Məhkəmə qərarları › İş №6(3-7)-41/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-7)-41/2026

14.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6(3-7)-41/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Şikayətçi şikayət verən şəxs1 müdafiəçisi, Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bərdə RPŞ-nin Istintaq Bölməsinin müstəntiqi, R X1 tərəfindən qəbul edilmiş “vəsatətin rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarından təqsirləndirilən şəxs şikayət verən şəxs1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şikayət təmin edilməməsi barədə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarından şikayətçi şikayət verən şəxs1 müdafiəçisi, Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Hərəkətindən (qərarından) şikayət verilən orqan Istintaq Bölməsinin müstəntiqi, R X1 icraatında istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs şikayət verən şəxs1 müdafiəçisi Müdafiəçi müdafiəçisi Müdafiəçi vəsatətlə müraciət edərək cinayət işi üzrə təqsirləndirilən şəxs şikayət verən şəxs1 əməlinin Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələrindən həmin Məcəllənini 178.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Hərəkətindən (qərarından) şikayət verilən orqan Istintaq Bölməsinin müstəntiqi, R X1 ## #### 2026-cı il tarixli qərar ilə vəsatət rədd edilmişdir. Iş üzrə təqsirləndirilən şəxs şikayət verən şəxs1 müdafiəçisi Müdafiəçi məhkəməyə şikayət verərək, Bərdə RPŞ-nin Istintaq Bölməsinin müstəntiqi, R X1 tərəfindən qəbul edilmiş “vəsatətin rədd edilməsi haqqında “## #### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilərək qanuni qərar qəbul edilməsindən ötrü müdafiə tərəfinin vəsatətin yenidən baxılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ilə Bərdə RPŞ-nin Istintaq Bölməsinin müstəntiqi, R X1 tərəfindən qəbul edilmiş “vəsatətin rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarından təqsirləndirilən şəxs şikayət verən şəxs1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şikayət təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan şikayət verən şəxs1 müdafiəçisi, Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarının ləğv edilməsi və Hərəkətindən (qərarından) şikayət verilən orqan Istintaq Bölməsinin müstəntiqi, R X1 ## #### 2026-cı il tarixli “vəsatətin rədd edilməsi haqqında” qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, Müdafiə tərəfinin şikayət verən şəxs1 əməlinin CM-nin 178.2.1 və 178.2.4-cü maddələrindən CM-nin 178.1-ci maddəsinə tövsif edilməsi barədə vəsatətinə yenidən baxılması təmin edilməsi barədə qərar qəbul edilməsini və həmin qərardan apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasını üzürlü səbəbdən baş verməsini və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli surətdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Iş materiallarında olan məktubdan görünür ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ## ###### 2026-cı il tarixdə Müdafiəçi göndərilmişdir. Bundan sonra, şikayətçi şikayət verən şəxs1 müdafiəçisi, Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə vəsatəti ## ###### 2026-cı il tarixində elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Göründüyü kimi, şikayətçi şikayət verən şəxs1 müdafiəçisi, Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən şikayət, apellyasiya şikayəti vermə müddəti buraxılmaqla verilmiş, lakin birinci instansiya məhkəməsi buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətə baxmadan iş materiallarını apellyasiya məhkəməsinə göndərmişdir. Belə ki, CPM-nin 452.1-ci maddəsinə əsasən elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, hakimin qərarından aşağıdakı qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər: Həmin Məcəllənin 453.2-ci maddəsinə əsasən Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair apellyasiya instansiyası məhkəməsində qapalı məhkəmə iclasında 3 (üç) hakimdən ibarət tərkibdə baxılır. Həmin Məcəllənin 454-cü maddəsinə əsasən Istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi məsələsi və ya bundan imtina edilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir Şikayəti araşdıraraq və təqdim olunmuş materialı nəzərdən keçirib məhkəmə hesab edir ki, şikayətçi şikayət verən şəxs1 müdafiəçisi, Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən qərardan şikayət vermə müddəti buraxıldığından şikayətin icraata qəbul edilməsindən imtina edilməli, buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar verilmiş vəsatətə baxılması üçün material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 452, 453 və 454-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Şikayətçi şikayət verən şəxs1 müdafiəçisi, Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şikayəti, şikayət vermə müddəti buraxılmaqla verildiyindən icraata qəbul edilməsin. Buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar verilmiş vəsatətə baxılması üçün material birinci instansiya məhkəməsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar