Məhkəmə qərarları › İş №6(3-8)-60/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-60/2026

16.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-60/2026 16.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair) Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X4, şikayətçi Şikayət verən şəxs və onun nümayəndəsi - Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Şikayətçi Şikayət verən şəxs nümayəndəsi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayətlə bağlı Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından nümayəndə Müdafiəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Şikayət verən şəxs nümayəndəsi Müdafiəçi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X4 ## ### 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etməklə şikayətini onunla əsaslandırmışdır ki, Şikayət verən şəxs əri X8 ##.##.2026-cı il tarixdə yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evdən çıxmış, bir daha evə geri qayıtmamış, ##.##.2026-cı il tarixdə onun ipdən asılmış vəziyyətdə olan meyiti yaşadığı evin yaxınlığındakı istifadəsiz köşkdən aşkar edilmişdir. Qeyd olunan intihar faktının araşdırılması üçün **-C-** nömrəli yoxlama materialı açılmış və material üzrə araşdırma aparılması Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X4 həvalə edilmişdir. Material üzrə Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X4 tərəfindən ##.##.2026-cı il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmiş və toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərardan ##.##.2026-cı il tarixdə şikayətlə Hərəkətindən (qərarından) şikayət verilən orqan müraciət edilmiş, şikayətin təmin edilməsi, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X4 tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsi, X8 özünü öldürmə həddinə çatdırılması faktı üzrə cinayət işi başlanılması, X8 özünü öldürmə həddinə çatdıran şəxs və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri xahiş edilmişdir. Şikayətə Abşeron rayon prokuroru, R Şəfahət Imranov tərəfindən ##.##.2026-cı il tarixli, *-*-***/*- ******/**** nömrəli məktubla cavab verilmiş, məktubda müraciətə baxıldığı, araşdırma zamanı X.Süleymanovun müxtəlif şəxslərə və banklara borcunun olması, baş vermiş intihar hadisəsində heç kəsin təqsirli olmamasının toplanmış sübutlarla öz təsdiqini tapdığı, material öyrənilərkən “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ##.##.2026-cı il tarixli qərarın qanuni və əsaslı olması səbəbindən ləğv edilməsinə əsasların müəyyən edilmədiyi göstərilmişdir. Qeyd olunan hallara əsasən Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X4 tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında ##.##.2026-cı il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, X8 özünü öldürmə həddinə çatdırılmasına səbəb olmuş şəxslərin müəyyən olunması və təqsiri müəyyən olunmuş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün material Hərəkətindən (qərarından) şikayət verilən orqan qaytarılmalıdır. Belə ki, həmin qərarda cinayət işinin başlanmasının rədd edilməsinin əsasları kimi aşağıdakılar qeyd edilmişdir. Belə ki, aparılmış araşdırma nəticəsində müəyyən olunduğu kimi, ##.##.1979-cu il təvəllüdlü, Şəki rayonu, Suçma kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Saray qəsəbəsi, Canpolad Orucov küçəsi nömrəsiz fərdi yaşayış evində yaşayan ##.##.2026-cı il tarixdə yaşadığı evi tərk etmiş və ##.##.2026-cı il tarixdə axşam radələrində evin yaxınlığında yerləşən, əvvəllər Xamis Süleymanov tərəfindən dükan kimi istifadə edilən, hazırda istifadəsiz olan qapısı bağlı köşkün içərisində sonuncunun intihar etməklə ipdən asılı vəziyyətdə meyiti aşkar edilmişdir. Araşdırma zamanı öz təsdiqini tapmışdır ki, X8 müxtəlif fiziki şəxslərə (Zamit Abdullayev, Orxan Mirzəyev, Nəzakət Əsədova) və banka borcları olmuş, maddi sıxıntılar çəkmiş, bu narahatlığını ailə üzvlərinə və iş yoldaşlarına ifadə etmişdir. Lakin borc aldığı şəxslərin ona borcun ödənməsi ilə bağlı hər hansı təzyiq göstərməsi, hədə-qorxu, məcburiyyət və s. qanunsuz hərəkətlər etməsi alınmış izahatlarla, mobil telefonuna baxış protokolu və s. sübutlarla təkzib edilmiş, hətta mərhum Xamis Süleymanov ölümündən qabaq video çəkərkən borclarla bağlı ona heç kəsin təzyiq etmədiyini, heç kimdən şikayətinin olmadığını, sadəcə olaraq maddi öhdəliklərdən bezdiyini bildirmişdir. Həmçinin ekspert rəyində də mərhumun ölümündən qabaq maddi öhdəliklərlə əlaqədar ümidsizlik vəziyyətində olması göstərilmişdir; Lakin mərhum Xamis Süleymanovun arvadı Şikayət verən şəxs ərinin ölümünə səbəb kimi Rüfət Məmiyevin onlardan aldığı, lakin qaytarmadığı borclara görə ərinin sıxıntı çəkdiyini, buna görə ərinin kredit götürdüyünü və ölümünə səbəb kimi Rüfət Məmiyevi təqsirkar gördüyünü bildirmişdir. Araşdırma zamanı Rüfət Məmiyev borc verən deyil, borc alan tərəf olduğu, borcun ödənişləri ilə bağlı mütəmadi ödənişlər etdiyi, borcun ödənişi ilə bağlı Şikayət verən şəxs və digərlərinə qarşı hər hansı qanunsuz hərəkət etmədiyi, həmçinin pulu dələduzluq qismində yox, borc qismində aldığı müəyyən edilmişdir. Bundan başqa Şikayət verən şəxs izahatında bacısı qızı Rəna Mustafazadənin əri Xamis Süleymanovla keçmiş münasibəti haqqında məlumatları digər qohumlarına verdiyini, qardaşı Salam Qurbanovun arvadı Oksana Qurbanovanın bu məlumatları camaat içində yayacağı ilə bağlı hədələməsini, habelə qardaşı ilə aralarında olan torpaq mübahisəsinin də əri Xamis Süleymanovu stressə saldığını bildirmişdir. Lakin həmin məlumatlar həqiqət olsa belə, faktiki olaraq hadisədən xeyli əvvəlki dövrə təsadüf etmiş və Xamis Süleymanovun ölümü ilə hər hansı formada əlaqəsi olmamışdır. Beləliklə, araşdırma zamanı mərhum Xamis Süleymanova hər hansı şəxsin amansız rəftar etməsi, hədə qorxular gəlməsi, şərəf və ləyaqətini alçaltması və beləcə özünü öldürmə həddinə çatdırması halları müəyyən edilməmiş, beləcə baş vermiş hadisədə hər hansı şəxsin təqsiri olmamışdır. Odur ki, toplanmış material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığına görə rədd edilməlidir. Belə ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X4 tərəfindən iş üzrə ətraflı araşdırma aparılmamış, yalnız izahatlar alınmış, mərhum X.Süleymanovun intihar etməzdən əvvəl istifadəsində olan 077-579-96-67 və ***-***-**-** saylı mobil telefon nömrələrinə gəlib-gedən zənglərin və sms-lərin götürülməsi üçün müvafiq vəsatət və təqdimatla məhkəməyə müraciət edilməmiş, həmin məlumatlar əldə edilib araşdırılmamış, X.Süleymanovun istifadəsində olmuş mobil telefonda quraşdırılmış “WhatsApp” ani mesajlaşma proqramında olan X.Süleymanovun iş yoldaşlarının olduğu qruplarda aparılmış bütün yazışmalar (səslər, sms-lər) araşdırılmamış, X.X25 aldığı borc pulların kimlərə, hansı məqsədlə verilməsi ilə bağlı xüsusatlar araşdırılmamış, X.Süleymanovun digər hər hansı bir şəxs və ya şəxslərdən borc alıb-almaması ilə bağlı araşdırma aparılmamış, həmin müddət ərzində X.Süleymanova kənar şəxslər tərəfindən hədə-qorxu gəlinib-gəlinməməsi ilə bağlı araşdırma aparılmamış, mərhum X.Süleymanovun iş yoldaşı X16 tərəfindən X.Süleymanova təzyiq göstərilməsi ilə bağlı ətraflı araşdırma aparılmamış, ##.##.2026-cı il tarixdə gecə saatlarında mərhum X.Süleymanovun arvadı Şikayət verən şəxs tərəfindən X16 zəng edilərək Xamisi soruşması, Zamit Şikayət verən şəxs onun səsini yazdığını bildirməsi, Şikayət verən şəxs Zamitdən X.Süleymanovun harada olması barədə məlumatının olub-olmadığını soruşması, Zamitin X.Süleymanovun harada olduğunu bilməməsi və X.Süleymanovun borc içində batmasını deməsi, X.Süleymanovun intihar etməsinin səbəbinin həmin-hadisə ilə bağlı olub-olmaması ilə bağlı xüsusatlar araşdırılmamış, Zamitin bir neçə il ərzində mütəmadi olaraq X.Süleymanovdan Xamisin adına Şəki rayonu Suçma kəndində olan torpaq sahəsinin sənədlərini tələb etməsinin səbəbləri araşdırılmamış, Zamit adlı şəxsin mütəmadi olaraq mərhum X.Süleymanovu başqa şəxslərin yanında lağa qoyması və alçaltması faktları araşdırılmamış, X.Süleymanovun intihar etməsinin səbəbinin həmin hadisə ilə bağlı olubolmaması müəyyən edilməmiş, həmçinin X7 mərhum X.Süleymanovdan hissə-hissə olmaqla 17.000 manat məbləğində pul alaraq bir hissəsini qaytarsa da 3300 manatını qaytarmaması, buna görə də X.Süleymanovun banka olan borcunu ödəmək üçün digər şəxslərdən borc alması və bunun nəticəsində də X.Süleymanovun özünü öldürmə həddinə çatması xüsusatları araşdırılmamış, X.Süleymanovun intihar etməsinin səbəbinin həmin hadisə ilə bağlı olubolmaması müəyyən edilməmiş, bununla əlaqədar olaraq X.Süleymanovun arvadı Şikayət verən şəxs ##.##.2026-cı il tarixdə saat 20:20 radələrində X7 070-972 **-** saylı mobil telefon nömrəsinə “WhatsApp” ani mesajlaşma proqramında mesaj yazaraq borcu qaytarmasını deməsi, onun borcu qaytarmadığına görə X.Süleymanovun özünü öldürmə həddinə çatmasını yazması ilə bağlı xüsusatlar araşdırılmamış, X.Süleymanovun intihar etməsinin səbəbinin həmin hadisə ilə bağlı olub-olmaması müəyyən edilməmiş, bundan başqa son vaxtlar X.Süleymanovun arvadı Şikayət verən şəxs bacısı qızı X5 X.Süleymanovla telefonla yazışması, həmin yazıları Aksana Qurbanova adlı şəxsin kənddə başqa şəxslər arasında yayması, buna görə də X.Süleymanovun qohumlar arasında rüsvay olması, Təranəyə sms yazaraq nə etmək lazım olduğunu bildiyini deməsi, bunun nəticəsində ağır psixoloji sarsıntılar keçirməsi, X.Süleymanovun intihar etməsinin səbəbinin həmin hadisələrlə bağlı olub-olmaması müəyyən edilməmiş, bundan başqa X9 adlı şəxsin X.Süleymanovun Şəki rayonu, Suçma kəndində xüsusi mülkiyyətində olan torpaq sahəsini zəbt edərək oradan çıxmaması, X.Süleymanovun onun torpaqdan çıxmasını tələb etdikdə E.Abdullayevin X.Süleymanovu şantaj edərək işdən çıxartdıracağını deməsi, ona hədə qorxu gəlməsi, bu müddətdə X.Süleymanovun psixoloji sarsıntılar keçirməsi, X.Süleymanovun intihar etməsinin səbəbinin həmin hadisə ilə bağlı olub-olmaması müəyyən edilməmiş, həmçinin X.Süleymanovun arvadı Şikayət verən şəxs qardaşı Salam və onun arvadı Aksana adlı şəxslərin Şikayət verən şəxs məxsus olan Qax rayonunda yerləşən torpaq sahəsindən istifadə etməsinə mane olmaqla, həmin torpağı Təranədən almaq üçün Xamisə təzyiq göstərmələri, şəxsi məlumatlarını yaymaqla şantaj etmələri, X.Süleymanovun intihar etməsinin səbəbinin həmin hadisə ilə bağlı olub-olmaması ilə bağlı xüsusatlar araşdırılmamışdır. Bundan başqa mərhum X.Süleymanovun arvadı Şikayət verən şəxs izahatında ərinin heç kimlə dava-dalaşı və mübahisəsinin olmadığını, alkoqol və narkotik maddələr qəbul etmədiyini, qumar və idman mərc oyunlarının aludəçisi olmadığını, sağlığında hər hansı xəstəlikdən əziyyət çəkmədiyini, Xamisin əvvəllər özünü öldürməyə cəhd etmədiyini və ya özünə pis nəsə edəcəyini ona bildirmədiyini qeyd etmiş, həmin faktların həqiqətən də mövcudluğu araşdırma zamanı təkzib edilməmiş, buna baxmayaraq X.Süleymanovun heç bir əsaslı səbəb olmadan intihar etməsinin ağlabatan olmamasına müstəntiq tərəfindən əhəmiyyət verilməmiş və bu istiqamətdə araşdırma aparılması təmin edilməmişdir. Bundan başqa mərhum X.Süleymanovun arvadı Şikayət verən şəxs izahatında X7 onlardan 2023-cü ilin dekabr ayından etibarən təxminən 2-3 ay ərzində hissə-hissə 17.000 AZN borc pul istədiyini, əvvəlcə 3.000 manat pulu Milli Ön ödəmə sistemi vasitəsilə Rüfətin bank hesabına köçürdüklərini, bundan sonra Xamisin “Access Bank”ın Şəki filialından 23.000 AZN borc pul götürərək həmin pulun müəyyən hissəsini Rüfətə borc verdiyini, Rüfətin 1 ay ərzində pulu qaytaracağını vəd etdiyini, lakin həmin müddət ərzində sadəcə 3000 AZN pul qaytardığını, sonradan Xamisin Rüfətdən pulunu tələb etdikdə, Rüfətin hissə-hissə pulları qaytarmağa başladığını, lakin 3500 AZN borclu qaldığını, Rüfət ödənişi gecikdirdiyi üçün kredit borcuna görə Xamisin əlavə faizlər ödədiyini, son 3 ayda isə borclarını ödəmək üçün Xamisin “BOLT” tətbiqi vasitəsilə sərnişin daşıması da həyata keçirməyə məcbur olduğunu, bunun nəticəsində Xamis çox sıxıntılar çəkdiyini və özünü narahat hiss etdiyini qeyd etmiş, lakin həmin faktlara müstəntiq tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Bundan başqa mərhum X.Süleymanovun arvadı Şikayət verən şəxs izahatında Xamisin ölümündən qabaqkı günlərdə ona çox sıxıntı çəkdiyi və özünü narahat hiss etdiyini dediyini, ona “Rüfət məni pis günə qoydu, borcun içinə saldı, indi bu vəziyyətdə nə edim bilmirəm, bezmişəm” dediyini, ##.##.2026-cı il tarixdə səhər Xamisin yuxudan oyanaraq işə getmək üçün evdən çıxdığını, lakin axşam evə qayıtmadığını, bundan sonra onlar Xamisi axtarmağa başladıqlarını, həmçinin Zamitlə əlaqə saxladığını, Zamit həmin gün Xamisin işdən çıxaraq çörək aldığını və evə getdiyini dediyini, Zamitin danışıq zamanı Xamisin borclarının “şişməsi” haqqında da məlumat verdiyini, həmçinin növbəti gün əlaqə saxladığı Orxanın söhbət zamanı Xamisin 2026cı ilin yanvar ayında Nəzakət adlı dükan sahibindən 6000 AZN borc pul götürdüyünü, lakin qaytara bilmədiyini dediyini qeyd etmiş, lakin həmin faktlara müstəntiq tərəfindən obyektiv hüquqi qiymət verilməmişdir. Bundan başqa mərhum X.Süleymanovun arvadı Şikayət verən şəxs izahatında təxminən 3 il bundan əvvəl Xamisin mobil telefonunda bacısı Iradənin qızı Rəna Mustafazadə ilə yazışmasını aşkar etdiyini, həmin söhbətin onun qohumlarına məlum olduğunu, onun qardaşı Salam Qurbanovun arvadı Oksananm onun qohumlarına həmin söhbəti bütün camaat içində yayacağı, Xamisin qonşularına deyəcəyi, Xamisin etdiyi hərəkətə görə biabır olacağı barədə xəbər göndərdiyini, Xamislə Rənanın bu münasibətindən istifadə edərək Oksana Xamislə qardaşı Salam arasındakı mübahisəni də daha da böyütdüyünü, onları biabır etməyə çalışdığını, mərhum ərinin sağlığında X11 16000 AZN borcu qalması barədə məlumatı olmadığını, əri itkin düşdükdən sonra ərinin iş yerinin müdiri X12 Nəzakət adlı qadına 6000 AZN borcu olduğunu, Nəzakətin Xamisin itkin düşməsindən sonra ona zəng edərək Xamisin borcu haqqında məlumat verdiyini və borcunu tələb etdiyini dediyi qeyd etmiş, lakin həmin faktlara da müstəntiq tərəfindən obyektiv hüquqi qiymət verilməmişdir. Bundan başqa mərhum X.Süleymanovun qızının əri X6 izahatında Xamisin çox saf, sadəlöhv, lakin hər kəsə əl tutmağa çalışan biri olduğunu, onun heç kimlə dava-dalaşı və mübahisəsi olmadığını, qayınanası Təranə və qayınatası Xamisin 2023-cü ildə Rüfət adlı bir tanışlarına görə “Access Bank”dan 23.000 AZN kredit götürdüklərini dediklərini, sonuncu dəfə Xamisin də həm kredit götürərək, həm də özündə olan puldan göndərərək Rüfətə borc pul verdiyini, Rüfətin 6 ay ərzində borcu qaytaracağını bildirdiyini, lakin Rüfətin həmin pulu vaxtında qaytarmadığını, buna görə də Xamisin Rüfətə görə götürdüyü kredit borcunun faizlərini də özü ödəmək məcburiyyətində qaldığını, beləcə maddi sıxıntıya düşdüyünü, son dövrlərdə Xamisin borclarını ödəmək üçün işdən sonrakı vaxtda gecəyə qədər “BOLT” tətbiqi vasitəsilə sərnişin daşıması da həyata keçirərək pul qazandığını, təxminən 2026-cı ilin fevral ayında Xamisin ona “Təxminən 2000- 3000 AZN əl borcum var, qalan pul da mənə başqa bir iş üçün lazımdır, onu sənə sonra deyəcəyəm, buna görə sənin adına kredit götürək” dediyini, Xamisin dediyi ilə razılaşdığını, ##.##.2026-cı il tarixdə “Access Bank”dan öz adına 10.000 AZN kredit götürərək həmin pulu tam olaraq Xamisə verdiyini, Xamisin ölümündən qabaqkı günlərdə çox sıxıntı çəkdiyini, özünü narahat hiss etdiyini bildirdiyini, evdə olarkən onlara “Rüfət məni pis günə qoydu, borcun içinə saldı, indi bu vəziyyətdə nə edim bilmirəm, bezmişəm” sözlərini dediyini, ##.##.2026-cı ildə Xamis itkin düşdükdən sonra Təranənin Zamitlə əlaqə saxladığını, Zamitin Xamisin yerini bilmədiyini, lakin Xamisin borclarının “şişməsini” bildirdiyini dediyini, Xamisin özünü asaraq intihar etməsində səbəb kimi onun əl borclarının və kredit borclarının çox olmasını düşündüyünü, əsasən də Rüfətin vaxtında Xamisdən aldığı borcu ödəməməklə onun banklardan kredit götürməsinə, həmçinin digər şəxslərdən də borc kimi pullar almasına səbəb olduğunu, Xamisin də bu və əlavə borcları ödəmədiyinə görə maddi sıxıntı çəkib intihar etdiyini qeyd etmiş, lakin həmin faktlar üzrə də müstəntiq tərəfindən ətraflı araşdırma aparılmamış və və obyektiv hüquqi qiymət verilməmişdir. Bundan başqa X16 izahatında X8 uzun müddətdir tanıdığını, Xamisin onun anasının həmkəndlisi olduğunu, eləcə də Xamisin onun işlədiyi müəssisədə işlədiyini, Xamisin arvadı Təranənin Xamisin borclarının və kreditlərinin yaranmasına səbəb olan amil olduğunu, Xamisin maaşı az olmasına baxmayaraq, arvadının Xamis qarşısında yüksək tələblər irəli sürdüyünü, məsələn maşın almağı, evi təmir etməyi, uşağa bahalı oyuncaqlar almağı, yaxşı məkanlarda ad günü keçirməyi tələb etdiyini, Xamisin də xalis qazancı ilə bunu edə bilmədiyini, lakin ailəsinin sözünü yerə salmamaq üçün arvadının dediyini etməyə çalışdığını, bunun nəticəsində Xamisin müxtəlif şəxslərə və banklara borclarının yarandığını qeyd etmiş, lakin material üzrə araşdırma aparan müstəntiq Zamitin qeyd etdiyi xüsusatlar barədə haradan məlumat əldə etməsi, həmin xüsusatların ona necə məlum olması ilə bağlı əlavə araşdırma aparmamış, Xamisin intihar etməsinin səbəbi ola biləcək maddi sıxıntılarının yaranmasına arvadı Təranənin səbəb olduğu görüntüsünü yaratmasında Zamitin nəyə görə maraqlı olmasına əhəmiyyət verməmişdir. Z.Abdullayevin izahatında arvadının Xamis qarşısında yüksək tələblər irəli sürməsi, məsələn maşın almağı, evi təmir etməyi, uşağa bahalı oyuncaqlar almağı, yaxşı məkanlarda ad günü keçirməyi tələb etməsi, Xamisin də xalis qazancı ilə bunu edə bilməməsi, lakin ailəsinin sözünü yerə salmamaq üçün arvadının dediyini etməyə çalışması, bunun nəticəsində Xamisin müxtəlif şəxslərə və banklara borclarının yaranması barədə göstərdikləri ilə bağlı onu nəzərinizə çatdırıram ki, həmin sözlər yalan olmaqla böhtandır. Belə ki, Şikayət verən şəxs ümumiyyətlə ərindən avtomobil istəməmiş, Zamit özü avtomobil alveri ilə məşğul olmuş, Xamisə köhnə Mersedes avtomobilini satmış, sonradan Zamit və digər şəxslər zəng edərək Xamisi təhdid etmiş, pulu tələb etmiş, Xamis də məcbur qalaraq kredit götürüb Zamitə 5000 manat pul vermiş, həmin vaxtdan 2 ay sonra Zamit qalan pulu tələb etmiş, buna görə də Xamis kənddəki həyətin bir hissəsini sataraq 3000 manat pulu Zamitə vermişdir. Bundan başqa Zamit hansısa səbəbdən Xamisin 1600 manat deyil, 865 manat əmək haqqı aldığını göstərmiş, bu baxımdan Zamit sanki Xamisin maddi gəlirinin aşağı olduğunu göstərməklə onun maddi sıxıntılarının olmasını qabartmaqla məhz buna görə intihar etməsi görüntüsünü yaratmağa çalışmışdır. Z.Abdullayev izahatında arvadının Xamisdən evi yaxşı təmir etməsini, nəvəsinə oyuncaq maşın almasını istəməsi, yaxşı məkanlarda ad günü keçirməyi tələb etməsi barədə göstərdikləri ilə bağlı onu nəzərinizə qeyd edilir ki, həmin sözlər yalan olmaqla evin təmirə ehtiyacı olmamış, nəvəsinə oyuncaq maşını Xamis özünün yığdığı qəpik pullar hesabına almış, eləcə də heç vaxt hansısa restoranda ad günü keçirilməmişdir. Bundan başqa, Şikayət verən şəxs bildirdiyinə görə Zamit dəfələrlə iş yerində digər şəxslərin yanında Xamisin vəfat etmiş anasını söymüş, təhqir etmiş, Xamisi isə işçilərin içərisində “Moşik” deyə ələ salmış, buna görə aralarında mübahisə olmuş, bu barədə Xamis Şikayət verən şəxs məlumat vermişdir. Bundan başqa, Şikayət verən şəxs bildirdiyinə görə Xamis məzuniyyətdən işə qayıtmasına 2 gün qalmış Zamit Xamisə votsapda səs ataraq ona hədə-qorxu gəlmiş, söyüş söymüş, 300 manat pulunu tələb etmiş, Təranə 300 manat Xamisə pul vermiş və Zamitə qaytarmasını demişdir. Həmçinin X.Süleymanov “AccessBank”-dan kredit götürən zaman Zamit Xamisə zamin durmuş, lakin Xamisin intiharından bir neçə gün əvvəl banka gedərək zaminlikdən çıxmışdır. Görünür həmin vaxt Zamit Xamisin intihar edəcəyindən əvvəlcədən məlumatlı olmuşdur. Əlavə olaraq X.Süleymanovun itkin düşdüyü ##.##.2026-cı il tarixdə saat 22:30-da Şikayət verən şəxs Zamitə zəng edərək Xamisin evə gəlmədiyini, harada olub- olmadığını soruşduqda Zamit Xamisin harada olduğunu bilmədiyini, Təranənin səsini yazdığını demiş, Təranə isə Zamitdən nəyə görə aqressiv danışdığını soruşduqda Zamit “Xəbərin var Xamis işə düşüb, batıb” sualını vermiş, Xamisin harada olduğunu bilmədiyini demişdir. Bundan başqa X2 izahatında X8 işlədiyi müəssisədən tanıdığını, Xamislə işə başladıqdan sonra şəxsi münasibətləri yarandığını, onunla münasibətlərinin çox səmimi olduğunu, lakin Xamislə işdən kənar görüşləri olmadığını, Xamisin konkret olaraq kimə nə qədər borclu olması, hansı bankdan və nə qədər kredit götürməsi, həmçinin bu borcların konkret nə üçün yaranması haqqında tam məlumatının olmadığı, Xamisin ona “Evdən çox şey istəyirlər, məsələn evi təmir etmək, maşın almaq və s. heç keçən dəfə nəvəmi həkimə aparmaq da lazım deyildi, xərcim çox çıxdı. Ailəyə də mən baxıram, hamı mənim maaşımı gözləyir, ona görə taksi sürürəm ki, maddi sıxıntıdan çıxa bilim” dediyini qeyd etmiş, lakin material üzrə araşdırma aparan müstəntiq Orxanın qeyd etdiyi xüsusatlar barədə haradan məlumat əldə etməsi, həmin xüsusatların ona necə məlum olması ilə bağlı əlavə araşdırma aparmamış, Xamisin intihar etməsinin səbəbi ola biləcək maddi sıxıntılarının yaranmasına arvadı Təranənin səbəb olduğu görüntüsünü yaratmasında Orxanın nəyə görə maraqlı olmasına, həmçinin O.Mirzəyevin izahatında göstərdikləri ilə Z.Abdullayevin izahatında göstərdikləri xüsusatların tamamilə oxşar olmasına əhəmiyyət verməmiş və həmin xüsusatlar üzrə əlavə araşdırma aparılmamışdır. Bundan başqa X3 izahatında X8 işlədiyi müəssisədən tanıdığını, Xamis itkin düşən gün, yəni ##.##.2026-cı il tarixdə Nəzakət adlı dükan sahibinin onunla əlaqə saxladığını, ona telefon danışığı zamanı “2026-cı ilin ## ###### tarixində Xamis məndən 6000 AZN borc pul götürüb, 1 aya qaytaracağını demişdi, lakin qaytarmayıb. Eşitdim ki, Xamis işə gəlmir” dediyini, o da Xamisin harada olduğunu bilmədiyini və axtarıldığını, tapıldıqdan sonra məlumat verəcəyini bildirdiyini qeyd etmişdir. Bundan başqa X11 izahatında mərhum X8 təxminən 4 ildir ki, tanıdığını, Xamislə yalnız iş zamanı əlaqələri olduğunu, hər hansı şəxsi münasibətlərinin mövcud olmadığını, onunla tez-tez işlə bağlı ünsiyyətdə olduqları üçün Xamisin ona öz problemlərini danışdığını, ailəsindən tez-tez şikayətləndiyini, arvadının Xamisdən maddi cəhətdən çox şey tələb etdiyini, məsələn yeznəsinə maşın almasını, evi yaxşı təmir etməsini, nəvəsinə oyuncaq maşın almasını bildirdiyini, Xamis də arvadına heç bir söz deyə bilmədiyi üçün bu şeyləri təmin etmək məqsədilə başqalarından borc aldığını, yaxud kredit götürdüyünü, həmçinin Xamisin ondan bir neçə dəfə borclar götürdüyünü, Xamisə 2025-ci il ərzində bir neçə dəfə müxtəlif məbləğlərdə borc verdiyini, Xamisin həmin borcu qaytara bilmədiyini, 2025-ci ilin iyun ayında Xamisin ona müraciət edərək,, arvadının ondan evə soyuducu almasını tələb etdiyini dediyini, bu səbəbdən ona borc pul lazım olduğunu, Xamisin xətrini çox istədiyi üçün “Kapital Bank”a aid “birbank” tətbiqində öz adına olan kredit kartından 1000 AZN pul çıxararaq Xamisə verdiyini, bundan başqa 2025-ci ilin avqust ayında Xamisin ondan Şəki rayonunda ata yurdu olan torpaq sahəsinin sənədləşdirilməsi üçün 3000 AZN pul istədiyini, “Kapital Bank”a aid “birbank” tətbiqində öz adma olan sahibkar krediti kartından 3000 AZN pul çıxararaq Xamisə verdiyini, habelə Xamisin 2025-ci ilin dekabr ayında ona “Arvadım məndən kürəkənimə maşın almasını tələb edir, mənə maşın almaq üçün 6000 AZN pul lazımdır” dediyini, o da üzərində və kartında borc veriləcək pul olmadığı üçün dükanında saxladığı 6000 AZN dəyərində siqaret və digər növ malları Xamisə verdiyini, Xamis də başqa dükanlara sataraq pulu əldə etdiyini, hər dəfə borc verəndə Xamisdən borcu nə zaman qaytaracağını soruşmuş, Xamis isə 2026-cı ilin yayında kredit götürərək bütün borcları qaytaracağını bildirdiyini, o da Xamisə güvənərək növbəti ilin yayında Xamisin pulu qaytaracağını nəzərə alaraq hissə-hissə borclar verdiyini qeyd etmiş, lakin material üzrə araşdırma aparan müstəntiq Nəzakətin izahatında Xamislə yalnız iş zamanı əlaqələrinin olmasını və hər hansı şəxsi münasibətlərinin mövcud olmamasını deməsinə baxmayaraq onun qeyd etdiyi guya arvadının ondan müxtəlif tələblər irəli sürməsi ilə bağlı xüsusatlar barədə Xamisin ona məlumat verməsinin inandırıcı olmaması ilə bağlı əlavə araşdırma aparmamış, Xamisin intihar etməsinin səbəbi ola biləcək maddi sıxıntılarının yaranmasına arvadı Təranənin səbəb olduğu görüntüsünü yaratmasında Nəzakətin nəyə görə maraqlı olmasına, həmçinin O.Mirzəyevin, Z.Abdullayevin izahatında göstərdikləri ilə N.Əsədovanın izahatında göstərdikləri xüsusatların tamamilə oxşar olmasına əhəmiyyət verməmiş və həmin xüsusatlar üzrə əlavə araşdırma aparılmamışdır. X13 izahatında ##.##.2026-cı il tarixdə Xamisin onun yanına gəldiyini, ona Rusiyaya işləmək üçün gedəcəyini, siqaret şirkətində işdən çıxacağını və oradan sığorta və 3 aylıq maaşı alacağını, daha sonra borcunu ödəyəcəyini bildirdiyini, hətta bunun qarantiyası kimi onun borc dəftərinə 16.000 AZN borcu olduğuna dair öz xətti ilə qeyd apardığını, sonuncu dəfə Xamisi ##.##.2026-cı il tarixdə günorta radələrində siqaret gətiridiyi üçün dükanında gördüyünü, son danışıq zamanı Xamisin bankdan kredit götürərək onun borcunu qaytaracağını bildirdiyini, bundan sonra Xamisi görmədiyini, bir neçə gün sonra Xamis özünü asaraq öldürdüyünü barədə ona məlumat verildiyini, Xamisin ona 16.000 AZN borcu qaldığını, o, borcun ödənişi ilə bağlı heç vaxt Xamisə təzyiq göstərməmiş, Xamisin intiharına səbəb kimi, Xamisin ailə problemlərinin də olmasını düşündüyünü, çünki Xamisin daimi olaraq arvadından şikayətləndiyini, arvadının Xamisdən maddi cəhətdən çox şey tələb etdiyini, onu xərcə saldığını, arvadının tapşırdığı predmet və əşyaları almaq üçün kreditlər götürdüyünü bildirdiyini qeyd etmiş, lakin material üzrə araşdırma aparan müstəntiq Nəzakətin izahatında borcun ödənişi ilə bağlı heç vaxt Xamisə təzyiq göstərmədiyini, Xamisi 2026-cı ilin yayma qədər gözləməli olduğunu, belə ki, Xamisin ona olan borcun tam ödənişinə dair özünə həmin vaxtı qoyduğunu deməsinə baxmayaraq nəyə görə Xamisin borcun qarantiyası kimi onun borc dəftərinə 16.000 AZN borcu olduğuna dair öz xətti ilə qeyd aparmasına razı olması, eləcə də ##.##.2026-cı il tarixdə Xamisin satış müdiri olan Əlizadə Orxan Rəşad oğlu ilə əlaqə saxlayaraq “2026-cı ilin ## ###### tarixində Xamis məndən 6000 AZN borc pul götürüb, 1 aya qaytaracağını demişdi, lakin qaytarmayıb. Eşitdim ki, Xamis işə gəlmir” deməsi ilə bağlı şübhəli və ziddiyyətli xüsusatlarla bağlı əlavə araşdırma aparmamış, həmin ziddiyyətlər araşdırılmamışdır. N.Əsədovanın izahatında Xamisin 2025-ci ilin dekabr ayında Nəzakətə “Arvadım məndən kürəkənimə maşın almasını tələb edir, mənə maşın almaq üçün 6000 AZN pul lazımdır” deməsi, onun da üzərində və kartında borc veriləcək pul olmadığı üçün dükanında saxladığı 6000 AZN dəyərində siqaret və digər növ malları Xamisə verməsi, Xamisin də başqa dükanlara sataraq pulu əldə etməsi barədə göstərdikləri ilə bağlı onu nəzərinizə çatdırıram ki, həmin sözlər yalan olmaqla həmin avtomobili Xamisin yeznəsi özü kredit götürüb almış, bunu təsdiq edən şahid də olmaqla, həmin avtomobil həmin qonşudan alınmışdır. N.Əsədovanın izahatında arvadının Xamisdən maddi cəhətdən çox şey tələb etməsi, məsələn yeznəsinə maşın almasını, evi yaxşı təmir etməsini, nəvəsinə oyuncaq maşın almasını istəməsi, ondan evə soyuducu almasını tələb etməsi barədə göstərdikləri ilə bağlı onu nəzərinizə çatdırıram ki, həmin sözlər yalan olmaqla evin təmirə ehtiyacı olmamış, nəvəsinə oyuncaq maşını Xamis özünün yığdığı qəpik pullar hesabına almış, soyuducunu isə kreditlə kürəkəninin adına “Sədərək” TM-dən almışdır. Həmçinin X.Süleymanovla arvadı Şikayət verən şəxs arasında münasibətlər normal olmuş, bir-birilərinə qarşı qarşılıqlı hörmət və sevgi münasibətləri olmuş, bunu X.Süleymanovun öz telefonun da Şikayət verən şəxs adını “Aşqim” adı ilə qeyd etməsi, eləcə də onların arasında hər hansı mübahisə və narazılıq olmasını təsdiq edən heç bir sübutun olmaması da sübut edir. N.Əsədovanın izahatında 2025ci ilin avqust ayında Xamisin ondan Şəki rayonunda ata yurdu olan torpaq sahəsinin sənədləşdirilməsi üçün 3000 AZN pul istəməsi, “Kapital Bank”a aid “birbank” tətbiqində öz adma olan sahibkar krediti kartından 3000 AZN pul çıxararaq Xamisə verməsi barədə göstərdikləri ilə bağlı onu nəzərinizə çatdırıram ki, X.Süleymanov həmin torpaq sahəsini və evi anasının vəfatından dərhal sonra 2021 -ci ildə sənədləşdirmişdir. Belə ki, X.Süleymanov sonuncu dəfə ##.##.2026-cı il tarixdə N.Əsədovanın dükanında olmuş, bundan sonra yaşadığı evin yanında olan yerə gəlmiş və orada intihar etmişdir. Bu fakt təsdiq edir ki, həmin gün N.Əsədova tərəfindən X.Süleymanova təsir və təziqlər edilmiş, nəticədə X.Süleymanov intihar etmişdir. N.Əsədovanın izahatında ##.##.2026-cı il tarixdə Xamisin onun yanma gəlməsi, ona Rusiyaya işləmək üçün gedəcəyini deməsi barədə göstərdikləri ilə bağlı onu nəzərinizə çatdırıram ki, X.Süleymanov heç vaxt RF-na getməmiş, orada heç bir tanışı və əlaqəsi olmamışdır. Belə ki, X.Süleymanov ##.##.2026-cı il tarixdə taksidə işləyib yığdığı 200 manat pulu N.Əsədovaya vermiş, lakin Nəzakət bu faktı gizlətmişdir. N.Əsədova öz qanunsuz hərəkətlərini ört-basdır elmək üçün müxtəlif yalanlar və bəhanələr uydurmuş və şübhələri öz üzərindən uzaqlaşdırmaq istəmişdir. X10 izahatında Təranənin onun xalası olduğunu, mərhum X20 əri olduğunu, 5-6 ildir ki, xalası ilə şəxsi münasibətlərinin pozulduğunu, lakin əvvəllər münasibətlərinin yaxşı olduğunu, ailəvi gediş-gəlişləri olduğunu, 17-18 yaşı olanda tez-tez xalasının Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinə getdiyini, orada bir neçə gün ailəvi olaraq qaldıqlarını, həmin ərəfədə 1 dəfə atası ilə anası arasında ailədaxili mübahisə yarandığı zaman Təranənin onların evinə gələrək onu və nənəsini öz evinə gətirdiyini, həmin gecə orada qaldığını, növbəti gün səhər saatlarında Xamisin ona “Mən işə gedirəm, istəyirsənsə, səni yolüstü “20 Yanvar” metrostansiyasının yaxınlığında düşürüm, oradan evinə gedərsən” sözlərini dediyini, o da sonuncunun bu təklifi ilə razılaşdığını, avtomobillə gedərkən Xamisin avtomobilin saxlanc yerindən 5 manat pul çıxararaq ona verdiyini və əlindən öpdüyünü, ona “Mən hər zaman bir ata kimi sənin yanındayam, nəsə ehtiyacın olsa, mənə deyərsən” sözlərini dediyini, Xamisin bu hərəkətini tam başa düşmədiyini, lakin Xamisin sanki ona yaxınlıq edirmiş kimi hiss etdiyini, evə qayıtdıqda bu barədə atasına bir söz demədiyini, lakin 2 gün sonra anasına Xamisin hərəkəti barədə məlumat verdiyini, anası ona “Xamis elə bizimlə də öpüşüb-görüşür, səmimi insandı, başqa məqsədi ola bilməz” sözlərini dediyini, bundan bir müddət sonra Xamis, Təranə və qızları Nazəninin onların evinə qonaq gəldiklərini, həmin vaxt Xamisin ondan sosial şəbəkə hesabını istədiyini və onun telefonundan “Instagram” sosial şəbəkəsində yaratdığı profilin adını götürdüyünü, bir neçə gün sonra Xamisin “Instagram”dakı profili ilə onun profilinə-mesaj yazmağa başladığını, ilk öncə Xamisin onunla hal-əhval tutduğunu, xüsusi hər hansı söz demədiyini, o da Xamisin hal-əhvalını soruşduğunu, lakin ilk danışıqdan təxminən 2-3 gün sonra Xamisin söhbəti başqa məcralara apardığını, belə ki, Xamisin artıq onunla hal-əhval tutmaqdan əlavə onunla yaxınlıq qurmaq üçün müxtəlif sözlər yazdığını, məsələn, Xamisin “Xalan Təranə hamamdadır, çimir, gəlsəydi yatardıq” sözünü yazaraq nəyəsə eyham vurmağa çalışdığını, bundan sonra Xamisin ona bir yerdə dənizə getməyi təklif etdiyini, o isə bunun ayıb olduğunu düşünərək bu təklifi rədd etdiyini, daha sonra Xamisin ondan şəkil atmasını istədiyini, o, əvvəlcə Xamisin ondan hansı cür şəkil istəməsini başa düşmədiyini, lakin sonra Xamisin ona “Çılpaq şəklini at, sinən görünsün" sözlərini dediyini, əvvəlcə buna etiraz etdiyini, Xamisin isə israrla ondan çılpaq şəkil atmasını xahiş etdiyini, o, artıq Xamisin onunla intim söhbət qurmaq istədiyini və onun daha başqa məqsədləri də olduğunu başa düşdüyünü, Xamisin bu hərəkətlərini sübuta yetirmək üçün onunla yazışmaları həmin an yekunlaşdırmaq yox, əksinə davam etdirmək qərarına gəldiyini, belə olan halda qohum tanışlara Xamisin necə bir insan olmasını göstərə biləcəyini fikirləşdiyini, bununla da o, özünün deyil, internetdən tapdığı ixtiyari bir sinə nahiyəsi görünən, lakin baş nahiyəsi görünməyən yarıçılpaq şəkli Xamisə göndərdiyini və həmin şəklin yalandan özünə məxsus olduğunu bildirdiyini, Xamis “of’ deyə mesaj yazdığını, bundan sonra danışıqlarını davam etdirmədiklərini, o, Xamisin bu əxlaqsız hərəkətini camaata göstərmək üçün onunla olan mesajları ekran rəsmi formasına saldığını, yəni “skrinşof ’ edərək öz telefonunda saxladığını, növbəti gün Xamislə olan mesajlara daxil olduqda, sırf Xamisin ona yazdığı mesajların silindiyini müşahidə etdiyini, bir neçə gün sonra bu məsələni xalasına bildirmək üçün xalasının ev telefonuna zəng etdiyini, lakin zəngi açan olmadığını, bundan sonra isə xalasının atasına zəng edərək “Sənin qızın barədə elə söz deyəcəm ki, onun saçını qırxacaqsan” sözlərini dediyini, növbəti gün xalası evlərinə gəldiyini və ona hücum çəkərək guya onun Xamisi yoldan çıxardığını bildirdiyini, nalayiq ifadələr işlətdiyini, o isə atasına Xamisin davranışları barəsində məlumat verdiyi üçün atası xalasını evdən qovduğunu və həmin gündən sonra nə o, nə də atasının Xamis və Təranə ilə danışmadıqlarını, yalnız anası Iradə bir neçə il sonra yenidən xalası ilə danışmağa başladığını, lakin münasibətlərin soyuq olduğunu, Xamisin nə üçün intihar etməsi, hansı problemlərinin olması haqqında da hər hansı məlumata sahib olmadığını bildirmişdir. Mərhum X.Süleymanovun arvadı Şikayət verən şəxs R.Mustafazadənin izahatında göstərilənlərlə bağlı bildirir ki, Rənanı qəsdlə Xamisin üstünə salıblar ki, onun ailəsini dağıtsın və bununla da rayonda olan torpağa sahib çıxsınlar. X1 yaxınlaşaraq ona görə gəldiyini bildirmiş və müxtəlif vaxtlarda pul istəmişdir. Rəna izahatında göstərdikləri barədə nə ona, nə də anasına, heç bir söz deməmişdir. Xamis bu işdə Rənanın atasının əli olduğunu güman edirdi. Xamis heç vaxt qohumlara qarşı pis olmamışdır. Xamisə dənizə getməyi Rəna təklif etmişdir. Rəna Xamisə qarşı qərəzli olmasaydı Xamisin nömrəsini bloka atardı. Rənanın mesajların silinməsi barədə dedikləri yalandır. Çünki mesajları skrn edəndə şəkillər şilinə bilməzdi. Xamisin dediyinə görə ona Instagramda danışmağı Rəna öyrətmişdir. Rənanın həmin vaxtlarda xalası oğlanları ilə gecə saatlarında danışmasını sübut edən mesajlarda var. Rənanın atasının guya Təranəni evdən qovması yalandır. Rənanın atası Təranəni evdən qovmamış, əksinə Rənanın günahı olduğunu demişdir. Aksana sentyabravqust aylarında Xamisi şantaj edərək şəxsi yazışmalarını kənddə yayıb hədə-qorxu gəlmiş, Aksananın əri Salam ailəsini təhdid edərək ailəsini dağıdacağını, maşınla Bakıya gələcəklərini, qızının ailəsini dağıdacağını, Rəna ilə mesajların qudasına, qardaşına, yeznəsinə deyəcəyini və Xamisi rüsvay edəcəyini demişlər. Mərhum X.Süleymanovun arvadı Şikayət verən şəxsnm dediyinə görə Xamis sağlığında Samir adlı şəxsə 2026-cı ilin yanvar-fevral ayları ərzində 8000, 9000, 400, 400 manat olmaqla müxtəlif vaxtlarda pullar vermiş, lakin həmin xüsusat da müstəntiq tərəfindən araşdırılmamış, Xamis tərəfindən həmin şəxsə qeyd olunan pul məbləğlərini verməsinin səbəbi aydınlaşdırılmamış, həmin şəxs tərəfindən Xamisə qarşı həmin pul məbləğlərinin alınması üçün hər hansı qanunsuz hərəkətlər edilib-edilməməsi istiqamətində heç bir hüquqi addımlar atılmamışdır. X17 intihar etməmişdən 2 gün əvvəl qızı Nazəniyə “məni yaman sıxırlar” sözünü demiş, Nazəni kimin sıxdığını soruşmuş, Xamis də onu borcu olan adamların sıxdığını demiş, Nazəni Xamisə 500 manat verməyi demiş, Xamis isə həmin məbləğin bəs etmədiyini, ödəsə də borcun bitmədiyini, bu işin axırının yaxşı olmayacağını demişdir. Lakin iş üzrə araşdırma aparan müstəntiq İ.Eldarov ümumiyyətlə Nazənini dindirməmiş, onun izahatını almamış və yuxarıda göstərilən xüsusatlarla bağlı da araşdırma aparmamışdır. Həmçinin müstəntiq İ.Eldarov iş üzrə mərhum X.Süleymanovla eyni zamanda, material üzrə izahatları alınmış və X.Süleymanovun özünü öldürməsi həddinə çatdırılmasına səbəb olduqları güman edilən X7, X16 və X11 istifadələrində olan mobil telefon nömrələri müəyyən edilərək həmin nömrələrdən X.Süleymanovun istifadəsində olan nömrələrə və əks istiqamətə edilmiş zənglərin və sms-lərin götürülməsi üçün müvafiq vəsatət və təqdimatla məhkəməyə müraciət edilməmiş, həmin məlumatlar əldə edilib araşdırılmamışdır. Göründüyü kimi müstəntiq İ.Eldarov tərəfindən iş üzrə vacib əhəmiyyət kəsb edən daha bir xüsusat üzrə də araşdırma aparılması təmin edilməmişdir. Bundan başqa iş üzrə obyektiv və ətraflı araşdırmanın aparılması üçün tərəfimdən ##.##.2026-cı il tarixdə və daha sonrakı tarixdə 2 müxtəlif vəsatətlə müstəntiq İ.Eldarova müraciət edilsə də, həmin vəsatətlərə heç bir cavab verilməmiş, vəsatətdə göstərilən xüsusatların araşdırılması təmin edilməmişdir. Iş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının rəyində əvvəlcə X8 aqressiv davranışlara meylli olmamaq, emosionallıq, hər kəslə yaxşı yola getmək kimi fərdi-psixi xüsusiyyətlərə malik olduğu göstərilmiş, daha sonra isə intihar etməzdən əvvəlki dövrdə Xamis Süleymanovun emosional vəziyyətində psixoloji gərginlik, çıxılmazlıq, ümidsizlik, yorğunluq, bezikmə hallarının müşahidə edildiyi, həmin psixi emosional vəziyyətin yaranmasının uzun müddət davam edən maddi sıxıntılar, bank və fiziki şəxslərə olan kredit borcları, sosial-məişət problemləri, yaranmış çətinliklərin öhdəsindən gəlməyin mümkünsüz hesab etməsi və mövcud situasiyadan çıxış yolu tapa bilməməsi ilə əlaqədar olduğu, bu səbəblərlə əlaqədar onda bədbinlik, gələcəyə ümidsizlik hissinin formalaşdığı və nəticədə intihar etdiyi göstərilsə də, intihar etməzdən əvvəlki dövrdə Xamis Süleymanovun emosional vəziyyətində psixoloji gərginlik, çıxılmazlıq, ümidsizlik, yorğunluq, bezikmə hallarının müşahidə edildiyinin necə müəyyən edilməsi göstərilməmiş, nəticədə əsassız rəy verilmiş, müstəntiq tərəfindən isə rəydə göstərilənlərin əsaslı olub- olmaması yoxlanılmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi mərhum X.Süleymanovun özünü öldürmə həddinə çatdırılmasında konkret şəxslərin - Rüfət, Zamit, Nəzakət, Aksananın təqsirləri olmuş, X.Süleymanov heç bir səbəb olmadan intihar etməmiş, onun özünü öldürməsinə səbəb həmin şəxslərin təsiri olmuşdur. Buna baxmayaraq material üzrə araşdırma aparan Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X4 iş üzrə dindirilmiş şəxslərin izahatlarında göstərilən ziddiyyətləri araşdırmamış, zəruri olmasına baxmayaraq mərhum X.Süleymanovun intihar etməzdən əvvəl istifadəsində olan 077-579-96-67 və 055-858-48 ** saylı mobil telefon nömrələrinə gəlib-gedən zənglərin və sms-lərin götürülməsi üçün müvafiq prosessual hərəkətlər edilməmiş, həmin məlumatlar əldə edilib araşdırılmamış, yuxarıda sadalanan digər araşdırılması zəruri hallar araşdırılmamışdır. Göründüyü kimi material üzrə yuxarıda qeyd olunan iş üzrə vacib halların araşdırılmasının Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X4 tərəfindən təmin edilməməsi X.Süleymanovun özünü öldürməsinə səbəb olan kənar şəxslərin məsuliyyətdən kənarda saxlanılmalarına şərait yaratmışdır. Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X4 tərəfindən material üzrə ətraflı və obyektiv araşdırma aparılmadan heç bir əsas olmadan bu cür qanunsuz və əsassız qərar qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (hakim F.Ş.Kərimova) Şikayət verən şəxs vəkili və nümayəndəsi Müdafiəçi tərəfindən Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X4 ## ### 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs nümayəndəsi Müdafiəçi şikayət verərək Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI : Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi X4 tərəfindən ## ### 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilərkən araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, iş üçün əhəmiyyət kəsb edən bir sıra hallar yoxlanılmamış, buna baxmayaraq birinci instansiya məhkəməsi həmin qərarı qanuni və əsaslı hesab etməklə şikayəti təmin etməmişdir. Apellyasiya şikayətində məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin dəlilləri mahiyyət etibarilə təkrar edilərək göstərilmişdir ki, mərhum X8 istifadə etdiyi telefon nömrələri üzrə daxil olan və çıxan zənglər və SMS məlumatları əldə edilməmiş, onun mobil telefonundakı “WhatsApp” yazışmaları, o cümlədən iş yoldaşlarının olduğu qruplardakı yazışmalar tam araşdırılmamış, habelə X7, X16 və X11 telefon nömrələri ilə mərhumun telefon nömrələri arasındakı əlaqələr yoxlanılmamışdır. Həmçinin, mərhumun ayrı-ayrı şəxslərlə borc münasibətlərinin, həmin borcların yaranma səbəblərinin və qaytarılması ilə əlaqədar ona təzyiq və ya hədə-qorxu göstərilib-göstərilməməsinin tam araşdırılmadığını irəli sürmüşdür. Xüsusilə, X16 mərhuma qarşı təzyiq göstərməsi, onu digər şəxslərin yanında alçaltması, borc pul tələb etməsi və torpaq sahəsinin sənədləri ilə maraqlanması; X7 aldığı pulun bir hissəsini vaxtında qaytarmaması nəticəsində mərhumun əlavə borclanmaya məruz qalması; X11 ilə borc münasibətləri; Oksana və Salam Qurbanovlarla bağlı şəxsi yazışmaların yayılması və torpaq mübahisəsi; X9 ilə torpaq sahəsi ilə əlaqədar mübahisə kimi halların mərhumun intiharı ilə səbəbli əlaqəsinin araşdırılmadığı göstərilmişdir. Ayrı-ayrı şəxslərin izahatlarında ziddiyyətlərin olduğu, həmin ziddiyyətlərin aradan qaldırılmadığı, mərhumun qızı Nazəninin onun intiharından əvvəl “məni yaman sıxırlar” məzmunlu sözlər deməsi barədə məlumatlara baxmayaraq izahatının alınmadığı, mərhumun Samir adlı şəxsə verdiyi iddia edilən pul vəsaitlərinin səbəbinin araşdırılmadığı, eləcə də araşdırmanın genişləndirilməsi barədə verilmiş vəsatətlərin lazımi qaydada həll edilmədiyi irəli sürülmüşdür. Keçirilmiş məhkəməpsixoloji ekspertizasının rəyində mərhumun intihardan əvvəl psixoloji gərginlik, ümidsizlik, yorğunluq və bezikmə vəziyyətində olmasının uzun müddət davam edən maddi sıxıntılar, bank və fiziki şəxslər qarşısında borclar və sosial-məişət problemləri ilə əlaqələndirilməsinə baxmayaraq, həmin psixi vəziyyətin hansı məlumatlar əsasında müəyyən edildiyi kifayət qədər əsaslandırılmamışdır. Materialda adları çəkilən şəxslərin hərəkətlərinin mərhumun özünü öldürmə həddinə çatdırılmasına səbəb olub-olmaması tam araşdırılmamışdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən arqumentlərin hər birinə ayrıca hüquqi qiymət verməmiş, müstəntiq tərəfindən aparılmış araşdırmanın tam, hərtərəfli və obyektiv olduğu barədə ümumi nəticə ilə kifayətlənmişdir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Məhkəmə kollegiyasının iclasında şikayətçi Şikayət verən şəxs nümayəndəsi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının və Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək cinayət işinin istintaqının davam etdirilməsi üçün Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilməsi haqqında qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şikayətçi Şikayət verən şəxs izahatında göstərdi ki, apellyasiya şikayətində qeyd olunanları müdafiə edir. Rüfət Məmiyev 3 il boyunca aldığı borcunu qaytarmadığı üçün Xamis Süleymanov ayrı-ayrı şəxslərdən müxtəlif miqdarlarda borclar almış, sələmə pullar götürmüşdür. Zamit adlı şəxs də Xamisə pulu sələmə vermişdi, buna dair səsyazılar vardır. Zamit onun həyat yoldaşının iş yoldaşı olmuşdur. Zamit həyat yoldaşına zəng edirdi, telefonu açmayan kimi ona zəng edirdi. Xamis Süleymanovu bu pul məsələsinə görə çox sıxırdı. Zamitə sual vermək lazımdır ki, digər iş yoldaşları da telefonu açmayanda onların həyat yoldaşlarına da zəng edirmi? Onun həyat yoldaşı Zamit ona zəng edən kimi yoxa çıxırdı, gedirdi kənarda onla danışırdı. Həyat yoldaşının intihar etməsinin səbəbi Zamitin, Nəzakətin hədələri olmuşdur. Xamis Süleymanovun bacı-qardaşları ilə aralarında torpaq mübahisələri də var idi. Məhkəmə kollegiyasının iclasında Abşeron rayon prokrorluğunun müstəntiqi, R X4 apellyasiya şikayətinin dəlillərilə razılaşmayaraq, apellyasiya şikayətinə etiraz edib şikayətin əsassız olduğunu bildirməklə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etməklə əlavə olaraq bildirdi ki, Xamis Süleymanovun meyiti köşkdən ipdən asılı vəziyyətdə aşkar edilmişdir. Şikayət verən şəxs və digər ailə üzvlərinin izahatları alınmışdır. Şikayət verən şəxs 3 dəfə izahat vermişdir. Mobil telefona baxış keçirilmişdir. Xamis Süleymanov qızına vida xarakterli video çəkib göndərmişdir, borclara görə intihar etdiyini bildirmişdir. Hadisə yeri elə yerdir ki, oraya ancaq Xamis Süleymanov və Şikayət verən şəxs girə bilirlər, obyektin açarı onlardadır. Intihar da bir neçə gün sonra aşkar edilmişdir. Ekspert rəyində də qeyd edilmişdir ki, kənar zədə, müqavimətdən yaranan iz yoxdur. Qəsd olub-olmamasını müəyyən etmək üsulu odur ki, dilaltı qırtlaq sümüyü qırılırsa, başqası tərəfindən boğularaq öldürüldüyü deməkdir. Hazırki işdə belə hal yoxdur. Şikayət verən şəxs qeyd etdiyi torpaq məsələsini də araşdırmış, məhkəmə mübahisələri olmuş, intihara aidiyyəti yoxdur. X18 Qurbanovanın bacısıqızı ilə sevgi yazışmaları olmuşdur. Bu hal da yayılmamışdır, hədələmə, pul tələb etmə və s. yoxdur. Maliyyə əməliyyatlarında kəsr olma, borcların Xamis Süleymanova yüklənilməsi ehtimalını nəzərə alaraq Xamis Süleymanovun işlədiyi şirkətə də sorğu verilmiş, belə hal olmadığı müəyyən edilmilşdir. Xamis Süleymanovun 3-4 nəfərə borcu olsa da, həmin şəxslər təkidlə pullarını istəməmişdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə Hərəkətindən (qərarından) şikayət verilən orqan məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının Hərəkətindən (qərarından) şikayət verilən orqan nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. CPM-in 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. CPM-in 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. CPM-in 207-ci maddəsinin 1-ci bəndinin məzmununa görə, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almalı və ona baxmalı, zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməlidir. CPM-nin 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. CPM-nin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər (CPM-nin 212.3-cü maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəməyə təqdim edilmiş Hərəkətindən (qərarından) şikayət verilən orqan araşdırma aparılmış **-C-** nömrəli materialı əsasında toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq etməklə gəldiyi qənaəti əsasında aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin nəticəsini qanuni və əsaslı hesab edir. Belə ki, CPM-nin 449.1-ci maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi, cinayət işinin başlanmasının rədd edilməsi, Azərbaycan Respublikası CPM-in 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti qaydasında məhkəmə araşdırmasının predmetinə daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2009-cu il tarixli Qərarından göründüyü kimi CPM-in 449.2-ci maddəsinin mənasına görə təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən (hərəkətsizliyindən) və qərarlarından cinayət prosesinin iştirakçıları, habelə onların müvafiq olaraq müdafiəçisi və ya qanuni nümayəndəsi o hissədə şikayət verə bilərlər ki, prosessual hərəkətlər və qəbul olunmuş prosessual qərarlar həmin cinayət prosesi iştirakçılarının hüquqlarına və qanuni maraqlarına toxunsun. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas vermir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin dispozisiyasına görə, özünü öldürmə həddinə çatdırma cinayətinin mövcudluğu üçün zərərçəkmiş şəxsin təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olması, onunla amansız rəftar edilməsi, ləyaqətinin mütəmadi olaraq alçaldılması və ya ona hədə-qorxu gəlinməsi və məhz belə davranış nəticəsində şəxsin özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırılması tələb olunur. CPM-in 46.3-cü maddəsinə əsasən isə cinayət işinin başlanması üçün cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması zəruridir; CPM-in 39.1.2-ci maddəsinə görə əməldə cinayət tərkibi olmadıqda cinayət təqibinə başlanıla bilməz. Bu baxımdan, şəxsin intihar etməsi faktının öz-özlüyündə Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulmuş cinayətin mövcudluğunu təsdiq etmədiyi nəzərə alınmalıdır. Eyni qaydada şəxsin müxtəlif fiziki şəxslərə və banklara borclarının olması, borcun qaytarılmasını tələb edən şəxslərlə münasibətlərinin mövcudluğu, ailə və ya əmlak xarakterli mübahisələrinin olması da, həmin münasibətlərdə CM-in 125-ci maddəsində konkret olaraq nəzərdə tutulan davranış formaları və onlarla intihar arasında səbəbli əlaqə müəyyən edilmədiyi halda, özlüyündə özünü öldürmə həddinə çatdırma cinayətinin əlaməti hesab edilə bilməz. Iş materiallarından görünür ki, araşdırma zamanı Xamis Süleymanovun müxtəlif fiziki şəxslərə və banklara borclarının, maddi sıxıntılarının olduğu müəyyən edilmiş, eyni zamanda həmin şəxslərin borcun qaytarılması məqsədilə ona qarşı CM-in 125-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş xarakterdə qanunsuz davranış göstərməsini təsdiq edən kifayət qədər obyektiv məlumat müəyyən edilməmişdir. Materialda mərhumun ölümündən əvvəl çəkdiyi videoda borcları ilə əlaqədar ona heç kəsin təzyiq etmədiyini, heç kimdən şikayətinin olmadığını və maddi öhdəliklərdən bezdiyini bildirməsi, habelə ekspert rəyində onun ölümündən əvvəlki psixi-emosional vəziyyətinin uzun müddət davam edən maddi sıxıntılar, kredit və digər borclar, sosial-məişət problemləri və həmin vəziyyətdən çıxış yolu tapa bilməməsi ilə əlaqələndirilməsi göstərilmişdir. Birinci instansiya məhkəməsində müstəntiqin izahatından da görünür ki, hadisə yeri və meyit müayinə edilmiş, ekspertiza keçirilmiş, mərhumun yaxınlarının və iş yoldaşlarının izahatları alınmış, onun mobil telefonuna baxış keçirilmiş, şəxsin ölümündən əvvəl göndərdiyi mesaj və videolar araşdırılmış, habelə şikayət tərəfinin göstərdiyi bir sıra ailə, torpaq və borc münasibətləri yoxlanılmışdır. Həmin materiallarda mərhuma qarşı fiziki zor tətbiqi, amansız rəftar, mütəmadi alçaltma və ya onu intihara sövq etmiş konkret hədə-qorxu faktını təsdiqləyən obyektiv məlumatların aşkar edilmədiyi göstərilmişdir. Apellyasiya şikayətində ayrı-ayrı telefon danışıqlarının, SMS-lərin və “WhatsApp” yazışmalarının əlavə olaraq əldə edilməməsinə xüsusi istinad edilsə də, hər hansı mümkün araşdırma hərəkətinin aparılmaması özlüyündə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qanunsuz olması nəticəsinə gətirib çıxarmır. Bu məsələdə hüquqi baxımdan həlledici olan, toplanmış materialların cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğunu göstərib-göstərməməsidir. Hazırkı material üzrə isə mərhumun özünün ölümqabağı ifadə etdiyi mövqe, ekspertiza nəticələri, şəxslərin izahatları, tədqiq edilmiş səs yazıları və yazışmalar birlikdə qiymətləndirilmiş və konkret şəxsin CM-in 125-ci maddəsində göstərilən üsullardan biri ilə mərhumu özünü öldürmə həddinə çatdırmasına işarə edən kifayət qədər məlumat müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi də məhz bu halları nəzərə alaraq araşdırmanın nəticəsini qanuni hesab etmişdir. Şikayət tərəfinin Rüfət Məmiyev, Zamit Abdullayev, Nəzakət Əsədova və digər şəxslərin ayrı-ayrı davranışları ilə bağlı irəli sürdüyü mülahizələr isə əsas etibarilə mövcud faktlara şikayətçinin verdiyi fərqli qiymətləndirmədən ibarətdir. Borcun vaxtında qaytarılmaması, borcun tələb edilməsi, əvvəllər mövcud olmuş şəxsi və ya torpaq mübahisələri, şəxslərin birbiri barədə ziddiyyətli və ya şikayətçi tərəfindən həqiqətə uyğun hesab edilməyən məlumat vermələri həmin şəxslərin mərhumu CM-in 125-ci maddəsində təsbit edilmiş üsullarla intihara çatdırdıqlarını təsdiqləmək üçün yetərli deyildir. Bunun üçün konkret qanunsuz davranışın, həmin davranışın davamlı və ya qanunda göstərilən xarakterinin, zərərçəkənin təqsirkardan asılılığının və həmin davranışla intihar nəticəsi arasında səbəbli əlaqənin müəyyən edilməsi tələb olunur. Iş materiallarında isə qeyd edilən elementlərin məcmusunu təsdiq edən kifayət qədər obyektiv məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası məhkəmə-psixoloji ekspertizasının rəyinə dair apellyasiya dəlilini də qərarın ləğvinə əsas hesab etmir. Belə ki, ekspert rəyi müstəntiqin və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin yeganə sübutu kimi qəbul edilməmiş, digər materiallarla — mərhumun ölümqabağı video və mesajları, maddi öhdəlikləri barədə məlumatlar, iş yoldaşlarının və yaxınlarının izahatları ilə birlikdə qiymətləndirilmişdir. Bu səbəbdən ekspert rəyinin əsaslandırılma üsuluna dair etiraz digər sübutların məcmusunu və həmin sübutlardan irəli gələn hüquqi nəticəni öz-özlüyündə aradan qaldırmır. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin şikayət dəlillərinə formal yanaşması barədə arqumentinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin əsaslandırmasının yığcam olması onun gəldiyi nəticənin avtomatik olaraq qanunsuz hesab edilməsinə səbəb olmur. Məhkəmə qərarında məhkəmə nəzarətinin hüquqi əsasları göstərilmiş, müstəntiqin qərarının qanuniliyi yoxlanılmış, iş üzrə zəruri şəxslərin izahatlarının alınması, ekspertizaların keçirilməsi, səs yazıları və yazışmaların tədqiq edilməsi nəzərə alınaraq, mərhumun özünü öldürmə həddinə çatdırılmasına dəlalət edən faktın aşkar edilmədiyi nəticəsinə gəlinmişdir. Apellyasiya instansiyası tərəfindən həmin əsasların daha geniş yoxlanılması da birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin mahiyyətcə düzgün olduğunu göstərir. Beləliklə, apellyasiya şikayətində göstərilən hallar əsasən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətdə irəli sürülmüş və birinci instansiya məhkəməsinin araşdırma predmetini təşkil etmiş dəlillərin təkrarından və həmin dəlillərə verilmiş hüquqi qiymətlə razılaşmamaqdan ibarətdir. Apellyasiya şikayətində müstəntiqin ## ### 2026-cı il tarixli qərarında gəlinmiş nəticəni və həmin qərarı qüvvədə saxlayan birinci instansiya məhkəməsinin qənaətini təkzib edən, CM-nin 125-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcudluğuna işarə edən kifayət qədər yeni faktiki məlumat müəyyən edilmir. Məhkəmə kollegiyası iş materiallarının araşdırılması nəticəsində gəldiyi qənaətinə əsaslanaraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, şikayətçi Şikayət verən şəxs nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, CPM-nin 212.4 və 212.4.2-ci maddələrinə görə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verilmiş şikayət üzrə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Qeyd olunanlara əsasən və CPM-nin 122, 212, 442, 449-451 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Şikayət verən şəxs nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar