Məhkəmə qərarları › İş №8(3-9)-148/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-148/2026

30.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-148/2026 30.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Tələbkar şikayətlə məhkəməyə müraciət edərək, icra sənədi üzrə Ağcabədi rayon Icra Şöbəsinin icra məmuru Bəhram Cəfərovun hərəkətləri və ya hərəkətsizliyinin qarunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətçi Tələbkar şikayətini onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən Ağcabədi rayon Icra və Probasiya şöbəsində ##.##.2026-cı il tarixdə *(*-***)-****/**** nömrəli icraat başlanmışdır. Borcluya qanunla nəzərdə tutulan möhlət hüququ verilmiş, lakin borclu bu müddət ərzində öhdəliyini yerinə yetirməmişdir. Qanunla müəyyən edilən 10 günlük müddət bitdikdən sonra “Icra haqqında” Qanunun müvafiq maddəsinə görə məcburi icra tədbirləri görülməli idi. Lakin icra məmuru heç bir qanuni əsas göstərmədən əsaslı və effektiv heç bir məcburi icra tədbirləri görməyib. Ona görə də Ağcabədi rayon Icra və Probasiya Şöbəsinin icra məmuru Bəhram Cəfərovun məcburi icra tədbirlərini görməməkdən və işi faktiki uzatmaqdan ibarət hərəkərsizliyinin qanunsuz hesab edilməsi, müvafiq icra orqanına icra tapşırığı göndərməsi, borclunun gəlirlərinin izlənməsi, vəsatətə əsaslandırılmış cavab verilməsi, məsuliyyət tədbirlərinin görülməsi üçün təqdimat verilməsi və icra məmuru barəsində xüsusi qərardad çıxarılaraq müvafiq prokurorluğa məlumat verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələbkar Tələbkar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağrılsa da, məhkəmədə iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ağcabədi rayon Icra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025- ci il tarixli *(***)-****/**** nömrəli icra vərəqəsinə əsasən Ağcabədi rayon Icra və Probasiya şöbəsində ##.##.2026-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Icra sənədi icra edilməsi üçün icraata başlamaq haqqında qəbul edilmiş qərar məhkəməyə, o cümlədən tərəflərə göndərilmiş və bu barədə məlumat verilmişdir. Daha sonra icra sənədinin məcburi icra edilməsi ilə əlaqədar qanuna müvafiq olaraq qərarlar qəbul olunmuşdur. Daha sonra icra sənədinin icra edilməsi ilə bağlı borclu barəsində müxtəlif vaxtlarda “rəsmi xəbərdarlıq” tərtib edilmiş və borclunun ünvanına göndərilmişdir. Lakin borclu icra şöbəsinə gəlməmişdir. Onun barəsində axtarış barədə qərar qəbul olunmuş və icra edilməsi üçün Ağcabədi rayon Polis şöbəsinə göndərilmişdir. Ona görə də hesab edir ki, verilmiş şikayət əsasızdır. Məhkəmə iclasında borclu Borclu nümayəndəsi X3 izahatında göstərdi ki, borclu onun oğludur. Borclu məhkəmənin qərarınını icrasından boyun qaçırmır. Cehiz əşyalarının alınıb verilməsi ilə bağlı qeyd edir ki, dəfələrlə tələbkara və onun ailəsinə məlumat verilmiş, lakin onlar cehizi götürmək istəməmiş və cehizin pulunu tələb etmişlər. Cehiz əşyaları tam və yaralı haldadır. Onu qaytarmağa heç kim maneə olmur. Qaldı ki, qətnamə üzrə qeyd olunan pulun bir dəfəyə verilməsinə onların maddi imkanları yoxdur. Imkan daxilində tələbkarın ünvanına azda olsa pul göndərir. Ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə borclu Tələbkar Ağcabədi rayon Icra və Probasiya şöbəsinin icra məmuru Bəhram Cəfərovun hərəkət və hərkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilməmişdir. Tələbkar Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv olunması, icra məmuru Bəhram Cəfərovun hərəkətsizliyi və hərəkətlərinin qanunsuz hesab edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından tələbkar Tələbkar verdiyi şikayət əsassız olduğundan təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin borclu Tələbkar Ağcabədi rayon Icra və Probasiya şöbəsinin icra məmuru Bəhram Cəfərovun hərəkət və hərkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayətinin təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsində qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 12.1-ci maddəsində qeyd edilir ki, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasdır. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. Icra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 76-cı maddəsinə əsasən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər barəsində məhkəmə və digər orqanların qərarları bu Qanunla nəzərdə tutulmuş qaydada icra olunur. Kollegiya qeyd edir ki, icra işi ilə bağlı icra tədbirləri icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmişdir, icra məmuru tərəfindən icra sənədinin icra edilməsi ilə bağlı ##.##.2026-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu barəsində müxtəlif vaxtlarda “rəsmi xəbərdarlıq” tərtib edilmiş və borclunun ünvanına göndərilmişdir. Bundan başqa borclunun barəsində ##.##.2026-cı il tarixli qərar qəbul olunmuş, borclu Borclu barəsində axtarış elan olunmuşdur. Həmin qərar məlumat üçün tərəflərə, icra olunması üçün Ağcabədi rayon Polis şöbəsinə göndərilmişdir. Icra məmuru Bəhram Cəfərovun fəaliyyəti dövründə icra işi üzrə əməlində (hərəkət və hərəkətsizliyində) hər hansı bir pozuntu halları, onlar tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, tələbkar Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdr. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Tələbkar Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar