Məhkəmə qərarları › İş №8(3-10)-96/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-96/2026

29.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-96/2026 29.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Tələbkar Ağsu Rayon Icra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək aliment borcunun yenidən hesablanmasına dair ərizəsi üzrə (Açar sözlər: ərizənin rədd edilməsi, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Tələbkar Tələbkar Ağsu Rayon Icra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək aliment borcunun yenidən hesablanmasına dair ərizəsi üzrə Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Tələbkar Ağsu Rayon Icra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Fərid Nəsirov tərəfindən təsdiq edilmiş aliment borcunun hesablanması barədə ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək borclu X3 ##.##.2025-ci il tarixdən 2026-cı ilin iyul ayınadək (iyul ayı da daxil olmaqla) ona nə qədər aliment borcu olmasının hesablanması öhdəliyinin qoyulmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə tələbkar Tələbkar Ağsu Rayon Icra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək aliment borcunun yenidən hesablanmasına dair ərizəsi rədd edilmişdir. Tələbkar həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, aliment öhdəliyi qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmışdır. Tələbkarın alimentin düzgün hesablanmaması barədə dəlilləri iş materialları ilə öz təsdiqini tapmamış və tələbkar bu halları təsdiq edən sübutları məhkəyə təqdim etməmişdir. Belə ki, alimentin hesablanması zamanı qanunvericiliklə nəzərdə tutulmuş qaydada və meyarlar gözlənilmiş, hesablamalarda hər hansı uyğunsuzluq və ya səhvə yol verilməsi müəyyən edilməmişdir. Tələbkar tərəfindən aliment məbləğinin yanlış hesablanmasını təsdiq edən mötəbər və kifayət qədər sübut təqdim olunmamışdır. Borclunun kart hesablarına baxılarkən məlum olmuşdur ki, karta gələn məbləğlə aliment borcu tam olaraq ödənilməlidir. Tələbkar karta köçən məbləğlərin tək aliment olmadığını bildirsə də, icra məmuru bildirmişdir ki, kart hesabları açılan zaman tələbkara bu hesabları şəxsi işi ilə əlaqədar istifadə etməməsini, bu kart hesablarını yalnız aliment üçün istifadə etməsi bildirilmişdir. Bu səbəbdən məhkəmə tələbkarın alimentin düzgün hesablanmaması barədə ərizəni əsassız hesab edir və həmin hissədə tələbin təmin edilməsi üçün hüquqi əsasların mövcud olmadığı qənaətinə gəlir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Ağsu Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı nikahın pozulması aliment və maddi yardım tələbinə dair iddiası qismən təmin edilmiş, Tələbkar ilə Borclu arasında ##.##.2018-ci il tarixdə Ağsu rayon Qeydiyyat şöbəsində *** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, ##.##.2018-ci il təvəllüdlü X1 və ##.##.2020-ci il təvəllüdlü X2 anaları Tələbkar yanında saxlanılması, ##.##.2018-ci il təvəllüdlü X1 və ##.##.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu ##.##.2020-ci ildən başlayaraq hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat məbləğində sabit pul şəklində alimentin alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qərarından görünür ki, Borclu barəsində IXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Ağsu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərarından görünür ki, Borclu barəsində IXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Ağsu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadından görünür ki, tələbkar Tələbkar “alimentin indeksasiya olunmasına dair” ərizəsi təmin olunmuş, ##.##.2018-ci il təvəllüdlü X1 və ##.##.2020-ci il təvəllüdlü X2 üçün Borclu hər ay hər uşaq üçün ayrı ayrılıqda ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 0,49 misli həddində sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Tələbkar tərəfindən ##.##.2025-ci il tarixdə Ağsu rayon Icra və Probasiya şöbəsinə yazılmış ərizədən görünür ki, borclu Borclu ona bu günə kimi 950 manat aliment borcu yaranmışdır. Tələbkar tərəfindən ##.##.2025-ci il tarixdə Ağsu rayon Icra və Probasiya şöbəsinə yazılmış ərizədən görünür ki, borclu Borclu ona bu günə kimi 450 manat aliment borcu yaranmışdır. Tələbkar tərəfindən ##.##.2025-ci il tarixdə Ağsu rayon Icra və Probasiya şöbəsinə yazılmış ərizədən görünür ki, borclu Borclu ona bu günə kimi 1238 manat aliment borcu yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Tələbkar Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar