Məhkəmə qərarları › İş №8(006)-158/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-158/2024

04.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-158/2024 04.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Borclu Tələbkar iştirakı ilə Borclu Tələbkar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-121/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Borclu Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-121/2023-034 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul olunanadək müvəqqəti dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon icra şöbəsində, icraata daxil olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-121/2023-034 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə, "İcraata başlamaq haqqında" xx.xx.2024-cü il tarixli qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyası tərəfindən 2(102)-1016/2024 nömrəli, 14 mart 2024-cü il tarixli 16 vərəqli Qərarın surəti və ona əlavə olunmuş bildiriş tərtib edilib 05 aprel 2024-cü ildə, lakin həmin Qərarın surətini (tərəfindən 17 aprel 2024-cü il tarixində Ali Məhkəmənin "qaynar xətt" xidmətinə müraciət etdiyindən sonra) poçt vasitəsi ilə yalnız 20 aprel 2024-cü il tarixində almışdır. Ali Məhkəmə tərəfindən məhkəmənin yekun qərarı 18 aprel 2024-cü ildə (zərfin üzərindəki möhürə əsasən), yəni yekun qərar qəbul edildiyindən bir ay dörd gündən sonra poçt vasitəsilə yola salınmışdır. Bundan başqa bildirmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 423.4-cü maddəsinə əsasən "Əlavə kassasiya qaydasında şikayət və ya protest məhkəmə aktının işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, ərizə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər tərəfindən məhkəmə aktı barədə məlumatlı olduqları gündən 2 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra ərizənin verilməsinə yol verilmir". "İcra haqqında” Qanunun 17.1.8.-ci maddəsinə əsasən "iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icraatın dayandırılması məcburidir." Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 422-ci maddəsinə əsasən " Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının və kommersiya kollegiyasının qərarlarına təqdimat, şikayət və ya protestlə Ali Məhkəmənin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər. Plenum şikayət, ərizə və ya protestə yazılı icraat qaydasında baxır." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etməsi yalnız Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumuna yazılı müraciətindən sonra baş verə bilər. Bundan başqa, Ali Məhkəmənin 14 mart 2024-cü il tarixli, 2(102)-1016/2024 №-li Qərarını 2024-cü ilin aprel ayının 20-də rəsmi aldığıma görə, Ali Məhkəmənin Plenumuna əlavə kassasiya qaydasında müraciət üçün son tarix 2024-cü ilin aprelin 20-dən 2024-cü ilin iyunun 20dək hesablanır. Bundan başqa, "İcra haqqında" Azərbaycan Respublikası qanunun 19.1.5-ci maddəsinə əsasən "İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayətə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul olunanadək" icra sənədi üzrə icraat dayandırılmalıdır. Bundan başqa bildirmişdir ki, 2(102)- 1016/2024 №-li mülki işində iddianın predmeti onun atası tərəfindən 1967-ci ildə tikildiyi və 54 il orada rəsmi qeydiyyatda olduğu və daimi yaşadığı 2№-li mənzildir. Əgər o, Konstitusiya Məhkəməsinin yekun Qərarından əvvəl 2 №-li mənzildən əşyaları çıxarsa, mülki işin əks tərəfi, yəni vət. Borclu, özü dediyi kimi, atasının mənzilinin konstruksiyasına ciddi zərər vura bilər. O, Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinə müraciət etməzdən əvvəl gərək Ali Məhkəmənin Plenumuna mürəciət etsin. Ona kimi iddia predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, N.Şahbazov küçəsi ev 24, 2 nömrəli mənzilə ziyan dəyməməsi üçün xahiş edirəm məhkəmə bunu nəzərə alsın. Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsi, tələbkar ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, tələbkar isə məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmamışdır. Məhkəmə iclasında borclu Tələbkar ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə ərizənin dəlillərini işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsi tərəfindən təqdim edilmiş icra işindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 121/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar, Borclu xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, N.Şahbazov küçəsi, ev 24, A tikilisindən çıxarılmalı, həmin mənzildə vəfat etmiş X1 məxsus əşyalar Tələbkar tərəfindən çıxarılmalı və mənzil boşaldılmalıdır. Həmin icra işindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 121/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon icra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. «İcra Haqında» Azərbaycan Respublikası Qanununun 17.1.8-ci maddəsinə əsasən iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 19.1.5-ci maddəsinə əsasən iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayətə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul olunanadək icraat dayandırılır. Həmin Qanunun 19.1.6-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək icraat dayandırılır. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mübahisə ilə bağlı yekun məhkəmə aktı qanuni qüvvəyə minməklə icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərildiyindən və hazırda məhkəmə aktından şikayətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi barədə sübut məhkəməyə təqdim edilmədiyindən, borclu Tələbkar ərizəsinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, borclu Tələbkar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-121/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Borclu Tələbkar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-121/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar