki, protestin təmin olunmamasını və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş protesti, iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, protest təmin edilməməli və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi şikayət verən şəxs3, şikayət verən şəxs2, şikayət verən şəxs1 Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi X5 tərəfindən qəbul edilmiş “cinayət işinin icraatına xitam verilməsi barədə” ## ###### 2025-ci il tarixli qərardan məhkəmə nəzarəti qaydasında verdikləri birgə şikayətə münasibətdə qərar qəbul edərkən, daxil olmuş şikayətin məzmununa uyğun olaraq, işin araşdırılmamış hallarına, qanunun tələbinə istinad edərək gəldiyi nəticəni əsaslandırmışdır. Həmin nəticə qanunun tələbinə və şikayətin məzmununa uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, verilmiş protest, mübahisələndirilən qərarın qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət verən şəxs3, şikayət verən şəxs2, şikayət verən şəxs1 müraciəti üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi X5 tərəfindən qəbul edilmiş “cinayət işinin icraatına xitam verilməsi barədə” ## ###### 2025-ci il tarixli qərarın ləğv edilməsi və işin yenidən araşdırmaya göndərilməsi əsaslarına dair birinci instansiya məhkəməsinin qərarında göstərilən xüsusatlar, işin mübahisəli hallarına və qanunvericiliyin tələblərinə uyğundur. Odur ki, yuxarıda qeyd olunan xüsusatlara, maddi və prosessual hüquq normalarının tələblərinə əsasən, protest təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 454-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 453.6.1-ci maddəsinə əsasən, qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması üzrə məhkəmə iclasının yekununda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlaması barədə qərar qəbul edir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 453-454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov tərəfindən verilmiş protest təmin edilməsin. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi X5 tərəfindən qəbul edilmiş “cinayət işinin icraatına xitam verilməsi barədə” ## ###### 2025-ci il tarixli qərarın ləğv edilməsi və işin yenidən araşdırmaya göndərilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilməsin. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-491/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-491/2026
31.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver