Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8-2(3-10)-11/2026 29.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Zaqatala rayon Icra və Probasiya Şöbəsinin “məcburi icra tədbirlərinin görülməsi” barədə təqdimatı üzrə (Açar sözlər: məcburi icra tədbirləri) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından Zaqatala rayon Icra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Zaqatala rayon Icra və probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə məhkəmə qərarında qeyd olunun obyektin qapısının qıfılının qırılaraq daxil olunmasına dair qərardad qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixli qərarla icraata başladığı Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-****/****-*** nömrəli, ##.##.2026-ci il tarixli icra sənədi üzrə iş üzrə məhkəmə-texniki və məhkəmə-iqtisad ekspertizalarından ibarət kompleks məhkəmə ekspertizası təyin edilməsi qərara alınmışdır. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuş: 1.«xxxx» X2 MMC-yə məxsus Zaqatala rayonu, Göyəm kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin ərazisində yeləşən - (1) ümumi sahəsi 1500 (bir min beş yüz) m2 sahəyə malik (60 metr eni x 40 metr uzunluğu) olan soyuducu anbar binası; (2) hündürlü 7 (yeddi) metr olan metal konstruksiya üzərinde 30 (otuz) ton tutuma malik su çəni; (3) ümumi sahəsi 240 m2 olan (40 metr x 6 metr) mişar daşından inşa edilmiş talvar (altıaçıq) binası; (4) hər birinin sahəsi 24 m2 olan 3 )üç( eped hazır, 2(iki) ədəd yarımçıq qurutma kamerası; (5) "Altay" markalı işıq generatoru; (6) "E-1" markalı buxar qazanı; (7) ofis mebeli (6 ədəd oturacaq, 1 masa, kreslo, 1 yan masa); (8) ümumi sahəsi 10 m2 (5 metr x 2 metr) olan 5 anbar binası; (9) 250 kw gücə malik işıq transfarmatoru (yarımkeçirici stansiya və digər təchizatları ilə birlikdə); (10) 3 ton tutuma malik dizel çəni; (11) 200 metr uzunluğa və 2,4 metr hündürlüyə malik mişar daşından inşa edilmiş hasar; (12) 1 (bir) ədəd avtokar; (13) 1 (bir) ədəd freze dəzgahı (makinası); (14) 1 (bir) ədəd qalınlıq nizamlama dəzgahı (makinası); (15) 1 (bir) ədəd planya dəzgahı (makinası); (16) 1 (bir) ədəd zimpara dəzgahı (makinası); (17) 1 (bir) ədəd biləmə (itiləmə) dəzgahı (makinası); (18) 2(iki) ədəd almaz bıçaq; (19) 1 (bir) ədəd pelarama dəzgahı (makinası); (20) parket qablaşdırma dəzgahı (makinası); (21) parket xətti (liniyası) dəzgahı (makinası); və (22) parket baş kəsmə dəzgahı (makinası) kimə (iddiaçı və ya cavabdehə) məxsus torpaq sahəsində ərazidə yerləşir (mülkiyyətində, istifadəsində və ya zəbtində), yerləşirsə hansı hissepe olmasına dair cizgi (xəritədən çıxarış) əlavə edilsin? 2. Iddiaçının həmin əmlaka daxil olmasına cavabdeh tərəfindən maneçilik törədilirmi, həmin əmlaklar yerləşən torpaq sahəsi iddiaçının qanuni istifadəsində ve ya mülkiyyətindе (zəbtində) olan torpaq sahəsində yerləşirmi? 3. Qərardadın 1 və 2-ci suallarının cavablandırılması Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Kadastrı və Reyestri Publik Hüquqi şəxsə həvalə edilməlidir. Icra sənədinin icrası ilə əlaqədar olaraq ##.##.2026-cı il, ##.##.2026-cı, ##.##.2026-cı il tarixlərində icra sənədində qeyd olunan Zaqatala rayonu Göyəm kəndində yerləşən obyektə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, obyektin qapısı bağlı idi, vizual görüntüdən də məlum oldu ki, uzun müddətdir burada heç kim olmayıb. Bundan sonra aparılan icra tədbirləri nəticəsində borclu Borclu yerini müəyyən etmək olmamış, onun barəsində borclunun axtarılması barədə qərar qəbul olunaraq aidiyyəti polis orqanına göndərilmişdir. Həmçinin "Elekton icra" informasiya sisteminə sorğu verilən zaman məlum olunmuşdur ki, borclu ölkəxaricindədir və ölkəyə nə zaman qayıdacağı məlum deyildir. Belə olan halda məhkəmənin qərarı uzun müddət icrasız qala bilər və tələbkar tərəfinin haqlı narazılığına səbəb ola bilər. Odur ki, məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə məhkəmə qərarında qeyd olunun obyektin qapısının qıfılının qırılaraq daxil olunmasına dair qərardad çıxarılmasını xahiş edir. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, təqdimat təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan Zaqatala rayon Icra və Probasiya Şöbəsi şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsi qərardadında qeyd edir ki, “...Məhkəmə qeyd edir ki, hazırki təqdimat borclunun “qeyri-yaşayış sahəsinə məcburi daxil olma” haqqındadır. “Icra haqqında” Azərbaycan Respublikası Qanunununda borclunun qeyri-yaşayış sahəsinə məcburi daxil olma növündə məcburi icra tədbiri nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə tərəfindən Şəki Kommersiya Məhkəməsinin e-2- *(***)-****/****-*** nömrəli, ##.##.2026-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə “Icra haqqında” Azərbaycan Respublikası Qanunununda nəzərdə tutulmayan hərhansı bir məcburiyyət tədbirinin tədbiq edilməsi yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir.” Halbu ki, “Icra haqqında“ Azərbaycan Respublikasının Qanunun preambulasında qeyd olunur ki, bu Qanun Azərbaycan Respublikası və xarici dövlətlərin məhkəmələrinin mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra – məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. Həmin Qanunun 38.1-ci maddəsində qeyd olunur ki, borclunun əmlakına baxış keçirilməsi, onun əmlakının həbsi, müsadirəsi və yaxud başqasına verilməsi, habelə borclunun və ya başqa şəxslərin tutduğu yaxud borcluya və ya başqa şəxslərə məxsus yaşayış və ya qeyri-yaşayış sahələrinin, obyektlərin açılması ilə bağlı həyata keçirilən icra hərəkətlərində hal şahidlərinin iştirakı məcburidir. Həmin Qanunun 47.1-ci maddəsində qeyd olunur ki, tələbin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi, üçüncü şəxslərin mənzilinə daxil olma, orada baxış keçirmə, saxlama yerlərini açma və baxma məhkəmənin qərardadı əsasında həyata keçirilir. Həmin Qanunun 50.8-ci maddəsində qeyd olunur ki, əmlakın borclu tərəfindən gizlədildiyini güman etməyə əsas olduqda icra məmuru məhkəmənin qərarı əsasında axtarış (saxlama yerlərini açmaq və baxmaq) aparır. Icra məmuru axtarışı icra sənədlərinin icra edilməsi üzrə icraatın xüsusiyyətlərini nəzərə almaqla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 242- 245-ci və 247-ci maddələrinin tələblərinə uyğun olaraq həyata keçirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 243.1-ci maddəsində qeyd olunur ki, axtarış və ya götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və ya götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. Şəki Kommersiya Məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-****/****-*** nömrəli, ##.##.2026-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq ##.##.2026-cı il, ##.##.2026-cı, ##.##.2026-cı il tarixlərində icra sənədində qeyd olunan Zaqatala rayonu Göyəm kəndində yerləşən obyektə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, obyektin qapısı bağlı idi, vizual görüntüdən də məlum oldu ki, uzun müddətdir burada heç kim olmayıb. Bundan sonra aparılan icra tədbirləri nəticəsində borclu Borclu yerini müəyyən etmək olmamış, onun barəsində borclunun axtarılması barədə qərar qəbul olunaraq aidiyyəti polis orqanına göndərilmişdir. Həmçinin "Elektron icra" informasiya sisteminə sorğu verilən zaman məlum olunmuşdur ki, borclu ölkəxaricindədir və ölkəyə nə zaman qayıdacağı məlum deyildir. Şəki Kommersiya Məhkəməsinin yanaşmasına görə istənilə şəxs ölkəni tərk etmək yolu ilə bu qəbildən olan icra sənədlərinin icrasına uzun müddət və yaxud birdəfəlik maneçilik törədə, dolaysıyıla da şəxslərin qanunla qorunan mülkiyyət hüququnu poza bilər. Hansı ki, “Icra haqqında“ Azərbaycan Respublikasının Qanunda icra məmurunun məhkəmə qərarı əsasında əmlaklara məcburi qaydada daxil ola, orada axtarış və baxış keçirə bilməsi qeyd olunmuşdur. Şərh edilənlər onu deməyə əsas verir ki, Şəki Kommersiya Məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şəki Kommersiya Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Işdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən əsaslandırması ondan ibarət olmuşdur ki, icra məmurunun icraata başlamaq haqqında qərarının, tələbin könüllü icrası haqqında bildirişin, borclunun axtarışı haqqında qərarın borclu Borclu və ya onun ünvanına çatdırılması, həmçinin borclunun ölkə xaricində olması barədə sübutlar iş materiallarına əlavə edilməmişdir. Bundan başqa borclunun ölkə xaricində olması onun əmlakı gizlətməsi anlamına gəlmir. Nəticədə məhkəmə əmlakın borclu tərəfindən gizlədildiyini güman etməyə əsas olan halları (çağırışlara məhəl qoymamaq, axtarışdan yayınmaq və s.) müəyyən etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, ##.##.2026-cı il tarixli icraata başlama barədə qərardan görünür ki, Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-****/****-*** nömrəli, ##.##.2026-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Borclu Borclu ünvanlanmış ##.##.2026-cı il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, borcluya icra sənədi üzrə tələbin könüllü icra etməsi üçün 10 gün müddətin olması barədə xəbərdarlıq edilmişdir. ##.##.2026-cı il tarixli borclunun axtarışı barədə qərardan görünür ki, borclu Borclu barəsində axtarış elan edilmişdir. “Icra Haqqında” Azərbaycan Respublikası Qanunun 43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44.1-ci maddəsinə görə isə, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Bundan başqa, “Icra Haqqında” Azərbaycan Respublikası Qanunun 47.1-ci maddəsinə əsasən, tələbin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi, üçüncü şəxslərin mənzilinə daxil olma, orada baxış keçirmə, saxlama yerlərini açma və baxma məhkəmənin qərardadı əsasında həyata keçirilir. Həmin qanunun 50.8-ci maddəsinə əsasən, əmlakın borclu tərəfindən gizlədildiyini güman etməyə əsas olduqda icra məmuru məhkəmənin qərarı əsasında axtarış (saxlama yerlərini açmaq və baxmaq) aparır. Icra məmuru axtarışı icra sənədlərinin icra edilməsi üzrə icraatın xüsusiyyətlərini nəzərə almaqla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 242-245-ci və 247-ci maddələrinin tələblərinə uyğun olaraq həyata keçirir. Iş materiallarından görünür ki, borclu Borclu ##.##.2026-cı il tarixdə ölkə xaricinə çıxması müəyyən edilir. Belə olan halda isə, ona icraata başlamaq haqqında qərarının, tələbin könüllü icrası haqqında bildirişin çatdırılmamasına əsas verir. Belə ki, şəxs xarici ölkədə olduğu müddətdə əlbətdəki ona heç bir sənədin çatdırılması mümkün olmur. Məhkəmə kollegiyası bir məqamıda xüsusilə qeyd edir ki, hazırki iş üzrə verilmiş təqdimat məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə verilmişdir. Nəzərə alınmalıdır ki, əgər tərəf hər hansı formada bildirişi almaqdan yayınırsa bu məhkəmə qərarının icrasına (dolayısı ilə işin baxılmasının uzadılmasına) gətirib çıxarmamalıdır. Kollegiya hesab edir ki, yuxarıda sadalanan məqamlar nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən dəyərləndirmələr aparılmalı idi. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və II bəndlərinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə aparılan dəyərləndirmə yuxarıda qeyd olunan xüsusatları əhatə etməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsi nəticəsinə gələrkən mübahisənin prosessual hüquqi əsaslarını düzgün müəyyən etmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məhkəmələrə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), ##.##.2018, No.40160/12, §77-78). Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## #### tarixli Qərarı). Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, şikayət qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı tam, həmin Məhkəmənin ## ######## 2026-cı il tarixli, *- *(*-**)-**/**** nömrəli qərardadı qismən yəni, şikayətin təmin edilməməsi hissəsində ləğv edilərək, təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Bundan başqa, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrа аldı: Zaqatala rayon Icra və Probasiya Şöbəsinin şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı tam, həmin Məhkəmənin ## ######## 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı qismən yəni, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Təqdimata yenidən baxılması üçün iş Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8-2(3-10)-11/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-10)-11/2026
29.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver