Məhkəmə qərarları › İş №6(3-6)-574/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-574/2026

28.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-574/2026 28.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi2, Təqsirləndirilən şəxs – Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs vəkilləri müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 tərəfindən birgə verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin icraata qəbul edilmədən geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından müdafiəçilər müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqdim olunmuş materiallardan görünür ki, Şikayət verən şəxs vəkilləri (müdafiəçiləri) müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək ərizəsində Şikayət verən şəxs DTX İstintaq Təcridxanasında DTX İstintaq İdarəsinin informasiya almaq hüququnun qadağan edilməsi qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə qərar qəbul edilməsini, Şikayət verən şəxs informasiya almaq hüququnun pozuntusunun tanınması barədə qərar qəbul edilməsini; Şikayət verən şəxs informasiya almaq hüququnun bərpa edilməsi, qəzet, jurnal, mediadan və sosial şəbəkələrdən çıxarışların, xarici mətbuatdan xəbərlərin Şikayət verən şəxs verilməsi barədə qərar qəbul edilməsini; həmçinin Şikayət verən şəxs İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6, 8, 10, 13, 14 və 18-ci maddəsinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsini və Şikayət verən şəxs məhkəmə prosesində iştirakının təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Sahilə Bğırova) ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Şikayət verən şəxs vəkilləri müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 tərəfindən birgə verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin icraata qəbul edilmədən geri qaytarılmışdır. Məhkəmə nəzarəti qaydasında müdafiəçilər müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 məhkəmənin həmin qərarından birgə şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, Şikayət verən şəxs informasiya almaq hüququnun pozuntusunun tanınması, həmçinin qəzet, jurnal, mediadan və sosil şəbəkələrdən çıxarışların, xarici mətbuatdan xəbərlərin Şikayət verən şəxs verilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Şikayət verən şəxs və müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, Şikayət verən şəxs informasiya almaq hüququnun pozuntusunun tanınması, həmçinin qəzet, jurnal, mediadan və sosil şəbəkələrdən çıxarışların, xarici mətbuatdan xəbərlərin Şikayət verən şəxs verilməsi barədə qəbul edilməsini xahiş etmişlər. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. CPM-nin 450.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyası iş materialları nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) Lll fəsli (CPM-nin 442-454cü maddələri) ilə tənzimlənir və qanunvericilikdə məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkət və qərarların dairəsi dəqiq müəyyən edilmişdir. CPM-in 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. CPM-nin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1 - cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2 - tutma və həbsdə saxlanılması; 449.3.3 - tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1- həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4 - həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1 - şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2 - şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3 - ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5 - cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6 - məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7 - təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Hazırkı şikayətin icraata qəbul edilməsi məsələsini yoxlayaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi baxımından məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı istənilən qəralarından deyil, konkret olaraq, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi qərarlarından şikayət verilməsi nəzərdə tutulmuşdur. Qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yolverilməzdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, ərizəçinin informasiya almaq hüququnun məhdudlaşdırılması ilə bağlı irəli sürdüyü hallar üzrə mövcud hüquqi müdafiə vasitələrinin tükənmiş hesab edilməsi üçün əsas yoxdur. Belə ki, informasiya almaq hüququnun məhdudlaşdırılması barədə qəbul edilmiş qərardan yuxarı prokurora şikayət verilməsi, habelə iş üzrə yekun prosessual qərar qəbul edildikdən sonra həmin məhdudiyyətin qanuniliyi və əsaslılığının məhkəmə baxışı çərçivəsində hüquqi qiymətləndirilməsinin tələb edilməsi mümkündür. Bu hallar ərizəçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün səmərəli hüquqi mexanizmlərin mövcud olduğunu göstərir. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verib məhkəmə kollegiyası hesab edir ki, Şikayət verən şəxs vəkilləri müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 tərəfindən birgə verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarı düzgün, qanuni və əsaslıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, şikayətçi X2 məhkəmə nəzarəti qaydasında verdiyi sözügedən şikayətinin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və CPM-nin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Müdafiəçilər müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs vəkilləri müdafiəçi3, müdafiəçi2 və müdafiəçi1 tərəfindən birgə verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin icraata qəbul edilmədən geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar