Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-136/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-565/2019-006 nömrəli, xx.xx.2019-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11594/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Borclu əmlakı üzərinə həbs qoyulması barədə Nəsimi rayon icra şöbəsinin icra məmuru Rövşən Əhmədovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon icra şöbəsinin icra məmuru Rövşən Əhmədov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-565/2019-006 nömrəli, xx.xx.2019-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11594/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-565/2019-006 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Borclu 3695 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11594/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, bazar dəyəri 1.477 manat olan sırğa, bazar dəyəri 931 manat olan üzük, bazar dəyəri 2.366 manat olan kolye, bazar dəyəri 1 386 manat bazar dəyəri qolbaq, bazar dəyəri 1.200 manat olan nişan üzüyü, bazar dəyəri 412.5 manat olan üzük, bazar dəyəri 511 manat olan sırğa(halqa şəkilli), bazar dəyəri 826 manat olan sırğa, bazar dəyəri 525. manat olan strğa(şəbəkə şəkilli), bazar dəyəri 324 manat olan sırğa, bazar dəyəri 330 manat olan kulon, bazar dəyəri 288 manat olan üzük, bazar dəyəri 294 manat olan boyunbağ, bazar dəyəri 187 manat olan boyunbağ, bazar dəyəri 154 manat olan kulon, bazar dəyəri 126.5 manat olna kulon, bazar dəyəri 320 manat olan kulon "5" lik, bazar dəyəri 48 manat olan kulon "K" hərfi, bazar deyəri 340 manat olan "5" lik, onların naturada qaytarılması mümkün olmadıqda isə hər biririn deyəri (cəmi 12.541 manat) və birgə nikahlarından doğulmuş uşaqları-xx.xx.2016-cı il təvəllüdlü X1 şəxsiyyət vəsiqəsi cavabdeh Borclu alınaraq X3 verilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-565/2019-006 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasına xx.xx.2019-cı il tarixli qərarla və Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 11594/2019 nömrəli, xx.xx.2019-cu il tarixli İcra sənədininin icrasına xx.xx.2020-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmişdir. İş üzrə Borclu şöbəyə müraciət edərək mülkiyyətində Qobustan rayonu, Sədəf kəndi ərazisində yerləşən ümumi sahəsi 1,47 ha olan torpaq sahəsi olduğunu bildirmiş və qeyd olunan borcun həmin daşınmaz əmlaka yönəldilməsini xahiş etmişdir. EMF sistemdən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində Qobustan rayonu, Sədəf kəndi erazisində yerləşən ümumi sahəsi 1,47 ha olan torpaq sahəsi vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-565/2019-006 nömrəli, xx.xx.2019-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11594/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə borcun Borclu adına qeydiyyatdan keçən daşınmaz əmlak üzərinə həbs qoyulmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən tələbin həmin əmlakaa yönəldilməsi üçün iş üzrə Borclu adına Qobustan rayonu, Sədəf kəndi ərazisində yerləşən ümumi sahəsi 1,47 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması xahiş edilmişdir. Təqdimat vermiş şəxsə, tələbkara və borcluya məhkəmə tərəfindən iclasının vaxtı və yeri barədə məktub göndərilməsnə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-565/2019-006 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il tarixli NRİK-1330 saylı kredit müqaviləsi üzrə iddiaçı X4 tərəfindən cavabdehin payına mütənasib surətdə ödənilmiş 3665 (üç min altı yüz altmış beş) manat məbləğində pul və 30 manat dövlət rüsumu cavabdeh Borclu tutularaq, iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11594/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən bazar dəyəri 1.477 manat olan sırğa, bazar dəyəri 931 manat olan üzük, bazar dəyəri 2.366 manat olan kolye, bazar dəyəri 1 386 manat bazar dəyəri qolbaq, bazar dəyəri 1.200 manat olan nişan üzüyü, bazar dəyəri 412.5 manat olan üzük, bazar dəyəri 511 manat olan sırğa(halqa şəkilli), bazar dəyəri 826 manat olan sırğa, bazar dəyəri
525. manat olan strğa(şəbəkə şəkilli), bazar dəyəri 324 manat olan sırğa, bazar dəyəri 330 manat olan kulon, bazar dəyəri 288 manat olan üzük, bazar dəyəri 294 manat olan boyunbağ, bazar dəyəri 187 manat olan boyunbağ, bazar dəyəri 154 manat olan kulon, bazar dəyəri 126.5 manat olna kulon, bazar dəyəri 320 manat olan kulon "5" lik, bazar dəyəri 48 manat olan kulon "K" hərfi, bazar deyəri 340 manat olan "5" lik, onların naturada qaytarılması mümkün olmadıqda isə hər biririn deyəri (cəmi 12.541 manat) və birgə nikahlarından doğulmuş uşaqları-xx.xx.2016-cı il təvəllüdlü X1 şəxsiyyət vəsiqəsi cavabdeh Borclu alınaraq X3 verilməsi qət edilmişdir. Yasamal rayon icra şöbəsinin icra məmuru İlqar Allahverdiyev tərəfindən qəbul edilən xx.xx.2020-ci il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11594/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat başlanılmış, könüllü icra barədə bildiriş borcluya təqdim olunmuşdur. Yasamal rayon icra şöbəsinin icra məmuru İlqar Allahverdiyev tərəfindən qəbul edilən xx.xx.2019-cu il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-565/2019-006 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat başlanılmış, könüllü icra barədə bildiriş borcluya təqdim olunmuşdur. “Məlumat bazası”ndan çıxarışın surətindən görünür ki, Borclu mülkiyyətində Qobustan rayonu, Sədəf kəndi ərazisində yerləşən ümumi sahəsi 1,47 ha olan torpaq sahəsi vardır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Həmin Qanunun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, məcburi icra tədbiri kimi göstərilmişdir. Həmin Qanunun 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-cu maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Lakin məhkəmə “həbs qoyulma” anlayışının geniş olduğunu və həm də əmlakın üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, əmlakdan istifadə etmək hüququnun məhdudlaşdırılmasından və s. ibarət olduğunu nəzərə alaraq qeyd edir ki, Borclu mülkiyyətində olan torpaq üzərinə həbs qoymaqla həmin əmlakdan istifadə hüququ məhdudlaşdırılmış olar və bu da şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının pozulmasına gətirib çıxaracaqdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, Borclu mülkiyyətində olan Qobustan rayonu, Sədəf kəndi ərazisində yerləşən ümumi sahəsi 1,47 ha olan torpaq sahəsinin özgəninkiləşdirilməsi borcluya və başqa şəxslərə qadağan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 267-268-cu, “İcra haqqında” Qanunun 43-44-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqdimat qismən təmin edilsin. Borclu mülkiyyətində olan Qobustan rayonu, Sədəf kəndi ərazisində yerləşən ümumi sahəsi 1,47 ha olan torpaq sahəsinin özgəninkiləşdirilməsi borcluya və başqa şəxslərə qadağan edilsin. Təqdimat digər hissədə rədd edilsin. Qərardadın icrası Nəsimi rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Əfsanə Heydərova