Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 8(3-1)-13/2026 01.10.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Babək Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədinin və Babək Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədinin icrası ilə bağlı borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilən şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Işin halları
1. Babək Rayon Məhkəməsinin (hakim: Günay Ismayıl) *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə Borclu 22000 (iyirmi iki min) manat məbləğində pulun, 156 (bir yüz əlli altı) manat miqdarında dövlət rüsumunun alınaraq X1 ödənilməsi qət edilmişdir. Babək Rayon Məhkəməsinin (hakim: Günay Ismayıl) *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə Iddianın qismən təmin edilməsi, Borclu 8000 (səkkiz min) manat məbləğində pulun alınaraq tələbkar2 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, cavabdehdən 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun alınaraq iddiaçı tələbkar2 ödənilməsi qət edilmişdir.
2. Babək Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli icra vərəqəsinə əsasən Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsində Borclu 22000 (iyirmi iki min) manat məbləğində pulun alınaraq X1 ödənilməsi, cavabdeh Borclu 156 (bir yüz əlli altı) manat miqdarında dövlət rüsumunun alınaraq iddiaçı X1 ödənilməsi qət edilmişdir.
3. Babək Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli icra vərəqəsindən görünür ki, Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli 2(079)- ***/**** nömrəli qətnaməsi ilə Borclu 8000 (səkkiz min) manat məbləğində pulun alınaraq tələbkar2 ödənilməsi, cavabdeh Borclu 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun alınaraq iddiaçı tələbkar2 ödənilməsi qət edilmişdir. II. Birinci instansiya məhkəməsində icraat və məhkəmə aktı
4. ## ###### 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər Icra və X2 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək həmin qətnamələr üzrə icra sənədləri ilə əlaqədar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir.
5. Təqdimat onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixli qərarla icraata başlanılmış, Babək Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-***/****-*** nömrəli, ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli qərarla icraata başlanılmış Babək Rayon Məhkəməsi tərəfindən verilmiş 2(079)- ***/****-*** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədlərinə əsasən borclu Borclu 22156 manat miqdarında pul vəsaitinin alınaraq tələbkar X1, 8100 manat miqdarında pul vəsaitinin alınaraq tələbkar tələbkar2 və ümumi məbləğin 10%-i, yəni 3025 manat icra ödənişinin isə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin xəzinə hesabına ödənilməsi müəyyən olunmuşdur. Qeyd olunan icra sənədlərinin müvafiq olaraq ##.##.2026-cı il tarixində və ##.##.2026-cı il tarixində Naxçıvan MR ƏN Naxçıvan şəhər Icra və Probasiya Şöbəsinə daxil olduğunu və qanuna müvafiq qaydada icraya yönəldildiyini, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surətinin bildirişlə icra sənədi üzrə borclu Borclu təqdim edildiyini, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün təklif olunduğunu, lakin borclu tərəfindən icra sənədində olan tələbin könüllü təmin edilmədiyini, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olduğunu hesab edın təqdimatçı, göstərilənlərə əsasən və “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir.
6. Naxçıvan Şəhər Məhkəməsinin (Işə baxan hakim Gülsüm Əliyeva) ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər Icra və Probasiya Şöbəsinin təqdimatı təmin olunmuş, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. «Icra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumataxtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Qanunun tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat iki şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzrsüz olmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ## ##### 2013-cü il tarixli, *-N nömrəli Kollegiya qərarı ilə təsdiq olunmuş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 və 2.2.1-ci bəndində isə qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Məhkəməyə təqdim olunan təqdimat və ona əlavə edilən sənədlərdən aydın olur ki, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası üçün bildiriş Borclu göndərilmişdir. Həmçinin icraata başlamaq haqqında qərarın məzmunundan o da aydın olur ki, borcluya tələbin könüllü olaraq 10 gün müddətində icra olunması təklif olunmuşdur. II. Apellyasiya şikayəti və ona etirazın dəlilləri a) Şikayətinin dəlilləri
8. Borclu sözügedən qərardaddan şikayət verərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsinə dair ərizə vermiş, şikayət ərizəsi ## ######## 2026-cı il tarixdə məhkəmənin elektron ünvanına daxil olmuşdur.
9. Şikаyət оnunlа əsаslаndırılmışdır ki, onun X1 qarşı heç bir borcu yoxdur. Bununla bağlı iddiaçının özünün notarial təstiq edilmiş ərizəsi də mövcuddur. Həmçinin tələbkar2 qarşı heç bir borcu yoxdur. Əksinə iddiaçının ona borcu var. Iddiaçının ona borcunun olmasını təstiq edən sübutlar mövcuddur. Lakin bu hallar məhkəmə tərəfindən aydınlaşdırılmamış, nəticədə barəsində əsassız qətnamələr qəbul edilmişdir. Bu səbəbdən də sözü gedən qətnamələrdən apellyasiya şikayəti vermişdir. Iş üzrə yuxarı instansiya məhkəməsinin mövqeyi hələ məlum deyildir. Bununla bağlı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimata baxılan zaman məhkəmə iclasında iştirak edərək bu barədə məhkəməyə məlumat verərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. Lakin bu hal qətiyyən nəzərə alınmamış və barəsində verilmiş təqdimat təmin edilərək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Hesab edir ki, Babək Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli və Babək Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnamələri tərəfindən mübahisələndirildiyi üçün icra tədbirləri dayandırılmalı olduğu halda həmin icra vərəqələrinə əsasən ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilməsi ədalətsiz yanaşmadır. MPM-in 231.1-ci maddəsinə görə, apellyasiya şikayəti verildikdə məhkəmə qətnaməsi qanuni qüvvəyə minmir. O, apellyasiya şikayəti vermişdirsə bu icradan yayınmağı anlamına gələ bilməz. Öz konstitusiya hüququndan istifadə edərək borcun varlığını mübahisələndirir. Bu hal öz əleyhinə istifadə olunmamalıdır. Məhkəmə apellyasiya şikayətinin verildiyini bilsə də, qətnamənin hələ qanuni qüvvəyə minmədiyini nəzərə almamış və vaxtından əvvəl icra tədbiri tətbiq etmişdir. Borcun mövcudluğu üzrə məhkəmə mübahisəsi yekunlaşmadığı üçün onun "borcu ödətməkdən yayınmağı" faktı sübuta yetirilməmişdir. Məhkəmə borcu ödəməkdən yayınma faktını araşdırmadan məhdudiyyət tətbiq etmişdir. Məhkəmə "Icra haqqında" Qanunun 84-1.1-ci və MPM-in 231.1-ci maddələrinin imperativ (məcburi) tələbini görməzdən gəlmişdir. Qanun açıq şəkildə bildirir ki, məhdudiyyət yalnız qanuni qüvvəyə minmiş icra sənədi üzrə tətbiq oluna bilər. Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə şikayətin baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
11. Şikayətə qarşı etiraz daxil olmamışdır. III. Tətbiq edilən hüquq a) “Icra haqqında” Azərbaycan Respublikası Qanunu
12. Maddə 2.1. Məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.
13. Maddə 3. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.
14. Maddə 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
b) Azərbaycan Respublikası Konstitusiyası
15. Maddə 28. III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Konstitusiyası sərbəst hərəkət etmək və Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüququnu fundamental hüquq olaraq azadlıq hüququnun tərkib elementi kimi qəbul edir.
16. Maddə 71. II. “Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmaldır”.
c) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
d) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2013-cü il tarixli *-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”
21. 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır.
22. 2.4-cü bəndində qeyd olunmuşdur ki, təqdimata borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubun) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. IV. Məhkəmə kollegiyasının mövqeyi
23. Kollegiya iş materiallarını, şikayət dəlillərini və birinci instansiya məhkəməsinin qərardadını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.
24. Kollegiya ilk növbədə qeyd edir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması mülki iş üzrə qətnamənin qanuniliyinin və əsaslılığının yenidən yoxlanılması vasitəsi deyil. Bu tədbir ayrıca icra icraatı çərçivəsində, qanuni qüvvəyə minmiş və icra edilməli olan icra sənədinin könüllü icrası təmin edilmədikdə, həmin icranın səmərəliliyinin təmin edilməsi məqsədilə tətbiq edilən prosessual xarakterli məhdudlaşdırıcı tədbirdir. Buna görə də hazırkı şikayət üzrə araşdırılmalı məsələ Babək Rayon Məhkəməsinin qətnamələri ilə müəyyən edilmiş pul öhdəliyinin mövcud olub-olmaması deyil, həmin qətnamələr əsasında verilmiş icra sənədlərinin icrası üçün qanunla nəzərdə tutulmuş əsasların mövcud olub-olmaması və borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün icra məmurunun təqdimatının kifayət qədər əsaslı olub-olmamasıdır.
25. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin məzmunundan görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün, birincisi, məhkəmə qərarı və ya digər müvafiq icra sənədi əsasında icra icraatının mövcud olması, ikincisi, həmin icra sənədinin könüllü icrası üçün borcluya müəyyən edilmiş müddətin verilməsi, üçüncüsü, icra sənədinin həmin müddətdə üzrsüz səbəbdən icra edilməməsi və dördüncüsü, bu halların icra məmurunun əsaslandırılmış təqdimatı ilə məhkəməyə təqdim edilməsi tələb olunur. Deməli, qanunverici bu məhdudlaşdırıcı tədbirin tətbiqini yalnız borclunun icra sənədində nəzərdə tutulmuş öhdəliyi könüllü icra etməməsi ilə əlaqələndirmiş və məhkəmənin müdaxiləsini məhz icra sənədinin icrasının təmin edilməsi məqsədinə bağlamışdır.
26. Hazırkı iş üzrə müəyyən olunur ki, Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi əsasında ## #### 2026-cı il tarixli icra vərəqəsi verilmiş, həmin icra sənədi üzrə icraata ## #### 2026-cı il tarixdə başlanılmışdır. Həmin icra sənədinə əsasən Borclu 22000 manat əsas borcun və 156 manat dövlət rüsumunun, ümumilikdə 22156 manat vəsaitin X1 xeyrinə tutulması nəzərdə tutulmuşdur.
27. Eyni zamanda, Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi əsasında ## ### 2026-cı il tarixli icra vərəqəsi verilmiş və həmin icra sənədi üzrə icraata ## ### 2026-cı il tarixdə başlanılmışdır. Bu icra sənədinə əsasən isə Borclu 8000 manat əsas borcun və 100 manat dövlət rüsumunun, ümumilikdə 8100 manat vəsaitin tələbkar2 xeyrinə tutulması nəzərdə tutulmuşdur.
28. Beləliklə, icra məmurunun təqdimatına əsasən borclunun icra etməli olduğu pul öhdəliklərinin ümumi məbləği 30256 manat təşkil etmişdir. Təqdimatda, həmçinin həmin məbləğ üzrə “Icra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş icra ödənişinin də hesablandığı göstərilmişdir.
29. Iş materiallarından müəyyən olunur ki, icra sənədləri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər Icra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icraata başlanılması barədə qərarlar qəbul edilmiş, həmin qərarların və könüllü icra üçün verilmiş müddət barədə bildirişlərin borcluya göndərilməsi təmin edilmişdir. Borcluya icra sənədlərində göstərilən tələblərin könüllü qaydada icrası üçün 10 gün müddət verilmiş, lakin həmin müddət ərzində icra sənədləri üzrə öhdəliklərin yerinə yetirilməsini təsdiq edən hər hansı məlumat müəyyən edilməmişdir.
30. Bu baxımdan, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin şərtlərdən olan icra sənədinin könüllü icrası üçün müddətin verilməsi və həmin müddətdə tələbin icra edilməməsi halları iş materialları ilə təsdiq olunur. Borclunun icra sənədlərində müəyyən edilmiş öhdəlikləri könüllü icra etməməsinin konkret səbəbləri barədə isə icra icraatının materiallarında onun tərəfindən əsaslandırılmış və üzrlü səbəbi təsdiq edən sübutların təqdim edilməsi müəyyən olunmur.
31. Kollegiya xüsusi olaraq qeyd edir ki, icra məmurunun təqdimatı üzrə məhkəmə, ilk növbədə, icra sənədinin mövcudluğunu, onun icraya qəbul edilməsini, könüllü icra üçün qanunla nəzərdə tutulmuş imkanın yaradılmasını, həmin imkanın borcluya bildirilməsini və tələbin müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra edilməməsini müəyyən etməlidir. Hazırkı işdə isə həmin hallar təqdimata əlavə edilmiş sənədlərlə və icra icraatının materialları ilə təsdiq edilmişdir.
32. Şikayətçinin əsas dəlillərindən biri ondan ibarətdir ki, o, Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və həmin şikayətə yuxarı instansiya məhkəməsində baxılmadığından qətnamənin qanuni qüvvəyə minmədiyini, bu səbəbdən həmin qətnamə əsasında icra tədbirlərinin, o cümlədən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının tətbiq edilməsinin yolverilməz olduğunu bildirmişdir.
33. Kollegiya bu dəlillə bağlı qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və *(*-*)-***/**** nömrəli, ## ######## 2026-cı il tarixli qərardadın surətindən (Iş materiallarına əlavə edilir) aydın olur ki, Borclu Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən 18 mart, 06 aprel və ## ##### 2026-cı il tarixlərdə apellyasiya şikayətləri vermiş, həmin şikayətlər müvafiq olaraq 19 mart, 10 aprel və ## ##### 2026-cı il tarixli qərardadlarla prosessual tələblərə cavab vermədiyinə görə geri qaytarılmışdır. Beləliklə, həmin şikayətlərdən heç biri apellyasiya icraatının başlanmasına səbəb olmamışdır.
34. Bundan sonra Borclu yalnız ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə yanaşı, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmiş, Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə həmin ərizə təmin edilməmişdir. Qərardadda ## ##### 2026-cı il tarixdə apellyasiya şikayətinin geri qaytarılmasından sonra Borclu ## ###### 2026-cı ilədək apellyasiya şikayəti verməməsi və bu hərəkətsizliyini əsaslandıran üzrlü səbəbləri təqdim etməməsi nəzərə alınmışdır.
35. Həmin qərardaddan Borclu tərəfindən verilmiş şikayətə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və *(*-*)-***/**** nömrəli, ## ######## 2026-cı il tarixli qərardadla şikayət rədd edilmiş, Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardad çıxarıldığı andan qanuni qüvvəyə minmiş və ondan kassasiya şikayəti verilməsinə yol verilməmişdir.
36. Göründüyü kimi, hazırkı işə baxıldığı tarixə Borclu Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təmin edilməmişdir. Əksinə, müddətin bərpasından imtina barədə qərardad yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
37. Bu halda şikayətçinin apellyasiya şikayəti verməsi barədə dəlili özlüyündə Babək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsinin icrasını istisna edən əsas hesab edilə bilməz. Belə ki, verilmiş şikayətlərdən heç biri apellyasiya icraatının başlanmasına səbəb olmamış, sonuncu apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə isə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə rədd edilmişdir.
38. Bu səbəbdən kollegiya hesab edir ki, şikayətçinin qətnamənin apellyasiya qaydasında mübahisələndirilməsi barədə dəlili ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunla müəyyən edilmiş əsasların mövcudluğunu aradan qaldırmır. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28ci maddəsində
39. təsbit edilmiş ölkədən sərbəst getmək hüququ mütləq xarakter daşımır. Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə əsasən Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Bu baxımdan, “Icra haqqında” Qanunun 84-1.1-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyət qanunla müəyyən edilmiş əsas və qaydada tətbiq edilən, məhkəmə qərarının icrasının təmin edilməsinə yönələn müvəqqəti xarakterli tədbirdir.
40. Kollegiya hesab edir ki, hazırkı iş üzrə tətbiq edilmiş məhdudiyyətin məqsədi borclunu cəzalandırmaq deyil, məhkəmə aktının faktiki icrasını təmin etməkdir. Məhkəmə aktının icrasının təmin edilməsi həm məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin, həm də məhkəmə aktı ilə hüququ müəyyən edilmiş tələbkarın hüquq və qanuni mənafelərinin qorunmasının ayrılmaz elementidir.
41. Şikayətçinin məhkəmə tərəfindən onun dəlillərinin nəzərə alınmaması barədə iddiasına gəldikdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi təqdimata əlavə edilmiş icra sənədlərini, icraata başlanılması barədə qərarları, könüllü icra müddətinin verilməsi barədə məlumatları və digər materialları araşdıraraq nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar iş materiallarının məzmununa uyğundur və həmin nəticənin əsassız olması barədə şikayət ərizəsində konkret, mötəbər və sübutla təsdiq olunan dəlillər irəli sürülməmişdir.
42. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Hazırkı işdə isə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarında olan sübutlarla ziddiyyət təşkil etməsi müəyyən edilmir. Əksinə, icra sənədlərinin mövcudluğu, icraata başlanılması, könüllü icra müddətinin verilməsi və həmin müddətdə tələblərin yerinə yetirilməməsi təqdimatın təmin olunması üçün qanuni əsasların mövcudluğunu göstərir.
43. Kollegiya həmçinin nəzərə alır ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması müddətsiz və ya daimi xarakterli tədbir deyildir. Bu məhdudiyyət icra sənədində nəzərdə tutulmuş öhdəliyin icrası ilə bağlı tətbiq edilir və onun qüvvədə qalması icra icraatının gedişi və qanunvericilikdə nəzərdə tutulmuş hallar əsasında qiymətləndirilə bilər.
44. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələblərini düzgün tətbiq etmiş, icra məmurunun təqdimatında göstərilən halları və təqdimata əlavə edilmiş sənədləri kifayət qədər qiymətləndirmiş və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə əsaslı nəticəyə gəlmişdir. Şikayətçinin irəli sürdüyü dəlillər isə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas verən hal kimi qiymətləndirilə bilməz.
45. Beləliklə məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qərardad qəbul edərkən düzgün nəticəyə gəldiyindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.