Məhkəmə qərarları › İş №8(3-8)-134/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-134/2026

29.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-134/2026 29.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi (tələbkar) Tələbkar alimentin indeksasiya edilməsi barədə ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2018-ci il tarixli, *(***)-****/**** saylı qətnamə ilə ## #### 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment, cavabdeh Borclu məhkəmə tərəfindən müəyyən edilmiş ümumillikdə 154 manat aliment miqdarının 2026-cı il üçün Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli miqdarında indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2018ci il tarixli, *(***)-****/**** saylı qətnamə ilə iddia təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə çıxartdığı ## #### 2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq ## #### 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Tələbkar verilməsi barədə qətnamə qət edilmişdir. Hesab edir ki, hazırda bu məbləğ indiki reallıqda uşağın saxlanılması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması təhsili və s. bu kimi işlərin aparılması üçün faktiki olaraq kifayət etmir. Ona görə də Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasına zərurət yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Pərvin İmamverdiyeva) ərizə qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Borclu ## #### 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində tutulan alimentin məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ## #### 2015-ci il təvəllüdlü X3 üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. 2018-ci il üçün ölkə üzrə minimum əmək haqqı 130 manat müəyyən edilmişdir. 154 manat məbləğdə aliment 2018-ci il üçün minimum əmək haqqının 1.18 misli (154:130 = 1.18) həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunmalıdır. Ərizəçi alimentin 0.65 misli həddində indeksasiya olunmasını xahiş etsə də, məhkəmə qeyd edir ki, alimentin indeksasiyasının onun ilkin müəyyən edildiyi dövr üzrə əmək haqqı məbləği mislində müəyyən edilməsi qanunvericiliyin tələbidir. Yəni yuxarıda sadalanan qanuni əsaslarla indeksasiya sabit pul məbləğində alimentin artırılmasını yox, artıq sabit məbləğində tutulmuş alimentin hazırkı vaxtda ölkə üzrə minimum əmək haqqına uyğunlaşdırılmasını ehtiva edir. Hazırda ərizədə göstərilən hallar indeksasiyanın həmin həddə aparılmasına əsas vermir. Borclu Borclu etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin *(*- ***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadının ləğv olunaraq, indeksasiyanın 0.65 misli həcmində müəyyən olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməli, ərizə tələb olunan minimum əmək haqqının 0.65 mislində təmin edilməlidir. Belə ki, sözügedən qərardadın məhkəmə əsaslandırması ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edirik ki, alimentin indeksasiya olunması ərizəsinin təmin edilib-edilməməsi üçün məhkəmə hər iki tərəfin diqqətəlayiq mənafeyini nəzərə almalı, xüsusən də borclu şəxsin maddi vəziyyətini təhlil edərək belə bir qərardad qəbul etməlidir. Bununla yanaşı, məhkəmə ərizədə qeyd edilən tələbə baxmalı və buna müvafiq qiymət verməlidir. Lakin hazırda mübahisələndirdiyi qərardadında özü ciddi pozuntuya yol verərək tələbkarın alimentin 0.65 misli həddində indeksasiya olunmasını xahiş etməsinə baxmayaraq, tələbdən kənara çıxaraq öz mülahizəsinə uyğun şəkildə və istehlak səbəti ilə uzlaşmayan minimum əmək haqqının 1.18 misli həcmində, yəni 418 manat aliment məbləği müəyyən etmişdir. Bu isə qanunvericiliyin tələbləri ilə uzlaşmamaqla yanaşı borclun tərəfi məqsədyönlü şəkildə əlavə borclanmaq və ehtimal edir ki, ərizəçinin məkrli niyyətinə qulluq etməklə borclunun gələcəkdə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmasına qulluq edəcəkdir. Həmçinin, mübahisələndirdiyi qərardad Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016- cı il 28 mart tarixli, *-*/**** nömrəli qərarı (## ###### 2024-cü il tarixli redaksiyada) uzlaşmamaqla əks mütənasiblik təşkil edir. Belə ki, qeyd edilən qərarın 8.3-cü bəndində göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Burada isə əsas ilk amil kimi, 1-məhkəmənin tələbdən kənara çıxması, 2-alimentin məbləğini müəyyən edərkən hər iki valideynin diqqətəlayiq maddi vəziyyəti başılıca amil kimi araşdırma predmeti olmalı idi ki, məhkəmə bunu etməmiş və nəticədə qanunsuz və icrası gələcəkdə borclunun vəziyyətinin pisləşməsinə, hətta onun cinayət məsuliyyətinə cəlb olunmasına gətirib çıxaracaqdır. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, ilə ## #### 2015-ci il təvəllüdlü X3 üçün Borclu hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” ## ###### 2017-ci il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvar ayının 1-dən 130 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarının 8.4-2-ci bəndi: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Hazırki işdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə alimentin məbləği 154 manat müəyyən edilərkən minimum aylıq əmək haqqının məbləği 130 manat olmuşdur. Yuxarıda istinad olunan qanunvericilik normaların və Ali Məhkəməinin Plenum qərarında əsasən sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 1,18 (154:130=1,18) həddində müəyyən edilmiş olur. Tələbdən kənara çıxma ilə bağlı şikayətin dəlili isə əsassız olmuşdr. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ərizəçi alimentin 0.65 misli həddində indeksasiya olunmasını xahiş etsə də alimentin indeksasiyasının onun ilkin müəyyən edildiyi dövr üzrə əmək haqqı məbləği mislində müəyyən edilməsi qanunvericiliyin tələbidir. Yəni yuxarıda sadalanan qanuni əsaslarla indeksasiya sabit pul məbləğində alimentin artırılmasını yox, artıq sabit məbləğində tutulmuş alimentin hazırkı vaxtda ölkə üzrə minimum əmək haqqına uyğunlaşdırılmasını ehtiva edir. Belə olan halda birinci instansiya məhkəməsinin gəlidiyi nəticə əsaslı hesab olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilən zaman prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vaxtadək uşaq üçün 154 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə hazırki minimum əmək haqqının 1,18 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Borclunun indeksasiya olunmuş aliment məbləğini ödəmək imkanının malik olmamasına dair şikayətində olan dəlilləri isə hazırkı icraat çərçivəsində deyil, alimentin azaldılmasına dair iddia qaldırılacağı təqdirdə həmin icraat çərçivəsində araşdırılmalı olan məsələlərdir. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar