Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-383/2023 30.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu – X1 nümayəndəsi və vəkili Nümayəndə “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 155/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi” barədə ərizəsini nəzərdən keçirərək Müəyyənetdi: X1 nümayəndəsi və vəkili Nümayəndə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsinin mənzilin 1 ay ərzində boşaldılması hissəsinin 1 il müddətində təxirə salınması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə imzalama səlahiyyəti olmayan Nümayəndə tərəfindən imzalanmışdır. Belə ki, ərizədə Nümayəndə borclunun etibarnamə üzrə nümayəndəsi və vəkili kimi qeyd olunmuş, həmçinin vəkil orderi və etibarnamə işə əlavə olunmuşdur. Vəkil orderini nəzərdən keçirərək məhkəmə hesab edir ki, vəkil orderi əvvəllər Bakı Apellyasiya Məhkəməsində istifadə edilmişdir. Azərbaycan Respublikası Vəkillər X2 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və order markası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən vəkil orderi – müvəkkil ilə vəkil arasında bağlanmış müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Həmin Əsasnamənin 4.3cü bəndinə əsasən vəkilin icraatında olan bir iş ilə əlaqədar vəkil orderinin sonrakı istifadəsi (cəzaçəkmə müəssisələrinə təqdimedilməsi ilə bağlı) üzrə nüsxələri vəkilin üzvü olduğu vəkil qurumunun rəhbəri və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin özünün möhürü ilə təsdiqlənir. Qeyd olunan Əsasnamənin müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, vəkil orderinin bu şəkildə istifadəsi (həm mülki iş üzrə yuxarı instansiya məhkəməsində, həm də məhkəmə qətnaməsinin icrası qaydasında (8 indeksi ilə işlər) qanunvericliyin tələblərinə uyğun deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə onun forma və məzmununa uyğun məhkəməyə verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib olunduğundan geri qaytarılmalıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, X1 nümayəndəsi və vəkili Nümayəndə daha əvvəl də eyni qaydada və məzmunda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin mənzilin 1 ay ərzində boşaldılması hissəsinin 1 il müddətində təxirə salınması barədə qərardad çıxarılmasını xahiş etmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-379/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X1 nümayəndəsi və vəkili Nümayəndə “Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi” barədə ərizəsinin geri qaytarılması qərara alınmış, ərizəçiyə ərizəsinin qaytarılmasında nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmadığı izah olunmuşdur. Buna baxmayaraq ərizəçi nöqsanları aradan qaldırmadan yenidən eyni ərizə ilə eyni qaydada məhkəməyə müraciət etmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X1 nümayəndəsi və vəkili Nümayəndə “Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi” barədə ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizəsinin qaytarılmasında nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №8(004)-383/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-383/2023
30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver